Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   48   49   50   51   52   53   54   55   ...   122

- 107 - 
 
            Böyükdüz ərazisində yayılmış şoran torpaqlar 
Torpaq münbitliyinin azalmasına təsir göstərən 
amillərdən  biri  də  sahələrdə  aqrotexniki  qaydalara 
düzgün  riayət  edilməməsi  və  torpaqların  həddən  artıq 
istifadə 
olunması 
nəticəsində 
deqradasiyaya 
uğramasıdır. Torpaqlardan istifadə edərkən aqrotexniki 
qaydalara  düzgün  riayət  olunmalıdır.  Uzun  illər  boyu 
mədəni  bitkilər  altında  istifadə  olunan  torpaqlar  bir 
müddət dincə qoyulmalıdır.  
Mənfi antropogen amillərdən biri də nəzarətsiz 
suvarma  nəticəsində  torpaqlarda  baş  verən  irriqasiya 
eroziyasıdır. Bu prosses nəticəsində torpaqların üst münbit hissəsi yuyulur, dərin şırım və yarğanlar 
yaranır  nəticədə  torpaqlar  yararsız  hala  düşür.  İkinci  bir  tərəfdən  nəzarətsiz  buraxılan  sular  çökək 
yerlərə  toplanaraq  bataqlıqlar  yaradır.  İrriqasiya  eroziyası  və  bataqlaşma  proseslərinə  Muxtar 
Respublikanın  Babək  və  Şərur  rayonlarının  düzənlik  zonasında  yerləşən  bir  neçə  təsərrüfat 
sahələrində rast gəlinir (4.səh 31). Hazırda Naxçıvan MR ərazisində 1468 ha bataqlıqlaşmış torpaq 
sahəsi var ki, bunun da 1440 hektarı düzənlik hissədə yerləşir. 
Çökək sahələrdə toplanmış sular 
 
      Antropogen  amillərdən  otarılma,  ağac  və  kolların 
qırılması,  plansız  nəqliyyat  yollarının  çəkilişi,  tikinti 
materialları, mədən sənayesinin inkişafı da torpaqların 
ekologiyasına təsir edən faktorlardandır (3. səh 75). 
Naxçıvan  Muxtar  Respublikasının  ərazisi 
geoloji  quruluşunun  mürəkkəbliyinə,  tektonik  inkişaf 
tarixinə  görə  digər  regionlardan  fərqlənir.  Geoloji 
inkişaf tarixindən asılı olaraq ərazi faydalı qazıntılarla 
zəngindir. 
 
Ərazidə  daşduz  istehsalı,  polimetal  filiz 
yataqları  haqqında  ilk  məlumatların  kökləri  eramızın  VII-IX  əsrlərinə  gedib  çıxır.  Təzəkənd  və 
Tunbul  kəndləri  ətrafında  yerləşən  şora  təzahürlərindən  və  Gömür  kəndi  yaxınlığındakı  kükürd 
yatağından müxtəlif məqsədlər üçün istifadə edilmişdir.  
 
Sonrakı  dövrlərdə  sistemli  geoloji  kəşfiyyat  işləri  nəticəsində  Naxçıvan  MR  ərazisinin 
müxtəlif faydalı qazıntı yataqları aşkar edilmiş və onların bir qismindən istifadə edilmişdir. Ərazidə 
duz istehsalının genişlənməsi, tikinti materialı olan gəc və gips istehsalı üçün xammalın olması bu 
sahələrin inkişafına səbəb olmuşdur. 
 
Sosial  infrastruktur  sahələrin  inkişafı  üçün  xammalla  təchiz  olunmasında  landşaftlara  və 
onun bazisi olan torpağa ciddi ziyan vurulur. Bu zaman ətraf mühitə çoxtərəfli: faydalı qazıntıların 
çıxarıldığı  və  zənginləşdiyi  yerdə,  daşınan  zaman  və  istehsal  edilən  ərazidə  təbiətə  ciddi  ziyan 
dəyir.Torpağın  məhsuldar  qatının  strukturu  pisləşir,  torpaq  deformasiyaya  uğrayır,  bitki  örtüyü 
tamamilə məhv olur. Meşə zolağından yol çəkilərkən xeyli sahədə meşə qırılır. Belə ki, uzunluğu   
1 km, eni 10-15 m olan yol çəkilərkən 1,0-1,5 hektar meşə sahəsi ziyan çəkir, qırılır. Yol tikintisi 
zamanı götürülən süxur kütləsi qonşu ərazilərə tökülür ki, bu da yenə torpaqların sıradan çıxmasına 
səbəb olur. Bir ağacın normal hala düşməsi üçün 3-5 il lazım gəldiyini nəzərə alsaq landşaftlara nə 
qədər  ziyan  vurulduğu  bizə  aydın  olar.  Muxtar  Respublika  ərazisində  istehsal  edilən  hörgü 
materiallarından  gəc  və  gips  istehsalı  üçün  zəngin  xammal  ehtiyyatı  vardır.  Bunlardan  müəyyən 
miqdarda gəc istehsal edilir. İstehsal prosesi vaxtı ilə primitiv üsullarla aparıldığından təbiətə böyük 
ziyanlar  dəymişdir.  Xammal  mədənləri  ətrafında  torpaqlar  çirklənir,  sıradan  çıxır  nəticədə  təbii 
landşaft  da  pozulur.  Burada  istifadəyə  yaramayan  tullantılar  geniş  sahələrə  yayılır,  qalxan  toz 
bitkilərin üzərinə qonaraq onları məhv edir (2.səh. 198). 
 
 
 


- 108 - 
 
Tullantılarla çirklənmiş torpaq sahələri 
Müasir  texnika  və  texnologiyadan  istifadə 
etməklə  dövlət  sektorunda  gəc  bişirmə  sexlərini  və 
digər  hörgü  materialları  istehsalını  təmərküzləşdir-
mək olar. 
 
Gəc  istehsalı  zamanı  işlədilən  çöl  şpatının 
Duzdağın  yüksək  təpələrində  olması  bu  təpələrin 
bulduzerlər  vasitəsilə  dağılmasına  səbəb  olur  ki,  bu 
zaman  həm  təpənin  üst  hissəsinin  təbii  landşaftı, 
həm  də  təpənin  ətəklərində  nisbətən  zəngin 
landşaftın dağılmasına və torpaqların deqradasiyasına səbəb olur.  
 
Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən Naxçıvan Duz mədəni, Asnı travertin 
mədəni, Cəhriçay və Lizbert mergel sement mədənlərinin istismarı zamanı da xeyli miqdarda tullatı 
əmələ  gəlir.  Burada  çıxarılan  mineral  ehtiyyatların  tullantıları  ətraf  torpaqlara  ciddi  ziyan  vurur. 
Açıq  üsulla  çıxarılan  yataqların  tullantıları  külək  vasitəsilə  ətrafa  yayılır  ki,  bu  da  torpaqların 
çirklənməsinə  və  yararsız  hala  düşməsinə  səbəb  olur.  Qeyd  olunan  mənfi  təbii  və  antropogen 
faktorların təhlilindən aydın olur ki, torpaqlarda gedən deqradasiya prosesləri muxtar respublikanın 
iqtisadiyyatına  külli  miqdarda  ziyan  vurur.  Buna  görə  də  torpaqlara  dövlət  nəzarəti  daha  da 
gücləndirilməlidir (4. səh. 32). 
Naxçıvan  MR-də  torpaqların  ekoloji  problemlərini  nəzərə  alaraq  aşağıdakı  tədbirlərin 
görülməsi məqsədəuyğundur: 
1.
 
Torpaq  örtüyünün  pozulması  dərəcəsini  azaltmaq  üçün  təsərrüfat  işləri  zamanı  torpaqlara 
dəyən ziyan azaldılmalı və torpaqlardan istifadə optimallaşdırılmalıdır. 
2.
 
 Şoran  torpaqların  duzdan  yuyulması  və  təkrar  şoranlaşmaya  qarşı  mübarizə  tədbirlərini 
həyata keçirməlidir. 
3.
 
Suvarma  və  drenaj  sistemləri  yenidən  qurulmalı,  qrunt  sularının  səviyyəsini  daim  nəzarətdə 
saxlanmalıdır.  
4.
 
Çirklənmiş,  pozulmuş  və  münbitliyini  itirmiş  torpaqların  münbitliyinin  və  bərpa  edilməsi 
üçün tədbirlər həyata keçirilməlidir. 
                          
ƏDƏBİYYAT 
 
1.
 
Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası, Bakı, Elm, 1999, 289 s. 
2.
 
Həsənov Ə.M. Naxçıvan MR-in təbii sərvətləri və onlardan istifadə yolları, Bakı-2001, 246 s.  
3.
 
Babayev M.P., Qurbanov E.A., Həsənov V.H.  Azərbaycanda torpaq deqredasiyası  və  müha-
fizəsi, Bakı, Elm, 2010, 216 s.  
4.
 
Hacıyev  S.Ə.  Naxçıvan  Muxtar  Respublikası  torpaqlarının  ekoloji  qiymətləndirilməsi,  Bakı 
MBM, 2009, 296 s. 
ABSTRACT 
Ulviya Iskenderova 
ON THE PROBLEM OF SOIL DEGRADATION IN THE  
NAKHCHIVAN AUTONOMOUS REPUBLIC 
     
 
The  complexity  of  the  relief  and  the  sharp  continental  climate  in  the  Nakhchivan 
Autonomous Republic cause a variety of soil vegetation. 
     As, as a result of natural and anthropogenic impact, the soil degrades here, which leads falling 
soil fertility and reduction in productivity. As a result, degraded lands are unfit for planting. Factors 
influencing  the  soil  ecology  are  also  affected  by  anthropogenic  factors,  destruction  of  trees  and 
shrubs, unplanned transport, construction materials, mining. 
Waste  creating  in  the  exploitation  processof    the  Nakhchivan    salt  mine,  Asnı  travertine 
mine,  Jahrichay  and  Liasbert  marl  cement  mine  located  in  Nakhchivan  Autonomous  Republic 
damage the land. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə