3.5.
Demoqrafiya: sosial-fəlsəfi problemlər
Demoqrafiya (yun. «demos» - xalq və «grafo» - yazıram)
əhalinin artımını, sayını, sıxlığını və strukturunu, dinamikasını,
miqrasiyasını (yer dəyişməsini və s.) öyrənir. Bu termin XIX
əsrin ortalarında dövlətlərin əhalinin strukturu və yerləşməsi
Bax: Журн. «Вопросы философии». № 9, 2000, с. 17.
Yenə orada, s.5.
381
haqqında rəsmi statistik qeyd apardığı vaxt meydana gəlibdir.
Demoqrafiyanın vəzifəsi əhalinin ölçüsünü müəyyənləşdirmək,
onun artmasını və ya azalmasını izah etməkdir. Əhalinin
strukturu üç amil ilə müəyyən edilir: doğum, ölüm və köçmə
prosesi.
Demoqrafik faktorlar cəmiyyətin həyatında mühüm rol
oynayır; onlar cəmiyyətin iqtisadi və sosial tərəqqisini ləngidə və
yaxud sürətləndirə bilər. Lakin əhalinin sayı, onun çox və yaxud
az sıxlığı ölkə və xalqlann inkişaf səviyyəsini müəyyənləşdirmir.
Məsələn, Rusiyada, Azərbaycanda, Norveçdə, Mozambikdə
əhalinin sıxlığı təxminən eynidir (1 km^-ə 10-12 nəfər), lakin
onların inkişaf səviyyəsi müxtəlifdir.
İnsanın doğulması və ölməsi bioloji qanunlara uyğun baş
versə də əhali hər şeydən əvvəl sosial bir hadisədir, onun artımı
da təbiətin deyil, əsasən cəmiyyətin inkişaf qanunlan ilə
tənzimlənir.
Bununla yanaşı müəyyən minumum sayda əhali olmasa əmək
bölgüsü, əməyin ixtisaslaşması və kooperasiyası, istehsal
fəaliyyətinin genişlənməsi, yeni torpaq sahələrinin və başqa təbii
sərvətlərin istifadə edilib mənimsənilməsi mümkün deyil.
BMT-nin hesablamalarına görə dünyanın əhalisi sürətli
templə artaraq 2030-cu ildə 8,5 mlrd., 2050-ci ildə isə 9,3 mlrd,
olacaq. Dünyanın zəngin azlığa və yoxsul çoxluğa bölünməsi
daha kəskin hiss ediləcək. 2050-ci ildə inkişaf etmiş Şimal
ölkələrində əhalinin sayı təxminən indiki səviyyədə qalacaq,
dünyanın yerdə qalan hissəsində isə 8-9 mlrd, insan yaşayacaq.
Hər il təkcə Hindistanda əhali 14 mln. artır və yaxın vaxtda onun
əhalisi 1 mlrd, olacaq. Qərb ölkələrində yaşayan 1,2 mlrd, insan
onların orqanizminin tələb etdiyindən qat-qat artıq ərzaq qəbul
edir. Yer kürəsinin yandan çoxu - 3 mlrd, adam isə ərzaq
çatışmazlığından əzab çəkirlər.
Dünyada elə vəziyyət yaranıbdır ki, zəif inkişaf etmiş
ölkələrdə uzun illər əhali artımının sürəti ərzaq istehsalının
artımından çox olmuşdur. Hələ XIX əsrin əvvəllərində ingilis
iqtisadçısı T.R.Maltus (1766-1834) sübut etməyə çalışırdı ki,
əməkçi xalqın acınacaqlı vəziyyəti (işsizlik, aclıq, dilənçilik
382
və s.) ictimai münasibətlərlə deyil, «əbədi təbii qanun»la
şərtlənir. Bu qanunun mahiyyəti aşağıdakı kimidir: əhali -
həndəsi silsilə, yaşayış vasitələri isə - ədədi silsilə ilə artır. Ona
görə də əhalinin ixtisar edilməsi zəruridir. Maltus aclığı,
yoluxucu xəstəlikləri, müharibəni bəzi hallarda «müsbət amil»
adlandırırdı. Onun indiki davamçıları da hesab edirlər ki. Yer
üzərində əhalinin sayı həddən artıqdır, maddi ehtiyatlar isə
olduqca məhduddur. Bu vəziyyət isə cəmiyyətin gələcəyi üçün
fəlakətdir. Onlar əsasən doğru deyirlər.
Aclıq, dilənçilik, xəstəlik və savadsızlıq indiki dövrdə dünya
əhalisinin beşdə bir hissəsinin nəsibidir. Əhalinin sayının artma
tempi cəmiyyətdə yaranmış istehsal və istehlakm həcmi və
strukturuna böyük təsir göstərir. Lakin onların da müəyyən həddi
var, onu aşanda təbii ehtiyatlara, suya, havaya, meşə sahələrinə,
faydalı qazıntıya mənfi təsir göstərilir.
Nəzarət edilməyən demoqrafik proseslər əhalinin zəruri
xidmətlərlə (o cümlədən təhsil və səhiyyə sahəsində) təmin
edilməsi işində cəmiyyətin imkanlarını iflic vəziyyətə gətirir.
Lakin Çində, Hindistanda, bir çox Afrika ölkələrində doğumu
məhdudlaşdırmaq sahəsindəki tədbirlər hələ ki, elə bir
əhəmiyyətli nəticə verməmişdir.
Qərb ölkələrində demoqrafik proseslər yüz illərdir ki,
cəmiyyət tərəfindən çox ciddi şəkildə tənzim edilir. Bu ölkələr
üçün son onilliklərdə iqtisadi və ekoloji cəhətdən əlverişli
olmayan ölkələrdən gizli olaraq gələn əhali axınının getdikcə
çoxalması çox ciddi problemlər yaradır. Böyük şəhərlərə arası
kəsilmədən gələn əhali şəhər strukturlarına həddən artıq təzyiq
göstərir, sanitar-gigiyena şəraitini pisləşdirir, şəhərlilərin
həyatının rahatlıq səviyyəsini aşağı salır. Yay aylarında böyük
əhali kütləsi əhalinin çox sıx olduğu şəhər mərkəzindən ətraf
ərazilərə yığılır, oranın da ekoloji vəziyyətini mürəkkəbləşdirir.
Keçid mərhələsində olan ölkələrdə, hətta böyük əhali artımına
məruz qalmasalar da, qəflətən meydana çıxan iqtisadi çətinliklər,
həmçinin dərin sosial çaxnaşmalar, nisbətən çox əhalisi olan
ölkələrin həll edəcəyi problemlərə oxşar problemlərlə
qarşılaşırlar.
383
Fəqət indiki zamanda əhali artımının bir qədər azalması
müşahidə edilir. Ölkələrin çoxunda əhali artımını tənzimləmək
istiqamətində bəzi tədbirlər görülür. Məsələn, yüksək inkişaf
etmiş ölkələrdə əhali artımı stimullaşdırılır (həvəsləndirilir), geri
qalmış ölkələrdə isə, əksinə, onun qarşısı alınır.
Əhalinin təkrar istehsalı sosial orqanizmin bütün tərəfləri ilə
əlaqədədir: insanın maddi təminat dərəcəsi, təhsilin səviyyəsi,
qanunvericilik, təbabətin və səhiyyənin vəziyyəti, qadının ictimai
vəziyyəti, ailə və məişət ənənələri, din və s.
Dostları ilə paylaş: |