Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə25/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   21   22   23   24   25   26   27   28   ...   298

o  deməkdir  ki,  insanı  son  nəticədə  əmək  yaratmışdır,  fonnalaşdırmışdır. 

Nəhayət,  insanın  bəşər  mədəniyyətinin  inkişafına  güclü  təsir  göstərmiş 

daha  dörd  səciyyəvi  cəhətini  qeyd  etmək  olar:  düz  yerimək,  əllərin, 

xüsusilə  baş  barmaqların  inkişafı,  oddan  istifadə,  meyidlərin 

basdırılması.  Darvin  insanın  təbii  mənşəli  olması  nəzəriyyəsini  işləyib 

hazırlasa da, o insanın inkişafında sosial amilin təsirini nəzərə almamışdı. 

Digər tərəfdən, Darvinin təkamül nəzəriyyəsində insan şüurunun heyvan 

psixikasından  keyfiyyət  fərqi  də  açıqlanmamış  qalmışdı.  Bu,  onunla 

izah olunur ki, Darvin sadəcə olaraq antropogenez prosesdə əməyin rolunu 

nəzərə almamışdı. Bu sonuncu məsələyə isə F.Engelsin də müdafiə etdiyi 

«antropogenezin  əmək  nəzəriyyəsi»ndə  də  diqqət  yetirilmişdi.  Bu 

nəzəri^/yəyə  görə,  əmək  bioloji  qanunların  təsir  xarakterini 



dəyişdirməsə  də,  təbii  seçmənin  təsir  xarakterini  əsaslı  surətdə 

dəyişdirmişdir.  İnsanın  qərarlaşması  prosesində  əmək  ona  təbiəti  öz  ali 

məqsədləri  naminə  dəyişdinnək  bacanğı  aşılayaraq  insanda  əlin,  nitqin, 



beynin,  təfəkkürün,  insanlararası  əməkdaşlığın  yaranmasını  və  sosial 

kollektivlərdə toplaşmasını təmin etmişdir. M.İ.Urisonun təbirincə desək, 

təbii  və  sosial  proseslərin  vəhdəti  olmaqla  insan  və  cəmiyyətin 

qərarlaşmasında həlledici rol «özü sərt təbii seçmə nəticəsində yaranmış» 

əməyə məxsus olmuşdur. P.Teyyar de Şardenin qəti inamına görə, «Homo 

sapiens»in  yaranması  antropogenezdə  sıçrayış  olmuşdur.  O,  yazırdı: 

«İnsan səssiz-səmirsiz daxil oldu... O, elə sakit yeriyirdi ki, biz silinməz 

daş alətlərin izinə görə onun varlığını hiss etməyə başladıqda o, artıq 

Pekinə  qədər  bütün  Köhnə  Dünyanı  bürümüşdü.  Sözsüz  ki,  o  artıq 

danışır  və  qruplar  halında  yaşayırdı.  O,  artıq  od  əldə  etmişdi».  Bu 

halda müəllif onu da qeyd edir ki, insanın yaranması kollektiv proses olmuş 

və  ola  bilsin  ki,  «birinci  adam»  həm  də  «adamlar  çoxluğu»  olmuşdur. 

Teyyar  de  Şardenin  elm  qarşısındakı  xidməti  təkcə  bunda  deyil  ki,  o 

sinantropun  kəşf  edicisi  kimi  meymunabənzər  insanlarla  neandertallar 

arasındakı  çatışmayan  həlqəni  tapmaqla  antropogenez  haqqındakı 

təsəvvürlər dairəsinin qapanmasma kömək etmişdir, onun xidməti həm də 

bundadır ki, o, təkamül konsepsiyası çərçivəsində insanın bioloji və sosial 

tərəflərinin  vəhdətini  elmi  dəlillərlə  əsaslandınnışdır.  Teyyar  de  Şarden 

antropogenez prosesin ümumi zəncirini belə təsvir etmişdir: avstrolopitek 



®  pete-  kantrop  ®  sinantrop  -  Homo  sapiens.  Müasir  təbiətşünaslıq 

baxımından müasir insanın -«Homo sapiens»-in sələflərinin zənciri belə 

təsvir  oluna  bilər:  insanın  və  insanabənzər  meymunların  (qorilla, 



oranqutan, şimpanze, hippop) elmə məlum ən qədim əcdadları sayılan 

romapiteklər təxminən 14 mln il bundan əvvəl Hindistandan 

56 


tutmuş Afrikaya qədər çox geniş bir ərazidə yaşamışdır. Təxminən 10 

mln  il  bundan  əvvəl  müasir  oranqutanm  əcdadı  sayılan  sivapitek 



romapitekdən  ayrılaraq  Asiyada  qalmışdır.  Qorillanm,  şimpanzenin  və 

insanın ümumi əcdadı isə çox ehtimal ki, Afrikada məskunlaşmışdır, belə 

ki,  ən  qədim  əmək  alətləri  (2,5  mln  il  əvvəl)  və  yaşayış  məskənlərinin 

qalıqları (1,7 mln il əvvəl) məhz bu ərazidə aşkar edilmişdir. 1960-cı ildə 

ingilis arxeoloqu L.Liki Şərqi Afrikada 2 mln il bundan əvvəl yaşamış və 

beyninin  həcmi  675  sm^  olan  «bacarıqlı  insanın»  -  zincantropun 

qalıqlarını tapmışdır. Zincantropun  düz yerimək vərdişi və inkişaf etmiş 

əlləri onun xalis insani keyfiyyətlərə malik olduğunu göstərirdi. Bu insana 



«bacarıqlı  insan»  adı  onun  ilk  daş  əmək  alətləri  hazırlayıb  yaradıcılıqla 

tətbiq  edə  bilməsinə  görə  verilmişdir.  «Bacarıqlı  insan»ın  xələfi  sayılan 

qədim  insanabənzər  varlıq  -  avstralopitek  (qalıqları  1924-eü  ildə 

Afrikada  tapılmışdır)  isə  4-2  mln  il  bundan  əvvəl  yaşamışdır.  İnsanın 

sonrakı  inkişafı  aşağıdakı  sxem  üzrə  davam  etmişdir;  pitekantrop 

(1,9-0,65 mln il əvvəl), sinantrop (400 min il əvvəl), neandertal (150-40 

min il əvvəl), Homo sapiens (müasir insan). Boyu 150 sm, beyninin həcmi 

900  sm^  olmuş  pitekantropdan  başlayaraq  insanlar  düz  yeriməyə 

başlamışlar.  Əsrimizin  20-ci  illərində  Çində  tapılmış  sinantropun  («çin 

adamı»  deməkdir) beyninin həcmi pi- tekantropun beynin həcminə  yaxın 

olmuşdur. Neandertalın beyninin həemi müasir insanın beyninin həcmindən 

bir  o  qədər  fərqlənməsə  də,  alnı  dik,  kəllə  qutusu  isə  dar  olmuşdur. 

Neandertallar mağaralarda yaşamış, daşdan və sümükdən hazırlanmış sadə 

alətlərlə  mamontlan  ovlamışlar.  Ölülərin  basdırılması  adətinə  ilk  dəfə 

neandertallarda  təsadüf  edilir.  Nəhayət,  1869-cu  ildə  Fransa  ərazisində 

yerləşən Kro- Manyon mağarasında boyu 180 sm olub, təxminən 40-15 min 

il  bundan  əvvəl  yaşamış,  xarici  görkəminə  və  beyninin  həcminə  görə 

(təxminən  1600  sm^)  müasir  insanı  xatırladan  insanın  qalıqları  aşkar 

edilmişdir. Bu - sonuncu insan nəsli «Homo sapiens», yəni «ağıllı adam» 

olmuşdur. Həmin dövrdə irqlər yaranmış və ayrı-ayrı təcrid edilmiş insan 

qruplarında  isə  xüsusi  əlamətlər  əmələ  gəlmişdir.  İnsan  problemi  ilə 

əlaqədar olaraq alimlər xeyli vaxtdır ki, insanların ağzından  ilk  sözün  nə 

vaxt  çıxdığını,  onların  nə  vaxtdan  etibarən  danışmağa  başladıqlarını 

öyrənmək  istəyirlər.  İlk  müsbət  nəticəni  1997-ci  ildə  ABŞ-m  Dyuka 

Universitetinin antropoloqları əldə etdilər. Amerikalı alimlər müxtəlif insan 

növlərinin  -  avstralopiteklərin,  pitekantroplarm,  sinantropların, 



neandertalların kəllə qutularının diqqətli analizi əsasında müəyyən etdilər 

ki,  bu  insan  növləri  içərisində  yalnız  müasir  insanın  sələfi  olmuş 



neandertalın kəlləsində dil ilə bağlı xüsusi əsəb 

57 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə