Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə26/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   22   23   24   25   26   27   28   29   ...   298

kanalları vardır. Aparılan araşdımıalar göstərdi kı, həmin kanalların içi ilə 

dilə əsəb sinir gəlib çıxırdı. İnsanabənzər meymunların beynindəki müvafiq 

kanallardan  təxminən  iki  dəfə  böyük  olan  bu  kanalların  ölçüləri  müasir 

insanın sinir kanallanna tam uyğun gəlir. Təxminən 4-2 mln il bundan əvvəl 

yaşamış avstralopiteklərdə isə bu kanalların qalınlığı eynilə meymunlarda 

olduğu ölçüdə idi. Buradan alimlər belə bir nəticəyə gəlirlər ki, bəşəriyyət 

tarixində ilk sözü işlədən neandertal insan olmuşdur. İnsanın heyvanlar 

aləmindən ayrılması və keyfiyyətcə ondan fərqlənməsi öz məzmununa görə 

unikal  bir  hadisə  olmuşdur.  Heyvanın  davranışı  onun  həyat  mövqeyinin 

formalarından biridir. Heyvanın tələbatını və davranış proqramını müəyyən 

edən başlıca amil isə orqanizmin strukturudur. Hər bir heyvan anadan onun 

mövcud  şəraitə  uyğunlaşmasına  imkan  verən  zəngin  və  rəngarəng 

instinktlərlə  doğulur.  Ona  görə  də  heyvanların  özünəməxsus  davranış 

fonuaları olur. Məsələn, vaşaq özünü canavar, tülkü isə özünü pələng kimi 

apara bilmir. İnsan isə başqa təbiətli varlıqdır. Artıq 40 min ildir ki, Yer 

üzərində yeni insan  növü  -  Homo  sapiens  adlanan bioloji növə məxsus 

insanlar yaşamaqdadır. Heyvandan fərqli olaraq, bu insanın anadangəlmə 

davranış  proqramı  yoxdur.  Məsələn,  körpəyaşlarından  Parisə  gətirilmiş 

papuas  uşaq  tədricən  yüz  faizli  parisliyə  çevrilmişdir.  Zadəgan  ailəsində 

tərbiyə alıb böyümüş kəndli balası isə zadəgan məişətinin bütün şərtlərini 

mənimsəyə  bilmişdir.  Buradan  belə  bir  təbii  sual  doğur:  insanın  da 

davranışları  müə}^ən  proqram  əsasında  tənzim  olununuu,  yəni 



«anadangəlmə  proqram»  anlayışı  insan  üçün  tamam  başqa  məna  kəsb 

edir.  Məsələ  burasındadır  ki,  heyvanların  instinkt  davranışlarını 

şərtləndirən «genetik proqram» onların amin turşulannm molekulkrmda, 

insanlann davranış və fəaliyyətini tənzimləyən proqram isə onlann dilində 

cəmlənmişdir. Alimlərin əksəriyyəti belə fikirdədirlər ki, fərdin məhz uşaq 

yaşlanndan  etibarən  yaşlı  nəsildən  əxz  etdiyi  dil  mədəniyyəti  insan 

davranışlarını  tənzimləyən  başlıca  amildir.  «Homo  sapiens»! 

səciyyələndirən  diqqətəlayiq  əlamət  məhz  onun  dil  mədəniyyətidir. 

Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, heyvan ana bətnində verilmiş 

hazır «genetik proqramla» doğulduğu halda, insan belə proqramı ancaq 

sonradan,  həm  də  əsasən  dil  vasitəsilə  qazanır.  Müasir  antropologiyanın 

mühüm nəticələrindən biri də bundan ibarətdir ki, mədəniyyətin olmadığı 

yerdə  cəmiyyət  də  ola  bilməz.  İnsan  cəmiyyətini  heyvan  birliklərindən 

fərqləndirən başlıca amil məhz  mədəniyyətdir.  İnsanlann birgə fəaliyyət 

forması  olmaq  etibarilə  insan  cəmiyyəti  heyvanlann  «fərdi  instinktin» 



«sosial  instinkdən»  güclü  olduğu  «psev-  dososial»  bioloji  birlik 

formasından çox-çox yüksəkdə durur. O, 



58 


orqanizmlərin  funksional  differensiasiyası,  hətta  onların  tələbat  və 

amillərinin 

üzvi 

differensiasiyası 



üzərində 

deyil, 


mədəniyyət 

normalarının  qarşılıqlı  təsiri  və  vəhdəti  üzərində  yüksəlir.  Lakin 

mədəniyyət də özlüyündə insan cəmiyyətinin mövcudluğunu, onun necə və 

hansı  yollarla  yaranmasını  izah  edə  bilmir.  Belə  ki,  mədəniyyət  fərdlərin 

qarşılıqlı  əlaqəsinin  nəsildən-nəslə  ötürülməsi  forması  olub,  daha 

cəmiyyətin  mövcudluğunun  və  inkişafının  səbəbi  deyildir.  Cəmiyyəti 

mədəniyyətin  nəticəsi  və  məhsulu  kimi  izah  etmək  isə  sadəcə  olaraq 

mədəniyyətin  özünü  detenuinə  edən  başlıca  prosesi  -  maddi  istehsalı 

nəzərə almamaq deməkdir. Halbuki, sosial səciyyə daşıyan hər bir hadisə, o 

cümlədən  mədəniyyət  də  istehsalsız  mümkün  deyil.  İnsanların 

sosial-mədəni  birləşməsi yalnız cəmiyyət istehsal edən yerdə mövcud ola 

bilər. İnsanın heyvanlar aləmindən ayrılması öz məzmununa görə canlının 

cansızdan  yaranmasına  bənzər  möhtəşəm  bir  sıçrayış  olmuşdur.  Bu  o 

deməkdir  ki,  insanın  yaranması  ilə  həqiqətdə  elə  bir  canlı  meydana 

gəlmişdir ki, onda artıq növdəyişməsi prosesi deyil,  xüsusi tip «yaradıcı 

təkamül»  başlamışdır.  Həyatın  yaranması  kimi  bəşəriyyətin  tarixdən 

əvvəlki mərhələsi də bu gün bizim üçün bir sirr olaraq qalmaqdadır. Burada 

söhbət heç də fakt qıtlığından deyil, həm də insan haqqında bütün köhnə 

təsəvvürləri  alt-üst  edən  yeni  elmi  kəşflərdən  gedir.  Təəccüblü  deyil  ki, 

insanın  qərarlaşması  prosesi  haqqında  müasir  elmi  təsəvvürlər  əsasən 

fərziyyə  xarakteri  daşıyır.  İnsanın  mənşəyi  məsələsinə  antropo-  loqlar  və 

filosoflar  müxtəlif  cür,  hətta  bir-birinə  əks  mövqedən  yanaşırlar. 

Antropoloqlar insanın meymunabənzər əcdadından «zəka adamına» doğru 

bioloji  təkamülündə  «çatışmayan  həlqəni»  tapmağa,  filosoflar  isə  bu 

prosesin ayrılmaz momenti kimi «tədricilikdə fasiləni»  - inqilabi sıçrayışı 

izah  etməyə  çalışırlar.  Elmə  çoxdan  məlumdur  ki,  ho-  miniidin  (heyvan) 

insana  çevrilməsi  prosesi  ani,  birakth  hadisə  olmamışdır.  Tədqiqatlar 

göstərir  ki,  insanın  qərarlaşması  (antropogenez)  ilə  cəmiyyətin 

qərarlaşması (sosiogenez) 3-3,5 mln il davam etmiş vahid təbii prosesin - 



antropososiogenezin  aynimaz  tərəfləri  olmuşdur.  Antropososiogenezin 

F.Engelsin  «Meymunun  insana  çevrilməsi  prosesində  əməyin  rolu» 

əsərində  verilmiş  ümumi  mənasının  elmi  izahı  dünyanın  bir  çox 

antropoloqları və arxeoloqları tərəfindən bütün təfərrüatı ilə əsaslandırılmış 

işçi  fərziyyə  kimi  qəbul  olunmuşdur.  Antropososiogenezin  mühüm  bir 

cəhətini  onun  kompleks  xarakterli  olması  təşkil  edir.  Buna  görə  də  belə 

düşünmək kökündən səhv olardı ki, guya əvvəlcə əmək, sonra isə cəmiyyət, 

şüur, təfəkkür, dil, səhih nitq yaranmışdır. İnsanın qərarlaşması prosesində 

əməyin  həlledici  rolu  haqqında  tezis  onu  antropososiogenez  prosesin 

mərkəzi antropogenetik 



59 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə