Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə24/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   20   21   22   23   24   25   26   27   ...   298

sana  necə  çevrilməsi  (antropogenez  prosesi)  bu  gün  də  alimlərin  diqqət 

mərkəzində  duran  ən  aktual  problem  sayılır.  Antropogenez  probleminin 

mahiyyəti məhz bu sualın hərtərəfli işıqlandınimasmdan ibarətdir. P.Teyyar 

de Şardenin təbirincə, bu onunla izah olunur ki, «dünyanın təkamül oxu 



və zirvəsi» olan insanın mənşəyini açmaq mahiyyətcə «dünyanın necə 

təşkil  olunduğunu  və  bu  təşkilin  gələcəkdə  necə  davam  edəcəyini 

bilməyə  cəhd  göstərmək  deməkdir».  Antropogenez  probleminin  elmi 

cəhətdən sistemli öyrənilməsi XIX-cu əsrdə baş venuiş və bu sahədə əldə 

edilmiş  ən  böyük  nailiyyət  Darvinin  təkamül  nəzəriyyəsinin  təsdiqi 

olmuşdur. Böyük ingilis alimi Ç.Darvin təkamül nəzəriyyəsinə həsr etdiyi 



«Təbii seçmə yolu ilə növlərin mənşəyi» adlı məşhur əsərində (1859-cu il) 

özünün  şəxsi  mülahizələrini,  biologiya  və  seleksiya  praktikasının 

nailiyyətlərini  ümumiləşdirmək  əsasında  üzvi  aləmin  təkamülünün  əsas 

amillərini  və  səbəblərini  açıqladı.  O,  1871-ci  ildə  çap  etdirdiyi  «İnsanın 



mənşəyi və cinsi seçmə» adlı monoqrafik tədqiqatında insanın meymundan 

deyil, morfoloji quruluşuna görə ona nisbətən, qismən də olsa oxşar olan 

meymunabənzər əcdadlarından  yaranması fərziyyəsini irəli sürdü. Darvin 

Lamarkın  birxəttli  deteraıi-  nizmini  aradan  qaldıraraq  sübut  etdi  ki,  üzvi 

aləmin təkamülü irsiyyət, dəyişkənlik və təbii seçmə prinsipləri əsasında 

baş  verir.  Darvinin  təkamül  nəzəriyyəsi  növlərin  inkişafının  səbəblərinin 

izahını verərək təkamülün elmi konsepsiyasının əsasını qoydu. O vaxtdan 

etibarən məlum oldu ki,  bioloji növlərin, o cümlədən insanın müasir halı 

onun keçmişi ilə, gələcəyi isə indiki halı ilə müəyyən olunur. Bununla da 

Darvin  sübut  etdi  ki,  insanın  mənşəyində  heç  bir  fövqəltəbiilik  yoxdur. 

Beləliklə,  XIX  əsrin  ikinci  yarısından  etibarən  Darvinin  antropogenez 

ideyası əsasında hamı tərəfindən qəbul edildi ki, insan bioloji təkamülün 



məhsuludur.  Lakin  təkamül  nəzəriyyəsi  qüsursuz  deyildi,  belə  ki, 

antropogenez proseslərin tədriciliyini və varisliyini qəbul edən və həyatın 

təkamülündə insanın yalnız təbii bir həlqə olduğunu sübuta yetirən Darvin 

nə  onun  heyvan  qarşısındakı  keyfiyyət  spesifikasını;  nə  də  inkişafına 



sosial  amilin  təsirini  açıqlaya  bildi.  Buna  görə  də  o  vaxtdan  etibarən 

insanın  yüksək  təşəkküllü  heyvanlardan  fərqləndirən  xüsusiyyətlərin 

müəyyənləşdirilməsi və onların elmi izahının axtarılması antropologiyanın 

mərkəzi problemlərindən birinə çevrildi. Həyatın digər formaları ilə insanın 

üzvi  əlaqəsinin  olması  haqqında  ideya  artıq  ümumi  və  molekulyar 

biologiyanın  nailiyyətləri  ilə  əsaslandırılmış  və  inkişaf  etdirilmişdir. 

Müasir  elm  materiyanın  sosial  hərəkətinin  formalaşdırıcı  rolunu  nəzərə 

almaqla  insanı  nisbətən  ona  bənzəyən  heyvan  əcdadından  keyfiyyətcə 

fərqləndirən əlamətləri artıq müəyyən etmişdir, insanla 



54 


heyvanın oxşarlıq onların orqanizminin maddi tərkibində, quruluşunda və 

davranışlarında  özünü  göstərir.  İnsan  və  heyvanın  hüceyrə  və  toxumaları 

eyni zülaldan və amin turşularından (DNT) təşkil olunmuşdur. Bu oxşarlıq 

həmçinin  insan  və  heyvan  bədəninin  bir  sıra  struktur  və  funksiyalarının 

eyniliyində  təzahür  edir.  Heyvan  təkamül  şkalasında  nə  qədər  yuxarıda 

durursa onun insana oxşarlığı da bir o qədər çox olur. İnsan rüşeymiərinin 

inkişaf mərhələləri də heyvan rüşeyminin təkamül mərhələləri ilə üst-üstə 

düşür.  Nəhayət,  insana  artıq  lazım  olmayan,  lakin  heyvanlarda  mühüm 

funksiyaları  yerinə  yetirən  bir  sıra  rudimentar  orqanlar  (appendiks  və  s.) 

onda hələ də qalmaqdadır. Etologiya elmi insan və heyvan davranışlarında 

oxşar  cəhətlərin  olmasına  dair  get-gedə  daha  çox  məlumatlar 

toplamaqdadır.  İnsanı  heyvandan  fərqləndirən  mühüm  cəhətlər  daha 

fundamentaldır.  Onların  sırasına  birinci  növbədə  şüur,  zəka,  təfəkkür 

daxildir. Yüksək dərəcədə inkişaf etmiş heyvanların öyrənilməsi göstərir ki, 

onlann  çoxu  əvvəllər  ancaq  insana  məxsus  olan  bir  sıra  keyfiyyətlərə 

malikdirlər. Məsələn, meymunlar üzərində aparılan eksperimentlər göstərir 

ki, onlar bəzi sözlərin mənasını başa düşür. Kompüter vasitəsilə arzulanm 

bildirməyi  bacanrlar. Ancaq bununla belə, meymunlar anlayışh  mücərrəd 

təfəkkürdən  məhrumdurlar,  onlarda  konkret  cisimlərin  mühüm 

əlamətlərinin  ümumiləşdirildiyi  abstrakt  təsəvvürlər  yoxdur.  Heyvanlar 

mürəkkəb  davranış  fomıalarına  malik  olub,  nadir  əsərlər  (məsələn, 

hörümçək  toru,  arıların  pətəkləri  və  s.)  yaratmağa  qabil  olsalar  da,  ən 

qabiliyyətli  heyvandan  insanın  fərqi  bundadır  ki,  insan  öz  fəaliyyətinin 

nəticələrini  irəlicədən  təsəvvür  edə  bilir.  İnsanı  heyvandan  fərqləndirən 

digər bir mühüm keyfiyyət onun dilə, səhih nitqə malik olmasıdır. Düzdür, 

yüksək inkişaf etmiş bəzi heyvanlarda siqnallar vasitəsilə reallaşan ünsiyyət 

sistemi  aşkar  edilsə  də  (məsələn,  bu  «delfmlərin  sivilizasiyasından» 

danışmağa  əsas  verir),  böyük  rus  fızioloqu  İ.P.Pavlovun  müəyyən  etdiyi 

kimi, yalnız insanda sözlərdən ibarət fizioloji aparat - ikinci siqnal sistemi 

vardır. Əmək qabiliyyəti də insanı heyvanlardan fərqləndirən fundamental 

əlamətlərdən biridir. Əlbəttə, bütün heyvanlar nə isə etməyə qabildirlər, ali 

heyvanlar  isə  daha  mürəkkəb  fəaliyyət  nümayiş  etdirə  bilirlər.  Məsələn, 

meymunlar əlləri çatmayan meyvəni onların asıldıqları yerdən salmaq üçün 

əl  ağacından  alət  kimi  istifadə  etməyi  bacarırlar.  Lakin  bununla  yanaşı 

bütün  canlılar  içərisində  yalnız  insan  əmək  aləti  yaratmağa  qabildir. 

Bununla əlaqədar olaraq müasir elmdə belə bir fikir hakim mövqe tutur ki, 

heyvanlar  müəyyən  zaman  kəsiyində  ətraf  mühitə  yalnız  uyğunlaşır, 

insanlar  isə  əmək  sayəsində  yaşadıqları  mühiti  həm  də  dərk  edərək 

dəyişirlər. Bu 

55 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə