Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə20/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   16   17   18   19   20   21   22   23   ...   298

imtina  edirdi.  Eynşteynə  görə,  dünyada  üstünlük  təşkil  edən  «imtiyazlı» 

sistem  yoxdur,  başqa  sözlə,  sistemlərin  hamısı  eyni  hüquqludur.  İxtiyari 

müddəa  yalnız  o  zaman  konkret  məna  kəsb  edir  ki,  onun  özü  konkret 

sistemlə  bağlı  söylənilmiş  olsun.  Bu,  o  deməkdir  ki,  bizim  ixtiyari 

təsəvvürümüz, 

0

  cümlədən,  dünyanın  elmi  mənzərəsi  relyativdir,  yəni 



həqiqətdir.  Beləliklə,  təbiətşünaslıqda  üçüncü  qlobal  inqilab  prinsipcə 

yeni  fundamental  nəzəriyyələrin  -  nisbilik  nəzəriyyəsi  və  kvant  mexa- 



nikasının  meydana  gəlməsilə  başlandı  və  təbiətşünaslığın  nəzəri 

metodoloji  əsaslarının  dəyişməsilə  nəticələndi.  Sonralar  yeni  yaranmış 

qeyri- 

klassik 


dünya 

mənzərəsi 

çərçivəsində 

kosmologiyada 

(qeyri-stasionar 

kainat 


konsepsiyası), 

biologiyada 

(genetikanın 

qərarlaşması)  və  bir  sıra  digər  elmlərdə  kiçik  inqilablar  baş  verdi.  Bu 

inqilablar  nəticəsində  əsrimizin  əvvəlləri  ilə  müqayisədə  əsrin  sonunda 

təbiətşünaslığın  siması  əhəmiyyətli  dərəcədə  dəyişdi.  Lakin  buna 

baxmayaraq,  XX  əsrdə  təbiətşünaslığın  inkişaf  impulsu  yenə  də 

Eynşteyninki  olaraq  qaldı.  Beləliklə,  üç  qlobal  elmi  inqilab  elmin 

inkişafının uzun sürən və hər birinin özünə məxsus elmi dünya mənzərəsi 

olan  üç  mərhələsini  təşkil  edir.  Əlbəttə,  elmin  inkişafı  üçün  elmi 

inqilabların  əhəmiyyəti  danılmazdır.  Lakin  bu  o  demək  deyil  ki,  elmin 

tarixi üçün yalnız inqilabların əhəmiyyəti vardır. Belə ki, elmin inkişafının 

təkamül mərhələsində də elmi kəşflər baş verir, yeni nəzəriyyələr, metodlar 

irəli  sürülür.  Buna  baxmayaraq,  çox  böyük  dövrlər  üçün  dünyanın  elmi 

mənzərəsinin  ümumi  konturu  məhz  fundamental  elmlərin  əsaslarına 

toxunan inqilabi irəliləyişlərlə şərtlənir. Müasir təbiətşünaslığın inkişafını 

səciyyələndirən mühüm cəhətlərdən biri də onun riyaziləşdirilməsi və bu 

prosesin  getdikcə  güclənməsidir.  Klassik  təbiətşünaslıq  özünün  elmi 

tədqiqatlarında  eksperimentai-riyazi  metodlara  əsaslanmışdır.  Bununla 

əlaqədar  olaraq  o  dövrdə  belə  bir  inam  yaranmışdır  ki,  biliyin  elmiliyi, 

səhihliyi, dəqiqliyi, etibarlılığı onun riyaziləşdirilməsi dərəcəsi ilə ölçülür. 

Q.Qaliley bu münasibətlə  yazırdı:  «Təbiətin  kitabı  riyaziyyatın  dilində 



yazılmışdır».  İ.Kant  isə  bu  fikirdə  olmuşdur  ki,  «biliyin  məzmununda 

riyaziyyat nə qədər çox yer tutarsa, o, bir o qədər həqiqi olar». Əlbəttə, 

bəşəriyyətin 

mənəvi 

mədəniyyətinin 



intellektual 

səviyyəsinin 

yüksəldilməsində  riyaziyyatın  rolunu  danmaq  olmaz.  Məntiqi  dürüstlük, 

mühakimələrin  deduktiv  xarakteri,  nəticələrin  ümumi  səciyyə  daşıması 

əsrlər  boyu  riyaziyyata  nümunəvi  bilik  şöhrəti  qazandınnışdır.  Müasir 

riyaziyyat  qüsursuz  əsaslandınua  qabili)^ətin-  dən  və  məntiqi  kamillik 

dərəcəsindən hələ uzaq olsa da, onun təbiətşünaslıq üçün əhəmiyyəti nəinki 

qorunub  saxlanır,  həm  də  zaman  keçdikcə  daha  da  artır.  Riyaziyyatdan 

geniş miqyasda istifadə etməsi təbiətşünas 

46 



lığa  mühüm  bir  üstünlük  verir:  riyaziyyat  bir  çox  hallarda  müxtəlif 

mülahizələrin  dəqiq  və  lakonik  təsvirini  verən  təbiətşünaslığın  universal 

dilinə  çevrilir.  Bəzən  həddən  ziyada  uzun  və  dolaşıq  olan  adi  danışıq 

dilindən  fərqli  olaraq  riyazi  dil  qısa,  dəqiq,  lakonik  və  yığcamdır. 

Təbiətşünaslıq  üçün  riyaziyyatın  cəzbedici  məziyyəti  bundadır  ki,  o, 

təbiətşünaslığın predmetini təşkil edən proseslərin, əlaqə və münasibətlərin 

aiqoritmiər sxemi rolunu oynayır. Əlbəttə, ixtiyari riyazi sxem və ya model 

tədqiqat obyektinin sadələşdirilmiş, ideallaşdınimış obrazıdır. 

Təsadüfi  deyil  ki,  müasir  elmi  «böyük  elm»  adlandırırlar.  Onun 

sistem  mürəkkəbliyi  və  şaxələnmə  səviyyəsi  təəccüb  doğurur  -  hazırda 



elmi təlimlərin sayı 15 minə çatır. Halbuki Aristotelin dövründə (e.ə. IV 

əsr)  elmlərin  (fəlsəfə,  astronomiya,  həndəsə,  tarix,  siyasət  elmi,  ritorika, 

coğrafiya və s.) sayı 20-dən artıq deyildi. Özünün ilk addımlarını atan antik 

elm  sinkretik  -  bölünməz  olmuşdur.  XVII  əsrdə  klassik  təbiətşünaslığın 

meydana  gəlməsilə  təbiətin  analitikcəsinə  öyrənilməsinin  əsası  qoyuldu. 

Teleskop və mikroskop kimi dəyərli idrak vasitələrinin ixtira edilməsi, bir 

tərəfdən  insanın  idraki  imkanlarının,  digər  tərəfdən  isə  öyrənilməsi 

mümkün  olan  təbii  idrak  obyektlərinin  sayını  artırdı.  Buna  görə  də  elmi 

biliyin  artırılması  onun  fasiləsiz  differensiasiyası,  budaqlanması  yolu  ilə, 

yəni  daha  kiçik  bölmələrə  və  yarım  bölmələrə  şaxələnməsi  ilə  müşayət 

olunurdu.  Fizikanın  differensiasiyası  nəticəsində  tam  bir  qrup  yarandı: 

mexanika,  optika,  elektrodinamika,  hidrodinamika,  elektrik,  molekulyar 

fizika və b. Kimyanın da şaxələnməsi intensiv surətdə baş verirdi: əvvəlcə 

üzvi  və  qeyri-üzvi  kimya,  sonralar  isə  fizi-  ki-kimya,  analitik  kimya, 

karbohidrogenlər  kimyası  təşəkkül  tapdı.  Hazırda  fundamental  elmlərin 

bir-birinə  diffuziyası  o  dərəcədə  güclənmişdir  ki,  təbiətşünaslar  təbiəti 

vahid  sistem  kimi  izah  edə  biləcək  elm  haqqında  fikirləşmək  məqamına 

gəlib  çatmışlar.  Təbiətşünaslıqda  inteqrativ  proseslər  burada  baş  verən 

diferensiasiya proseslərindən daha güclüdür. Görünür ki, təbii-elmi biliyin 

inteqrasiyası onun müasir inkişafının aparıcı qanunauyğunluğudur. Lakin, 

bu  o  demək  deyil  ki,  elmi  biliyin  differensiasiyası  artıq  öz  əhəmiyyətini 

itirmişdir.  Elmdə  diffe-  rensiasiya  prosesi  hələ  də  davam  etməkdədir. 

Təbiətşünaslığın  inkişafında  differensiasiya  və  inteqrasiya  -  bir-birini 

istisna edən deyil, qarşılıqlı tamamlayan meyllərdir. 



Elmi idrakın strukturu və əsas formaları. Elmi idrakın strukturu 

son  dərəcə  mürəkkəb  olub,  öz  aralarında  qarşılıqlı  əlaqələnən  müxtəlif 

komponentlərdən  təşkil  olunmaqla,  biliyin  spesifikliyini  tam  əks 

etdinnəyib,  bir-birindən  bir  sıra  formal  əlamətlərinə  görə  fərqlənən,  elmi 

idrakın «mikro strukturu»nu təşkil edən anlayış, mühakimə, əqli nəticə 

47 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə