Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə16/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   12   13   14   15   16   17   18   19   ...   298

qabaq bitkiləri calaq və heyvanları seleksiya etməyi, taxıl əkməyi, zəhərli 

bitkiləri dərman bitkilərindən fərqləndinnəyi bacarırdılar. İctimai praktika 

zəminində yaranan bu biliklər nadir mənəvi dəyərlər kimi nəsillərdən nəslə 

ötürülərək  daha  da  inkişaf  etdirildikcə,  elm  ictimai  şüur  fomıası,  insanın 

təbiət  və  cəmiyyətin  dəyişdirilməsinə  doğru  yönələn  fəal,  məqsədyönlü 

fəaliyyəti,  onun  təbii  ehtiyacı  kimi  yaranırdı.  Gerçəkliyin  dərkinin  ən 

yüksək  forması  kimi  elmin  spesifikliyi  məhz  bunda  olmuşdur  ki,  o  həm 

gerçəkliyin  obyektiv qanunlarını, həm  də onların  şüurdakı  inikasını ifadə 

edirdi.  Gerçəkliyin  dərk  olunması  empirik  və  nəzəri  xarakterli  ola  bilər. 

Ayrı-ayrı hadisələrin hissi qeydiyyatından kənara çıxmadığı bütün hallarda 

empirik  idrak  elm  sayıla  bilməz.  Elm  dedikdə,  birinci  növbədə, 

hissi-empirik 

məlumatları  təhlil  edən,  onları  yenidən  işləyib 

ümumiləşdirən,  abstraktlaşdırma,  ümumiləşdirmə,  abstraktdan  konkretə 

yüksəlmə  və  s.  metodlar  əsasında  elmi  anlayışları,  o  cümlədən 

kateqoriyaları  işləyib  hazırlamağı  bacaran  nəzəri  idrak  başa  düşülür. 

Özünün nisbətən yüksək inkişaf etmiş formasında götürülən hər bir konkret 

elm idrak obyektinin qanuna- uyğunluqlannı adekvat əks etdirən və özləri 

də qarşılıqlı əlaqələnən, məzmunca zənginləşən anlayışlar sistemidir. Elmin 

qərarlaşmasmda  obyektiv  səbəblərlə  yanaşı  bir  sıra  subyektiv  amillər,  o 

cümlədən,  idraka  olan  şəxsi  maraq,  onun  inkişafına  göstərilən  təşəbbüsü 

idarə  edən  mənafelər,  bilavasitə  praktiki  əhəmiyyətli  suallara  axtanlan 

cavablar  da  az  əhəmiyyət  kəsb  etmir.  Təbii  və  sosial  proseslərin 

qanunauyğunluqlarını  əks  etdirən  elm  təbiət,  cəmiyyət,  təfəkkür  və  idrak 

haqqında empirik və nəzəri biliklər sistemidir. İctimai şüur forması olmaq 

etibarilə elm sosial həyatın bütün sahələri, o cümlədən, ictimai istehsal və 



praktikanın  inkişafı  ilə  bağlıdır.  Buna  görə  də  elmin  mühüm 

xarakteristikalarından birini də onun ictimai istehsalla əlaqəsi təşkil edir. 

Elmin  inkişaf  tarixini  izləmək  əsasında  onun  ictimai  istehsalla  qarşılıqlı 

əlaqəsinin  3  əsas  mərhələsini  seçib  ayırmaq  olar.  Bu  əlaqənin  birinci 

mərhələsini  (quldarlıq  və  feodal  istehsalı)  səciyyələndirən  başlıca 

cəhət-istehsal  prosesində  elmi  biliklərdən,  dərk  olunmuş  təbiət 

qanunlarından korkoranə istifadə 

edilməsidir. Elm və istehsalın 

inkişafının bu mərhələsində istehsal, demək olar ki, elmə qədərki empirik 

biliklərə əsaslanmış, yenicə yaranmağa başlayan elm isə istehsala mühüm 

təsir  göstərə  bilməmişdir.  Bu  vəziyyət  əmək  alətlərinin  və  bütövlükdə 

istehsalın  zəif  inkişaf  etməsinin  əsas  səbəblərindən  biri  olmuş  və  bunun 

nəticəsində  XVIII  əsrin  axırlarına  qədər  insanlar  xış,  kotan,  toxucu  əl 

dəzgahı kimi min illik tarixi olan primitiv əmək alətlərindən istifadə etmiş. 

Antik və feodal istehsalında elmin nailiyyətlərinin texnologiyaya 

38 



tətbiqi, demək olar ki, məlum deyil. Elm və istehsalın qarşılıqlı əlaqəsinin 

ikinci mərhələsi manufakturalardan maşmiı istehsala keçilməsilə bağlıdır. 

Elmi biliyin differensiallaşmasmm baş verdiyi bu mərhələdə astronomiya, 



mexanika,  riyaziyyat,  kimya,  biologiya,  sosial  ekologiya  elmləri  natur 

fəlsəfədən  ayrılaraq  müstəqil  inkişaf  yoluna  qədəm  qoymuş,  istehsalda 

tətbiq olunan texnoloji proseslərlə bağlı olaraq texniki elmlərin təşəkkülü 

prosesi başlanmışdır. Bu dövrdə buxarın və elektrik enerjisinin  gücündən 

cəmiyyətin tərəqqisi naminə istifadə olunması elmi nailiyyətlərlə sıx bağlı 

olan texniki tərəqqiyə, maşın şəklində çıxış edən əmək vasitələri isə insana 

öz  əzəli  qüvvəsini  təbiət  qüvvələri  ilə  əvəz  etməyə  imkan  vennişdir.  Bu 

mərhələ  dərk  olunmuş  təbiət  qanunlarının  və  nəzəri  biliklərin  qismən  də 

olsa  məhsuldar  qüvvələrin  inkişafına,  ictimai  istehsala  tətbiqi  ilə 

səciyyələnir. Lakin bu dövrdə elmin istehsala şüurlu tətbiqi istehsalın təşkil 

və  inkişaf  etdirilməsindən  daha  çox  əmək  alətlərinin  və  maşmlann 

yaradılmasına  aid  idi.  Təbiətin  yeraltı  sərvətlərinin  və  təbii  enerji 



mənbələrinin  (su,  külək,  kömür,  neft  və  s.)  başlıca  əmək  predmetləri 

sayıldığı  bir  şəraitdə  istehsal  prosesi  əsasən  empirik  biliklərə  əsaslanırdı. 

Məsələn,  empirik  biliklər  əsasında  yaradılmış  buxar  maşınının  istehsala 

tətbiqi XVIII əsrin sonlarında başlansa da, buxar maşını nəzəriyyəsi (Kamo 

tsikli) yalnız XIX əsrdə yaradılmışdır. İstehsalın müxtəlif sahələrinə geniş 

miqyasda tətbiq olunmasına baxmayaraq elm bu dövrdə hələ də tətbiq və 

köməkçi  rol  oynayaraq  yalnız  istehsal  təcrübəsini  ümumiləşdirmək  və 

alimlərə artıq çoxdan məlum olan qanunları fonnula etməklə məşğul olurdu. 

Texniki  sahədə  aparılan  nəzəri  ümumiləşdinnə-  lərin  istehsalın  inkişafını 

qabaqlaya  bilməməsi  isə  buna  gətirib  çıxannışdı  ki,  elm  yalnız  istehsalın 

arxasınca  irəliləyir,  lakin  özünə  müstəqil  cığırlar  aça  bilmirdi.  Elm  və 

istehsalın  qarşılıqlı  əlaqəsinin  üçüncü  mərhələsi  20-ci  yüzilliyə  təsadüf 

edir.  Bu  mərhələdə  elm  öz  inkişafında  istehsal  prosesini  ötüh  keçmiş, 

elmi-texniki inqilab və elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi baş 

vermiş, nəzəri elmlər (nüvə fizikası, nəzəri kibernetika, polimerlər kimyası 

və  s.)  sahəsində  baş  venniş  fundamental  kəşflər  sayəsində  yeni  istehsal 

sahələri  yaranmışdır.  İnsan  idrakının  mühüm  fonualanndan  biri  olmaq 

etibarilə  elm  bir  sıra  sosial  funksiyalara  malikdir.  Sabit  və  dəyişməz 

qalmayıb, elmin özü kimi tarixi təkamülə uğrayan bu funksiyalar içərisində 

üçünü xüsusi qeyd etmək olar; a) elmin mədəni-dünyagörüşü funksiyası; 

b)  elmin  bilavasitə  məhsuldar  qüvvəyə  çevrilməsindən  irəli  gələn 



funksiyası;  c)  elmin  sosial  qüvvəyə  çevrilməsindən  irəli  gələn 

funksiyası. 

39 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə