Elmi redaktorlar: Əziz Məmmədov


fızikləri  buna  məcbur  edən  səbəb  onların  məşğul  olduqları  elmin



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə15/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   11   12   13   14   15   16   17   18   ...   298

fızikləri  buna  məcbur  edən  səbəb  onların  məşğul  olduqları  elmin 

çətinlikləridir”.  Dünyanın  dərk  edilməsi  prosesi  özünün  ən  yüksək  və 

təmərküzləşmiş  ifadəsini  elmdə  tapır.  Elm-  insan  fəaliyyətinin  tarixən 

qərarlaşmış,  gerçəkliyin  dərk  olunmasına,  onun  praktiki  dəyişdirilməsinə 

yönəldilmiş formasıdır. Məqsədyönlü seçilmiş və sistemləşdirilmiş faktlar

məntiqi 

cəhətdən 

əsaslandırılmış 

fərziyyələr, 

ümumiləşdirilmiş 

nəzəriyyələr,  fundamental  qanunlar,  ideyalar,  prinsiplər,  elmi  tədqiqatın 

metod və üsulları  onun  məhsuludur. Elmə  üç  baxımdan  yanaşmaq olar: 

elm  -  eyni  zamanda  həm  bilik  sistemi,  həm  mənəvi  istehsal,  həm  də 

bunların  əsasında  həyata  keçirilən  praktiki  fəaliyyətdir.  Elmin  predmeti 

tədqiq  olunur,  metodu  isə  necə  tədqiq  olunur  sualına  cavab  verir. 

Gerçəkliyin  və  ictimai  praktikanın  keyfiyyət  müxtəlifliyi  insan 

təfəkkürünün  çoxplanlı  xarakterini  və  elmi  idrakın  müxtəlif  sahələrini 

müəyyənləşdinnəklə  sübut  edir  ki,  elmi  idrak  təkcə  insan  şüurundan 

kənarda mövcud olan predmet və hadisələri, hərəkət və qarşılıqlı təsirləri 

deyil,  həm  də  onların  şüurdakı  inikasını,  insanı,  onun  bioloji  və  sosial 



tərəflərini, zəngin və təkrarsız mənəvi dünyasım, rasional və qeyri-rasio- 

nal, şüuri və qeyri-şüuri proseslərini də təmsil edir. Elmin yaranması tarixi 

haqqında  fəlsəfi  və  təbii-elmi  ədəbiyyatda  müxtəlif  nöqteyi-nəzərlər 

mövcuddur.  1.  Elm  insanın  praktiki  fəaliyyət  təcrübəsi  kimi  iki  mln  il 

bundan  əvvəl  daş  dövründə,  ibtidai  insanın  praktiki  əhəmiyyətli  biliklər 

əldə  etdiyi  və  onları  sonrakı  nəsillərə  ötümıək  vərdişləri  qazandığı  bir 

şəraitdə meydana gəlmişdir. 2. Biliyin dini-mifoloji təfəkkürdən fərqlənən 

sübut növü kimi elm e.ə. V əsrdə qədim Yunanıstanda meydana gəlmişdir. 

3. Elm orta əsr mədəniyyətinin çiçəkləndiyi, təcrübi biliyin əhəmiyyətinin 

dərk  olunduğu  bir  dövrdə  R.Qrrossetest,  R.Bekon  və  başqa  kilsə 

xadimlərinin  yaradıcılığında  İngiltərədə  yaranmışdır.  4.  Elm  XVI-XVII 

əsrlərdə  Avropada,  Q.Qaliley,  İ.Kepler,  X.Huygens,  R.Huk,  İ.Nyuton  və 

başqa alimlərin işləri meydana gəldiyi bir zamanda yaranmışdır. Qeyd edək 

ki, elmin sosial şərtlərinin yaranması da məhz həmin dövrə təsadüf edir. 5. 

Elm XIX əsrin üçüncü rübündə, ümumelmi tədqiqat proqramı əsasında ali 

təhsili tədqiqat fəaliyyəti ilə əlaqələndirmək mümkün olduğu bir şəraitdə 

meydana gəlmişdir. Bu baxımdan elmin yaradıcıları alman təbiətşünasları 

V.Humbolt  və  Y.Libix  sayılmalıdır.  Elmin  yaranması  haqqında  yuxarıda 

deyilənləri  yekun-  laşdınb  belə  qənaətə  gəlmək  olar  ki,  elm  ayn-ayrı 

alimlərin  spesifik  fəaliyyət  növü  kimi  e.ə.  V  əsrdə,  mükəmməl  sosial 



mənəvi  törəmə  kimi  isə  XVII  əsrdə  yaranmışdır.  Ayn-ayrı  alimlərin 

spesifik fəaliyyət növü kimi elm quldarlıq cəmiyyətində maddi istehsalın 

daxili  tələblərindən törəmiş və sonralar  cəmiyyətin inkişafının çox güclü 

stimullarından 



36 


birinə çevrilmişdir. İctimai şüurun icma cəmiyyətində təşəkkül tapmış din, 

əxlaq,  incəsənət  kimi  daha  qədim  formalarından  xeyli  sonralar  ictimai 

münasibətlər  zəminində  meydana  gəlmiş  elmin  qərarlaşması  əsasən  üç 

obyektiv  şərtlə  -  empirik  biliklərin  toplanması,  zehni  əməyin  fiziki 

əməkdən ayrılınası və abstrakt təfəkkürün inkişafında müəyyən səviyyənin 

əldə  edilməsilə  bağlı  olmuşdur.  Elmin  inkişaf  tarixi  göstərir  ki,  hər  bir 

konkret elm sahəsi meydana gəlməzdən xeyli əvvəl onun yaranması üçün 

zəruri  olan  empirik  biliklər  toplanmalıdır.  Müxtəlif  nəsillərin  səyləri  ilə 

yaradılan və tədricən toplanan həmin biliklər sonradan nəsillərdən-nəsillərə 

ötürülərək mənəvi sərvətlərin təkrarsız nümunəsi kimi insanların praktiki və 

nəzəri  fəaliyyətində  geniş  istifadə  olunmuşdur.  Elmi  idrakın  meydana 

gəlməsi  bəşəriyyətin  əqli  inkişafının  yalnız  müəyyən  mərhələsində,  ilk 

sinifli  cəmiyyət  olan  quldarlıq  quruluşunda  ictimai  əmək  bölgüsü 

zəminində  zehni  əməyin  fiziki  əməkdən  ayrılınası  sayəsində  mümkün 

olmuşdur. Elmin yaranması üçün fiziki əməkdən, yaşamaq üçün zəruri olan 

maddi  nemətlərin  əldə  edilməsi  qayğısından  tamamilə  azad  olan,  bütün 

bacarıq  və  imkanlarını  bilik  əldə  edilməsinə  sərf  edən  aynca  bir  sosial 



qrupun  mövcud olması zəruri  idi. Elmin  yaranması  üçün habelə abstrakt 

təfəkkür  də  müəyyən  inkişaf  mərhələsinə  çatmalı  idi.  Artıq  quldarlıq 

cəmiyyətində abstrakt təfəkkürün inkişafı elə bir məntiqi aparat yaratmışdı 

ki, bunsuz elm, ümumiyyətlə, mövcud ola bilməzdi.  İnsanlarda mücərrəd 

düşünmək  qabiliyyəti  bəşəriyyətin  inkişafının  hələ  ilk  çağlarında,  elmi 

biliklərin yaranmasından xeyli əvvəllər fonnalaşmışdı. Belə bir qabiliyyətə 

qədim insanların dini fantaziyalannda və mifoloji baxışlarında rast gəlmək 

olar. Lakin abstraksiyalann şüurlu ifadəsinə və onların təşəkkül prosesinin 

dərk edilməsinə insanlar yalnız sonralar, həm də elmi idrakın yaranması ilə 

əlaqədar nail olmuşlar. Elm ancaq insanların empirik fəaliyyətinin verdiyi 

materialların  təhlilindən  və  ictimai  praktikanın  inkişafından  çıxarılan  ilk 

abstraksiyalann,  tədqiqat  obyektinə  çevrilməsindən  və  onlara  əsaslanan 

üsul  və  qaydaların  dərk  edilməsindən  sonra  meydana  gəlmişdir.  Məntiqi 

anlayışların yaranması prosesinin təhlili göstərir ki, insan praktikası milyon 

dəfələrlə  təkrar  olunaraq  şüurda  məntiqi  fiqurlar,  mücərrəd  anlayışlar 

halında  təsbit  olunmuşdur.  İnsan  məntiq  elmindən,  onun  qayda  və 

üsullarından  çox-çox  əvvəllər  istifadə  etməyə  başlamışdır.  Buna  görə  də 

elm  ilə  biliyi  müəyyən  mənada  bir-birindən  fərqləndinnək  lazımdır. 

İnsanlar elm yaranmazdan xeyli əvvəllər də çox şey bilir, çox şey etməyi 

bacarırdılar. Onlar kimyanın və metallurgiya nəzəriyyəsinin yaranmasından 

xeyli əvvəllər metal əritməyi, ərintilər hazırlamağı, biologi ya müstəqil elm 

kimi təşəkkül tapmazdan xeyli 



37 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə