Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə11/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   7   8   9   10   11   12   13   14   ...   298

 

-

 



ekologiyanın  ümumi  nəzəri  məsələlərinin  əsas  anlayışlarının  və 

üsullarının öyrənilməsi

-

 

biosferin və qlobal ekosistemlərin (qlobal ekologiyanın) tədqiqi; 



-

 

biosferin  ekosistemlərinin,  populyasiyalarm  və  orqanizmlərin 



ekosistemdə (bioloji ekologiya) öyrənilməsi; 

-

 



insanın ekosisteminin tədqiqi: 

antropoekosistemlər (insan 

ekologiyası); 

-

 



biosferdə  bəşəriyyətin  öyrənilməsi:  sosioekosistemlər  (sosial 

ekologiya). 



Ölkəmizdə  sosial  ekologiyanın  əhatə etdiyi  insan həyatının  bütün 

sferalarının  öyrənilməsində,  tədqiq  olunmasında  və  inkişafında  elmi 

elitamızı, elitar mədəniyyətimizi, milli elmimizin müxtəlif sahələrini təmsil 

edən  alimlərimizin  misilsiz  xidmətləri  olub.  Hər  bir  xalqın  davamlı  və 

dayanıqlı  inkişafı  onun  elminin  inkişafı  ilə  bağlıdır.  Bunu  nəzərə  alaraq 

ölkəmizdə  milli  elmimizin  ayrı-ayrı  istiqamətlərinin  inkişafında, 

tərəqqisində  və  elm  sahəsi  kimi  formalaşmasında  xüsusi  xidmətləri  olan 

korifey alimlərimizdən bəzilərinin elmi-pedaqoji irsi və fəaliyyəti haqqında 

qısa bioqrafık məlumatları şərh etməyi məqsədəuyğun hesab edirik. 

Əliyev Həsən Əlirza oğlu (1907- 

I 1993). Dünya şöhrətli korifey 

alim, Azərbaycanda ekologiya 

elminin banisi, akademik Həsən 

Əlirza oğu Əliyevin ölkəmizin 

milli, endemik flora və fauna 

növlərinin öyrənilməsində və 

onların genefondunun qorunub 

saxlanması sahəsində müqayisə 

olunmaz dərəcədə və misilsiz 

xidmətləri olmuşdur. H.Əliyev 

olduqca zəngin, yaradıcı, səmə- 

rəli və məzmunlu ömrünün 

sonunadək milli flora və 

faunamızın genetik fondunun 

saxlanmasının ən sadiq və zəh- 

mətkeş keşikçisi olmuş, təbiətin mühafizəsi sahəsində olduqca geniş 

diapazonlu elmi-tədqiqat işləri aparmış və böyük alimlər ordusunun 

yaranmasında misilsiz xidmətlər göstərmişdir. O,1907-ci ildə Zəngəzur 

qəzasının Comərdli kəndində anadan olmuş, Azərbaycan Dövlət Aqrar 

25 



Universitetinin ona şərəf gətirən ilk məzunlardandır. H.Əliyevin 

həyatının ilk dövrü Gəncə ilə bağlıdır, 11 yaşında Gəncədə Şah Abbas 

məscidinin həyətindəki məktəbdə 5-ci sinifdə oxumuş, sonra ADAU-nun 

aqronomluq fakültəsində təhsil almış, burada işləmiş və elmi fəaliyyətlə 

məşğul olmuşdur. Akademik, Əməkdar Elm Xadimi H.Əliyevin həyatı, 

onun çoxşaxəli elmi fəaliyyəti ekologiya, torpaqşünaslıq, təbiəti 

mühaflzə,coğrafıya, biologiya üzrə müxtəlif məsələlərin həllinə həsr 

edilmişdir. H.Əliyev 500-dən artıq elmi əsərin, o cümlədən bir çox 

monoqrafiyanın, “Həyəcan təbili”, «Təbiətin keşiyində» və s. adlı 

monoqrafik əsərin və yüzlərlə elmi-kütləvi məqalənin müəllifidir. 

Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə sahəsində kompleks 

işlər silsiləsinə görə H.Əliyev Dövlət Mükafatına layiq görülmüşdür. 

H.Əliyev Azərbaycan KP MK-nm katibi işləmiş. Coğrafiya və Botanika 

İnstitutuna və bir sıra elm müəssisələrə başçılıq eünişdir. H.Əliyevin 

təşəbbüsü ilə 1963-cü ildə Respublika Təbiəti Mühafizə Cəmiyyəti 

yarandı. Onun 1975-ci ildə yaratdığı və baş redaktoru olduğu 

“Azərbaycan təbiəti” elmi-kütləvi jurnalı xalqın ekoloji təfəkkürünün 

genişlənməsi, ətraf mühitin mühafizəsində fəal iştirakı, təbii ehtiyatların 

qorunması və bərpası sahəsində geniş elmi və təbliğat işləri aparırdı. 

Akademik H.Əliyevin adını daşıyan ADAU-nun “Ekologiya mühəndis- 

liyi və meşəçilik” kafedrasının nəzdində ekologiya və meşəçilik muzeyi 

fəaliyyət göstərir, H.Əliyev adına əlaçı tələbə üçün adlı təqaüd də təsis 

edilmişdir.Gəncədə H.Əliyevin adını daşıyan küçədə vaxtı ilə onun 

yaşadığı binaya xatirə lövhəsi və barelyefi vurulmuşdur. 



Əliyev Cəlal Əlirza oğlu (1928). 

Dünya şöhrətli görkəmli alim. 

Respublikanın Əməkdar Elm 

Xadimi, AMEA-nın akademiki, 

Rusiya Kənd Təsərrüfatı Elmlər 

Akademiyasının həqiqi üzvü 

Cəlal Əlirza oğlu Əliyevin milli 

və dünya biologiya elminin 

inkişafında, tərəqqisində misilsiz 

xidmətləri olmuşdur. O, «Mikro- 

elementlərin buğdanın inkişafına 

və məhsuldarlığına təsiri» 

mövzusunda namizədlik, «Bit- 

kilərin fotosintez fəaliyyəti, mi- 

neral elementlərlə qidalanması və 

məhsuldarlığı» mövzusunda isə 

 

 

 



 

 

26 




doktorluq  dissertasiyası  müdafiə  etmişdir,  500-dən  artıq  elmi  əsərin,  20 

monoqrafiya və kitabın müəllifi olmaqla, onun rəhbərliyi və köməkliyi ilə 

250-yə qədər alim, o cümlədən 70-dən artıq elmlər namizədi və 10- dan çox 

elmlər  doktoru  hazırlanmışdır.  Həyatın  yaranması,  üzvi  aləmin  əmələ 

gəlməsi,  təbiətin  əvəzolunmaz  inkişafı  prosesi  fotosintez  hadisəsi  ilə 

bağlıdır. Fotosintez prosesinin öyrənilməsi uzam müddət dünya alimlərinin 

diqqət  mərkəzində  olmuşdur.  Təsadüfi  deyil  ki,  bəşəri  əhəmiyyətli  bu 

problemin  tədqiqi  sahəsində  kəşflərə  görə  indiyə  kimi  5  Nobel  Mükafatı 

laureatı olmuşdur. Azərbaycan-elmi tarixində mühüm yer tutan böyük alim, 

ictimai  xadim,  C.Əliyev  təbiət  elminin  bu  sahəsinə  maraq  göstənniş  və 

həmin  sahə  onun  elmi  yaradıcılığının  fundamental  tədqiqat  obyektinə 

çevrilmişdir.  Apanlan  fundamental  tədqiqatların  nəticəsində  7-  8  t/h 

məhsuldarlığa və yüksək dən keyfiyyətinə malik, Azərbaycanın taxıl əkini 

sahələrinin  böyük  hissəsini  təşkil  edən,  Türkmənistan,  Özbəkistan  və 

Cürcüstanda yaxşı nəticələr verən «Qaraqılçıq-2», «Mirbəşir-50», eləcə də 

«Vüqar»,  «Şiraslan-23»,  «Bərəkətli-95»,  «Qobustan»,  «Əlincə-84», 

«Əzəmətli-95»,  «Qiymətli-2/17»,  «Əkinçi-  84»,  «Nurlu-99»,  «Ruzi-84», 

«Tale-38»,  «Tərtər»  və  s.  kimi  bir  sıra  bərk  və  yumşaq  buğda  sortlannm 

yaradılması  alimin  ən  böyük  elmi  nailiyyətidir.  Hal-hazırda  alimin 

rəhbərlik  etdiyi  alimlər  kollektivi  dünyanın  ən  öncül  laboratoriyalan 

səviyyəsində  elmi-tədqiqat  işlərini  davam  etdirir.  Onun  elmi-təşkilatçılıq 

fəaliyyəti  sayəsində  XX  əsrdə  biologiyanın  ayrı-ayrı  sahələrinin  yüksək 

səviyyədə inkişafı XXI əsrdə Azərbaycan biologiya elminin dünya elminə 

inteqrasiyası  üçün  zəmin  yaratmışdır.  Nəticə  etibarilə  hazırda  ölkəmizin 

alimləri dünyanın öncül elmi laboratoriyaları ilə əməkdaşlıq şəraitində öz 

tədqiqatlarım 'avam etdirir və yeni elmi nailiyyətlər əldə edirlər. C.Əliyevin 

görkəmli bioloq kimi elmi irsinin ən yeni və mühüm sahələrindən birini də 

bioetika,  elm  və  texnologiyaların  etikası  problemləri  təşkil  edir.  Onun 

ümumi biologiya, biotexnologiya, biokimya, bitki seleksiyası və s. sahələr 

üzrə apardığı  çoxsaylı və sanballı  elmi  tədqiqat  işləri dünya mətbuatında 

geniş əksini tapmışdır. Təsadüfi deyildir ki, ilk dəfə olaraq UNESKO-nun 

xətti  ilə  Azərbaycanda  "Bioetika,  elmi  biliklərin  və  texnologiyaların 

etikası" üzrə Milli Komitə yaradılarkən onun ilk sədri C.Əliyev seçilmiş və 

DU 


günə  qədər  də  o,  bu  vəzifədə  öz  işlərini  böyük  uğurla  davam  etdirir. 

Alimin əldə etdiyi yeni sortlar, yazdığı qiymətli əsərlər, yaratdığı seleksiya 

məktəbi, zəngin buğda genefondu Azərbaycan xalqının milli sərvətidir və 

artıq  ölkəmizdə  çörəyə  ehtiyacın  ödənilməsi  istiqamətində  C.Əliyev 

məktəbi  vardır.  Alimin  buğdanın  seleksiyası  sahəsində  əldə  etdiyi 

nailiyyətlər onun elmi fəaliyyətinin ancaq bir hissəsidir. Onun bitki 



27 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə