Elmi redaktorlar: Əziz Məmmədov


nailiyyətlərdən təşkil olunur»



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə19/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   15   16   17   18   19   20   21   22   ...   298

nailiyyətlərdən təşkil olunur». Elmi ictimaij^ətin qəbul etdiyi para- diqma 

uzun illər boyu alimlərin nəzərini cəlb edən problemlər dairəsini müəyyən 

edərək  onların  elmiliyinin  rəsmi  təsdiqinə  çevrilir.  T.Kun  elm  tarixində 

fəaliyyət  göstənniş  paradiqmalara  Aristotel  dinamikasını,  Ptolomey 



astronomiyasını,  Nyuton  mexanikasını  və  s.  misal  göstərir.  Elmin 

konkret bir paradiqma daxilində baş verən inkişafı «normal elm» adlanır. 

Bir  paradiqmanm  digər  paradiqma  ilə  əvəz  olunduğu  dövr  elmi  inqilab 

adlanır.  Belə  elmi  inqilaba  misal  olaraq  klassik  fizikanın  (Nyuton 

mexanikası)  relyativist  iızika  (Eynşteynin  nisbilik  nəzəriyyəsi)  ilə  əvəz 

olunmasını misal göstənnək olar. Bu, elmin inkişafında elə bir dövrdür ki, 

bütün  alimlər  eyni  bir  paradiqmanm  tərəfdarı  kimi  çıxış  edir,  eyni  bir 

başsmdırmanı həll edir və prinsipial məsələlərin həllində onların arasında 

heç bir ciddi fikir ayrılığı yaranmır. Bu dövrdə tərəqqi  yolu ilə irəliləyən 

elmin topladığı yeni faktlar və həll etdiyi problemlər mövcud paradiqmanm 

təkmilləşməsinə səbəb olur. «Normal  elm»  dövründə paradiqma ilə yeni 

faktlar arasında hər hansı bir ziddiyyət meydana çıxarsa, ona paradiqmanm 

özünün  daxili  ziddiyyəti  kimi  deyil,  həlli  baxılan  ziddiyyətin  aradan 

qaldırılmasına  imkan  verən  növbəti  düşüncə  tərzi  kimi  baxmaq lazımdır. 

Bəşəriyyətin mənəvi həyatında baş vermiş birinci elmi inqilab e.ə. VI-IV 

əsrlərdə elmin yaranması ilə bağlı olmuşdur. Bu inqilabın tarixi əhəmiyyəti 

bundadır  ki,  onun  gedişində  insanlar  elmi  idrakı  dünyanın  dərkini  və 

mənimsənilməsini  digər  fonnalarından  fərqləndinnəyə  başlamışlar.  Bu 

dövrdə elm antik dövrün böyük filosofu Aristotelin əsərlərində («Fizika», 

«Siyasət»,  «Orqanon»  və  b.)  daha  aydın  başa  düşülməyə  başlandı. 

Aristotel  sübut  haqqında  təlimi  -  biliyin  alınmasının  və 

sistemləşdirilməsinin  başlıca  aləti  olan  fonnal  məntiqi  yaratdı; 

kateqoriyalar  aparatını  işləyib  hazırladı;  elmi  tədqiqatın  təşkilinin 

qanununu müəyyən etdi; təbiət haqqında elmləri - fizika, riyaziyyat və s. 

ayırmaqla elmi biliyin predmetlər üzrə differensiallaşdırılmasma başlanğıc 

verdi. Dünyanın antik elmi mənzərəsinin mühüm bir fraqmentini kainatın 



strukturu haqqında geo- sentrik təlim təşkil etmişdir. Bu təlim dünyanın 

dərk  edilməsi  yolunda  atılan  çətin  və  cəsarətli  addım  olub,  birinci  elmi 



inqilabın  ayrılmaz tərkib hissəsi idi. Elm tarixində ikinci  qlobal inqilab 

XVI-XVIII  əsrlərdə  baş  vermiş  və  kainatın  geosentrik  modelindən 



heliosentrik  modelinə  keçid  onun  çıxış  nöqtəsi  olmuşdur.  Heliosentrik 

sistem  dünyanın  elmi  mənzərəsinin  dəyişilməsində  aydın  nəzərə  çarpan 

əlamət  olsa  da,  o  bu  dövrdə  elmdə  baş  verən  əsaslı  dəyişikliklərin 

mahiyyətini  özündə  qabarıq  əks  .etdirmirdi.  Buna  görə  də  ikinci  qlobal 

elmi inqilabın təbii elmi fikirdə yaratdığı dəyişikliyin ümumi 

44 



mənzərəsinin  ilk  görkəmli  nümayəndələri  A.Kopemik,  Q.Qaliley,  İ.Kep- 

ler, R.Dekart,  İ.Nyuton  olmuş klassik  təbiətşünaslığın  formalaşması  kimi 

ifadə  etmək  olar.  Klassik  təbiətşünaslığı  antik  elmdən  prinsipial  surətdə 

fərqləndirən spesifiklik aşağıdakılardan ibarətdir: 



-

 

klassik  təbiətşünaslıq  riyaziyyatın  abstrakt  dili  ilə  danışırdı. 

Riyaziyyata antik elm də biganə deyildir, lakin burada onun tətbiq sahəsi 

ancaq «ideal  göy  cisimləri»  ilə məhdudlaşırdı.  Yer hadisələrinə gəldikdə 

isə antik elm onları yalnız keyfiyyətcə, yəni qeyri-riyazi üsulla izah edirdi. 

Klassik  təbiətşünaslıq  isə  Yer  cisimlərinin  kəmiyyət  xarakteristikalarını 

(forma,  ölçü,  kütlə,  hərəkət  və  s.)  seçib  ayıraraq,  onları  ciddi  riyazi 

qanunauyğunluqlar əsasında izah edirdi

-

 

ciddi  nəzarət  olunan  şəraitlərdə  hadisələrin  tədqiqinin 

eksperimental  metodu  klassik  təbiətşünaslığın  çox  güclü  dayağı  idi. 

Eksperimental  metod  təbiətin  passiv  seyrinin  ona  fəal  müdaxilə  ilə  əvəz 

etməyə imkan verirdi; 

-

 

klassik  təbiətşünaslıq bitkin,  mükəmməl  harmoniyası  kosmos 

kimi  başa  düşülən  dünya  haqqında  antik  təsəvvürləri  darmadağın 

edərək onları obyektiv qanunlar əsasında mövcud olan sonsuz kainat 

konsepsiyası ilə əvəz etdi; 

-

 

klassik  təbiətşünaslığın  hakim  təlimi  Yer  və  Göy  mexanikası 

idi.  Klassik  təbiətşünaslıqda  təbiət  haqqında  bütün  bilikləri  mexanikanm 

fundamental prinsip və təsəvvürlərinə müncər etməyə istiqamətlənən güclü 

meyl üzərində təbiətin mexaniki mənzərəsi öz təsdiqini tapdı. Elm tarixinə 

Nyutonun  adı  ilə  daxil  olmuş  ikinci  qlobal  inqilabın  xüsusiyyətlərinin 

ümumi  mənzərəsi  belə  olmuşdur.  Dünyanın  eksperi-  mental-riyazi 

təbiətşünaslıq  üzərində  yüksələn  mexaniki  mənzərəsinin  yaradılması  bu 

inqilabın  yekunu  idi.  Bu  inqilabın  ümumi  axınında  praktiki  olaraq  XIX 

əsrin  sonunadək  inkişaf  edən  elmdə  dünyanın  artıq  qərarlaşmış  ümumi 

mənzərəsini  tamamlayan  və  onu  daha  da  mürəkkəbləşdirən  çox  önəmli 

kəşflər  edildi.  Elmin  əsaslanm  «lərzəyə  salan»  üçüncü  elmi  inqilab 

XIX-XX əsrlərin qovşağında baş verdi. Bu dövrdə üç əsrdən bəri Nyuton 

mexanikasmm  mütləqliyi  və  universallığı  haqqında  fizikada  dərin  kök 

salmış inama, aləmin mexaniki mənzərəsinə- sarsıdıcı zərbə vuran bir sıra 

parlaq  kəşflər  (Rentgen  şüalan,  radioaktivlik  hadisəsi,  atom  strukturunun 

mürəkkəbliyini  kəşfi  və  b.)  edildi.  Bu  dövrün  məhsulu  olmuş  nisbilik 

nəzəriyyəsi  və  Kvant  mexanikası  bu  inqilab  zəminində  yaranmış  elmi 

biliyin paradiqmasmın əsasını təşkil edən ən əhəmiyyətli nəzəriyyələr oldu. 

Nyutonun  adı  ilə  bağlı  olan  təbii-elmi  inqilab  öz  genezisi  etibarilə 

geosentrizmdən heliosentrizmə keçidlə bağlı idi. Elmdə Eynşteyn inqilabı 

isə ümumiyyətlə, hər cür sentrizmdən 



45 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə