Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə18/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   14   15   16   17   18   19   20   21   ...   298

olmasın tələb edir. Elmi idrakda biliyin duraıadan artması, zənginləşməsi, 

intensiv və ekstensiv inkişaf etdirilməsi də mühüm rol oynayır. 



Müasir elm  nəhəng bilik sahəsini - gerçəkliyin müxtəlif sahələrini 

tədqiq edən 15 minə yaxın elmi əhatə edir. XX əsrdə hər 10-15 ildən bir 

elmi informasiyaların həcmi 2 dəfə artırdı. Elmi-texniki inkişafın mühüm 

nailiyyətlərinin  90%-ni  XX  əsrdə  edilmişdir.  İndiyədək  Yer  üzərində 

yaşamış  alimlərin  90%-i  bizim  müasirlərimizdir  və  onlann  sayı  5 

milyondan artıqdır. Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndəsi, ingilis 

filosofu F.Bekon hələ 4 əsr bundan əvvəl elmin mənəvi dəyərlərini yüksək 

qiymətləndirərək  yazmışdı:  «Bilik  -  qüvvədir».  Bütün  zəmanələr  üçün 

həqiqət  kimi  səslənən  bu  kəlam  iyiraıinci  yüzilliyin  mənəvi  həyatı  üçün 

daha çox adekvatdır. Əks təqdirdə bu gün cəmiyyətin bütün sahələri elmi 

prinsiplər  əsasında  idarə  edilir,  insanın  təbiət  və  cəmiyyətə  münasibətini 

elmi materiallar üzərinə yönəldən bilik insanın intellektuallıq, cəmiyyətin 

isə sivilizasiya dərəcəsinin göstəricisinə çevrilir. Müasir elmin təşkili çox 

mürəkkəbdir.  Predmetlərin  vəhdəti  baxımından  bütün  elementləri  vahid 

kompleks  yaradan  təbiət,  ictimai,  humanitar,  texniki,  antropoloji 

elmlərə bölünürlər. Təbiətşünaslıq  - tədqiqat obyektini təbiət təşkil edən 

biliklərin və onların qazanılmasına göstərilən fəaliyyət sistemidir, ictimai 

elmlər  - insan fəaliyyətinə daim  yenidən hasil edilən cəmiyyət  haqqında 

biliklər sistemidir. Humanitar elmlər - cəmiyyətin mənəvi həyatı, mənəvi 

dəyərləri  haqqında  biliklər  sistemidir.  Humanitar  elmlərin  dairəsi  çox 

genişdir: etika, dinşünashq, hüquq elmləri, sənətşünaslıq, pedaqogika və b. 



Texniki  elmlər  -  fərdlərin,  bəşəriyyətin  öz  həyat  fəaliyyətinin  müxtəlif 

sahələrində  istifadə  etdikləri  texniki  qurğuların  yaradılması  və  istifadə 

edilməsinin qanunlarını öyrənən biliklər sistemidir. Antropoloji elmlər  - 

insan  haqqında,  onun  təbii  və  ictimai  tərəflərinin  vəhdəti  və  spesifikası 

haqqında  mövcud  elmlərin:  fiziki  antropologiya,  fəlsəfi  antropologiya, 

mədəni antropologiya, təbabət, kriminologiya və b. sistemidir. 



2.1.2.

 

Elmi  biliyin  meyarı  və  inkişaf  prinsipləri. 

Qədim 


Yunanıstan Avropa elminin vətəni sayılır. Yunanların elmin banisi olması o 

demək deyil ki, onlar öz zəmanələrində başqa xalqlara nisbətən daha çox 

faktiki material toplamış, yaxud texniki kəşflər sahəsində daha heyrətamiz 

bacarıq  nümayiş  etdirmişlər.  Yunanlar  «alim»  adma  təfəkkür  prosesinə, 

onun  məntiqinə,  məzmununa  göstərdikləri  hədsiz  marağa  görə  layiq 

görülmüşlər.  Qədim  yunan  mütəfəkkirləri  faktiki  materialları,  dərin 

mühakimələri,  kəşfləri  toplamağa,  onların  məntiqi  əlaqələrini  açmağa, 

onlara sistemli bir görkəm vennəyə çalışıblar. Onlar nəinki 



42 


mühakimələrdəki  ziddiyyətləri  aşkara  çıxarmaq  yolu  ilə  həqiqəti  sübuta 

yetinuək üsulunu işləyib hazırlamış, həm də sübut prosesinin özünü təhlilə 

cəlb  etməklə  elm  tarixində  ilk  dəfə  sübut  nəzəriyyəsini  -  Aristotel 

məntiqini  yaratmışlar.  Başqa  sözlə,  qədim  yunanlar  rəngarəng  əlaqəsiz 

empirik biliklərə daxili bir ahəngdarlıq, sistemlilik, qayda gətirən metodu 

işləyib  hazırlamaqla  elmi  təfəkkür  sahəsində  metodoloji  hücumun 

başlanğıcını  qoymuşlar.  Bəşəriyyətin  mənəvi  həyatında  ikinci  metodoloji 

hücum eksperimental - riyazi metodların vacibliyinin dərk olunduğu Yeni 

dövrdə baş venniş və bu zəminə söykənməklə Qaliley, Dekart, Nyuton və b. 

klassik təbiətşünaslığın əsasım qoymuşlar. Təsviri xarakter daşıyan klassik 

təbiətşünaslığın yarandığı XVII əsrdə elmin inkişafının müxtəlif istiqamətli 



iki  metodoloji  proqramı  -  empirik  (induktiv)  və  rasional  (deduktiv) 

metodlar  yaranmışdır.  Empirizmə  görə,  dünya  haqqında  həqiqi  biliyi 

yalnız  təcrübədən,  müşahidə  və  eksperimentdən  almaq  olar.  Bu 

nöqteyi-nəzərə  görə,  müşahidə  və  ya  eksperiment  təkcə  olduğu  üçün 

təbiətin  dərkinin  yeganə  yolu  xüsusi  hallardan  daha  geniş 

ümumiləşdirmələrə  doğru  baş  verən  hərəkətdir,  yəni  induksiyadır. 



Rasionalizmə görə isə ən etibarlı və müvəffəqiyyətli elm riyaziyyatdır. Bu, 

ona görə belədir ki, riyaziyyatda ən səmərəli metodlardan - idrakda heç bir 

şübhəyə  yer  qoymayan  sadə  və  aydın  həqiqətlərə  baxmağa  imkan  verən 

intellektual intuisiya və mövcud həqiqətlərdən daha mürəkkəb bilik almağa 

əsas  verən  deduksiyadan  istifadə  olunur.  Ciddi  qaydalar  əsasında  tətbiq 

olunan  deduksiya  əksər  hallarda  həqiqətə,  bəzi  hallarda  isə  yanılmaya 

gətirib çıxarır. İnduktiv müahizəiərə gəldikdə isə Dekartm fikrincə, onlar 

bəzən  yaxşı  nəticələr  versələr  də,  lakin  qanunların  ifadə  olunduğu  ən 

ümumi  nəticələrə  gətirib  çıxara  bilmirlər.  Məşhur  amerikalı  elm  tarixçisi 

T.Kunun  konssisiyasının  mərkəzində  hərfi  mənası  «nümunə»  olan 

«paradiqma»  anlayışı  durur.  T.Kunun  fikrincə,  paradiqma  elmin 

inkişafının  müəyyən  dövründə  ideyaların,  metodların,  konkret 

problemlərin,  elmi  ictimaiyyət  tərəfindən  həllinin  hamılıqla  qəbul  edilən 

nümunələrinin  məcmusudur.  Bu  anlayış  habelə  tədqiqat  istiqamətinin 

seçilməsinə  təsir  göstərərək  biliyin  təşkilinin  üsulunu  da  ehtiva  edir. 

Paradiqmamn nüvəsini fundamental nəzəriyyələr, qanunlar, tənliklər təşkil 

etsə  də,  paradiqmalı  bilik  bilavasitə  izahedicilik  funksiyasını  yerinə 

yetirmədiyindən  o  «xalis»  nəzəriyyə  rolunu  oynaya  bilmir.  O,  müxtəlif 

nəzəriyyələrin  qurulması  və  onların  əsaslandırılmasının  ilkin  şərti  olub, 

metanəzəri törəmə kimi elmi tədqiqatların ruhunu və üslubunu təşkil edir. 

T.Kuna görə, paradiqma - «hamılıqla  qəbul  edilən  və  müəyyən  zaman 

müddətində  elmi  ictimaiyyətə  problemlərin  qoyuluşunu,  modelini  və 

həllini verən elmi 

43 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə