Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə17/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   13   14   15   16   17   18   19   20   ...   298

Müasir  dövrdə  elmin  bilavasitə  məhsuldar  qüvvəyə  çevrilməsi 

aşağıdakı cəhətlərlə səciyyələnir. 

1

İstehsalın genişlənməsi və ictimailəş- 

məsilə əlaqədar olaraq elmin istehsal prosesində rolu artmış, praktiki olaraq 

hər  şey,  hər  bir  proses  onun  predmetinə  çevrilmişdir.  2.  Müasir  elmi 

tədqiqatlar istehsal təcrübəsini  yalnız ümumıləşdinnəklə kifayətlənməyib, 

həm də onları qabaqlayaraq yeni istehsal sahələrinin yaradılmasına səbəb 

olur.  3.  Hazırda  istehsal  olunan  ictimai  sərvətlərin  məcmusu  sərf  olunan 

əməyin  kəmiyyətindən  daha  çox  elmi  biliklərin  inkişaf  səviyyəsindən  və 

onların istehsala tətbiq olunma dərəcəsindən asılıdır. Bunu da nəzərə almaq 

lazımdır ki, elmi bilik müxtəlif texniki vasitələrdə (maşınlar, qurğular və s.) 

maddiləşir.  4.  Maddi  nemətlərin  istehsalçılarının  elmi  biliklərə  getdikcə 

daha çox yiyələnməsi onların əmək fəaliyyətini elmi-texniki'fəaliyyətə daha 

çox  yaxınlaşdırır.  Elmi-texniki  tərəqqi  ilə  əlamətdar  olan  müasir  dövrdə 

elm  özünün  üçüncü  funksiyasını  kəsb  edərək  cəmiyyət  həyatında  böyük 

sosial qüvvəyə çevrilmişdir. Elmin sosial funksiyası özünü belə bir cəhətdə 

göstərir ki, hazırda elmin nəticələrindən və metodlarından sosial və iqtisadi 

inkişafın qlobal miqyaslı proqram  və planlarının  tərtib edilməsində geniş 

istifadə  olunur.  Elmin  sosial  qüvvəyə  çevrilməsi  dövrümüzün  qlobal 

problemlərinin  həlli  üçün  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Hazırda 

elmi-texniki tərəqqi  insan və cəmiyyət  üçün son  dərəcə təhlükəli olan bir 

sıra  neqativ  hadisələrə:  təbii  ehtiyatların  tükənməsinə,  torpağın,  suyun, 

havanın  çirklənməsinə  səbəb  olmuşdur.  Bütün  bu  çətinliklərin  aradan 

qaldırılmasında  elmin  rolu,  sözsüz  ki,  böyükdür.  Elmi  bilik  adi  bilikdən 

aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir: 



-

 

gündəlik həyat praktikasının verdiyi məlumatlarda təmsil olunan 

adi bilikdən fərqli olaraq, elmi idrak ümumi, zəruri və sistemli bilik verir. 

Elmi biliyin praktikada yoxlanıla və təkzib oluna bilməsi, məntiqi cəhətdən 

əsaslandırıla  və  eksperimentdə  reallaşdırıla  bilməsi  onu  fəlsəfi 

dünyagörüşündən və dini-bədii baxışlardan fərqləndirir

-

 

elmi idrak universal səciyyə daşıyıb sərəncamında olan metod və 

vasitələrlə predmet və hadisələri dərk etməyə çalışır. İdrak obyekti olmaq 

etibarilə  dinin,  incəsənətin  də  tədqiqi  elmi  xarakterli  ola  bilər.  Lakin  bu 

halda  incəsənət  haqqında  elm  olan  sənətşünaslıq  ilə  incəsənəti,  din 

haqqında elm olan dinşünaslıq ilə dini qarışdırmaq olmaz. Müasir elm üçün 

ixtisaslaşma  və  differensiasiya  ilə  yanaşı  elmlərin  inteqrasiyası,  onların 

bir-birinə qovuşması, birləşməsi də səciyyəvidir

-

 

elmi  bilik  dünyanı  səbəb  və  nəticənin,  imkan  və  gerçəkliyin, 

zərurət  və  təsadüfün,  arasıkəsilməzlik  və  arasıkəsilənliyin,  keyfiyyət  və 

kəmiyyətin və b. vəhdətilə təsvir edən prinsip və kateqoriyalar sisteminə 

40 



söykənir.  Yeni  nəzəriyyələrin  axtarışı  zamanı  elm  bəzi  əsrlərdən  bəri 

qərarlaşmış biliklərin əsaslarının yenidən, həm də əsaslı surətdə nəzərdən 

keçirilməsinə  ehtiyac  duyur.  Xüsusilə  elmi  inqilablar  dövründə  hərəkət, 

məkan,  zaman,  qanunauyğunluq,  struktur,  səbəbiyyət  və  başqa  fəlsəfi 

kateqoriyalar  haqqında  standart  təsəvvürlərin  dəyişdirilməsinə  kəskin 

zərurət  yaranır.  Adətən  belə  situasiyalarda  empirik  yoxlama  və  məntiqi 

sübut  metodları,  üsulları  kifayət  etmədiyindən  ümumi  müddəalara 

söykənən  bu  məntiqi  əməliyyatların  özlərinin  yenidən  yoxlanılmasına 

ehtiyac  duyulur.  Buna  görə  də  elmin  sələfləri  sayılan  alimlərin 

dünyagörüşü  fəlsəfi,  etik,  estetik,  hətta  dini  doktrinalann  başa  düşülməsi 

gedişində  formalaşır.  Məsələn,  müasir  amerikan  alimi  F.Kapra 

«Daofizika»  adlı  orijinal  fəlsəfi  konsepsiyasını  mədəniyyətin  müxtəlif 

nümunələri, o cümlədən elementar hissəciklər və sahə nəzəriyyəsi, qədim 

hind  və  çin  fəlsəfi  sistemləri,  müxtəlif  psixologiya  təlimləri  əsasında 

yaratmışdır; 



-

 

dini inamdan fərqli olaraq, elm də yaradıcılıq axtarışlarının azad 

olması, zəkaya olan dərin inamı, möcüzələrə uymadan dünyanı izah etmək 

bacarığı  ilə  xarakterizə  olunur.  Elmi  yaradıcılıq  tədqiqatçıdan  soyuq 

qanlılıq,  vicdan,  iradə,  cəsarət  tələb  edir.  Buna  görə  də  alimin  şüuru, 

təfəkkürü  təkcə  hesablama  və  yoxlama  aktlarına  aid  edilə  bilməz,  onun 

idrakı  həqiqətə  məhəbbəti,  biliyin  mənəvi  dəyərlərinə  inamı,  mürəkkəb 

emosional-iradə  fəaliyyətilə  xarakterizə  olunur.  Həqiqəti  bütün  mənəvi 

dəyərlərdən  üstün  tutan  Aristotelin  məşhur  «Platon  mənim  dostumdur, 



ancaq  həqiqət  mənə  daha  əzizdir»  kəlamı  bütün  dövrlər üçün əsl  alim 

meyarını əks etdirən əvəzsiz sözlərdir. 



-

 

elmi-nəzəri  idrakın  obyektləri  real  gerçəkliyin  özünün  predmet 

və  hadisələri  olmayıb,  onların  özünəməxsus  analoqları  -  ideallaşdırılmış 

obyektləridir; 

-

 

elmi  idrakın  mühüm  əlamətlərindən  biri  də  onun  yeni  biliyin 

alınması  prosesinə  və  tədqiqat  metodlarının  fəaliyyətinə  ciddi  nəzarət 

etməsidir; 

-

 

elmi idrak obyektin canlı təsvirini verən anlayışların mənasını və 

əhəmiyyətini qeydə alan dilin dəqiq, ciddi, binnənalı olmasını tələb edir; 



-

 

elmi idrak kəşf olunmuş həqiqətlərin obyektivliyini, yəni onların 

dərk edən subyektdən asılı olmamasını tələb edir. 



-

 

elmi  idrak  subyektin  fəallığını,  onun  xüsusi  hazırlığını  da  tələb 

edir.  Elmi  fəaliyyətə  hazırlaşan  hər  bir  tədqiqatçı  idrakın  tarixən 

qərarlaşmış  vasitələrini  mənimsəyərək  onlarla  davranmağın  metod  və 

üsullarını əxz edir. Subyektin elmi fəaliyyəti idrakın metod və üsulları ilə 

yanaşı dəyərli oriyentasiyaların və aydın məqsədlər sisteminin də 

41 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə