Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə23/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   19   20   21   22   23   24   25   26   ...   298

radioaktiv  şüaların  təsirilə  havanın  ionlaşması  olmuşdur.  Atmosferin 

müxtəlif qatlarında havanın  ionlaşma dərəcəsinin praktiki  ölçülməsi  yolu 

ilə bu fərziyyənin həqiqiliyi yoxlanılan zaman məlum oldu ki, Yer səthinə 

nisbətən atmosferin  yuxarı qatlarında hava daha çox ionlaşmışdır. Bu isə 

belə  bir  nəticə  çıxarmağa  əsas  verdi  ki,  hava  kütləsi  yalnız  Yerin 

tərkibindən  radioaktiv  maddələrin  təsirilə  deyil,  həm  də  bir  sıra  digər 

mənbələrdən ionlaşır. Bu fərziyyə tezliklə təsdiq olundu: müəyyən edildi 

ki. Yeri əhatə edən hava təbəqəsi atmosferdən keçib gələn kosmik şüalarla 

ionlaşır. 

2.1.3.

 

Antropologiya  və  onun  fəlsəfi  problemləri. 

İnsan 


təbiətin yaradıcı tacı, bəşər mədəniyyətinin subyekti və daşıyıcısı, kainatın 

zəka  mərkəzidir.  Dünyanın  inkişafının  ən  yüksək  məhsulu  olan  insanın 

mənşəyini  və  mahiyyətini  anla  maq  üçün  ona  müasir  elmi  idrakın 

sərəncamında  olan  metodlardan  istifadə  edərək  kompleks  yanaşmaq 

lazımdır. Müasir elmdə belə bir təsəvvür qərarlaşmışdır ki,  insan özündə 

bioloji, sosial və psixi komponentləri birləşdirən biososial-psixi varlıqdır. 

Buna görə də fəlsəfi və təbii-elmi idrakın predmeti kimi insanı üç aspektdə 

öyrənmək olar: 

1) insanın mənşəyini; 2) insan 

ontogenezində  təbii  (bioloji)  və  humanitar  (sosial)  aspektlərin 

nisbətini; 3) təbii-elmi idrakın metod və vasitələri ilə insanın spesifik 

varlığının,  mənəvi  dünyasının  öyrənilməsi.  Birinci  istiqamət  ənənəvi 

olaraq  antropologiya  adlanır.  «Antropologiya  insanın  mənşəyini, 



təkamülünü,  irqlərin  əmələ  gəlməsini  və  insanın  fiziki  quruluşunun 

norma  daxilində  dəyişkənliyinin  variasiyalarını  öyrənir».  Sosiobiolo- 

giya adlanan ikinci istiqamət insan fenomeninin genetik əsaslarının, onun 

bioloji  və  sosial  aspektlərini  öyrənir.  Üçüncü  istiqamətə  isə  təbii-  elmi 

yolla  insan  beyninin,  onun  şüurunun,  şüuraltı  proseslərinin,  ruhunun 

öyrənilməsi  aiddir.  Əgər  Yer  tarixində  bəşəriyyətin  yerini  təyin  etməyə 

çalışsaq  əmin  olarıq  ki,  insan  Yerdə  hələ  çox  cavan  varlıqdır.  Məşhur 

fransız alimi, görkəmli filosof, bioloq, paleontoloq, antropoloq  P.Teyyar 



de  Şarden  Yer  üzərində  sonuncu  insan  nəsli  sayılan  «Homo  sapiens» 

haqqında demişdir: «Otuz  min il. Həyatımızın  miqyasında bu, əlbəttə, 



uzun bir dövrdür. Təkamül üçün isə bu bir saniyədir».  Doğrudan da, 

biz yalnız Yer kürəsinin deyil, hətta Yer üzərindəki canlı aləmi əhatə edən 

biosferin inkişafını götürsək, bu halda da bəşər tarixi zamanın yalnız kiçik 

bir kəsiyini təşkil edəcəkdir. Doğrudan da, biosferain tarixi bir-birini əvəz 

edən  və  ayn-ayrıhqda  hər  biri  həyatın  daha  mürəkkəb  inkişaf  formasını 

yaradan  tam  bir  sıra  təkamüllər  silsiləsidir.  Bu  silsilənin  yalnız  sonuncu 

mərhələsində insan və cəmiyyət meydana çıxmışdır. 

52 



insan,  onun  zəkası  və  cəmiyyət  Yerin  və  onun  biosfer  təbəqəsinin  təbii 

inkişafının zirvəsidir. Bu gün biz böyük bir yəqinliklə deyə bilərik ki, insan 

Yer  övladıdır.  Yerin  tarixində  isə  müxtəlif  dövrlər  olmuşdur.  İnsanın  və 

bəşəriyyətin  mövqeyindən  asılı  olaraq  Yerin  inkişaf  tarixini  aşağıdakı 



dövrlərə ayırmaq olar: 

1)

 

Yerdə  həyatın  mövcud  olmadığı  xalis  geoloji  təkamül  dövrü 

(geosfer); 

2)

 

sonuncu  mərhələsində  antropososiogenezin  formalaşdığı 

geobioloji təkamül dövrü (geosfer və biosfer); 

3)

 

Yerin  mənəvi  təkamül  dövrü  (noosfer,  zəka  sahəsi).  Yerin 

təkamülünün  bu  sonuncu  dövrü  zəkanın  inkişafı  və  biosferdən 

noosferə keçidlə xarakterizə olunur. 

Dünyanın  təbii-elmi  mənzərəsinin və Yer tarixində insanın  yerinin 

bu səpkidə başa düşülməsində P.Teyyar  de  Şardenin  əvəzsiz xidmətləri 

olmuşdur. Ona görə kainatın inkişafı gedişində Yerdə təbii yolla - sıçrayışla 

cansızdan  canlıya  keçid  baş  vermiş  və  bu  proses  biosferi,  biosferin 

təkamülü isə öz növbəsində insanı yaratmışdır. Müvafiq mövqe rus alimi 

V.İ.Vemadski  tərəfindən  də  inkişaf  etdirilmiş  və  o,  insanı  təbiətin  bir 

hissəsi, qanunauyğun təbii prosesin labüd təzahürü hesab etmişdir. Təkamül 

prosesində  insan  zəkasının  maddi  əsası  olan  beyin  formalaşmış,  beyinin 

inkişafının kulminasiya nöqtəsini isə əmək fəaliyyəti ilə vəhdətdə biosfer və 

noosferin dəyişdirilməsini şərtləndirən insan zəkası, «elmi fikir» olmuşdur. 

V.İ.Vemadski  təbiətin,  kosmosun,  dünya  reallığının  təkamülünün 

zəmriliyini  və  ümumi  xarakterini  qeyd  etməklə  yanaşı,  nəzəriyyədə  və 

praktikada  belə  bir  faktın  da  nəzərə  alınmasını  xüsusi  vurğulayırdı  ki, 



«növlərin  təkamülü  biosferin  təkamülünə  keçir».  O, öz fikrini inkişaf 

etdirərək  yazırdı:  «Sonuncu  min  illikdə  canlı  maddənin  ayrıca  bir 



növünün  -  sivilizasiyalı  bəşəriyyətin  biosferin  dəyişməsinə  təsirinin 

intensiv artımı müşahidə olunur. Elmi fikrin və insan əməyinin təsirilə 

biosfer  yeni  hala  -  noosferə  keçir».  Beləliklə, istər Teyyar de Şardenin, 

istərsə  də  V.İ.Vemadskinin  fikrinin  başlıca  qayəsi  bundan  ibarətdir  ki, 

nəinki Yerin və biosferin təkamülü insanın yaranmasına gətirib çıxarmış, 

habelə insanın  yaranması  da öz növbəsində Yerin və biosferin inkişafına 

əks təsir göstənnişdir. İnsan mürəkkəb sistem olub, öz növbəsində daha 

mürəkkəb  olan  bioloji  və  sosial  systemlərin  komponentidir.  Özünün 



bioloji  tərəfi  ilə  təbiətə,  sosial  tərəfi  ilə  isə  cəmiyyətə  bağlanan  insan 

müxtəlif  elmlərin  tədqiqat  predmetidir.  Onurğalılar  tipinə,  fəqərəlilər 

yarımtipinə,  məməlilər  sinfinə,  primatlar  dəstəsinə,  hominidlər  ailəsinə 

mənsub  olan  bioloji  orqanizm  sosial  münasibətlərin,  mədəniyyətin 

substratı, daşıyıcısı olan in 

53 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə