Elmi-texnoloji xəbərlər Quranda günəşlə bağlı


Düşünən İnsan,   Noyabr  2013 surəsi, 199)



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#36916
1   ...   10   11   12   13   14   15   16   17   18

50

Düşünən İnsan, 

 Noyabr  2013

surəsi, 199) buyurur. Qəlbi Allah`ın zikri ilə 

yumşalmış mömin bağışlamalı və mülayim 

olmalıdır.

 

Allah`ın 



özünü 

bağışlamasını 

istəyib  insanlara  sərt  və  mərhəmətsiz 

davranması möminin fitrətinə uyğun deyil. 

Bundan  əlavə,  iman  gətirən  insan  Allah`ın 

Quranda bildirdiyi əxlaqla yaşamaqdan geri 

çəkilməməlidir. Əksinə, cidd-cəhdlə Allah`ın 

bəyəndiyi əxlaqla yaşamalıdır.





Sevgi ilə rəftar etməlidirlər

 

Allah`a  könüldən  bağlanan  və 



Allah`ı  çox  sevən  insan  Onun  yaratdığı 

bütün gözəlliklərə qarşı qəlbində sevgi hiss 

edər. Çiçək, kəpənək, quş, pişik və ya gözəl 

mənzərə  belə  bir  insanın  qəlbində  həyəcan 

oyadar.  Eyni  şəkildə,  xoşxasiyyət,  gözəl 

insan  da  qəlbdə  səmimi  heyranlıq  oyadır. 

Çünki  insanın  gördüyü  hər  şey  Allah`ın 

təcəllisidir.  Allah`a  duyduğu  coşqulu  sevgi 

Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının 

və gücünün təcəlli etdiyi hər şeyə qarşı insan 

ruhunda  təbii  sevgi  və  məhəbbət  oyadır. 

Odur ki, Allah`a könüldən bağlanan insanlar 

əsl sevgini hiss edən yeganə insanlardır.

Sevgi  Allah  qorxusu  və  Quran  əxlaqı  ilə 

yaşamaqla  davamlı  olur.  Bu  davamlılıq 

möminin  sevgidə  ömür  boyu  səbirli  və 

qətiyyətli  olmasını  təmin  edir.  Sevginin 

təməli  iman  və  Allah  qorxusudur.  Quran 

əxlaqına  əsaslandığı  və  Allah  rizası  üçün 

sevdiyi üçün möminin sevgisi çox güclü və 

dərindir.  Ayədə  möminlərin  sevgisinə  belə 

diqqət çəkilir:

 

De:  “Mən  sizdən  bunun  əvəzində 

sevgidən  başqa  bir  şey  istəmirəm”.  (Şura 

surəsi, 23)



Təbliğin  əvəzində  heç  bir  mükafat 

istəməməlidir

 

Allah`dan  qorxan  insan,  eyni 



zamanda, vicdanına tabe olan və daima Quran 

əxlaqı  ilə  hərəkət  edən  insandır.  Quranda 

bütün insanlara qarşılıq gözləmədən xeyirli 

əməllər etmək, insanlara kömək etmək əmr 

edilir. Bir ayədə “Yaxşılığı təmənna məqsədilə 

etmə!” (Müddəssir surəsi, 6) əmri ilə insana 

etdiklərindən  dünyəvi  mənfəət  güdməmək 

əmr edilmişdir. Allah`ın bu əmrlərini yerinə 

yetirən  və  etdiklərindən  dünyəvi  mənfəət 

gözləməyən  müsəlmanın  yeganə  məqsədi 

var: Allah`ın ondan razı olması, onu cənnətə 

layiq  qul  qəbul  etməsi.  Ayədə  möminlərin 

dinə qarşılıqsız xidmət etməsi belə bildirilir:

 

De:  “Mən  bunun  əvəzində  sizdən 



heç bir mükafat istəmirəm”. (Ənam surəsi, 

90)



Davranışı,  sözü,  ağlı,  dürüstlüyü, 

səmimiliyi ilə etibar qazanmalıdır

 

Müsəlmanların  ən  əsas  xüsusiy–



yətlərindən  biri  cəmiyyətdə  etibarlı  insan 

kimi  tanınmalarıdır.  Möminlərin  üzü  elə 

nurlu  və  əsalətli  olur  ki,  hər  kəs  onların 

üzünə baxdıqda dürüst olduqlarını anlayır. 

Vicdanının  səsini  dinləyərək  bir  möminlə 

danışan, onun söhbətində iştirak edən hər kəs 

möminin  fərqini  dərhal  anlayar.  Müsəlman 

imanından  qaynaqlanan  bu  xüsusiyyəti 

ilə  İslam  dinini  mükəmməl  təbliğ  edir  və 

bu  əxlaqında  qətiyyətli  olur.  Ona  əziyyət 

edilərsə və ya din əxlaqını təbliğ etməkdən əl 

çəkməsinin əvəzində böyük imkan və maddi 

mənfəətlər  təklif  olunarsa,  bunu  əsla  qəbul 

etməz.  Çünki  Allah`ın  rizasını,  İslamın  və 

müsəlmanların mənfəətini daima qətiyyətlə 

üstün tutmaq mömin üçün əsasdır. Ən çətin 

vəziyyətdə  belə  Allah`ın  yardımına  ümid 

bəsləyir, kimsədən qarşılıq gözləmədən din 

əxlaqını  təbliğ  edir.  Müsəlmanın  bu  üstün 

əxlaqı Quranda belə təriflənmişdir:

 

Mən 


Rəbbimin 

vəhy 


etdiyi 

hökmlərini  sizə  təbliğ  edirəm.  Mən  sizin 

etibarlı nəsihətçinizəm. (Əraf surəsi, 68)



Müsəlmanın  təbliğ  edərkən 

daima  şəfqət  və  sevgi  ilə 

davranması 

Allah`ın 

əmridir

 

M ö m i n l ə r i n 



yanında 

hər 


cür 

xarakterli, 

hər 

cür 


düşüncəyə 

malik 


insan 

ola  bilər.  Ancaq  möminlər  bu 

insanlarla imkanları ölçüsündə bir-bir 

maraqlanmaqla, hər birinin qüsurlarını 

və  səhvlərini  düzəltmək  üçün  onlara 

öyüd-nəsihət verməklə, təmizliklərindən 

imanlarına  qədər  onları  hər  məsələdə 

tərbiyə etməklə məsuldurlar. Lakin bunu 

şəfqətlə, sevgi ilə, anlayış və səbirlə edərək 

bir çox insanın qəlbinin Qurana isinməsinə 

və Peyğəmbərimizə (s.ə.v) səmimi qəlbdən 

www.gozelmovzular.com




51

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013

bağlanmasına vəsilə olmalıdırlar. 

 

Allah`ın  mərhəməti  sayəsində 



sən  onlarla  mülayim  rəftar  etdin.  Əgər 

sən  kobud  və  daş  qəlbli  olsaydın,  onlar 

hökmən  sənin  ətrafından  dağılışardılar. 

Sən  onların  günahından  keç,  (Allah`dan) 

onların bağışlanmalarını dilə... (Ali-İmran 

surəsi, 159)

 

Unutmaq  olmaz  ki,  insanlara 



qəzəblə 

davranmaq, 

bağışlamamaq, 

anlayışsız  yanaşmaq,  kömək  etməmək,  pis 

söz söyləmək bir çox cəhətdən müsəlmanın 

boynuna məsuliyyət qoyur. Bu cür yanaşma 

həm  Quran  və  sünnəyə  ziddir,  həm  də 

İslama  ziyan  vurur.  Müsəlman  dini  əsla 

məcburiyyətlə  və  ya  şərt  qoyaraq  qəbul 

etdirməyə  çalışmaz,  gözəl  üslubla  təbliğ 

edər.

 

Müsəlman  gülər  üzü,  zarafatcıllığı 



ilə,  ən  çətin  vaxtlarda  sabitləşdirici  üslubu 

ilə  insanların  sevgisini  qazanar.  Möminin 

bu  xüsusiyyətinə  görə  onun  fikirlərinə 

tamamilə  qarşı  olan  insan  belə  heç  vaxt 

möminin  əxlaqı  haqqında  pis  düşünməz. 

Çünki  hər  kəs  onun  şəfqətli,  mehriban, 

nəzakətli olduğunu, insanı təcrid edən deyil, 

qazanmağa  cəhd  edən  şəxs  olduğunu  hiss 

edir. Müsəlmanın digər xüsusiyyəti də İslamı 

sözlə  təbliğ  etmədikdə  belə  əxlaqı  ilə  çox 

gözəl  təbliğ  etməsidir.  Bu  xüsusiyyətlərinə 

görə, Qurana uyğun hərəkət edən müsəlman 

insanları  dindən  soyutmaz,  onları  təcrid 

etməz, kimsəyə ön mühakimə ilə yanaşmaz, 

hər şeydən əvvəl İslamın və müsəlmanların 

mənfəətini  düşünər,  şəxsi  qəzəb  hissi  və 

qüruru ilə hərəkət etməz.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə