Əlyazma hüququnda Məlikrzayev A.Ə. Biznes-reinjinirinqin inkişaf istiqamətləri


Cədvəl 2.6 Kredit qoyuluşlarının müddətinə görə strukturu



Yüklə 2,73 Mb.
səhifə7/12
tarix01.04.2018
ölçüsü2,73 Mb.
#35688
1   2   3   4   5   6   7   8   9   ...   12

Cədvəl 2.6
Kredit qoyuluşlarının müddətinə görə strukturu





01.01.05

01.01.06

Kredit qoyuluşları, mlrd. manat

4947,3

7204,8

Qısamüddətli kreditlər

3503,9

4566,4

Xüsusi çəkisi, %-lə

70,8

63,4

Uzunmüddətli kreditlər

1443,4

2638,4

Xüsusi çəkisi, %-lə

29,2

36,6

Yeni verilmiş kreditlərin strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi daha çox artmışdır. Belə ki, 2005-ci ildə verilmiş yeni kreditlərin strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi ötən ilki 27,4%-ə qarşı 31% təşkil etmişdir(Cədvəl 2.7).


Cədvəl 2.7
2004-2005-ci ilərdə Azərbaycanda yeni kreditlərin həcmi mlrd. manat





2004-cü ildə yeni kreditlər

2005-ci ildə yeni kreditlər

Cəmi

8529,5

11375,2

Qısamüddətli

6189

7846,6

1 ayadək

1012,8

540,2

1 aydan 3 aya qədər

618,9

717,2

3 aydan 6 aya qədər

922,6

1279,6

6 aydan 9 aya qədər

768

1170

9 aydan 1 ilə qədər

2866,6

4139,7

Uzunmüddətli

2340,5

3528,6

1 ildən 3 ilə qədər

2159,6

3189,1

3 ildən 5 ilə qədər

179,1

328,9

5 ildən 10 ilə qədər

1,8

10,6

Son dövrlərdə uzunmüddətli kredit qoyuluşlarının yüksək templə artması ölkədə kreditorlarla debitorlar arasında qarşılıqlı etimadın yüksəldiyindən və iqtisadiyyatın gələcəyinə daim optimal gözləmələrdən xəbər verir.

Ölkəmizdə müəssisələrin fəaliyyətinin sağlamlaşdırılması və yeni müəssisələrin yaradılması üçün xarici investisiyalardan istifadə edilir. AR DSK-nın məlumatlarına görə 1995-2004-cü illər ərzində bütün maliyyə mənbələri üzrə ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının məbləği 16,9 mlrd. dollar olmuşdur ki, bunun da 12,6 mlrd. dolları xarici investisiyanın, 4,3 mlrd. dolları isə daxili investisiyanın payına düşür. Həmin dövrdə bütün maliyyə mənbələri üzrə kapital qoyuluşunun strukturunda xarici investorların vəsaitlərinin xüsusi çəkisi 1996-cı ildə 58,4%, 1998-ci ildə 67,7%, 2004-cü ildə isə 74,6% təşkil etmişdir.

1995-2004-cü illərdə ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyaların 2,2 mlrd. dollarını(12,9%-i) maliyyə kreditləri, 12,8 mlrd.dollarını(75,3%-i) neft sənayesinə yönəldilən vəsaitlər, 1,8 mlrd. dollarını(10,6%-i) isə birgə müəssisələrin və xarici firmaların xətti ilə iqtisadiyyata yönəldilən vəsaitlər təşkil etmişdir. Azərbaycan hökumətinin beynəlxalq kredit institutları ilə(BVF, ÜB, İİB və s.) fəal əməkdaşlıq nəticəsində əldə edilən maliyyə kreditləri ölkənin milli valyuta məzənnəsinin sabitliyinin və tədiyə balansının saxlanmasına, kiçik və orta biznesin xüsusi müəssisələrinin işləyib hazırladığı investisiya layihələrinin maliyyələşdirilməsinə, habelə istehsal-texniki və sosial xarakterli problemlərin həllinə yönəldilmişdir.

Müəssisələrin xarici mühitin dəyişməsinə uyğunlaşdırılması məqsədilə 1995-ci ildə 220,4 mln. ABŞ dolları, 2000-ci ildə 262,9, 2004-cü ildə isə 293,0 mln. ABŞ dolları məbləğində maliyyə krediti yönəldilmişdir(Cədvəl 2.8).
Cədvəl 2.8

Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların strukturunun inkişaf dinamikası





İLLƏR

2004-cü il %-lə

1995

2000

2004

1995

2000

Cəmi xarici investisiya

375,1

927

4575,2

1219,7

493,5

O cümlədən:

1.Maliyyə kreditləri


220,4

262,9

293,0

132,9

111,4


2.Neftin sənayesinə

139.8

546,1

4088,0

2924,2

748,6

3.Birgə müəssisələr və xarici müəssisələr

14,9

118,0

104,2

699,3

88,3

Cədvəlin məlumatlarından göründüyü kimi, 1995- cil ilə nisbətən 2004-cü ildə maliyyə kreditlərinin həcmi 32,9% artdığı halda, birgə və xarici müəssisələrin inkişafına yönəldilən xarici investisiyaların həcmi 7 dəfə, neft sənayesinə isə 30 dəfəyə yaxın artmışdır.

Ölkəmizdə birbaşa xarici investisiyanın əsas formalarından biri xarici və müştərək müəssisələrin fəaliyyətidir. Dövlət xarici iqtisadi əlaqələrin inkişafı, birbaşa xarici investisiyanın ölkə iqtisadiyyatına cəlb edilməsi işinin gücləndirilməsi və dünya təcrübəsindən istifadə olunması üçün məqsədyönlü tədbirlər görür. Sabitlik əldə edilən dövrdən bu günə qədər ölkəmizdə 65-dən artıq dövlət ilə qurulmuş 750-dən artıq birgə müəssisə qeydə alınmışdır. 1995-ci ildən başlayaraq, birgə müəssisələrin və xarici firmaların xətti ilə ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyanın həcmi davamlı olaraq artmışdır. Belə ki, 1995-ci ildə bu cür xarici investisiyanın həcmi 14,9 milyon dollar, 1996-cı ildə 102,8 milyon dollar, 2000-ci ildə 118,0 milyon dollar, 2004-cü ildə isə 104,2 milyon dollar təşkil etmişdir.

Onu da qeyd edək ki, birgə müəssisələrin yaradılması yolu ilə xarici investisiyanın cəlb edilməsi ölkə iqtisadiyyatında nəzərə çarpacaq rol oynamasa da artıq onun inkişaf etdirilməsinin əsasları formalaşdırılmışdır. Xarici və müştərək müəssisələrin sahəvi strukturunun təhlili göstərir ki, onların fəaliyyət istiqaməti daha çox topdan və pərakəndə satış və daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icra və kommersiya fəaliyyəti sahəsinə istiqamətlənmişdir. 2004-cü ildə Azərbaycanda fəaliyyət göstərən xarici və müştərək müəssisələrdə 54,1 min nəfər çalışmış, onların istehsal etdiyi məhsulun(işlərin və xidmətlərin) həcmi 19,1 trilyon manat olmuşdur ki, bu da Ümumi Daxili Məhsulun 45,6%-ni təşkil edir. Bu müəssisələrdə orta aylıq əmək haqqı 3,0 mln. manat təşkil etmişdir.

2004-cü ildə birgə müəssisələrin və xarici firmaların xətti ilə Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyanın 76,9%-i Türkiyənin, 8,1%-i ABŞ-ın, 4,0%-i Böyük Britaniyanın, 2,1%-i Fransanın, 1,7%-i Rusiyanın, 4,2%-i BƏƏ-nin, 1,0%-i isə digər ölkələrin payına düşür.

Təhlil göstərir ki, xarici investisiyaların strukturunda əsaslı dəyişikliklər baş vermişdir(Cədvəl 2.9).
Cədvəl 2.9

Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyalardan istifadənin strukturu

Göstəricilər



İLLƏR

1995

2000

2003

2004

Cəmi xarici investisiya

100,0

100,0

100,0

100,0


O cümlədən:

1.Maliyyə kreditləri


58,7

28,3

6,5

6,4


2.Neft sənayesinə

37,3

58,9

85,8

89,4

3.Birgə müəssisələr və xarici firmalar

4,0

12,8

7,7

4,2


Cədvəlin məlumatlarından göründüyü kimi 2004-cü ildə ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyanın cəmi 4,2%-i birgə müəssisə və xarici firmaların inkişafına yönəldilmişdir. Əgər 1995-ci ildə xarici investisiyanın ümumi məbləğinin 58,7%-i maliyyə kreditlərinə, 37,3%-i neft sənayesinə və 4%-i birgə müəssisələr və xarici firmalara yönəldilmişdirsə, 2004-cü ildə bu göstəricilər müvafiq olaraq 6,4%, 89,4%, 4,2% təşkil etmişdir. Aparılan hesablamalardan göründüyü kimi, təhlil olunan dövrdə maliyyə kreditlərinə ayrılan vəsaitin xüsusi çəkisi 58,7%-dən 6,4%-ə enmiş, neft sənayesinə yönəldilən xüsusi vəsaitin xüsusi çəkisi isə əksinə, 37,3%-dən 89,4%-ə qalxmışdır. Neft hasilatı və qaz sənayesinə xeyli vəsaitin yönəldilməsi iqtisadiyyatın bu sahəsinin üstün inkişafına, daha çox gəlirlə işləməsinə və beləliklə də dəyişən xarici mühitə uyğunlaşmasına gətirib çıxarmışdır. Bu bir daha göstərir ki, müəssisələrə dövlət himayəsi artdıqca, onlarınn xarici mühitə uyğunlaşdırılması prosesi öz normal axını ilə gedir.

Beynəlxalq təcrübə göstərir ki, hər hansı bir ölkənin nüfuzlu maliyyə təşkilatları ilə birgə fəaliyyəti həmin ölkələrə xarici investisiyanın cəlb edilməsi üçün əlverişli şərait yaradır. Respublika hökuməti indiyə kimi(2005-ci ilə kimi) BVF ilə əməkdaşlıq çərçivəsində 6 iqtisadi proqram hazırlamış və həmin proqramların həyata keçirilməsinə görə 546,7 mln. ABŞ dolları həcmində kredit almışdır. 2004-cü ildə müxtəlif beynəlxalq maliyyə və kredit təşkilatları ilə, eləcə də donor ölkələr ilə respublikamıza investisiyaların cəlb olunması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün xeyli işlər görülmüşdür. Belə ki, həmin ildə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən müxtəlif layihələri maliyyələşdirmək məqsədilə 123,7 mln. ABŞ dolları məbləğində 7 kredit sazişi imzalanmışdır.
Göründüyü kimi, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan “açıq qapı” siyasətinin həyata keçirilməsi, xarici investisiyaların qorunmasına təminat verilməsi və sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması nəticəsində iqtisadiyyata qoyulan xarici investisiyaların həcmi ilbəil sürətlə artmaqdadır.

Azərbaycana investisiya vəsaitləri qoyan dövlət xarici maliyyə institutlarının məqsədləri əsasən milli istehsalıçıların istehsal prosesində iştirak etməklə, onların mallarının Azərbaycan bazarına hərəkətini təmin etməkdən, məlumat toplanmasında, marketinq funksiyalarının yerinə yetirilməsində, investisiya layihələrində iştirak etməkdən, eləcə də sınaq maliyyələşdirmə də daxil olmaqla, respublikada investisiya vəsaiti qoyan milli şirkətlərə köməklik göstərməkdən və bütövlükdə ikitərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir.

Beynəlxalq maliyyə qurumları və xarici dövlətlər Azərbaycan bazarına daxil olmaqla respublika iqtisadiyyatına vəsait qoyuluşunda öz firmalarına hərtərəfli kömək göstərirlər. Bu köməklik özünü əsasən aşağıdakı istiqamətlərdə göstərir:xüsusi investorlar tərəfindən həyata keçirilən layihələrdə iştirak;azərbaycanlı istehsalçılar, maliyyə institutları, hüquq normaları və s. haqqında məlumat toplanması;milli investorlara maraqli ola bilən layihələrin axtarışı və təhlili;bu layihələrin reallaşması üzrə riskin öz üzərinə götürülməsi(yəni dövlət bankı layihənin ilkin mərhələsində xüsusi investorların qoyduqları vəsaitə təminat verə bilər, ya da bank müstəqil olaraq layihədə iştirak edir, müvəffəqiyyət qazandıqda isə bu layihəyə xüsusi şirkətləri cəlb edir);öz şirkətlərinin mənafeyini tələb etdikdə Azərbaycanın hakimiyyət strukturlarına siyasi və iqtisadi təzyiq.

Ölkə iqtisadiyyatına xarici kapitalın daha fəal cəlb edilməsi məqsədilə əlverişli investisiya mühitinin formalaşmasını sürətləndirmək, xarici investorlara sabitlik şəraitinin, təminatlarının, şəxsi təhlükəsizliyin, qoyduqları vəsaitlərin qeyri-ticarət risklərindən, diskriminasiyasından müdafiəsi də daxil olmaqla, təmin etmək üçün investisiyaları tənzimləmənin normativ-hüquqi bazasının formalaşmasını başa çatdırmaq zəruridir.

Həmçinin konkret obyektərin, hər şeydən əvvəl, istehsal və sosial infrastrukturun maliyyələşdirilməsi və onların tam istifadəyə verilməsi prinsipi ilə tikintisinə müsabiqə yolu ilə seçilmiş xarici tərəfdaşların-partnyorların şərtləri və imkanları haqqında məsələnin həlli ön plana çəkilməlidir. Bu cür layihələrin həyata keçirilməsinə stimulun gücləndirilməsi üçün, onlara həmin obyekti müəyyən müddətə istismar etmək hüququnun verilməsi və gələcəkdə onun respublika mülkiyyətinə verilməsi mümkünlüyü nəzərə alınmalıdır.

Xarici kapitalın respublikaya axınının sürətləndirilməsinin ciddi stimulu xarici investisiya sahəsində informasiya fəaliyyətinin və statistik hesabatların təkmilləşdirilməsi sistemini zəruri edir.

Fikrimizcə, ölkə iqtisadiyyatına xarici investisiyaların axını ölkənin aşağıdakı sosial-iqtisadi problemlərinin həllinə kömək edəcəkdir:Azərbaycan mallarının və texnologiyalarının xarici bazara hərəkəti;ixrac potensialının genişləndirilməsi və diversifikasiyasına kömək;idxalı əvəz edən istehsalın inkişafı;əmək ehtiyatları artıqlığı olan regionlara kapital axınına kömək;sahibkarlıq sahəsində müasir bazar münasibətlərinin mənimsənilməsi kimi problemlərinin həlli.

2.3. Rəqabət şəraitində müəssisənin fəaliyyət modeli
Azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı üçün səciyyəvi olan əsas əlamətlər bütöv bir sistemdir və onların formalaşması üçün dövlət tərəfindən müəyyən bir tarixi dövr ərzində məqsədyönlü və ardıcıl tədbirlərin həyata keçirilməsi vacibidir. Belə bir iqtisadi şəraitdə qərarlar mərkəzdən asılı olmayaraq qəbul edilir və sahibkarlar öz başlıca məqsədləri üçün mənfəətin maksimum həddə çatdırılması, satış həcminin və bazar payının artırılmasına nail olmaq üçün fəaliyyət dairəsini sərbəst müəyyən edərək bazar və istehlakçıları özləri axtarıb tapırlar. Rəqabət sahibkarlara bazarda səmərəli fəaliyyət göstərməyə, daha ucuz qiymətlərlə daha yüksək keyfiyyətli əmtəə və xidmətlərin geniş çeşidini təklif etməyə vadar edir. İnkişaf etmiş azad rəqabət şəraitində yeni bazarlara daxil olmaq üçün maneələr zəif olduğundan istehsal ehityatlarının sahələr üzrə bu cür yenidən bölüşdürülməsi çox qısa müddətdə və əlavə məsrəflərə yol verilmədən baş verir.

İqtisadiyyatda azad rəqabətin inkişafı istehsalın səmərəliliyinin artırılmasına, iqtisadi resursların daha məhsuldar və zəruri sahələrdə cəmlənməsinə səbəb olur, sahibkarları yeniliklərin tətbiqinə, texnologiyanın təkmilləşdirilməsinə və resurslardan qənaətlə istifadə olunmasına təhrik edir. Nəticədə istehlakçıların rifahı yaxşılaşır, ənənəvi əmtəə və xidmətlərin qiymətləri tədricən aşağı düşür, bazara yeni əmtəə və istehsalçılar daxil olur.

Bununla yanaşı, sağlam rəqabət istehlakçıya seçim hüququ verməklə iqtisadiyyatın və müəssisələrin sağlamlaşmasını, səmərəsiz müəssisələrin isə fəaliyyətinin dayandırılmasını təmin edir. Azad rəqabətin hökmran olduğu şəraitdə bazarın öz-özünü tənzimləmə mexanizmi makroiqtisadi proporsiyaları, qiymətlərin səviyyəsini, istehsalçılarla istehlakçılar, eləcə də istehsalçıların öz aralarındakı münasibətləri tənzimləyir.

Lakin onu da qeyd edək ki, bazarda fəaliyyət göstərən hər bir müəssisə orada öz hökmranlığını bərqərar etməyə, nüfuz və təsir dairəsini genişləndirərək öz rəqiblərini bazardan sıxışdırıb çıxarmağa cəhd edir. Hər bir sahibkar bazarda hökmranlığı ələ keçirməyə cəhd göstərməklə orada qiymətlərə və müəssisənin fəaliyyət parametrlərini müəyyən edən digər amillərə nəzarət etməyə çalışırlar. Onlar bazarda öz hökmranlığını və vəziyyətə nəzarəti əldə saxlamaq xətrinə rəqabəti giriş üçün süni maeələr yaratmağa, rəqabətə zidd müqavilələr bağlamağa səy göstərirlər. Təbii ki, rəqabətin məhdudlaşdırılması bazar qüvvələrinin nisbətini və özünütənzimləmə mexanizminin təsirini əhəmiyyətli dərəcədə pozur, iqtisadi resursların səmərəsiz bölgüsünə səbəb olur və bazarın bütün iştirakçılarının təsərrüfat fəaliyyətinə mənfi təsir edir.

Odur ki, müəssisələrin fəaliyyətində rəqabətin rolunu və bütövlükdə bazar mexanizminin fəaliyyət qanunauyğunluqlarını müəyyən etmək üçün bazar şəraitlərini fərqləndirmək lazım gəlir. İqtisadi nəzəriyyədə “tam rəqabət” anlayışı xüsusi yer tutur. Bazar strukturu o vaxt tam rəqabətli hesab edilir ki, aşağıdakı şərtlər ödənilsin:

1. Əmtəənin çoxlu sayda satıcıları və alıcıları vardır və onların hər biri bütün bazar həcminin yalnız az bir hissəsini istehsal edirlər;

2. Əmtəə istehlakçı nöqteyi-nəzərindən tamamilə yekcins alıcılar isə satıcıların nöqteyi-nəzərindən eyni olmalıdır. İlk baxışdan sadə görünən bu şərt təcrüəbədə nadir hallarda özünü doğruldur. Hətta bir-birinin tam eyni olan əmtəələr də satış yerinin yerləşməsinə, xidmət şərtlərinə, reklama, qablaşdırma xüsusiyyətlərinə və s. görə istehlakçılar üçün yekcins olmaya bilərlər;

3. Yeni satıcının(istehsalçının) sahəyə daxil olması və sahədən çıxış imkanları üçün giriş maneələri yoxdur. Burada maneələr iki növdə:leqal(müəyyən faəliyyətlə məşğul olmaq üçün müstəsna hüquq, lisenziyalar, postentlər) və iqtisadi(iri istehsalın üstünlüyü) ola bilərlər;

4. Qiymətlərin bazar səviyyəsi haqqında bütün satıcıların və alıcıların tam məlumatlılığı;

5. Bütün bazar iştirakçılarının öz məqsədləri naminə səmərəli davranışı. Alıcıların yaxud satıcıların gizli razılaşmaları(danışıqları) olmalıdır.

Göründüyü kimi, tam rəqabət təcrübədə olduqca nadir hallarda təsadüf olunan şərtlərlə səciyyələnir. Onda nəzəri cəhətdən bu bazar modelinin nadir əhəmiyyətinin nə ilə əlaqədar olması sual edilə bilər. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, tam rəqabət bazar iqtisadiyyatının fəaliyyətinin “ideal” modelini qurmağa imkan verir. Bu isə digər bazar strukturlarını onunla müqayisəli şəkildə öyrənməyə kömək edir. Belə nəticəyə gəlmək olar ki, təkmil rəqabət bazarı modeli digər real bazarlar haqqında həqiqəti dərk etmək üçün kifayət qədər təsəvvür yaradır.

Beləliklə, tam rəqabət dedikdə, elə bazar strukturu başa düşülür ki, orada yekcins əmtəələr bir-birindən asılı olmayan çoxlu sayda müəssisələr tərəfindən istehsal edilirlər və onlardan hər biri ümumi məhsul buraxılışının yalnız bu hissəsini istehsal edir. Nəticədə ayrıca bir müəssisə məhsul buraxılışının həcmini dəyişməklə bazar qiymətlərinə təsir göstərə bilmir. O, yalnız mövcud qiymət səviyyəsində maksimum mənfəəti(minimum zərəri) təmin edən optimal istehsal həcmini seçə bilər. Bundan başqa sahəyə daxil olmaq yaxud ondan çıxmaq üçün maneələrin olmaması nəzərdə tutulur.

Konkret olaraq xalis rəqabət bazarında müəssisənin fəaliyyət modeli aşağıdakı şərtlərlə səciyyələnir:

- əmtəənin çoxlu sayda alıcı və satıcıları vardır, onların hər biri əmtəənin bazar həcminin cüzi hissəsini istehsal edirlər;

- əmtəələr istehlakçı nöqteyi-nəzərindən yekcins, alıcılar isə satıcıların nöqteyi nəzərindən eyni olmalıdır;

- yeni istehsalçıların bazara daxil olması və bazardan çıxması sahəsində heç bir maneə olmamalıdır;

- qiymətlərin bazar səviyyəsi barədə bütün alıcı və satıcılar dolğun informasiyaya malik olmalıdırlar;

- bazar iştirakçılarının öz məqsədləri naminə səmərəli davranışı olmalıdır.

Qeyri-təkmil rəqabət bazarı modelləri arasında adətən aşağıdakılar ayırırlar:

1. Xalis inhisar. Sahədə təklif həcminə tam nəzarət edən və qiymətlərə güclü təsir edən yalnız bir istehsalçı fəaliyyət göstərir. Əmtəənin əvəzediciləri nə qədər azdırsa və sahəyə giriş maneələri nə qədər sərtdirsə, inhisarçının gücü də bir o qədər yüksəkdir. İnkişaf etmiş ölkələrin real iqtisadiyyatında xalis inhisar təkmil rəqabət kimi mücərəddir. Potensial rəqabət yaxud xarici istehsalçılarla rəqabət imkanları həmişə mövcuddur. İnhisara yaxın vəziyyət keçmiş İttifaqın sahə nazirliklərində olmuşdur və o da müəyyən dərəcədə idxal əmtəələrinin rəqabəti ilə məhdudlaşdırılmış idi.

2. İnhisar rəqabəti qarşılıqlı əvəz edilən əmtəələr qrupunun bir-birindən asılı olmayan çoxlu sayda müəssisələr tərəfindən istehsal olunduğu bazar strukturudur. Əmtəələr qarşılıqlı əvəz edilən olmasına baxmayaraq bir-birindən qablaşdırılmasına, satış yerinə və s. görə fərqlənirlər. Elə buna görə də xalis rəqabət şəraitindən fərqli olaraq ayrılıqda hər bir istehsalçı məhsulunun istehsal həcmini dəyişərək öz əmtəəsinin qiymətinə təsir göstərə bilər.

Beləliklə, inhisar rəqabəti bazarını digər bazar strukturlarından fərqləndirən 4 amil kimi qeyd etmək olar:əmtəənin differensiallaşdırılması;çoxlu sayda satıcıların olması;qiymət rəqabəti;qiymət gösətriciləri üzrə rəqabət.

İnhisar rəqabətli müəssisələr adətən kiçik ölçüdə olurlar. Nəhayət, inhisar rəqabətinin daha bir xüsusiyyəti müəssisələr arasında ciddi qiymət rəqabətinin olmasıdır. Rəqabət qismən qiymət üzrə, qismən də məhsulun keyfiyyəti, texniki parametrləri və xidmətlər üzrə aparılır. Bu baxımdan inhisar rəqabətli müəssisə eyni zamanda satış həcminə təsirin üç strategiyasından istifadə edə bilər:müəssisə qiymət dəyişə bilər, yəni rəqibin qiymət üzrə rəqabət strategiyasını izləyə bilər;müəssisə müəyyən keyfiyyət parametlərinə malik əmtəə istehsal edə bilər, başqa sözlə, onun əmtəəsini rəqiblərin əmtəəsindən fərqləndirən texniki parametrlər əsasında differensiallaşdırma strategiyasını həyata keçirə bilər;alıcıların diqqətini cəlb etmək üçün satışın stimullaşdırılması və reklam taktikasına yenidən baxa bilər.

Onu da qeyd etmək lazımdır ki, inhisarın və rəqabət elementlərinin üzvi əlaqəsi öyrənilən bazar strukturunda sahibkarlıq fəaliyyətinin əsas cizgiləri müəyyən edilir.

Müəssisənin hər bir əmtəəsi onu rəqib əmtəəsindən fərqləndirən xüsusi xarakterik cizgilərə malik olduğundan inhisar rəqabətli müəssisə öz məhsuluna qiymətqoymada müəyyən sabitliyə malik olur. Rəqib qiymətindən aşağı qiymət təyin edərək müəssisə öz əmtəəsinin satış həcmini artıra bilər. Digər tərəfdən, əmtəəsinin qiymətini yüksəldən müəssisə tələbin azalmasını gözləyə bilər, çünki alıcıların bir hissəsi ucuz ticarət nişanlarına keçərlər. Belə nəticəyə gəlmək olar ki, müəssisə satış həcmini azaltmadan qiyməti və qiyməti aşağı salmadan satış həcmini yüksəldə bilməz. Bu nisbət və asılılıqlara müxtəlif vaxt intervallarında(qısamüddətli və uzunmüddətli) baxıla bilər. İnhisar rəqabəti modeli vaxt intervallarında müvaif bazar şəraitində tipik müəssisə üçün bazar tarazlığı vəziyyətini əks etdirir.

Uzunmüddətli dövrdə inhisar rəqabətli müəssisə öz mənfəətini artırmaq üçün qeyri-qiymət rəqabəti metodlarından istifadə edirlər. Onlar aşağıdakılardır:məhsulun diferensiallaşdırılması;məhsulun təkmilləşdirilməsi; məhsulun reklam edilməsi.

Təkmil rəqabət bazarları bazar mexanizminin fəaliyyətinə, istehsalçıların və istehlakçıların məcmu artıqlığının maksimum həddə çatmasına maneələr yaranmayana qədər iqtisadi cəhətdən səmərəlidirlər. İnhisar rəqabəti bazarı bir sıra cəhətlərinə görə azad rəqabətə uyğun olsa da, qiymət və satış həcmi cəhətdən nə dərəcə səmərəli olmasını inhisar bazarının qiymət tənzimlənməsinin məqsədəuyğunluğunun elmi əsaslandırılması üzrə aparılan müqayisəli təhlil nəticəsində müəyyən etmək olar. Bu baxımdan inhisarlaşmanın yaratdığı itgilər də qiymətləndirilməlidir.

Praktiki baxımdan qeyd etmək lazımdır ki, qiymət və istehsal həcmindəki dəyişikliklər yalnız inhisarlaşma nəticəsində baş vermir. Təşkilati və texnoloji yeniliklərin tətbiqi ilə əlaqədar son hədd xərclərinin dəyişməsi nəticəsində qiymətlərdə dəyişkənlik olması tam mümkündür. Həmin yeniliklər istehsal xərclərinin azalmasına gətirib çıxara bilər. Əgər xərclərin azalması əhəmiyyətli dərəcədədirsə, onda sahənin inhisarlaşmasından sonra məhsul buraxılış arta bilər, qiymət isə aşağı düşər.

3. Oliqopoliya bazarı müasir şəraitdə müxtəlif ölkələrin iqtisadiyyatında geniş tətbiq olunan bazar strukturlarından biridir. Metallurgiya, kimya, elektronika, gəmiqayırma kimi əksər texniki cəhətdən mürəkkəb sənaye sahələri oliqopoliya bazarında fəaliyyət göstərirlər.

Oliqopoliya bazarı bir-birinin qiymət siyasətinə və marketinq strategiyasına, həssas olan, ardıcıl olaraq rəqiblərinin reaksiyası ilə hesablaşmağa məcbur olan azsaylı istehsalçılardan ibarətdir. O, elə bir bazar strukturudur ki, orada-a) bir neçə müəssisə(təxminən 7-10) bütün bazarı yaxud onun əsas hissəsini təmin edir;b) bəzi müəssisələr əmtəənin bazar həcmində yüksək(20%-dən artıq) xüsusi çəkiyə malikdirlər və onlar qiymətləri diqtə etməklə, satış həcmini dəyişməklə, digər qiymətəmələgətirən amillərə təsir göstərməklə bazar qiymətlərinə təsir etmək qabiliyyətinə malikdirlər;v) müəssisə qiymətəmələgəlmədə və davranışın digər istiqamətlərdə rəqiblərdən asılılığını başa düşməli və onların reaksiyasını uçota almalıdır.

Oliqopoliya bazarına giriş adətən çətindir. Bu bazarın formalaşmasının başlıca səbəbi istehsal miqyasındakı qənaətdir. Sahə o vaxt oliqopolistik struktura malik olur ki, burada müəssisənin iri ölçüsü xərclərdə əhəmiyyətli qənaəti təmin etsin və ardıcıl olaraq iri müəssisə xırda müəssisələrlə müqayisədə ciddi üstünlüklərə malik olsun.

Oliqopolistik bazarda, müəssisələrin davranışının üç modelini ayırmaq olar:koordinasiya edilməyən oliqopoliya;müəssisələrin sövdələşmələri; “qaydalar üzrə oyun”.

Oliqopolistik müəssisəni düşündürən əsas məsələ onun öz məhsulunun qiymətini dəyişdirməsinə rəqiblərin reaksiyasıdır. Əgər xərclər azalır və yaxud bazar tələbi aşağı düşərsə, müəssisə qiyməti aşağı salmağa tələsmir. Ona görə ki, onlar rəqiblər tərəfindən düzgün başa düşülməyə bilər və “qiymət müharibəsi” başlanar. Əksinə, əgər xərclər yaxud tələb artarsa, müəssisə qiyməti yüksəltməyə tərəddüd edir, çünki o, rəqiblərin öz qiymətlərini yüksəltməsindən qorxur. Bu, oliqopoliya üçün xarakterik olan qiymət ciddiliyidir.

Oliqopolistik bazarın bütün modellərində uzunmüddətli dövrdə rəqabət aparan oliqopolistlərin eyni məhsullara uyğun qiymətləri yaxud differensial məhsullara isə müqayisəli qiymətlərin müəyyən edilməsindən başqa variantları yoxdur. Beləliklə, oliqopolistlər koordinasiya edilmiş qiymətlərə bir neçe yolla nail ola bilərlər: birincisi, gizli razılaşmanın bağlanması;ikincisi, qiymət liderliyi; üçüncüsü-düşünülmüş paralelizm;dördüncüsü kütləvi informasiya vasitələri ilə qiymətlər haqqında məlumat verilməsi.

Oliqopolistlər üçün əsas çətinlik rəqiblərin fəaliyyəti və reaksiyanın qeyri-müəyyənliyidir. Bu problemin oliqopoliyanın miqdar və qiymət modelləri üzrə araşdırılması daha səmərəli ola bilər.

Azad rəqabətə əsaslanan iqtisadiyyatda rəqabətin məhdudlaşdırılması, haqsız rəqabətə yol verilməsi və istehlakçıların hüquqlarının pozulması meylləri rəqabətin dövlət müdafiəsini təmin edə bilən siyasətin-antiinhisar və ya rəqabətin qorunması siyasətinin həyata keçirilməsini zəruri edir.

Keçid iqtisadiyyatı şəraitində(xüsusən postsovet məkanında) olan ölkələrin hər birində dövlətin iqtisadi rəqabətin qorunması ilə bağlı spesifik xüsusiyyətlər mövcud ola bilər. Lakin bu sahədə həyata keçirilən fundamental tədbirlərin əksəriyyəti oxşardır. Keçid iqtisadiyyatı şəraitində olan ölkələrin hər biri üçün azad rəqabətin və onun dövlət tərəfindən qorunmasının konstitusiya əsaslarının və mükəmməl qanunvericilik bazasının yaradılması ilkin şərtlərdən biri kimi qiymətləndirilir. Rəqabətin inkişafı sahəsində hərtərəfli düşünülmüş dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi keçid dövrünün başlıca əlamətlərindən biridir.Rəqabətin qorunması və inhisarçılığın qarşısının alınması məqsədi daşıyan antiinhisar siyasəti dövlətin iqtisadi-siyasətinin ümumi sisteminin bütün istiqamətlərinə sirayət edir və bu nöqteyi-nəzərdən çox istiqamətlidir:

- rəqabətin qorunmasının qanunvericilik və institusional yaradılması və daim təkmilləşdirilməsi;

- rəqabətin qorunması üzrə qanunvericiliyin tətbiqinin səmərəli mexanizminin qurulması;

- haqsız rəqabətin qarşısının alınması və ya aradan qaldırılması sahəsində müvafiq dövlət nəzarət və təsiredici tədbirlər mexanizminin və təsərrüfat subyektlərinə işgüzar davranışın etik normalarına riayət edilməsi mədəniyyətinin aşılanması sisteminin formalaşdırılması;

- təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi mexanizminin formalaşması;

- sahibkarlığa dövlət köməyi və inzibati maneələrin aradan qaldırılması;

- kiçik və orta sahibkarlığın inkişafı;

- dövlətin iqtisadi siyasətinin bütün istiqamətlərində rəqabətin qorunmasının həyata keçirilməsi;

- istehlakçıların hüquqlarının qorunması;

- cəmiyyətdə rəqabət mədəniyyətinin formalaşması, sahibkarlığın, istehlakçıların və dövlət qulluqçularının rəqabətin qorunmasının üstünlükləri barəsində geniş bilgiləndirilməsi.

Bütün keçid iqtisadiyyatı ölkələrində olduğu kimi Azərbaycanda da rəqabətin inkişafı və aktiv antiinhisar siyasətin yeridilməsi həm nəzarət və təsiredici mexanizmi, həm də yaradıcı elementləri ilə bazar iqtisadiyyatının formalaşmasında aparıcı mövqelərdən birini tutur.

Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçidlə əlaqədar islahatların gedişində rəqabət mexanizminin və onun dövlət müdafiəsi sisteminin yaradılması yolunda ardıcıl işlər görülmüş və bu sahədə bütün istiqamətlərdə müsbət nəticələr qazanılmışdır.

Respublikada rəqabətin inkişafının və qorunmasının qanunvericilik bazasının yaradılması sahəsində zəruri fundament formalaşdırılmışdır. Azərbaycanda antiinhisar siyasətinin qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi institusional islahatların ümumi məntiqinə uyğun olaraq aparılmışdır.

Sağlam rəqabətin inkişafı ilə bağlı məsələlər iqtisadi sistemin dəyişdirilməsi ilə bağlı tədbirlərin bütün istiqamətlərinə sirayət etmiş və institusional bazanın mexanizmlərində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında iqtisadi tərəqqinin azad sahibkarlıq fəaliyyətinə əsaslandığı təsbit olunmuş, rəqabətin məhdudlaşdırılmasına, inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi iqtisadi inkişaf sahəsində dövlətin əsas vəzifələrindən biri kimi ön plana çəkilmişdir.

Keçən 90-cı illərin əvvəllərindən başlayaraq “Antiinhisar fəaliyyəti haqqında”(1993-cü il), həmçinin, “Sahibkarlıq fəaliyyəti haqqında”(1992-ci il), “Qiymətli kağızlar və fond birjası haqqında”(1992), “Müəssisələr haqqında”(1994-cü il), “Səhmdar cəmiyyətləri haqqında”(1994-il) Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi azad rəqabətin formalaşmasının ilkin qanunvericilik bazası yaranmışdır.

Sonrakı mərhələlərdə “Haqsız rəqabət haqqında”(1995-ci il), “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”(1995- cil), “Maliyyə sənaye qrupları haqqında”(1996-cı il), “Reklam haqqında”(1997-ci il) qanunların qəbul edilməsi rəqabətin qorunması ilə bağlı fudamental qanunvericilik bazasının formalaşmasının başa çatdırılması kimi qiymətləndirilə bilər. Respublikada rəqabətin qorunmasının hüquqi-normativ bazasının inkişafında əhəmiyyətli mərhələ kimi, “Qiymətli kağızlar haqqında” qanunun qəbul edilməsi(1997-ci il), “Antiinhisar fəaliyyəti haqqında” qanuna əlavələr və dəyişikliklər edilməsi(1997-ci il) və bu əlavə və dəyişikliklərin də nəzərə alınması əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydaları”nın təsdiq edilməsi(1998-ci il) olmuşdur. Bu iki qanunvericilik sənədinin qəbul edilməsi nəticəsində antiinhisar qanunvericiliyində olan bir sıra boşluqlar prinsipcə aradan qaldırılmışdır. Eyni zamanda, antiinhisar qanunvericiliyində birləşmələrə qanuni əsasları və normaları “Müəssisələr haqqında” qanunun qəbul edilməsindən sonra, “Antiinhisar fəaliyyəti haqqında” qanuna əlavələr və dəyişikliklərdə və “Qiymətli kağızlar haqqında” qanunun qəbul edilməsi ilə müəyyən kafilik səviyyəsinə formalaşmışdır. Nəhayət antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılması səlahiyyətləri dəqiqləşdirilmiş və bununla bağlı prosessial qaydalar müəyyənləşdirilmişdir.

Qeyd edilən əsas qanunvericilik sənədlərindən əlavə, sahibkarlıq fəaliyyətinin müxtəlif sahələrinin, daxili və xarici ticarətin liberallaşması ilə bağlı Respublika Prezidenti, Nazirlər Kabineti və digər dövlət orqanları tərəfindən qəbul edilmiş normativ və hüquqi sənədlər mərkəzləşmiş idarə olunan iqtisadi sistemdən rəqabət prinsiplərinə əsaslanan bazar iqtisadiyyatına keçidin təmin edilməsi və rəqabət mühitinin formalaşması istiqamətində vacib addımlar olmuşdur.

Rəqabət mühitinin formalaşması ilə əlaqədar vacib hüquqi-normativ sənədlər sırasına “Təbii inhisarların siyahısı”nın təsdiq edilməsi haqqında Milli Məclisin qərarı(1995-ci il), 1996-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi Qaydaları haqqında Əsasnamə” və 1999-cu ildə qəbul olunmuş “Təbii inhisar haqqında” Azərbaycan Respublikasının qanunu aiddir.

Nəhayət, Azərbaycan Respublikasının Mülki Məcəlləsində(2000-ci il) azad sahibkarlıq hüququnun və mülki münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilməzliyi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində(2000-ci il) inhisarçılıq hərəkətləri və rəqabətin məhdudlaşdırılmasına görə cinayət məsuliyyəti formaları təsbit edilmişdir. Bunlar rəqabətin qorunması sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsinin zəruri addımları kimi qiymətləndirilməlidir.

Respublika Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq(lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 783 nömrəli Fərmanı ilə lisenziyalaşmanın yeni vahid qaydaları təsdiq edilmiş və lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı bir neçə dəfə azaldılmışdır.

Beləliklə, Azərbaycanın daxili əmtəə və xidmət bazarlarında rəqabətin qorunması və inkişafı üçün fundamental qanunvericilik bazası formalaşmışdır. Bununla yanaşı, qanunvericilik mexanizminin təkmilləşdirilməsini zəruri edən amillər aradan qalxmamışdır:

1. Formalaşmış qanunvericilik bazasında müəyyən boşluqlar qalmaqdadır. Bununla bağlı, ilk növbədə özəlləşmənin gedişində antiinhisar tədbirlərinin həyata keçirilməsini təmin edən normativ əsasların yaradılması, antiinhisar qanunvericiliyində bazar inhisarlaşmasının qarşısını ala bilən, giriş maneələrini aradan qaldırmaq üçün zəruri olan normalar, həmçinin qanun pozuntularına görə inzibati təsir tədbirlərinin tətbiqini və cinayət məsuliyyətinə cəlb etmə formalarını müəyyən edən normalar və prosessual qaydalar daxil edilməlidir. Antiinhisar qanunvericiliyində əsas yerlərdən birini tutan inhisarçılığın aradan qaldırılması üsulları və normaları, həmçinin onların həyata keçirilməsinin prosessual qaydaları öz əksini tapmamışdır.

2. İqtisadiyyatın restrukturizasiyası və istehsalın davamlı artım baxımından daxili əmtəə istehsalçıların qorunması məqsədəuyğundur və bu məqsədlə görüləcək tədbirlərin rəqabətin qorunması uyğunlaşdırılması zəruridir. Xarici iqtisadi əlaqələrin liberallaşdırılması nəticəsində yerli istehsalçılar, hətta respublikamızın daxili bazarlarında da xarici şirkətlərlə rəqabət etmək məcburiyyətindədirlər. Bir sıra sahələr istisna olmaqla xarici iş adamları hətta Azərbaycanda istehsal strukturları yaratdıqları hallarda da daha çox daxili bazarı tutmaq siysətini həyata keçirir və bu da rəqabətin inkişaf imkanlarına məhdudlaşdırıcı təsir göstərir. Digər tərəfdən isə əsasən yeni istehsal güclərinin yaradılmasından daha çox mülkiyyətin özəlləşdirilməsi sahibkarlığın daxili bazarda hökmran mövqeyə nail olmaq meylini artırmışdır.

Belə şəraitdə daxili əmtəə istehsalçılarına himayədarlıq iqtisadi cəhətdən məqsədəuyğun hala çevrilir. Lakin bunun rəqabət mexanizminin tələblərinə uyğunlaşdırılması üçün görüləcək tədbirlər məqsədli, çevik və keçici olmalıdır. Bu tələblər bilavasitə rəqabət mexanizmində nəzərdə tutulmasa da onların həyata keçirilməsi üçün ilkin şərtlər mövcuddur.

3. Sahibkarlığın inkişafının stimullaşdırılması zəruri olaraq qalır. Xüsusilə keçid şəraitində sahibkarlığın geniş miqyasda stimullaşdırılması və o cümlədən güzəşt tədbirlərinin həyata keçirilməsi özlüyündə rəqabət mühitini pozmur və əksinə, onun inkişafına xidmət edir.

Həmin bütün inkişaf etmiş ölkələrdə belə müxtəlif məqsədlərlə və müxtəlif ölçülərdə bu xarakterli tədbirlər həyata keçirilir. Məsələn, dünyada kənd təsərrüfatı məhsullarının ixracına verilən subsidiyaların 85-i Avropa Birliyinin payına düşür. Bizim üçün belə tədbirlərin həyata keçirilməsinin qaçılmaz zərurət olması şübhə doğurmur.

4. İqtisadiyyatda azad rəqabətin formalaşmasının və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının vacib məsələlərindən biri də maliyyə xidmətləri bazarında rəqabətin qorunması üçün xüsusi qanunvericilik bazasının yaradılmasıdır. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununun ümumi müddəalarının maliyyə xidmətləri bazarına da şamil edilməsinə və həmin qanunun 9-cu maddəsində maliyyə-kredit təşkialtlarının rəqabəti məhdudlaşdıran bəzi qeyri-qanuni hərəkətlərin təsbit olunmasına baxmayaraq, bu, olduqca məhdud xarakter daşıyır və maliyyə xidmətləri bazarının sistem halında rəqabət mühitinə uyğunlaşdırılmasının tənzimlənməsinə imkan vermir. “Antiinhisar fəaliyyəti haqqında” qanun maliyyə bazarında rəqabətin qorunmasını ümumi qaydada nəzərdə tutsa da, bu sahədə qanunvericilik bazası nisbətən az işlənmişdir. Buna görə də maliyyə bazarında rəqabətin qorunmasının təmin edə biləcək kifayət qədər effektiv qanunvericilik əsaslarının olmadığını xüsusi qeyd etmək lazımdır. Bu gün üçün aktual məsələlərdən biri də “Maliyyə bazarlarında rəqabətin qorunması haqqında” müstəqil qanun qəbul edilməsidir.

5. Dövlət inhisarında saxlanılan xidmətlər rəqabət sferası olmasa da , rəqabət mexanizminin formalaşmasına, sahibkarların mənafelərinə bu və ya digər dərəcədə təsir göstərir. Belə təsirləri səmərəli etmək üçün həmin xidmətlərin tariflərinin formalaşması prinsipləri və normativ bazası yaradılmalıdır. Bu nöqteyi-nəzərdən dövlət tərəfindən tənzimlənən qiymətlərin reyestrinin yaradılması vacib əhəmiyyətə malik olsa da, bu sahədə bütöv qanunvericilik bazası yaradılmalıdır.

1995-ci ildən başlayaraq maşınqayırma, yeyinti, quşçuluq, meşə, yüngül və toxuculuq sənayeləri, pullu xidmətləri və tikinti-inşaat xidmətləri sahəsində, həmçinin yerli sənaye müəssisələrinin fəaliyyəti sahələrində dövlət mülkiyyətində olan inhisarçı qurumlarının ləğvi və təmərküzləmənin aradan qaldırılması ilə bağlı aparılan tədbirlər qeyd edilən sahələrdə dövlət inhisarçı qurumlarının praktiki olaraq inhisarsızlaşdırılmasını təmin etmişdir. 2000-ci ildən metallurgiya, kimya, qaz emalı sənayesi və telekommunikasiya, hava nəqliyyatı, xüsusi maşınqayırma sahələrinin restrukturizasiyası və özəlləşdirilməsi barədə Respublika Prezidentinin qəbul etdiyi fərman və sərəncamlar bu sahələrin inhisarsızlaşdırılması sahəsində həlledici əhəmiyyətə malikdir. Qeyd edilən tədbirlərin nəticəsində sahə idarəetmə orqanlarına tabe olan yüzlərlə təsərrüfat subyektinə müstəqillik verilmiş və onlar bazarda bir-biri ilə rəqabət apara bilən subyektlərə çevrilmişlər.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi gedişində yeni, sərbəst müəssisələr yaranır və rəqabətin inkişafı üçün geniş imkanlar açılır. Buna görə də özəlləşdirmə prosesində inhisarsızlaşdırma tədbirlərinin həyata keçirilməsi daha səmərəli nəticələrə gətirib çıxarır.

Əlverişli rəqabət mühitinin yaradılması ilə bağlı həyata keçirilən tədbirlərin əsasında rəqabətə inzibati maneələrin aradan qaldırılması mühüm yer tutur. Qeyd etmək lazımdır ki, son illərdə “Antiinhisar fəaliyyəti haqqında” qanun tələblərinin pozulması hallarının 50%-ə qədəri məhz rəqabətin inkişafına inzibati maneələrin yaradılması ilə bağlı olmuşdur.

Əlverişli rəqabət mühitinin saxlanılması bazarların inhisarlaşmasının güclənməsinə və rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən halların qarşısının alınması ilə bağlı fəal antiinhisar nəzarətinin həyata keçirilməsini tələb edir. Antiinhisar siyasəti çərçivəsində qeyd edilən sahədə fəaliyyətin aşağıdakı istiqamətlərini ayırmaq olar:

1. Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin davranışı üzərində nəzarət. Əmtəə və xidmət bazarlarının bir qismi(tütün tədarükü və tütün məhsullarının istehsalı, bir sıra ərzaq məhsullarının idxalı və topdansatışı, sement istehsalı və satışı, xam pambığın tədarükü və emalı, minik avtomobillərinin idxalı, mobil telefon rabitəsi xidməti, pivə istehsalı, satışı və s.) inhisarlaşmışdır. Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyinə uyğun olaraq bazarda hökmran mövqe tutan müəssisələr “İnhisarı təsərrüfat subyektlərinin Dövlət Reyestri”nə daxil edilirlər və onların fəaliyyəti üzərində ümumi antiinhisar nəzarəti həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti tərəfindən aparılan həmin Dövlət Reyestrinə hazırda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-dan çox təsərrüfat subyekti daxil edilmişdir.

2. Təsərrüfat subyektlərinin hökmran mövqelərinin möhkəmləndirilməsinə və müvafiq əmtəə və xidmət bazarında rəqabətin əngəllənməsinə gətirib çıxara bilən birləşmə və qovuşmalara nəzarət edilməsi.

3. Üfüqi sazişlər və razılaşdırılmış hərəkətlər(kartel bağlaşmaları). Əlverişli rəqabət mühitinin təmin edilməsi müxtəlif sazişlər və razılaşdırılmış hərəkətlər yolu ilə təsərrüfat subyektlərinin rəqabət məhdudlaşdıra bilən hərəkətləri üzərində səmərəli nəzarətin qurulması ilə bağlıdır.

4. Haqsız rəqabətlə mübarizə və sənaye mülkiyyəti hüquqlarının qorunması.

5. Təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi.

Beləliklə, geniş yayılmış haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə idxal, istehsal və satış sferalarında əmtəənin rekvizitlərinə, keyfiyyətinə və digər parametrlərinə nəzarətin gücləndirilməsi, saxta, keyfiyyətsiz və bütün dövlət orqanları tərəfindən sənədsiz malların işgüzar dövriyyəyə daxil olmasının qarşısını ala biləcək tədbirlərin görülməsi təmin edilməlidir.

Dövlət orqanları tərəfindən yaradılan inzibati maneələr nəticəsində rəqabətin məhdudlaşdırılması, ayrı-seçkilik və sui-istifadə hallarına səbəb ola bilən qərarların qəbul edilməsinin qarşısının alınması və aradan qaldırılması ilə bağlı bütün dövlət orqanları səviyyəsində işləyə bilən normativ qaydaları müəyyən etməlidir.

Daxili bazarın qorunması və rəqabətin gücləndirilməsi ilə bağlı tədbirlərin çevik həyata keçirilməsi sahəsində işlək mexanizm qurulmalı, yerli istehsalçıların məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirilməlidir.

İnhisarçı müəssisələrin məhsullarının qiymətlərinə dövlət nəzarəti müxanizminin təkmilləşdirilməsi və sui-istifadə hallarının aradan qaldırılmasının təmin edilməsi üçün metodlar işlənib hazırlanmalıdır.


Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə