Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 
- Məni niyə vurursuz? – heyrətlə soruşdu. 
 
- Niyə də vurmamalıymışıq? – yekəpər əl saxladı. 
 
- Mən dovşanam axı.  
 
- Necə? 
 
- Polisin dovşanıyam! – ümidlə dedi. 
 
Gözlərindən amansızlıq yağan yaşlı polis başını yırğaladı. Dovşan idin, artıq deyilsən, 
səndən imtina eləyiblər, işdə özünkülər olanda bizi əvvəlcədən xəbərdar eləyirlər. 
Səninsə adını tutan olmayıb.  
 
Hər şeyi başa düşdü, əqrəb onu bağışlamamışdı, qisas alırdı, bu onun son işiydi, 
ondan son dəfə istifadə eləmişdilər. 
 
Bir həftədən sonra ona anası ilə görüş verdilər, anası ağlayır, göz yaşları qadına 
sözünü deməyə imkan vermirdi. Dedim, dörd yol ayrıcına gedib sizin üçün yaxamı 
cıracağam, saçımı yolub küləyə verəcəyəm.  
 
Bir balam var idi, onu da əlimdən alırsız, məni kimin ümidinə qoyursuz? Bəs sizin 
dovşanınızdı, nə oldu, niyə tutduz, dovşanı da tutarlar? 
 
- Yox, ay ana, dovşanı tutmurlar. 
 
- Bəs kimi tuturlar. 
 
- Dovşan olmayanları. 
 
- Onda sən də dovşan olurdun. 
 
- Mən ola bilmədim.  
 
Qadın nəsə demək istəyirdi, amma nəzarətçi daha görüşün başa çatdığını bildirərək 
qadının qolundan yapışıb apardı.  
 
Qapıdan çıxana qədər qadın arxaya boylandı, dörd yol ayrıcına gedəcəyini, balasını 


bu günə salanlar üçün yaxa açacağını deyirdi.  
 
Dovşan əlləriylə üzünü tutub ağladı. 
 
 
 
 
 
 
Oğraş qarğa 
 
 
Ş
ərqdə günəş çətinliklə dənizdən qopub aralanır, alov topu kimi yüksəlirdi, 
torpağın, otun, çiçəyin şehi çəkilir, çobanyastığı çiçəklərinin, nəm torpağın qoxusu 
pəncərənin dır-deşiklərindən içəri dolurdu.  
 
Samovarı yandırmağı tənbəllik elədi, qəhvədanı elektrik plitkasında qaynadıb, çay 
dəmlədi, peçenye ilə bir stəkan çay içib həyətə düşdü. 
 
Cücələri hindən buraxdı, on altı dənə idilər, əncir ağacının quru budağında oturub 
cücələri hərisliklə izləyən qarğaya xəbərdarlıq elədi.  


 
Gözlərini bərəltmə, dədə malı kimi yarıya bölürük, səkkizi sənin, səkkizi mənim. 
Səkkiz cücəni nuşi canlıqla, afiyətlə aşır. Amma mənim yanımda yox, cücələrə 
toxunar, deyərlər cücəsini yoluq qarğa oğurlayır, bu isə səsini çıxarmır, rəzil olaram. 
 
Qarğa anlaşılmaz tərzdə mızıldanır, yoluq-filan olmadığını deyirdi. Qarğanın özünü 
yerə vurmaması onu bir az da hirsləndirirdi, yoluq deyilsən, bəs nəsən? Gözünü 
dikibsən əlimə, mən səni yedizdirmək üçün öhdəlik götürmüşəm? Zəhmət çəkməli, 
özün-özünə yem tapmalısan.  
 
İşə gedəndə yemək qalıqlarını, boyat çörəyi həyətdəki daşın üzərinə qoydu.  
 
Balaların üçün apar, dedi, səni müftəxorluğa öyrədirəm, amma neyleyim, sənin 
ümidinə qalsalar, aclarından ölərlər.  
 
Sənin tör-töküntünə qalan yoxdu, qarğa nifrətlə deyinirdi.  
 
Nankor qarğa, bircə dəfə belə dilindən yaxşı söz çıxmır, nə qədər yaxşılıq eləsən də 
hey deyinir, donquldanır, sanki bunun dədə-babasına borcu olan var imiş. 
 
Müdir onu qapının ağzında qarşıladı, əlində qapaqlı saniyə ölçən saatını tutmuşdu, 
fısıldayırdı və yekə qarnı fısıltısının taktlarına uyğun olaraq yatıb qalxırdı. 
 
- Hardaydın? 
 
- Evdə. 
 
- Nə iş görürdün? 
 
- Qarğanı başa salmağa çalışırdım. 
 
- Başa saldın? 
 
- Hə. 
 
Həmişə olduğu kimi müdir qızarır, çənəsi, üzü qan rəngi alır, boğazının damarları 
şişirdi.  
Deməli, qarğanı başa salırmışsan, çölün quşu ilə dərdləşirmişsən?! Düz on iki dəqiqə 
gecikibsən! Maaşından çıxacağam, qəpiyinə qədər! Dövlət qardaşımız pulunu küçəyə 
tökməyib, hər dılğıra havayı yerə pul versə, müflisləşər! «Va…ah! Qarğanı başa sala 
bilirəm, amma səni bircə yol başa sala bilmədim.  
 


Sən haçandan dövlət qardaşımıza ürək yandıran olubsan? Dövlət qardaşın 
milyonlarının başına daş salırsan, vecinə deyil, amma mənim aldığım üç-beş quruşun 
dərdini çəkirsən! Baş-beynimi aparma, yoxsa ərizəmi yazıb elə indicə çıxıb 
gedərəm».  
 
Müdir dərhal da əl-ayağa düşdü, sözdü deyirəm, onu dilə tuturdu, dəymə-düşər 
olma. Qoluna girib içəri apardı. 
 
Gör sənə nə deyirəm, yana-yana deyirdi, günlərin birində biri bu qapıdan içəri girib 
desə ki, bəs mən bu zibil maşınını sürməyə razıyam, onda mənim həyatımda ən 
xoşbəxt gün olacaq. Əmrini yazıb, səni işdən it qovan kimi qovub, sənə şəstlə qapını 
göstərəndə özümü dünyanın ən xoşbəxt adamı hesab eləyəcəyəm! Üç şüşə araq içib, 
oxay deyib ayağa qalxacaq, yaxamı açıb düşəcəyəm küçələrin canına, qoy təmiz 
hava vursun sinəmə! Neyneyim, yoxdur, heç kim razılaşmır, özlərinə sığışdırmırlar!  
 
Sonra da müstəntiqə zəng elədi, bir quş-quşunu öldürməkdən ötrü ona neçə il iş 
veriləcəyi ilə maraqlanırdı, müstəntiqin cavabı onu narazı salmışdı. Sən orda hay-küy 
salma, mən adam öldürmürəm, öldürmərəm də, söhbət quş-quşudan gedir, quş-
quşuların adamlara bir aidiyyatı yoxdu. Elə iş olar, bundan ötrü heç iki-üç il də 
yatmağa dəyməz, qalıb on beş il yatasan!  
 
Bu gün işləri çoxdu, şəhər balaca olsa da adamlar şəhəri zibilləməkdə xüsusi fəallıq 
göstərirdilər. Bir maşın, iki fəhlə gün ərzində zibili yığıb qurtarmağa çatdırmırdı. Saat 
yeddiyə on iki dəqiqə işləmiş maşını döndərdi. Müdir göm-göy göyərdi: 
 
- Hara? 
 
- Qaraja. 
 
- İşi yarımçıq qoyursan? 
 
- Hə. 
 
- Qovaram! 
 
- Qov. 
 
- Maaşını kəsərəm! 
 
- Kəs! 
 
Müdir zibil qalağının üstündə atılıb düşür, zibil torbalarını təpikləyir, ətrafa üfunət 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə