Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   2   3   4   5   6   7   8   9   ...   28

Son dindirmə protokoluna qol çəkmək üçün dovşanı müstəntiqin otağına apardılar. 
Müstəntiq başdakı yazı stolun arxasında oturub əllərini sinəsində çarpazlamışdı.  
 
Sifətində özündən razılıq ifadəsi var idi. Sən günahını vicdanlı, namuslu vətəndaş 
kimi səmimi qəlbdən etiraf eləsən də, bizi aldadıbsan.  
 
Dovşan isə and-aman eləyirdi, aldatmamışam, necə olubsa elə də demişəm. Əvvəlcə 
qoxumuş oğraşı çəki daşıyla vurdum… 
 
- Deyirdin avtobusla gəlibsən? – müstəntiq onun sözünü kəsdi. 
 
- Hə də, - duruxdu. 
 
- Yalan deyirsən! – müstəntiq əlini aparıb stolun altında nədənsə yapışıb yuxarı 
qaldırdı və onun heyrətdən gözləri kəlləsinə çıxdı. Müstəntiqin saçlarından yapışaraq 
yuxarı qaldırdığı bu adam Səfər idi, Səfərin gözləri axırdı, üz-gözü qançır idi. – Bu 
adamsa elə olmadığını deyir. Səni Bakıya o gətirib. Amma nəyə görəsə Bakıya 
satmağa qara-qura gətirdiyinizi boynuna almaq istəmir. 
 
- Qa…ara-qura…a?! 
 
Hər şey aydın olmağa başlayırdı, təkcə bir cəsədi ona sırımaqla kifayətlənmək 
istəmir, nəşədən-tiryəkdən də əlavə eləmək istəyirdilər. Özünü elə itirmişdi, deməyə 
söz tapa bilmirdi. Haçandan-haçana yana-yana dedi: 
 
- Allahınız olsun! 
 
- Bizim allahımız var, - müstəntiq istehzayla dilləndi. 
 
- Va…ar?! 
 
- Hə. 
 
- Onda o mənim allahım deyil! – dovşan dedi və yanaqlarıyla göz yaşları süzüldü. 
 
Birdən qapı açıldı və cavan bir leytenant içəri girdi. «Polisi bıçaqla vuran özü şöbəyə 
gəlib, - dedi, - hər şeyi etiraf elədi. Rəis tapşırdı bunları buraxaq getsinlər». 
«Bunların işi belədir də! – müstəntiq narazı qalmışdı. – Bir aydı üstlərində işləyirik, 
bu qədər əzab-əziyyət çəkmişik». 


 
Həmən gün onları buraxdılar, heç yerə dönmədən birbaşa avtovağzala gəlib rayona 
gedən avtobusa mindi.  
 
Evdə onu qarşılayan anasına nəsə demədən bağa qaçdı, ağacların başına fırlanır, 
onu heyrətlə süzən, neyləmək fikrində olduğunu öyrənmək istəyən gəlinciklərə, 
armud ağaclarının başı üzərində süzən qarğalara əl eləyir, otların arasından boylanan 
payız çiçəklərini sığallayır, torpaq və yağış qoxulu payız havasını acgözlüklə 
ciyərlərinə çəkirdi.  
 
Qoz ağacının dibində oturub yerə tökülən qozlardan yığdı, elə burdaca daşla əzərək 
yedi, qozun belə ləzzətli olacağı ağlına da gəlməzdi. 
 
Anası deyirdi, oğlum, mən getdim ora, polis şöbəsinə, üzümü cırdım, yaxamı yırtdım, 
dedim, Allah evinizi yıxsın, sizi də balasız qoysun, neynədiniz mənim balamı?  
 
Biri gəldi, sapsarıydı, deyir, ay arvad, az hay-həşir sal, oğlun bizim dovşanımızdı, 
neçə illərdi çörəyimizi yeyirsən, sağ ol demək əvəzinə, gəlib bizim üçün yaxa açırsan, 
qarğış eləyirsən. Anası danışıb qurtarandan sonra: 
 
- Ana, heç məni soruşan olubmu? –xəbər aldı. 
 
- Yox, - qadın başını yırğaladı. 
 
- Heç kim? 
 
Hə, bildim, qadın sanki yuxudan ayıldı, o diringi qızı soruşursan, sən gedəndən sonra 
bircə həftənin içində nişanlandı, toyu oldu, gəlin köçdü. Deyirlər bundan sonra əriylə 
birlikdə şəhərdə yaşayacaq. 
 
Kədərlənsə də, bu xəbəri o qədər də ürəyinə salmadı, onsuz da qonşu qızını ona 
verən deyildi, amma nədənsə hirslənmişdi. Elə yaxşı olub gedib, dedi, ortalıqda heç 
nə yox ikən yazığa diringi ayaması yapışdırmışdın, day şəkindən düşdün.  
 
Neçə əsrlərdi bildiyinizi eləyirsiz, yer göyə qovuşar, amma siz iki sevənin bir-birinə 
qovuşmasına imkan verməzsiz! Siz deyən olmalıdı, biz sevəni yox, öz sevdiyinizi 
almalısız!  
 
Həyətdə də qonşu deyinirdi, guya mən zalımam, qara keşişdən də pisəm, qızı 


verməmişəm. Mənlik olmadı, mən çox dedim, dedim, hər nədi, söz ağzımızdan çıxıb, 
neçə illərin qonşusuyuq. Mənə qulaq asan olmadı.  
 
Qız dedi, o hərdəmxəyalın birisidi, armud kötüyünün üstündə oturanda dovşana 
oxşayır.  
 
Qismətdi, hər nə olsa, buna gedəcəyəm. Mən neyləyə bilərdim? Bəzi oğraşdar isə elə 
bilir mən eləmişəm, balta-çəkici gizləyir. 
 
Tövlənin banından qonşunun balta çəkicini götürüb çəpərdən o yana atdı.  
 
Al, dedi, sənin dərdin balta-çəkic dərdidi. Bunluq olmayıb, bəs kimlik olub? Sən itinin 
yeddi küçüyü də olsa, birini mənə verməzdin, qalıb qızını verəsən.  
 
Birdən qayıdıb çəpərin üstünə gəldi, yerdən diləylərini yığışdıran qonşunu səslədi. 
 
- Düz deyirmiş. 
 
- Nəyi? – qonşu döyükdü. 
 
- Dovşana oxşamağımı. 
 
- Oxşayırsan? 
 
- Hə. Mən dovşanam axı. 
 
- Dovşansan? Sən? 
 
Kişi bir şey başa düşə bilmir, başını silkələyirdi, dovşan bağa gedib armud kötüyünün 
üstündə oturdu.  
 
Çayın üzərinə, qəsəbənin o tayındakı döşə səpələnmiş evlərin arasına duman 
çökmüşdü, dumanda evlər xəyal kimi görünürdü, payız dumanına düşmüş evlərin 
qərib, tənha görkəmləri var idi.  
 
Hardasa toy idi, gitaranın, müğənninin səsi ara-sıra dumanın, payız ilğımlarının 
arasından süzülüb gəlirdi.  
 
Qəhərləndi, birdən-birə qüssə qəlbini didməyə başladı. 


Hava artıq soyusa da, gecə pəncərəni açıq qoyub yatağına uzandı.  
 
Öz doğmaca evində, öz doğmaca yatağında uzanıb, sirli kölgələrin, ay işığının 
oynaşdığı payız baxına baxaraq yatmaqdan daha gözəl nə ola bilərdi!  
 
Bağdan çürüyən almaların, payız güllərinin və qoz zəgəllərinin kəsif qoxusu gəlirdi.  
 
Bayaq ağacların üzərində dövrə vuraraq süzən quşları həsədlə xatırlayırdı, quşlar 
azad idilər, hara istədilər, ora da uçurdular, kimsə onları zorla dovşan eləmirdi. 
Yatanda yerin içində azacıq dikəlib: 
 
- İlahi, məni quş elə! – dedi. 
…… 
 
Dovşan elə zənn eləyirdi daha polisdə ondan əl çəkiblər, amma axşam əqrəb zəng 
eləyib onu çağırdı, getmək istəmirdi, amma əqrəb gəlməsə arxasınca maşın 
göndəriləcəyini deyəndə, getməli oldu.  
 
Həmən bağda görüşdülər, payız bağı soyumuşdu, ağacların arasında ürək sıxan 
payız qüssəsi dolaşırdı. Bizdə xəyanət eləyənləri bağışlamırlar, əqrəb dedi.  
 
Amma səni bir də sınamağı qərara aldıq. Al bu min manatı, tanışın mal gətirib, sabah 
onu klubun arxasındakı bağa çağırıb mal alırsan, elə ordaca polislər sizi 
yaxalayacaqlar. 
  
Səni bir-iki gün saxlayıb buraxacaqlar. Razılaşmırdı, məndən əl çəkin, deyirdi, daha 
dovşan olmaq istəmirəm.  
 
Özün bil, əqrəb etinasız halda dedi, bizim yerlilərdən biri bir qadının başını kəsib, 
evdə olan iki az yaşlını da öldürüb qaçıb. Səni göndərərik Bakıya, həmən adam 
olmadığını sübut elərsən. 
 
Bədəninə titrətmə düşdü, bu bir ayda çəkdiyi işkəncələr, təhqirlər bir yana, təkcə o 
dəmir kamerada təzədən Bakıya getməmək üçün nəyə desən razı olardı. Pulu almalı 
oldu. 
 
Səhərisi klubun arxasındakı bağda pulu verib malı alanda polislər kolların arasından 
çıxıb onların üstünə atıldılar. Həm də bunlar bu rayonun polisləri deyildilər, hardansa 
gəlmişdilər. Hərəsinə iki-üç dənə vurub qollarını qandalladılar. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə