Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

- Mən demirəm, belədi, sonsuzsan. 
 
Yalan deyirsən, qarını söyürdü, intiqam, qisas almaq üçün deyirsən. Mən səni çox 
aldatdım, gözünün qabağındaca qadınlarla sevişirdim, sən də buna görə belə 
yalanlar uydurursan. Qarı başını yırğalayırdı, uydurmuram, olanı deyirəm, 
inanmırsan, get şəhərə, uşaqların da qanını ver analizə, öz qanını da, görək birinin 
qanı səninki ilə uyğun gələcək? Gördüm məni adam yerinə qoymursan, 
cavanlığımdan, gözəlliyimdən ürəyimcə istifadə eləməyi qərara aldım. Mən də bir 
məndim ha, kimin üzünə gülürdümsə, qəlbinə od düşürdü. 
 
- Qısası, - arvadının sözünü kəsdi, - fahişəymişsən! 
 
- Bəs sən nəydin? 
 
- Qarı! – səsini qaldırdı, ancaq başa düşdü ki, səsini qaldırmağın mənası yoxdu. Qoca 
kişiydi, güclə oturub dururdu. Özgəsinin evindəydi, arvad onun deyil, uşaqlar onun 
deyil, əlindən də bir iş gəlmir. Qışqırmaqla nəyə nail olacaqdı? – Bir ayağımız o 
dünyadadı, düzünü de, Qafar kimdəndi? 
 
- Niyə də yalan deməliyəm? Qafar bağbanın oğludu. 
 
- Nə…ə?! 
 
Yanır, tüstülənir, elə zənn eləyirdi ki, qarı necə tüstüləndiyini görür. Bu nəydi, yan-
yörəsindəkilər hamısı onun arvadı ilə yatırmışlar, arvadı da onlardan uşağa qalırmış. 
Bağban yekəpərin birisi idi, əlləri belə oxşayırdı, danışanda elə bil göy guruldayırdı. 
Arvadı onların xidmətçisi idi, qabları, paltarları yuyur, yemək bişirirdi. Gəldiyi ilk gün 
yataq otağına apardı, qadın yalvarır, getmək istəmirdi, zorla apardı. Sonralar isə 
zora-filana ehtiyac qalmadı, özü gəlirdi.  
 
- Onun arvadıyla da sevişirdin. Başa düşmürdüm, o cür eybəcər qadınla necə 
yatırdın? 
 
- Sən elə şeyləri bilməzsən! – qürurla dedi, arvadını yandırmaq üçün əlinə fürsəi 
düşmüşdü, razılıqla danışırdı, qoy yanıb-tökülsün, yalan yerə özünü tərifləsin. Onun 
gəzdiyi qadınların əlinə su tökməyə belə layiq deyidi. Bir onu bilirmiş bağbanın, ya da 
sürücünün qucağına atılsın. O isə bütün respublikanın tanıdığı qadınlarla kef çəkirdi. 
– Heç bilirsən necə qadındı! Sifəti bir balaca yapışıqsız olsa da, onda olan bədən, 
ehtiras heç bir qadında yox idi! Unudulmaz günlər keçirdim onunla, od parçasıydı. 
Adamı yandırırdı. 
 
- Eh, sən hardan biləsən? Elə bilirsən əri ondan geri qalırdı? İtirdim qucağında. Bir əli 


ilə qucaqlayıb qoltuğuna vurur, yatağa aparırdı. Əvvəlcə onunla yatmaq istəmirdim, 
çox yekəpər idi, qorxudum. Bu nəhənglikdə adamın məni əzəcəyindən ehtiyat 
eləyirdim. Yatdıq, gördüm qorxulu heç nə yox imiş. 
 
- Bəs qorxmurduz ki, mən gəlib görərəm? – beləcə sakit danışmasına özü də məətəl 
qalırdı, sanki arvadı ilə adi, gündəlik məişət qayğılarından, işlərindən danışırdılar. 
- Arvadı dayanıb gözləyirdi, gələn olan kimi bizə xəbər verirdi. Sən evdə olmayanda, 
şəhərə, ya da kurortlara gedəndə xidmətçi mənimlə qalırdı. Gecələr əri də gəlirdi, 
yatmırdıq səhərə qədər. Sən manyak idin, vəhşi, qəddar adamdın. Ferma müdirinin 
arvadından xoşun gəlmişdi, yoxlama göndərib tutdurdun onu. Arvadını da rayonda 
hansısa işə gətirdin. İki-üç ay gəzdin, sonra da unutdun, yazıq qız pis yola düşdü
şəhərə getdi, sonra da dedilər ki, hansısa mehmanxanada özünü öldürüb. Bir dostun 
var idi, qonşu rayonda, arvadı ilə birlikdə qonaq çağırmışdın, dostunu ova göndərdin, 
o gedən kimi də arvadını apardın yataq otağına. Mənim yatağımda yatırdın onunla, 
narahat olma, elə mən də həmən yataqda başqa kişiləri qəbul eləyirdim. Birinci 
dəfəsiydi, nəydi, it qızı başlayandan axıra kimi qışqırdı, elə bil donuz balasının başını 
kəsirdilər. Arada qapını döyür, deyirdim ki, yavaş, qonşular eşidər, sənsə əhəmiyyət 
vermir, başıma qışqırırdın. Kurorta gedəndə məni aparıb dostungildə qoydun, o da 
gecə gəldi yanıma, dedi ki, yadındamı ərin məni ova göndərmişdi. Mən onda 
şübhələndim, yoldaşlarımdan ayrılıb evə bir az tez qayıtdım. Hasarı aşıb bağdan 
gəldim həyətinizə, ərinin arvadımı necə qışqırtdığını eşitdim. Mən də əvəzini 
çıxacağam, xoşluqla da olsa, zorla da olsa. Razılıq verdim, amma nə bilim bu anası 
ölən qışqırtmaq deyəndə nəyi nəzərdə tuturmuş. Vəhşi kimi düşdü üstümə, 
bədənimdə salamat yer qoymadı. Dözə bilmir, ağrıdan qışqırırdım. Arvadı gəlib 
qapını döyür, deyirdi ki, bir az yavaş olun, qonşular eşidər. Əri də onun başına 
qışqırırdı, eynən sənin kimi. Sonradan arvadına deyirəm, görmürsən ərin mənimlə nə 
oyundan çıxır, niyə dözürsən? Deyir, bəs onda sən niyə dözürdün? Ərin məni 
qışqırdanda heç səsini çıxartmırdın. Mənimki də neçə vaxtı qisasını alacağı bu günü 
gözləyirdi. Üç gün mənə əzab verdi, sən oğraşın intiqamını artıqlamasi ilə aldı. O 
evdə olmayanda küçəyə çıxıb taksi tutdum və birbaşa rayona gəldim. Sən qayıdana 
kimi bədənim sağalmamışdı, heç kimi yaxın qoymurdum. Artıq kişilərdən zəhləm 
gedirdi, yadıma salanda belə ürəyim bulanırdı. Amma bu arada sən qonşu qadına 
vuruldun, cavan oğlu, institut tələbəsi də bizə tez-tez gedib gəlməyə başladı. 
Utancaq oğlandı, başını qaldırıb adamın üzünə baxmırdı. Dilə tutub soyundurmuşam. 
O qədər utancaq idi, beləsini ilk dəfə görürdüm. Fikrim onda qaldığından qorunmağı 
yaddan çıxartmışdım, daha uşaq istəməsəm də, uşağa qaldım. Əvvəl utanırdı, sonra 
isə əl çəkmirdi, bir dəfə bağbanla məni bir yerdə görüb hay-həşir qopartmışdı. 
Qovdum onu, deyirəm, ay küçük, arvadınam? Kiminlə istərəm, onunla da yataram. 
Sonra gəlib üzr istədi, yalvardı, yenə də ürəyim tab gətirmədi. Samirə onun qızıdır, 
elə özü kimi də utancaqdı. 
Arvadına qulaq asır, qulaqlarına inana bilmir, yuxu gördüyünü zənn eləyirdi. Ola 
bilməzdi belə şey! Təkcə adı gələndə çoxunun ürək-göbəyi düşən bir adamın arvadı 


necə belə əməllərdən çıxa bilərdi? Amma baxanda dediklərində həqiqət var idi. 
Dostunun arvadına çoxdan bənd olmuşdu, amma fürsət tapa bilmirdi. Rayona qonaq 
çağırdı və nəhayət istəyinə nail oldu. Keçməli qadın deyildi, ancaq niyə qışqırırdı, 
başa düşə bilmirdi. Sonra da dəfələrlə dostunu rayonə dəvət elədi, amma gəlmədi, 
müəyyən bəhanələrlə boyun qaçırdı. Qonşu qadınla da yaxşı günlər keçirmişdi, 
birlikdə şəhərə gedir, mehmanxanada qalırdılar. Demək, oğlu da bekar qalmırmış. 
Uşaq istəmirmiş, Samirədən sonra da Cabbar olmuşdu axı. 
 
- Bəs Cabbar? – soruşdu. 
 
- Bir rəssam gətirmişdin ha… 

Aha! 
 
- Onun oğludu! 
 
Rəssamla Bakıda tanış olmuşdu, bekara rəssam idi, ancaq qəşəng arvadı var idi. 
Rəssamı ailəvi rayona dəvət elədi.  
 
Gəldilər, arvadının rayondan çox xoşu gəlmişdi, rəssam şahmat məktəbinin 
divarlarına rəsmlər çəkir, divarları boyayırdı.  
 
O da rəssamın arvadı ilə kef çəkirdi, qəşəng, zərif qızı bulaqlar üstə, çayın sahilindəki 
restoranlara aparırdı.  
 
Bu it oğlu haçan vaxt tapmışdı, arvadı ilə necə tanış olmuşdu? Arvadı sevinirdi, neçə 
illəri gizli saxladığı sirrini açdıqca onun necə yandığını, əzab çəkdiyini hiss eləyir
ləzzət alırdı.  
 
Necə tanış olduqlarını da fəxrlə danışırdı. «Getdim məktəbə, dedim, ay qoyun, sən 
burda rəsm çəkirsən, ərim də arvadınla rəsm çəkir. Deyir, bəs neyləyim?  
 
Əlimdən nə gəlir?  
 
Neyləməli olduğunu başa saldım. Zalı rənglətdirməliyik deyən kimi həvəslə razılaşdın, 
rəssamın arvadının rayonda bir müddət də qalmasını istəyirdin, yaman xoşun 
gəlmişdi ondan.  
 
Rəssam gəldi bizə, düz bir aya rənglədi o zalı.  
 
Bir ay yaşadım onunla. Abırsız adam imiş! Kitablar, ədəbsiz şəkillər, parnoqrafik 
kasetlər gətirirdi. Orda necəydisə, mənimlə də elə olmaq istəyirdi.  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə