Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

Onun zəhmətsevərliyi, işdən yorulmamağı sayəsində kənddə heç kimdən pis 
yaşamırdılar. İndisə yenə də anası təkbaşına əzab-əziyyətə qatlaşacaqdı, bacısı üçün 
də çətin olacaqdı. 
 
Əskər getdi, qayıtmağına beş-on gün qalmış evdən teleqram gəldi, anası ölmüşdü. 
Komandiri xətrin çox istəyirdi, sənədlərini qaydaya salıb onu evə buraxdılar.  
 
Gəlib özünü dəfnə çatdıra bildi. Anası vəsiyyət edibmiş ki, oğlum gəlməyincə məni 
qəbrə qoymayın. Əynindən əskər paltarlarını çıxarmadan anasını dəfn elədi. 
Həyatının ən çətin, ağır günü idi, Vətənə qayıdacağı, anasını görəcəyi günü nə qədər 
səbirsizliklə arzulamışdı, qismət olmadı. Adamlar dağılışandan sonra bacısından 
soruşdu: «Anam vəsiyyət elədimi?» «Hə, dedi ki, yaman gündə də, yaxşı gündə də 
bir-birinizin yanında olun, - bu iki ildə artıq böyümüş qız dedi. - Bir-birinizlə nə vaxt 
bərkdən danışsaz, qəbirdə sümüklərim od tutub yanar».  
 
Bacısının çiyinlərini qucaqlamışdı, anam deyən kimi olacaq, deyirdi, həmişə bir yerdə 
olacağıq, heç vaxt səninlə bərkdən danışmaram. 
 
Sonra hərbi hissədən aldığı xasiyyətnamə ilə partiyaya keçdi, rayonda işə düzəldi, 
bacısını da özü ilə apardı. İşdə yüksəlmək üçün qiyabi yolla ali təhsil aldı.  
 
Əvvəlcə kosomolda yüksək vəzifəyə irəli çəkdilər, sonra polisə işə keçdi, polis rəisi 
oldu.  
Bacısı öz kəndlərindən olan sevdiyi oğlanla nişanlandı, yaxşı toy elədi, cehiz verdi. 
Toydan sonra nə qədər vacib işi olsa belə, iki-üç gündən bir kəndə gedir, bacısına 
baş çəkirdi.  
 
Hər gedəndə ərzaq, paltar, nə lazımsa, alıb aparırdı. Bacısının oğlu olanda 
sevindiyindən uçmağa qanadı yox idi. O vaxtlar çox uşaqlılıq dəbdə idi, bacısının da 
yeddi oğlu oldu. Anası necə demişdisə, eləydilər, yaxşı-yaman gündə bir-birlərinin 
yanındaydılar. Başı ağrıdımı, yastığının yanında bacısını görərdi.  
 
Yuxusunda bacısını qarışıq gördümü, xəstələndyini eşitdimi, harda olsa özünü 
bacısına çatdıracaqdı. Arvadının aşkarca paxıllığı tuturdu, camaat doğmaca anasını 
bu qədər istəmir, sən ancaq onun sözüylə oturub durursan.  
 
O da hər dəfə elə sərt cavab verirdi ki, arvadı hələm-hələm bu mövzuda söz sala 
bilmirdi. Gözünün qabağındaca qadınları yataq otağına aparırdı, səsini çıxartmırdı, 
amma bacısını çox istəyirdi, hər işində onunla məsləhətləşirdi, arvadının xətrinə 
dəyirdi. 
 
Rayon mərkəzindəki parkın kənarından ev yeri almışdı, təmtəraqlı ev tikdirirdi. Hər 


işdən qayıdanda görürdü ki, bacısı ya ustalar üçün çay aparır, ya ətrafın otunu-
alağını təmizləyir, bəzən bununla da kifayətlənmir, kərpicləri daşımaqda fəhlələrə 
kömək eləyir. O hirslənəndə, neynim qağa, deyirdi, bekar qala bilmirəm.  
 
Bir dəfə yenə də bacısının ustalar üçün çay apardığını gördü, arvadı isə ağaclardan 
asılmış yellənəcəkdə yellənirdi. Dözə bilmədi. «Axı sən mənim bacımsan, dedi, bu 
evdə xidmətçi də var, işləyən də. Arvadım yellənəcəkdə yellənir, sənsə çay 
aparırsan, kərpic daşıyırsan.  
 
Bir də belə eləmə, qardaşın evinə gəlibsənsə, otur, qoy sənə xidmət eləsinlər, 
qulluğunda dursunlar. Bu evdə göstərişi sən ver!» Bacısı üzdə özünü elə göstərirdi, 
guya onunla razıdı, arxada isə yenə öz bildiyini eləyirdi. 
 
Bir dəfə bacısı kənddən gəlmişdi, xəstəxanada yatan qonşusuna baş çəkəcəkdi. 
Meyvə, konfet aldırdı, yemək bişirdi. Gedəndə arvadından soruşdu:  
 
Evdə çörək olarsa, iki dənə də çörək götürərdim. Yanıb yaxıldı, sanki bacısı başına 
bir qazan qaynar su tökdü. «Bacı! – yana-yana dedi. – Bu evdə sənin kimdənsə icazə 
istəməyin axırıncı dəfə olsun! Çörək lazımdı götür, paltar lazımdı, kimdənsə soruşma, 
hansını xətrin istəyir, geyin! Kimdən xoşun gəlmir, yapış qolundan, at bayıra!  
 
Pul lazımdı, yerini bilirsən, nə qədər lazımındı, götür! Mən sağsalamatam, yaşayıram, 
mənim yanımda tabaqdan çörək götürməyə icazə istəyirsən, məndən sonra necə 
olacaq?» 
 
Axır zamanlar bacısında bir dəyişiklik baş verdiyini hiss eləyirdi, sözlü adama oxşayır, 
elə bil ondan nəyisə gizlədirdi.  
 
Axır bir gün onu kənara çəkib: «Qağa,- dedi,- haqqında pis söz-söhbət gəzir. Sənə 
yaraşmaz. Evlisən, uşaqların var». «Boş şeydi! – əlini yellədi. – Yalan deyirlər. 
İstəməyənlərin dedi-qodusudu». 
 
Bacısı sanki söhbətin açılmağını gözləyirmiş, az qala hər görüşəndə bu mövzuda söz 
salırdı. Qağa sənə yaraşmaz, ailən, uşaqların, vəzifən, az qaç onun-bunun arxasınca. 
Hörmətini itirərsən.  
 
Başqasının namusuna sataşanın, öz namusuna da sataşarlar. O qədər dedi, axırda o 
dözə bilmədi, həyatında ilk dəfə bacısının başına qışqırdı: «Bəsdir, mənim işlərimə 
qarışma!»  
 
Bacısı diksindi, daha bir söz demədən səssizcə ağlamağa başladı. O da peşiman 
olmuşdu, ancaq deyilən deyilmişdi. Dilə tutur, üzr istəyir, ancaq bacısı ovunmurdu. 


Anamın sümükləri od tutub yanacaq, deyirdi. Ay bacı, etiraz eləyirdi, sən qatı 
mövhumatçısan, anam sadəcə olaraq vəsiyyət eləyib, sənsə artıq qətiləşdiribsən.  
 
Guya biz bir-birimizlə bərkdən danışdıq, anamın sümükləri od tutub yanacaq? Boş 
söhbətdi, inanma elə şeylərə. 
 
Belə desə də, onda qəribə hallar baş verməyə başladı, durduğu yerdəcə xəyala dalır, 
kimsəsiz, balaca kənd qəbirstanlığı gözü önünə gəlir və anasının qəbrinin od tutub 
yandığını görürdü.  
 
Od tutub yanan qəbir yuxusuna da girməyə başladı, rahatçılığı pozuldu, dincliyi ərşə 
çəkildi. Yuxusuzluq, yorğunluq onu əldən salır, zaman keçdikcə anasının yanan qəbri 
gözləri önündən çəkilmirdi. Hara baxırdısa, hara gedirdisə o balaca kənd 
qəbirstanlığını, yanan qəbri görürdü. Həkimə getdi, gizlindən sürücüsünü molla 
yanına göndərib dua yazdırdı, xeyri olmadı.  
 
Bir gün maşına oturub kəndə getdi, başına gələnləri bacısına danışdı. Bacısı, gedək 
qəbirstanlığa, dedi, bir səhəng su aparaq, tökək anamın qəbri üstə. İnanmırdı, bacısı 
mövhumatçıydı. «Yəni deyirsən bizim su tökməyimizlə qəbir sönəcək? Qəbir yanmır 
axı, mənə yanan kimi görünür. Yoxsa bilsəm suyla sönəndir, gündə on maşın su 
səpdirərəm qəbrinin üstünə». «Sönəcək, - bacısı inamla deyirdi, - anamın qəbri 
yanırsa, onu ancaq biz tökən su söndürər». 
 
Bir xeyri olacağına şübhəsi olsa da, razılaşdı. Bacı-qardaş bir səhəng su götürüb 
qəbirstanlığa getdilər. Səhəngin suyunu qəbrin üstünə səpdilər və nə qədər qəribə 
olsa da, o gündən də qarabasmaları keçib getdi. Qəbirstanlıq, yanan qəbir gözləri 
önündən çəkildi. 
 
Bacısının dedikləri haqda düşünür, neyləyəcəyini bilmirdi. Özü də başa düşürdü ki
artıq uşaqları böyüyür, başqa qadınların arxasınca getməyə, gündə birisi ilə gəzməyə 
son verməlidi. Amma özü ilə bacarmırdı, bir manyak düşüncəsi, sadizm psixologiyası 
yaranmışdı onda, qadınlarla olmaqdan, onları incitməkdən, alçaltmaqdan, onlara 
əzab verməkdən həzz alırdı.  
 
Hər yeni qadın onun üçün yeni əyləncə idi, dünənə qədər yeri-göyü yaratamaq 
iddiası ilə yaşayan, gəzən qadınlar onun əlinə düşür, belə qadınlara əzəb verir, onları 
alçaldır, ehtirasını söndürdükcə də, ölçüyə gəlməyəcək həzz alırdı.  
 
Xoşuna gələn qadın gördümü, başını itirirdi, artıq bütün günü bu qadına nə vaxt 
sahib olacağı haqda düşünür, az qala saniyələri sayırdı. Elə ona görə də qulaq 
asmadı bacısına, qəlbindəki istək, hisslər daha güclü idi. Özü kimi dostları da var idi, 
ara-sıra onları da kef məclislərinə dəvət eləyirdi. O vaxtlar ən çox sevdiyi lətifəni 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə