Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 
Qoca ayaq üstəcə donub qalmışdı, qapını aça bilmirdi, qarını cəzasız buraxıb getmək 
ona öz ölümü qədər ağır gəlirdi. Pəncərəni yoxladı, pəncərə də bağlıydı.  
 
Yanaqları ilə göz yaşları süzülür, özünü dünyanın ən aciz adamı hesab eləyirdi. 
Sonda burda dayanmağın mənasızlığını başa düşüb, getməyə qərar verdi, qarını 
öldürə bilmədi, özünü xilas eləməliydi.  
 
Geri döndü, pilləkənlərə doğru gedirdi, həyəcanlanmışdı, ürəyi əsirdi, ona elə gəlirdi, 
indicə Səlim arxadan onu səsləyib soruşacaq, a kişi, gecənin bu vaxtı hara gedirsən? 
Çağıran yox idi, evə matəm sükutu çökmüşdü.  
 
Yalnız həyətə düşüb, çölə çıxandan, çöl qapısnı arxasınca bağlayandan sonra 
nisbətən arxayınlaşdı.  
 
Küçə işıqlarının solğuncasına sayrışdığı kimsəsiz küçəylə gedir, düşünürdü. Canını 
qurtarmaq üçün hara gedə bilərdi? Yaxşısı Bakıya getmək, orda polis şöbələrinin 
birində vəziyyəti danışıb, qorunmasını tələb eləmək idi.  
 
Bu şəhərin polis şöbəsinə getsəydi, rəis çox ola bilsin ki, onu gətirib yenə də Səlimə 
təhvil verərdi.  
 
Di gəl küçələrdə maşın yox idi, Bakıya necə gedə bilərdi? Hansısa bir maşın sahibi 
Səlimdən icazə almasa, nə deyib onu xəbərsiz-ətərsiz Bakıya aparardı? Yox, heç kim 
razılaşmazdı!  
 
Birdən çayın sahilində nərd oynadığı dostu yadına düşdü, yaxşısı onlara getməkdi, 
gecəni orda yatar, sübhdən Bakıya gedərdi. Evləri bir qədər aralıda olsa da, qoca 
inamla dostunun evinə doğru gedirdi. 
 
Evə çatanda yorulmuşdu, qıçları əsirdi. Nəhəng qoşalay qapının qarşısındakı çinar 
ağacına söykənib dincini aldı. Sərin gecə küləyi əsir, çinarın yarpaqları xışıldayır, xəfif 
xışıltı nədənsə qocanı gövrəldirdi. Vaxt itirməyib qapını döyməyə başladı. Gecədən 
xeyli keçsə də, dostu dərhal cavab verdi, artırmaya çıxıb qapını döyənin kim 
olduğunu soruşdu və o səsini çıxardan kimi də, onu tanıdı. Düşüb gəldi, qapını açıb 
heyrətlə soruşdu: 
 
- Gecənin bu vaxtı səndən nə əcəb? 
 
- Gecəni sizdə qala bilərəmmi? – cavab verməyib dedi. 
 
- O nə sözdü, əlbəttə! Ev qurbandı sənə! – dostu fikirəşmədən cavab verdi, ancaq 


maraq hissi üstün gəldi, bir qədər tərəddüdlə, çəkinə-çəkinə soruşdu: - Öz evində 
niyə gecələmirsən? Bir işmi olub? 
 
- Heç nə olmayıb! – hirslə, dilxor halda dedi, durub buna olub keçənləri danışmaq, 
bu bekara adamın qarşısında alçalmaq istəmirdi. – Sadəcə bu gecə sənin evində 
yatmaq istədim. 
 
- Buyur, buyur! Ev sənindi!  
 
Yalan niyə danışırsan, ürəyində dostunu məzəmmətləyirdi, indi mənim heç nəyim 
yoxdu, o cümlədən evim də. Sənsə bunları bilmirsən, ona görə evini mənə qurban 
eləyirsən, başçının atası olduğum üçün. Amma bilsən başçı mənim oğlum deyil, 
öldürməsinlər deyə evdən qaçmışam, məni evinin kandarından belə buraxmazsan. 
Utanıb eləmədən ağac götürüb qovarsan. 
 
Qapıdan içəri keçdi, ancaq birdən ağlına gələn fikirdən ayaq üstəcə donub qaldı. 
Bunun oğlu qaz idarəsinin müdiri idi, heç yerinə girməmiş qaz idarəsinin müdiri 
Səlimə zəng eləyəcək, işin nə yerdə olduğunu danışacaqdı. Səlim də onun harda 
olduğunu bilib arxasınca maşın göndərəcək, zorla da olsa evə aparacaqdı. Bura 
gəlməkdə ağılsızlıq eləmişdi. Geri döndü.  
 
- Hara? – dostu arxasınca qaçırdı. 
 
- Qalası olmadım, - geri dönmədən cavab verdi. 
 
- Nə oldu, niyə fikrini dəyişdin? 
 
Sözdü deyirdim. Keçirdim, əhval tutmaq istədim. 
 
- Gecənin bu vaxtı? 
 
Əl çək də, ay əbləh, nə istəyirsən? Evdən uzaqlaşandan sonra dostunu söyürdü, 
cəhənnəm ol da, nədi, zorla saxlayacaqsan? Mən canımı qurtarmaq, ölümdən 
qaçmaq üçün etibarlı yer axtarıram, sənin xaraban da etibarlı deyil. 
 
Yenidən düşünməyə, vəziyyətdən çıxış yolu axtarmağa başladı. Onu kim qurtara, 
xilas eləyə bilərdi? Küçənin ortasında dayanıb qışqırsınmı? Desinmi, qardaşlar, 
müsəlmanlar, məni öldürürlər, qoymayın, xilas edin! Mənasız işdi, kim eşidəcəkdi 
onu? Dünyanın, ilin-günün hansı vaxtıydı, adamı öldürmək istəyirdilər, bir kimsə də 
mane olmur, onu qatilin əlindən almırdı. Birdən Bakıdakı dostu yadına düşdü, o vaxt 
Daxili İşlər Nazirliyində işləyirdi, bir dəfə ailəvi rayona gəlmişdilər. İndi də oğlu 
nazirlikdə məsul işdə işləyirdi, istəsəydi onu xilas eləyə bilərdi, polis şöbəsinin rəisi 


onun sözündən çıxmazdı. 
 
Fanar işığında dostunun nömrəsini xeyli axtardı, nəhayət tapdı və gecədən bir qədər 
keçsə də, dostuna zəng elədi. Telefon zəng çalırdı, ancaq cavab verən yox idi.  
 
Ürəyi əsirdi, cavab ver, həyəcanla pıçıldayırdı, məni öldürürlər, aç bu telefonu! Cavab 
ver, hə, nə oldu? Cavab verən yox idi, bir daha zəng elədi, bircə cavab versəydi!  
 
Cavab verdilər, dostu idi, hələ yuxudan oyanmasa da, onu tanıdı. Bir işmi olub, 
gecənin bu vaxtı xeyir ola, həyəcanlanmış halda soruşurdu.  
 
Vaxt itirmədən birbaşa mətləbə keçdi. «Mənə diqqətlə qulaq as! - dedi.- Oğlum, 
daha doğrusu mənim yox, sürücümün oğlu, yəni bu rayonun icra başçısı məni 
öldürmək istəyir. 
 
Həkim çağıracaq, həkim də mənə iynə vurub öldürəcək. Oğluna zəng elə, qoy polis 
rəisinə göstəriş versin, qorusunlar məni!» «Başa düşmədim, necə yəni sənin oğlun 
deyil? Niyə səni öldürməlidi?» «Qardaş! – az qala yalvarırdı. – Bunları sənə telefonda 
başa salmağım uzun çəkər.  
 
Arvadım ayağı sürüşkən imiş, heyf, vaxtında bilməmişəm. Sən zəng elə, xahiş 
eləyirəm! Başa düş, kömək eləməsən, öldürəcək məni! Qanım sənin də üstündə 
qalacaq!» «Yaxşı, - dostu bir qədər fasilə verib dilləndi, - zəng elərəm».  
 
Dostu telefonu söndürdü. Görəsən zəng eləyəcəkdimi? Oğlu balaca adam deyildi, 
polis rəisinin cürəti nəydi onun göstərişinə əməl eləməyə. Vaxt itirmədən polis 
şöbəsinə getməliydi.  
 
Polis şöbəsi bir qədər aralıda, yolun yuxarısındakı təpələrin üstündəydi, ora ağacların 
arasıyla kəsəsinə cığır qalxırdı.  
 
Cığıra düşüb gedirdi, cığır qaranlıq olduğundan əl fanarını yandırmışdı. Birdən 
arxadan səslər eşitməyə başladı, onu çağırırdılar.  
 
Dayan, deyirdilər, hara gedirsən? Səsləri lap aydınca eşidir, başında tükləri biz-biz 
durur, həyəcandan, qorxudan ürəyi şiddətlə çırpınır, az qala köksünü yarıb çıxmaq 
istəyirdi.  
 
Vaxtı ilə zorladığı, zorla yatağa apardığı qadınların, qızların səsləriydi, onu söyür, 
lənətləyirdilər. Qocanı tər-su basmışdı, addımlarını zorla atır, təqiblərdən qurtarmaq 
üçün var qüvvəsi ilə qarşısındakı işıqlara doğru gedir, hər an ürəyinin 
dayanacağından ehtiyat edirdi.  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə