Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

indidən ağlını itirdin». «Səlim, - qoca ağlamsınır, bacardığı qədər dil tökürdü, - səni 
mən böyütmüşəm, əzab-əziyyətini mən çəkmişəm. Öldürmə məni, puldan ötrü 
qıyma mənə. Həyat şirindi, uzağı bir il ömrüm qala, ya qalmaya, qoy yaşayım.  
 
Öz əcəlimlə ölüm. Heç mənə ehsan verməzsən. Sağlığımda bircə dəfə olsun başımı 
möhürə qoymadım, Allahı tanımadım, əyilmədim onun qarşısında, öləndən sonra 
ehsan nə karıma gələcək?» «Ay ata, - Səlim başını yırğalayırdı, gecə lampasının 
solğun işığında qoca ona baxır, sürücüsünə necə oxşadığını sanki ilk dəfə görürdü, - 
mən səni həyatı başa düşən, duyan bir adam bilirdim.  
 
Sənə hər ikimizə sərf eləyən variantı dedim. Bir halda istəmirsən, öz işindi. Olmaya 
elə zənn eləyirsən, səni zorla öldürəcəyəm? Yaşa, ay ata, xətrin istəyən qədər. 
Doxsan illiyini də qeyd elərik, sənə bir yubiley keçirəcəyəm, bütün ölkəyə səs-səda 
salacaq. Keçmiş dost-tanışlarının hamısını çağıracağam». 
 
- Öldürməyəcəksən? – qoca ümidlə soruşurdu. 
 
- O nə sözdü, əlbəttə öldürməyəcəyəm.  
 
- Yaşayacağam? 
 
- Ata, gecən xeyrə, yuxun şirin olsun. Mən yatıram, bu söhbətə bir də qayıtmayaq. 
Qocanın qəlbində ümid duyğuları baş qaldırdı, sürücünün oğlü düşündüyü qədər də 
qəddar adam deyilmiş, öldürməyəcəkdi onu. Amma daha bu evdə yaşamağı 
tutmazdı, qala bilməzdi bu adamların içində, hər bunlara baxanda necə alçalmasını, 
təhqir olmasını xatırlayacaqdı. Çıxıb gedərdi Bakıya, qocalar evindən birində qalar, 
ömrünün son illərini orda başa vurardı. Getməmiş mütləq arvadını öldürəcəkdi, 
bununla sürücüsünün oğluna da xidmət göstərmiş olardı. İrəli düşmək istəyirdi, qoy 
anasını dəfn eləsin, lap yarım milyon qazansın. Bıçağı arvadının boğazına 
söykəyəcəyi an ömrünün ən xoşbəxt anı olacaqdı. Boğazının damarlarını kəsəcək, 
qarı xırıldadıqca qulağına pıçıldayacaqdı. «Gəbər, fahişə! Xəyanət eləyənin cəzası 
budu!» 
 
Yatağına girdi, yenə də bayaqkı səsləri eşitməyə başladı, qışqırır, söyür, 
lənətləyirdilər. Həmən qadınlar, qızlar idi, otağına doluşur, üstünə cumurdular.  
 
Saçları dağılmışdı, gözləri qəzəb və nifrətlə işıldayırdı, qoca qorxusundan titrəyərək 
divara sıxılır, özünü qorumaq istəyirdi.  
 
Çalağan çaynaqlarını xatırladan uzun əllər, qan daman dırnaqlar onun üzərinə əyilir, 
gözlərini didib tökmək, çıxarmaq istəyirdi.  
 


Qoruna bilməyib səsi gəldkcə qışqırdı, səsə Səlim gəldi, işığı yandırdı. 
 
- Ata, nə olub? 
 
- Qorxuram, - tir-tir əsir, dili söz tutmurdu. 
 
- Nədən? 
 
- Ölmək istəmirəm, - qoca yalvarır, körpə uşaq kimi ağlayırdı.  
 
- Ata, uşaq deyilsən. Kimsə səni öldürə bilməz, rahat yat. 
 
- Səlim, haçan ölərəmsə, məni kəndə aparıb anamın yanında basdırarsız. 
 
- Ata, sən hələ uzun yaşayacaqsan! Axı özün dedin, həkim sənə deyib ki, yüzün də 
arxasını yerə vuracaqsan. 
 
O əbləh hamıya o cür deyir, avara həkim olsa da, axmaq deyil, ürəyindən keçirdi. 
Otağından arvadının səsi eşidilirdi. Gecə yarısı nə hay-küy salıbsan? Niyə qoymursan 
uşağı yatmağa? Sənin kimi veyil, avaradı? İş adamıdı, sübhdən durub işə gedəcək. 
Öl də, dünyanı tutub gedəcəksən? Sənin taylarının torpaq altda sümükləri də 
çürüyüb, sənsə buğa kimisən! 
 
Qoca istehza ilə gülümsəyərək, qarı, ürəyində dedi, Allaha dua elə, oğlunu tezliklə 
işdən çıxartsınlar və bir daha ona vəzifə verməsinlər. Yoxsa günlərin birində səninlə 
də ciddi söhbət eləyəcək. Mənim əlimdən də qurtarsan, oğlunun əlindən qurtara 
bilməyəcəksən. Sürücünün oğlu bu işdə iki yüz min dollar olduğunu yəqinləşdiribsə, 
sənə rəhm eləməyəcək.  
 
Məcrasına sığmayan dağ çayını xatırlayırdı. Çayın üstündəki taxta körpüdən keçir, 
hayqırıb gələn bulanıq sular qəzəblə ona çırpılır, körpünün üstündən atmaq istəyirdi.  
 
Selə çətinliklə sinə gərir, ayaqları yaş taxtaların üstündən sürüşür, əlini atıb bir 
yerdən yapışa bilmirdi. Körpünü keçdi, üz-gözüylə, saçlarıyla su axır, damcılayırdı, 
bulanıq, qəzəbli suya qalib gəlmişdi, sevinirdi.  
 
Geri dönüb o tayda bir-birinə sığınaraq dayanmış anası ilə bacısına əl elədi. Anası 
qışqıraraq ona nəsə deyirdi, birdən-birə anasının nə dediyini eşitdi. «Oğlum! – anası 
deyirdi. – Kimsəni öldürmə, yoxsa səni də öldürərlər!»  
 
Körpünü keçib gəldiyi gündən indiyə kimi həmişə yalnız bir şey haqda düşünmüşdü
o vaxt çayın sahilində dayanıb qışqıran anası nə deyirdi və indi də başa düşə bilmirdi 


ki, niyə məhz bu gecə, aradan uzun illər keçəndən sonra anasının nə dediyini eşidə 
bildi.  
 
***  
 
Telefona gec cavab verdilər, həkimin arvadı idi, ərinin yatdığını deyirdi. Dərhal oyat, 
dedi, qoy mənimlə danışsın. Arvad səsini tanıdı, nəydi, bir söz demədən getdi və bir 
azdan həkim özü telefona cavab verdi. Onun səsini tanıyan kimi əl-ayağa düşdü, nə 
lazımdı, xeyir ola gecənin bu vaxtı. 
 
- Bizə gəl, - qısaca dedi.  
 
- İndi? 
 
- Hə, - dedi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Vay nənə...ə! 
 
 
 
 Sənə nağıl danışımmı? 
 
- Danış, - qızcığaz dedi. 
 
- Bu böyüklər üçün nağıldı. 
 
- Olsun! – qızcığaz başa düşürmüş kimi qətiyyətlə dedi. 
 
Yağışın uğultusu maşınların səsini eşidilməz edirdi, maşınlar, adamlar yağış dumanı 
arxasından bir anlığa xəyal kimi görünür, keçib gedirdilər.  
 
Qızcığaz onun əlindən yapışmışdı, açıq pəncərədən içəri vuran yağış şehi qızarmış 
yanaqlarında, qızılı saçlarında işıldayırdı.  
 
Biri vardı, biri yoxdu, bir döyüşçü var idi, nağılını danışırdı, Vətən uğrunda döyüşdü, 
vuruşdu, yaralandı, məğlub oldu.  
 
Savaş qurtardı, döyüşçü evinə döndü. Başladılar onu vurmağa, sağdan, soldan 
vururdular, mahnıda olduğu kimi, gələn vururdu, gedən vururdu.  
 
Nəydi günahı, bilmirdi. Dözə bilmədi, baş götürüb qaçdı Vətəndən, başladı 
qürbətçilik yolçuluğu.  
 
Nadya qoluna toxunub, dostların səni gözləyir, deyəndə xəyaldan ayrıldı və yalnız 
indi şeh qonmuş pəncərədən dayanacaqda dayanıb, yağış dumanı arxasından əl 
eləyən dostlarını gördü. Getmək istəyirdi, ancaq qız əl çəkmirdi. 
 
- Danış da, yarımçıq qaldı axı- təkid edirdi. 
 
- Danışaram, - söz verdi. 
 
Çölə çıxıb maşına tərəf qaçdı, çatıb içəri keçənə kimi islandı, matoru işə salıb, maşını 
dayanacağa sürdü.  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə