Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

bilməyəsən. 
 
Qəribə qızdı, evlənmək təklif eləyirlər, razılaşır, di gəl, son anda fikrini dəyişir. Get, 
ailə qur, ərin, uşağın olsun.  
 
Elə bilirsən həmişə belə cavan, gözəl qalacaqsan? Sanki qız onun ürəyindən 
keçənləri duydu, dünən dazbaşlar gəlmişdi, dedi, səni öldürəcəkləri ilə hədələyirdilər. 
 
Sveta xalis qızıl parçasıydı! Getməyib, çətin günlərdə onunla birlikdə olmaq istəyib və 
bundan ötrü irəlidə gözləyən səadətinə yox deyib.  
 
Dazbaşlar çoxdandı ondan pul istəyirdilər, deyirdilər, bizə aylıq verməlisən, yoxsa 
öldürəcəyik.  
 
Qayıdıb maşına qaçdı, Sveta üçün aldığı gülləri gətirib qıza verdi, qucaqlayıb 
qızğınlıqla öpməyə başladı. 
  
Elə bil indi anlamışdı qızı nə qədər sevdiyini, qızın ona nə qədər doğma, əziz 
olduğunu! Gözucu baxıb Nadyanın qaşqabağını tökdüyünü gördü, yanaqları 
allanmışdı.  
 
Bu qızın işi oyundu, ərə getmişdi, bir qızı da var idi, ancaq onu qısqanırdı.  
 
Pəncərə qabağında oturmuş yaşlı qadını göstərib: Sizin yerlərdəndi, dedi, bazarın 
girəcəyində satmaq üçün ayaqqabı istəyir. 
 
Qadına qəlb ağrısı ilə baxırdı, bu yaşda nə işi vardı burda? Evladı, nəvəsi yox idimi? 
Niyə buraxmışdılar, niyə qoymuşdular bu yaşda Vətəndən, doğma elindən didərgin 
düşsün?  
 
Lap verdilər, gündə iki-üç cüt ayaqqabı sata, ya satmaya, nə qazanacaqdı? Heç 
avtobus, çörək puluna çatmazdı. 
 
- Haralısan, xala? – soruşdu. 
 
- Lənkəranlıyam, - qadının gözləri canlandı, deməsəydi də aydındı, cənub ləhcəsiylə 
danışırdı. 
 
Lənkəranı və dənizi gördüyü o bürkülü yay gününü xatırlayırdı.  
 
Dənizin sahilindəki kiçik cənub şəhəri yaşıllıqlar və çiçəklər içində itmişdi.  
 


Şəhər yay sevincləri içində ilğımlanırdı, dəniz isə onu lap heyran eləmişdi, mavi sular 
üfüqlərə qovuşur, ləpələr qumlu sahilləri yuyur, ağ köpüklü dalğalar bir-birlərini 
qovur, ağappaq qağayılar ağ dalğalara toxunaraq qıy vurub uçurdular. 
 
Qəlbindən keçənləri qadından soruşmağa üzü gəlmədi. Soruşa bilmədi ki, axın 
başlayıb, bizlər gəldik, siz də başlayıbsız gəlməyə.  
 
Bəs o yerləri kimə tapşırırsız? Bu yad şəhərdə qürbətçilik, Vətən həsrətı 
sıxmayacaqmı sizi?  
 
Vətən üçün sümükləriniz sızlamayacaqmı? 
 
Qadına dedi ki, istədiyi qədər ayaqqabı apara bilər, qadın da ayaqqabıları seçib 
götürür, sözlərin sonluğunu uzadaraq şirin ləhcəsiylə ona təşəkkür eləyirdi.  
 
On cüt muxtəlif ölçüdə ayaqqabı götürdü, dedi, satılanların pulunu gətirib verəcək, 
yenilərini aparacaq.  
 
Bazar yaxınlıqdaydı, qadına gedib gəlmək çətin olmayacaqdı. 
 
Qadın getdi və çox keçmədən əlində bir tay ayaqqabı canı höyüllü qayıdıb gəldi. 
Həyəcanlıydı, nəsə ciddi bir iş olmuşdu.  
 
Ayaqqabını qızlara uzadıb, dilini bilib-bilməmələrinin fərqınə varmadan öz ləhcəsiylə: 
 
- Bunun qırx biri va…ar? – səsini uzadaraq soruşdu. 
 
- Yox, - Sveta başını yırğaladı, qız tazərbaycanca əməlli başlı danışa bilməsə də, 
deyilənləri anlayırdı. 
 
Qadının gözlərindəki ümid qığılcımları söndü, sifətinə ümidsizlik dolu bir ifadə çökdü
əlini dizinə vurub: 
 
- Vay nənə…ə! – dedi. 
 
Bu ikicə kəlmə sözdəki sonsuz təəssüf, kədər var idi onu sarsıtdı.  
 
Qadın yəqin ayaqqabıya alıcı tapıbmış, satmaq üzrəymiş, ancaq müştəri başqa 
ölçüdə ayaqqabı istəyib və qazanacağı beş-on manatın əldən çıxması idi onu belə 
yanğı ilə dilləndirən.  
 
Qadına gözləməyi tapşırıb, qonşu dükana qaçdı, həmən ayaqqabının qırx bir ölçüdə 


olanından bir cütünü alıb gətirdi və ayaqqabını verəndə sanki qadının lampasına neft 
tökdülər.  
 
Sifəti, gözləri işıqlandı, dua eləyə-eləyə getdi, uçmağa qanadı yox idi. 
 
Maqnitafonu qoşdu, Səkinə ürəkdən, yana-yana oxuyurdu, səsindəki həsrət, yanğı 
heç kimdə yox idi. «Yenə başladı ağlamağa», - Nadya istehza ilə dedi, Svetayla açıq-
aşkar öpüşməsi qızı hövsələdən çıxartmışdı.  
 
O isə anlatmağa çalışırdı, ağlamır, oxuyur, musiqi xalqın tarixidi, deyirdi, səsidi, 
yaşam mücadiləsidi, gen, qan yaddaşıdı.  
 
Onun oxuduqları mənim xalqımın tarixidi. Nadya isə çiyinlərini çəkir, istehza ilə 
gülümsəyirdi.  
 
Yəni sən özün bilərsən, mənsə bu fikirdəyəm ki, ağlayır. Nadyanın qafqazlılardan 
xoşu gəlmirdi, açıq deməsə də, hərəkətləri ilə biruzə verirdi.  
 
O, universtiteti Leninqradda bitirmişdi, 22 nəfərdilər, 20-si rus, biri gürcü, bir də o. 
Bircə dəfə də olsun aralarında ayrı-seçkilik olmamışdı.  
 
Vətəndə olanda da, bura gələndən sonra da, hər ad günündə düz 21 dənə açıqlama, 
teleqrama, məktub alırdı, ölkənin hər yerinə səpələnmiş dostları onu təbrik 
eləyirdilər.  
 
Təbriklərin tez, ya gec gələni olurdu, ancaq düz 21 dənə gəlməliydi, yaddan 
çıxartmır, unutmurdular.  
 
O da kimin nə vaxt ad günü olduğunu qeyd eləmişdi, harda olsa tələbə dostlarını 
təbrik eləyirdi. Mehriban, şən qızlardı, oğlanlar da sevinclərini, kədərlərini, axırıncı 
qəpiklərini bölürdülər.  
 
Kimin ağ, kimin qara olmasının fərqındə olan yox idi. Nə oldu bu adamlara? Sevinc, 
fərəh dolu o günlər uzaqda idi.  
 
Qüssələndi, Svetaya dedi, hazırlaş, çıxırıq.  
 
Qız etiraz eləmədi, arxadakı otağa keçib paltarlarını dəyişdi. Güzgünün qabağında 
dayanıb saçlarını darayırdı, gözəl saçları vardı, qızılı rəngli yumşaq, ətirli saçları 
günəbaxan saçaqlarını xatırladırdı.  
 
Birdən qızcığaz yadına düşdü, Svetanı dükanda görüb hər nəyi unutmuşdu. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə