Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   20   21   22   23   24   25   26   27   28

 
Üzərində daima narazı baxışları hiss eləyirdi, açıq-aşkar düşməncəsinə baxır, onunla 
danışmaq istəmir, hətta soruşulana cavab vermirdilər. Neyləmişdilər bu adamlara? 
Bu şəhər qarşısında günahları nəydi? Nadyadan soruşdu: 
 
- Nədi bizim günahımız? 
 
- Qarasız, bir də qafqazlı, - qız qızararaq dedi. 
 
Bu da Nadya, barı düşünmür ki, çox yox, yarım əsr bundan əvvəl Bakı nefti, bakılılar 
olmasaydı, indi yer üzündə Moskva deyilən şəhər yox idi.  
 
Axı bunları unutmaq olmazdı, həm də belə tezliklə. Nadya ona təskinlik verməyə 
çalışırdı, Rusiya təkcə dazbaşlardan, millətçilərdən ibarət deyil.  
 
Heç də hamı onlar kimi düşünmür. Hamı onlar kimi düşünmür, o da kədərlə dedi, 
ancaq sən düşünürsən. 
 
Bu gün müştəriləri çox idi, qızlar güclə çatdırırdılar, o da kömək eləyirdi. İş gününün 
axırına möhkəm yorulmuşdular, ayaq üstə güclə qalırdılar, ancaq heç biri 
yorğunluqdan şikayətlənmirdi.  
 
Qızlara maaş təyin eləməmişdi, qazanc yetərincə oldumu, qızlar da yüksək aylıq 
alırdılar.  
 
Buna görə də həvəslə işləyirdilər, ancaq dükan böyük idi, iki nəfər çatdırmırdı. 
Svetaya bir qız da tapmağı tapşırmışdı. «Cavan, gözəl qız olsun, eləmi? – qız ona 
sataşırdı. –  
 
Sən də onunla romana qurşanasan, dükan yaddan çıxsın?» «Qocasını tap, - demişdi, 
- ancaq sonra işləyə bilmir deyə şikayətlənmə».  
 
İşləri uğurlu olanda qeyd eləyirdilər, Nadya bir şüşə konyak, şokalad gətirdi, Sveta 
kofe dəmlədi. Kefləri kök halda içir, söhbət eləyirdilər.  
 
Yalnız Nadyanın əri zəng eləyib Nadyanın niyə gecikdiyini soruşanda, vaxtın keçdiyini 
hiss eləyib ayağa qalxdılar.  
 
Qızları evlərinə maşınla aparırdı, Nadyanın evi yaxınlıqdaydı, onu düşürəndən sonra 
Svetaya bu gecə də onunla getməyi təklif elədi, ancaq qız boyun qaçırdı. 
 
- Yox, anam inciyir. Onsuz da məndən narazıdı. Deyir, vaxtkən özünə ömür-gün 


yoldaşı tap. O səninlə evlənməyəcək, gün keçirir. 
 
- Bilmirəm, - köks ötürərək dedi, - bəlkə də.. Olsun, gedək. 
 
Maşını döndərib, Svetanın yaşadığı mikrorayonlara doğru istiqamət götürdü.  
 
Yağış yağmağa başlamışdı, küçələrdə sıxlıq idi, yağışın uğultusu belə maşın 
siqnallarını, yaş şosseyle sürüşən təkər səslərini boğa bilmirdi.  
 
Yağışın, dumanın arxasından maşınlar çıxır, sağa-sola şütüyürdülər. Gəlirdilər, 
gedirdilər, axının sonu yox idi. 
 
Svetanı evlərinin qabağında düşürtdü. Qız onu öpdü, güzgüyə baxıb saçlarını 
qaydaya saldı və düşdü.  
 
İslanmasın deyə evə doğru iti addımlarla gedirdi, qızılı saçları titrəyir, çiyinlərini 
döyəcləyirdi. Başını sükan üstə qoyub baxırdı.  
 
Qız yağışın içiylə keçib getdikcə, uzaqlaşdıqca ona elə gəlirdi dünya boşalır, lap elə 
mahnıda olduğu kimi.  
 
Qız dalan qapısını açdı, ancaq içəri keçmədi, əli qapının dəstəyində geri döndü, 
maşının getmədiyini görüb qaça-qaça gəldi.  
 
Qapını açıb oturdu, saçlarından onun üz-gözünə su damcıları sıçradı. 
 
- Nə yaxşı getməyibsən! – qız həyəcanlanmışdı, səsi titrəyirdi. 
 
- Ürəyimə dammışdı ki, qayıdacaqsan. 
 
Sevinci sonsuz idi, yağış suları axan küçələri əvvəlki sıxıntı ilə keçib getmirdi. Yağmur 
da, gecə də, tutqun şəfəqlə işıldayan şosse yolları da ancaq sevinc gətirirdi.  
 
Qarşıdan gələn, keçib gedən maşınların yanıb sönən işıqları sayrışan uılduzları, ilıq 
bahar gecələrini xatırladırdı ona. 
 
Meyvə dükanlarının sıra ilə düzüldüyü küçədən keçəndə maşını saxladı, düşüb 
portağal, naringi, limon aldı, konyak isə evdə vardı. Şeyləri arxaya qoyub, qızdan 
soruşdu: 
 
- Sənə bir şey alımmı? 
 


- Gül al, - qız dedi. 
 
- Bağışla, - günahkarcasına gülümsədi, qızın gülləri sevdiyini bilirdi, ancaq almır, 
yadına salınmasını gözləyir. 
 
Gül də aldı və bu gecə evdə çobanyastığı, limon, naringi qoxusu dolaşır, bu qoxuların 
hesabına Vətən ab-havasıyla nəfəs alırdı.  
 
Kənddəki evlərinin həyətində bir heyva ağacı var idi, payızda heyvalar sapsarı saralıb 
yetişəndə anası dərib sandığa yığardı.  
 
Hər sandığın qapağını açanda evə heyva qoxusu yayılardı. Sandıqda heyvalar axır 
çərşənbə bayramına kimi elə qalardı, elə bilərdin ağacdan bu gün dəribsən. 
 
Yataqda qıza dedi: 
 
- Sveta, sənə nağıl danışımmı? 
 
- Nağıl? – qız heyrətlə səslənib güldü. 
 
- Hə. 
 
- Danış.  
 
- Bu böyüklər üçün nağıldı, - danışırdı, qız səsini çıxarmadan qulaq asırdı və o 
danışdıqca qız qüssələnirdi. – İndi də, müqəddəs Azərbaycanın o uzaq, ucqar dağ 
kəndində ana gündə üç dəfə namaz qılır, - deyirdi. – Namaz üstə əlini göyə açıb 
Allaha yalvarır, ey uca Rəbbim, balamı qoru, deyir. 
 
- Sənin anandı? – Sveta ağlayırdı. 
 
- Mənim nağılımdı, - dedi.  
 
*** 
 
Səhər tezdən işə gedirdilər, yağış kesmiş, göyün üzü açılmışdı.  
 
Kasetləri yığdığı qutunu axtarırdı, bir gözü yolda olduğundan istədiyi kaseti gec 
tapdı, maqnitafona qoyub düyməni basdı. Songül Karlı şirin, həzin səslə oxuyurdu. 
 
Sağım yalan, solum yalan, 
Gedən yalan, gələn yalan, 


Gördüm, baxdım, dünya yalan! 
 
Düyməni basıb maqnitafonu söndürdü, payız, qürbətçilik kədəri azlıq eləyirdi, bu 
mahnı qəlbini lap alt-üst elədi, onu kökündən silkələdi. Qız halını duydu. 
 
- Sənə nə olub, darıxırsan? – soruşdu. 
 
- Hə, - dedi. 
 
- Vətən üçün? 
 
- Bilmirəm, - boğuq səslə dedi. 
 
Bu gün də Soçidə yaşayan Tanyanın ad günü idi. Rabitə şöbəsinin qabağından 
keçəndə maşını saxladı, Tanyanı təbrik eləmək lazım idi.  
 
Sveta onun hara getdiyini öyrənib soruşdu, onunla necə, hekayəlikmi işin olub? Yox, 
dedi, onunla işimiz romanlıq idi. 
 
Beləydi, Tanya gözəl olduğu qədər də özünə güvənən, inanan, cəsarətli, ehtiraslı qız 
idi. Hansı oğlandan xoşu gəldi, oğlanın nə vaxt yaxınlaşacağını gözləməzdi, özü 
yaxınlaşacaqdı.  
 
Xoşu gəlməyən oğlanlar neyləsələr də, Tanyanın həndəvərinə belə fırlana 
bilməzdilər, bir dəfə yox dedi, qurtardı.  
 
Eyni yataqxanada qalırdılar, aşağıdakı qatda qızlar, yuxarıda isə onlar. Gecə yarısı bir 
də görürdün onu silkələyib oyadır.  
 
Qızı məzəmmətləyirdi. Dəlisən, burda hamısı oğlanlardı. Kimə deyirsən, Tanya 
bildiyini eləyirdi.  
 
Bir dəfə Vitya adlı qrup yoldaşı ona şikayətləndi: «Bu qız məni zorladı, əməlli başlı 
zorladı».  
 
«Nə itiribsən? – dostu Saşa Vityaya lağ elədi. – Nəyə heyfin gəlir? Bakirəliyini 
pozublar?»  
 
«Ninanın üzünə necə baxacağam?» - Vitya sakitləşmirdi. Nina da onlarla bir qrupda 
oxuyurdu və Vitya Ninanı dəlicəsinə sevirdi.  
 
«Dərd eləmə, - Saşa gülə-gülə ona təskinlik verirdi. – O qız az qala qrupdakı bütün 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə