Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   20   21   22   23   24   25   26   27   28

 
- Həyatdı, nə bilmək olar… 
 
Maşını dayanacaqda qoyub evə piyada getdilər, yağışdan qorunmurdular. Qəlbində 
bahar hərarəti olanlara payız neyləyəcəkdi? Həyətə keçəndə astadan zümzümə elədi. 
 
- Bu gecə, uzun gecə. 
 
- Bu gecə, bizim gecə! – Sveta dedi və səssizcə güldü. 
 
Bu gecə uzun gecəydi, onlarsa vaxtın necə keçdiyini hiss eləmirdilər. Nə yağış, nə 
payız qüssəsi gecənin sevincini azaltmırdı. 
 
*** 
 
Səhər işə gedəndə rabitə şöbəsinin qabağında maşını saxladı, bu gün Uralda olan 
Valyanın ad günüydü, açıqlama göndərməli, təbrik eləməliydi.  
 
Qəribə qızdı, lağ eləyirdi, sizlərə ərə getmək xətadı, deyirdi, bir düjün uşağınız 
olmasını istəyirsiniz. Özününsə ərə getməyi beş il deyildi, artıq üç uşağı vardı. 
 
Sveta onun tələbə dostlarını ad günlərində təbrik elədiyini bilirdi, bu gün də Valyanı 
təbrik eləyəcəyini öyrəndikdə:  
 
- Onunladamı romanın olub? – deyə soruşdu. 
 
- Roman olmayıb, - dedi, - hekayəlik işimiz isə şübhəsiz olub. 
 
- Şorgöz! – qız məzəmmətlə dedi. 
 
İçəri keçib üzərində yasəmən çiçəkləri olan açıqlama aldı və arxasını yazdı. «Valya, 
təbrik edirəm! Ad günün mübarək! Balalarına, ərinə məndən salam söylə!  
 
Valya, əzizim, heç bilirsən necə darıxıram sənin üçün, heç bilirsən səni necə sevirəm! 
Öpürəm!» Sonra nə fikirləşdisə, qəlbindən keçənləri belə açıq yazdığına görə özünü 
qınadı, birdən açıqlama ərinin əlinə düşdü, deməzdimi bu necə təbrikdir?  
 
Bu kimdir belə? Sonuncu cümləni pozdu, ancaq tezcə də əlavə elədi. «Öpürəm! 
Dönə-dönə öpürəm!» 
 
Bu gün yağmırdı, tutqun, buludlu havaydı, havadan yenə də yağış qoxusu gəlirdi.  
 


Beşinci ildi Moskvadaydı, beşinci Moskva payızını yaşayırdı, ancaq heç zaman payız 
onu belə darıxdırmamışdı. İranla sərhəd açılanda Tehrana, qohumlarının yanına 
getməsini xatırlayırdı.  
 
Onda da payız idi, tüstülü, tutqun, tez-tez payız yağışları yağan Tehranda darıxırdı.  
 
Yağışı da yağış deyildi, yağır, ancaq havadan islanan torpaq, yağış qoxusu yox, 
mazut, his qoxusu gəlirdi. Bir axşam qohumu kaset gətirdi, qürbətdə olan İran 
sənətçilərinin kaseti idi.  
 
Gözlərində qəlb göynədən kədər olan sənətçi qız ağrılı, yanğılı səslə farsca oxuyurdu. 
Sözlərini başa düşməsə də, səsindəki qüssə onu qəhərləndirmişdi. Qohumu mahnının 
sözlərini onun üçün çevirdi.  
 
Deyir, bura bahar gəlib, ancaq qürbət elin baharı da payızdır.  
 
Vətənın isə payızı da bahardır. Yadına saldıqca iranlı sənətçiyə haqq qazandırırdı. 
  
Bura gələni bahar yaşamamışdı, ağacların tumurcuqladıqlarını, çiçəklərin açdığını, 
buzların əridiyini görmüşdü, ancaq baharı görüb duymamışdı.  
 
İsti küləklərin əsdiyini, torpaqdan isti buğ qalxdığını, çöllərin həsrət və xəyal içində 
ilğımlandığını, dəniz kimi ləpələndiyini, mavi suların çağlayıb axdığını görməmişdi.  
 
Küləklər sərt əsir, sular da acıqlı, qaşqabaqlı axırdı. 
 
Dükana gəlib Nadyanın burda olduğunu gördülər, bir az quruluğu, ciddiliyi olsa da, 
işində məsuliyyətli idi, nə vaxtsa işə gecikməsini xatırlamırdı.  
 
Bir azdan qadın da gəldi, üç cüt ayaqqabı satmışdı, satdıqlarının pulunu vermək 
istəyirdi, almadı, qoy səndə qalsın, dedi, pula ehtiyacın olar. Bundan sonra 
satdıqlarının pulunu gətirib verərsən.  
 
Qadın yenə də ayaqqabı götürüb dua eləyə-eləyə getdi. 
 
Beləcə qadın hər gün səhər tezdən gəlir, satılan ayaqqabıların pulunu verir, 
ayaqqabı, köynək götürüb gediriu.  
 
Bir gün qadının həyacanlanmış halda gəldiyini gördü, sifətində qorxu, vahimə dolu 
bir ifadə dolaşır, dili söz tutmur, yalnız arada dazbaşların adını çəkirdi. Məlumdu, 
dazbaşlar indi də bu gücsüz, yaşlı qadına güclərini göstərirdilər.  
 


Bazara doğru qaçdı, qadın da arxasınca gəlirdi.  
 
Yeddi-səkkiz nəfərdilər, təkcə qadının yox, girəcəkdə şey satanların hamısının 
mallarını dağıdır, satanları ələ salır, döyürdülər. 
 
- Dayanın! – çatan kimi basqınçıların üstünə qışqırdı. 
 
- Sən kimsən? – dazbaşların başçısı Canavar ləqəblı oğlan istehza ilə soruşdu. 
Canavar onu tanıyırdı, kimliyini soruşmasaydı da olardı. 
 
- Çıxın gedin! – cavab vermədən dedi. – Bir də sizi buralarda görməyim! 
 
- Qara köpək! Bura bizim torpaqdı! – Canavarın səsində iliklərə işləyən kinayə vardı.  
 
– Sən gəlib bizim torpaqda bizə əmr verirsən? 
 
- Mən döyüşçüyəm! – Canavarın dediklərinə əhmiyyət vermirdi. – Getməsəniz, şil-küt 
olacaqsız! 
 
- U…u!!! – Canavar əlini ağzına tutub uladı, canavar cildinə girib canavar kimi 
ulamaqla, dişlərini qıcırtmaqla ətrafdakıları qorxudur, onlarda vahimə yaradırdı. – 
Vurun bu döyüşçünü! Əzin, öldürün qara köpəyi! 
 
Dazbaşlar onu mühasirəyə alıb üstünə atıldılar.  
 
Zərrəcə də həyacanlanmamışdı, soyuqqanlıydı, zərbələrdən məharətlə qorunur, 
bütün nifrətini, qəzəbini toplayıb vururdu.  
 
Çox keçmədən dazbaşlar əkildilər, qabaqda da Canavar qaçırdı, bir xeyli 
uzaqlaşandan sonra geri dönüb onu hədələdi: «Qara köpək! Hamınızı öldürəcəyəm! 
Hamınızı! Birinci də səndən başlayacağam!» 
 
Onun sağ-salamat qayıtdığını görən qızlar sevindilər. Nadyadan fərqli olaraq Sveta 
azərbaycanca başa düşürdü, onun hara getdiyini bilmişdi. Nahaq onlara baş 
qoşursan, qız onu məzəmmətləyirdi.  
 
Onlar çoxdu, sən təkbaşına bacarmazsan. İşin olmasın, nə deyirlərsə, verək.  
 
Başını yırğalayır, kədərlə gülümsəyirdi, heç zaman elələrinin qarşısında alçalmaz, 
kiminsə qabağından qaçmazdı.  
 
Təkcə dazbaşların yox, yerli əhalinin də onlara münasibəti yaxşı deyildi.  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə