Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 
Faiqlə dostları hay-küylə mindilər, üç nəfərdilər, Faiq qabaqda, onun yanında 
oturdu.  
 
Maşın küləyin qovduğu, ləpələndirdiyi köpüklü yağış suları axan şosse yoluyla ağır-
ağır irəliləyirdi.  
 
Şüşətəmizləyənlərin saat səsini xatırladan çaqqıltısı, banı döyəcləyən damcıların 
boğuq tappıltısı narahatçılıq yaratmırdı.  
 
Çöldə yağış, soyuq, içəridə isə isti idi, maqnitafonda Səkinə İsmayılova oxuyurdu, 
«Uca dağlar başında».  
 
Yolun kənarında ara-sıra su keçirməyən plaş geyib, əllərində çətir tutmuş göbələk 
satanlar görünürdü, maşınlar yaxınlaşanda əl eləyir, zənbilə ağzına kimi qalaqlanmış 
göbələkləri göstərirdilər. 
 
Faiq göbələk almağı təklif elədi, elə bil sükutu pozmaq, ya da söhbət eləməyə can 
atdığı üçün deyirdi.  
 
Razılıq verdi, fikirliydi, göbələksatanlar yalnız indi diqqətını çəkmişdi. Maşını yolun 
kənarına verib saxladı.  
 
Üst-başından, plaşından, çətirindən, kipriklərindən belə su süzülən yaşlı rus maşının 
yanına qaçdı.  
 
Faiq şüşəni aşağı salmışdı, yağışın uğultusu indi daha güclü eşidilir, içəri yağış 
qoxulu soyuq, rütubəli hava axını dolurdu. Kişi başını şüşədən içəri saldı, 
göbələklərini tərifləyirdi. 
 
Başını yox, zənbilini göstər, Faiq hirslə deyindi, kişinin başından bir göz qırpımında 
qıçlarına, ayaqlarının altına xeyli su axmışdı.  
 
Kişi başını çəkib, zənbilini içəri uzatdı. Faiq çürüntü, rütubət qoxusu verən 
göbələkləri seçir, axtarırdı, xoşu gəlmədi, göbələklərin vaxtı keçmiş, qaralmış, 
çürümüşdülər.  
 
Su süzülən səbəti hirslə çölə itələyib, qabağa sür, dedi, bunun göbələkləri kara gələn 
deyil. Payız çöllərindən göbələk yığmalarını xatırlayırdı.  
 
Seyrək duman çökən yağışlı çöllərdə dolaşır, gəvən kollarının, mamırlı daşların 
arasından, yamaclardan göbələk yığıb, boymadərən çöplərinə taxırdılar.  


 
Torpaqdan şişib qalxan göbələyin, rütubətli payız çöllərinin qoxusu indiyə kimi 
yadındaydı, onlar göbələkləri çöllərdən yığırdılar, burda isə meşələrdən. 
 
Maşın yerindən tərpənəndə Faiq özüylə danışırmış kimi: «Bunun alveri yaxşı olmayıb, 
- dedi və bic-bic güldü, - cəmisi iki yüz manat».  
 
Fikirli olduğundan Faiqin dedikləri ona çatmadı.  
 
Bu gün Sveta getməliydi, yaxınlarda tanış olduğu oğlana qoşulub onun iş yerinə, 
uzaq şərqə gedəcəkdi. Aeroporta gedib qızı ötürməliydi.  
 
Yalnız indi, Sveta getmək ərəfəsində olanda qızdan ayrılmağın onun üçün necə çətin 
olacağını başa düşmüşdü. 
 
Arxada oturanlar gülürdülər, nəyə güldüklərini anlamırdı. Qarşıdakı göbələk satanın 
bərabərinə çatıb, maşını saxladı.  
 
Faiq şüşəni aşağı salanda yağışın boğuq uğultusu maqnitafonun səsini belə batırdı.  
 
Soyuq Rusiyada soyuq payız başlayırdı, soyuq küləklər, soyuq, uzun gecələr, soyuq, 
bomboz səma!  
 
Ona elə gəlirdi Rusiyada payızın da, yağışın da qoxusu cansıxıcıdı, qəlbi didir.  
 
Vətəndə isə başqaydı, yenicə soyumağa başlayan isti çöllərin üzərində həsrətlə 
ilğımlanan payız havası, payız qoxuları qəlbə fərəh, sevinc gətirirdi.  
 
Göbələk satan başını içəri saldı, göbələkləri bu səhər meşədən yığdığını deyirdi.  
 
Faiq heç onun səbətinə baxmadı, göbələk satanın yaş ovcuna bir az qovrulmuş 
günəbaxan toxumu tökdü və işarə elədi ki, gedək.  
 
Maşın yerindən tərpənəndən sonra Faiq qəh-qəhə ilə güldü, dostları da ona 
qoşuldular. «Bu bir qəpiklik də göbələk satmayıb, - Faiq dedi, - cibində ancaq 
günəbaxan toxumu vardı. 
 
Hər şey ona aydın oldu. Göbələk satanlar başlarını içəri salanda fürsətdən istifadə 
eləyib onların ciblərini təmizləyirmiş.  
 
Göbələk satanı onun öz cibindən götürdüyü toxuma qonaq eləyir, yağışın altında 
axşama kimi dayanan, günlərlə yağışlı, soyuq meşədə dolaşan, göbələk yığıb qəpik-


quruş qazananların cibinə girir. 
 
Dayanacaqda maşını saxladı. 
 
- Düşün, - dedi. 
 
- Niyə? – Faiq də, arxada oturanlar da inamsızlıqla səsləndilər. 
 
- Düşün! – təkrar elədi. 
 
- Bir rusdan ötrü bizi maşından düşürürsən! - Faiq nifrətlə dedi, onun sözü bir dəfə 
dediyini bilirdi, mübahisə eləmədi. – Bu sənə baha başa gələcək! 
 
Qapını hirslə çırpıb düşdülər, dayanacağa qaça-qaça getdilər.  
 
O da düşdü, asta addımlarla, tələsmədən dayanacağa tərəf gedirdi.  
 
Gəlib çatdı, yağışın altında dayanmışdı, saçlarıyla, üz-gözüylə axan yağış suyuna, 
islanmasına əhmiyət vermirdi. Saçlarından üz-gözünə, boyun-boğazına soyuq yağış 
suyu axırdı. 
  
« Səni maşından rusa görə yox, oğurluq elədiyinə görə düşürdüblər! – dedi. – 
Yolumuz ayrıldı. Qarşıma çıxmayın. Məsləhət görmürəm». 
 
Geri döndü, maşına minənə kimi tamam islandı, dəsmalla saçlarını quruladı. 
  
Paltarları tez qurusun deyə matoru işə salıb, maşının sobasını yandırdı, başını 
sükanın üstünə qoyub, qabaq şüşələri döyəcləyən gümüşü yağışa, sular axan şosse 
yoluna baxırdı.  
 
Getməliydi, bu yağışı, payızı yaşamaq əzab idi, lap elə bu payız çıxıb getməliydi. 
Döyüşçü evinə dönər, nağıl da nikbin sonluqla bitərdi.  
 
Maşını döndərdi, şəhərə doğru istiqamət götürdü.  
 
Gəlib Svetanı dükanda görəndə gözlərinə inanmadı. Qız dünən onunla vidalaşmış, 
bilet də aldığını demişdi.  
 
Elə isə niyə getməmişdi? Sveta özünə məxsus şirin təbəssümü ilə gülümsəyirdi.  
 
Qızın getməməsi ürəyincə idi, sevinirdi, ancaq səbəbini bilmək istəyirdi. Qızsa 
gülümsəyir, deyirdi ki, səni tək qoymaq istəmədim, qorxdum mənsiz keçinə 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə