Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 
Bircə yıxılmasaydı, özünü şöbəyə çatdırsaydı! Addımlarını yeyinlətsə də, təqib 
eləyənlər ona çatmaq üzrəydilər, səsləri lap yaxınlıqdan gəlir, nəfəsləri boyun-
boğazını qarsayır, qapqara saçları üz-gözünə toxunurdu. «Allahım, qurtar məni! – 
ürəyində yalvarırdı. – Ömrümdə ilk dəfədi sənə üz tuturam. Kömək elə, dadıma çat, 
ya rəbbi!» 
 
Polis şöbəsinə, növbətçi olan otağa girəndə ayaqlarının heyi qalmamışdı, özünü 
saxlaya bilməyib girəcəkdəki divana oturdu. Tər-su içində idi, bədəniylə sel-su axırdı, 
gözləri önündə kölgələr oynaşır, yanına qaçan pols kapitanının işıldayan paqonlarına 
baxdıqca, onu təqib eləyən səslər tədricən çəkilir, eşidilməz olurdu. Kapitan gözlərinə 
inana bilmirdi, onu tanımışdı.  
 
- Kişi, sənə nə olub? Bura niyə gəlibsən? 
 
- Rəisini çağır! – cavab verməyib qısaca dedi. 
 
Kapitan telefona cumub harasa zəng elədi, bir azdan qayıdıb onun üçün su gətirdi, 
suyu canıhöyüllü içdi, dəsmal çıxardıb üz-gözünün tərini sildi.  
 
Özünü ələ ala bilmirdi, bu gün eşitdikləri, öyrəndikləri onu büsbütün dəyişmiş, 
başqalaşdırmışdı. 
 
İllər uzunu onun-bunun yalvarışlarını, xahişlərini eşitməyə alışmış bir adam indi 
yalvarmağa, xahiş eləməyə gəlmişdi. Eşidəcəkdilərmi, orasını bilmirdi.  
 
Rəis tez gəldi, yəqin şöbədəymiş, ya da o zaman hissini itirmişdi. Rəisin gözləri 
yerindən çıxmışdı. Kişi bu nə haldır? Səlim müəllim bura gəldiyini bilirmi? Bu nə üst-
başdır, harda belə-toz torpağa batıbsan, hardan gəlirsən? Rəisin sualları tükənmirdi, 
o isə nəfəsini dərir, rəisin nə vaxt sakitləşəcəyini gözləyirdi. 
 
- Qulaq as, - rəis ara verən kimi də sözə başladı, - Səlim müəllim dediyin o adam 
mənim oğlum deyil, sürücümün oğludu. Məni öldürmək istəyir, pul qazanmaq üçün. 
Həkim çağıracaq, həkim mənə iynə vuracaq, öldürəcək. İcra başçısıdı, qonaqları 
tökülüşüb gələcək, hamısı imkanlı, pullu qonaqlar. Şəxsən sən min dollardan aşağı 
atmazsan. Azından iki yüz min dollar irəli düşəcək. Məni qoruma altına alın, səhər 
açılan kimi xüsusi mühafizəçilərlə Bakıya yola salın.  
 
- Dayı, nə danışırsan? – rəis eşitdiklərinə inana bilmirdi. – Səlim müəllim hamımızın 
ağsaqqalıdı. Sən elə oğulla fəxr eləməlisən! Gəl səni aparaq öz evinə… 
 
- Elə oğulla sürücü fəxr eləməlidi, mən yox! Mən vətəndaşam, şikayət eləyir, 


qorunmamı tələb eləyirəm! Məni qoruyun, bir daha o evə gedə bilmərəm. Nə gözünü 
bərəldirsən? Ağlımı itirib eləməmişəm, olan şeyi deyirəm! O oğraş, yəni sizin 
ağsaqqalınız öldürəcək məni! Məni qorumaq üçün tədbir görməsən, cinayətin bir 
iştirakçısı da sən olacaqsan. Məyər nazirlikdən sənə zəng eləməyiblər? 
 
- Yaxşı, - rəis bir qədər düşünüb razılıq verdi. - Kiminsə zənginə ehtiyac yoxdu. Necə 
deyirsən, elə də elərəm. Amma səni burda saxlaya bilmərəm. Gərək elə yerə aparaq 
ki, orda olmağından kimsənin xəbəri olmasın. Səhərə kimi polislər keşiyini çəkəcək, 
səhər tezdən Bakıya yola salarıq. Qalanı öz işindir. 
 
- Ay sağ ol! - qocanın çiyinlərindən sanki dağ götürüldü, arxayınçılıqla nəfəs aldı.  
Fəxrlə düşünürdü, hə, yad küçüyü, özünü ağıllı hesab eləyirdin, amma öldürə 
bilmədin. Sənin atanın təpəsinə gündə beş dəfə qapaz vururdum, indi sən məni 
öldürüb pul qazanmaq istəyirsən. Qazana bilmədin! Sənin də təpənə qaraz 
vuracağam, özü də elə qapaz ki, yerin altına girəcəksən! Mənim itiriləsi bir şeyim 
yoxdu, nəyim vardısa, hamısını itirdim. Sənsə itirəcəksən, Bakıya çatan kimi 
qəzetlərin hamısını dəvət eləyib, sizləri bütün respublikada rüsvay eləyəcəyəm. 
Utandığınızdan başınızı çölə çıxara, adam içinə çıxa bilməyəcəksiz. Səni də 
vəzifəndən qovarlar, iti məsciddən qovan kimi!  
Rəis iki nəfər polis çağırdı, onlara nəsə dedi və polislər onu həyətə çıxarıb polis 
maşınına mindirdilər. Qəribəydi, onu arxada oturdub, hərəsi bir tərəfində oturdu. 
Niyə belə eləyirdilər? Maşın yerindən tərpənib şəhərə doğru istiqamət götürdü. Bir az 
getmişdilər ki, maşının onların küçəsinə döndüyünü görən qoca heyrətlə soruşdu: 
 
- Məni hara aparırsız? 
 
- Evinə, - sağında oturan polis duyğusuz səslə dedi. 
 
- Necə yəni?- inamsızlıqla səsləndi və maşının doğrudan da evlərinə tərəf getdiyini 
görüb polislərə yalvarmağa başladı. – Uşaqlar, məni ora aparmayın! Yalvarıram sizə, 
orda məni öldürəcəklər! Müsəlman deyilsiz? Atanız yaşda kişini nə haqla aparıb 
cəllada təhvil verirsiz? Qəlbinizdə insaf, rəhm yoxdumu? Niyə mənə inanmırsız, nəyə 
deyirsiz and içim, öldürəcəklər məni!  
 
Polislərin sakitcə oturduqların, onun dediklərinə əhəmiyyət vermədiklərini görüb, 
onları şirnikləşdirməyə çalışdı. 
 
-Baxın, on min dollar pulum var, - inandırıcı çıxsın deyə pulu çıxarıb göstərdi, 
yelləyir, göy pullar yüngülcə xışıldayırdı, - hamısı sizin. Halal-xoşunuz olsun. Buraxın 
məni, çıxım gedim. 
 
- Biz rüşvət almırıq! – polislərin səsində aşkar istehza var idi. 


 
- Oğlum, mən keçmiş polis işçisiyəm, rəis işləmişəm. İndiyə kimi rüşvət almayan 
polis görməmişəm. 
 
- Görməyibsənsə, gör. 
 
- Gördüm, - buyruq qullarına yalvarmağın mənasızlığını başa düşdü, - ömrümün 
qürubunda bu səadət mənə qismət oldu.  
 
Demək, dostu da onu aldatdı, oğluna demədi. Təzədən dostuna zəng elədi, bu dəfə 
dostu dərhal cavab verdi. «Məni öldürəcəklər, - dedi, - ölüm ayağında sənə bir etiraf 
eləmək istədim». «Elə, - dostu həvəslə dilləndi, - yüngüllükdü. Arxayın gedərsən». 
«Yadındamı, səni rayona çağırmışdım?  
 
Arvadınla gəldin. Arvadın gözəl qadındı, qarmon çalırdı, hər qarmonu götürüb 
çalanda adamın ruhu bədənindən uçurdu. Sənin başın yeyib içməyə qarışmışdı, mən 
də arvadını müxtəlif tədbirlərə aparırdım.  
 
Tədbir-filan boş şeydi, kef çəkirdik. Unudulmaz günlər keçirdim onunla». «Elə 
şeydən ötrü ürəyini sıxma, - dostu sakit danışırdı, zərrəcə də hirslənməmişdi, - 
arxayın get. Borclu qalmamışam sənə. Yadındamı, arvadınla şəhərə gəlmişdin?  
 
On gün qaldın, onun–bunun arxasınca qaçırdın, arvadın yadından çıxmışdı. Baxıb 
gördüm, gözəl qadındı, vaxtını şən, mənalı keçirmək, əylənmək istəyir. Yardımçı 
oldum ona. Sənə bir etiraf da eləyim, lap arxayın get». «Elə, oğraş, elə!» «Bizim 
münasibətlərimiz indiyə qədər də davam eləyir. Etibarlı qadınmış, şəhərə gələndə 
axtarıb məni tapır.  
 
Narahat olma, yasına gələcəyəm, itin biri ölübs deyə arvadınla yas saxlayan deyilik, 
işimizi görəcəyik.  
 
Hə, indi rahat ölə bilərsən. Gülə-gülə get!» Necə rahat ölə bilərəm, yana-yana 
düşünürdü, qəbrim od tutub yanar, torpağım yanar! Telefonu ayaqlarının altına atıb 
hirslə tapdalayır, əzir, elə zənn eləyirdi ki, arvadını və onun oynaşlarını əzişdirir. 
 
Maşın çöl qapısına yaxınlaşırdı, Səlim idman kostyumunda qapının ağzında dayanıb 
gözləyirdi. Yəqin rəis zəng eləyib, işin nə yerdə olduğunu demişdi. 
 
Polislər onu maşından düşürdüb, Səlimə baş əyərək, bir tapşırığı olub-olmadığını 
soruşdular və çıxıb getdilər.  
 
Səlim qoluna girib evə gətirdi. «Ata, gördünmü, - deyirdi, - mən deyən oldu. Sən 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə