Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

Bu necə ola bilərdi, doğmaca oğlu ona necə belə təklif eləyə bilərdi?  
 
Yaxşı adam olmamışdı, çoxlu nahaq işlər tutmuş, hər cür şərəfsizliklə məşğul 
olmuşdu, ancaq pul üçün atasının, anasının ölümünə heç vaxt razı olmazdı.  
 
Öz anasını xatırlayırdı, nələr verməzdi, təki anası bir-iki il artıq yaşasın, mümkün 
olsaydı öz ömründən kəsib anasına verərdi.  
 
Oğlu isə cəmisi iki yüz min dollardan ötrü onu öldürmək istəyirdi. Pula hərislik, 
acgözlük bunda hardandı?  
 
İki yüz min dollar oğlu üçün nə puldu? Bu şəhərdə evləri, bağı, Bakıda evləri, bağı, 
maşınları, sexləri, pulunun da hesabını bilmir.  
 
Kasıb düşmüşdü, atasını öldürüb pul qazanmaq istəyirdi?  
 
Xatirindəydi, muğan rayonlarının birində pambıq yığımında nümunə göstərmək 
istəyən 1-ci katib xəstə anasını pambıq yığmağa göndərmişdi.  
 
İstiyə, alışmadığı işə dözməyən qadın elə həmən gün canını tapşırmışdı. Birinci 
katibin adı dillər əzbəri oldu, onu hamıya nümunə göstərirdilər.  
 
Təkcə 1-ci katiblər yox, idarə müdirləri, kolxoz sədrləri də ata-analarını pambıq, 
üzüm yığmağa göndərməyə başladılar.  
 
Tarlaları ələyi ələnmiş, xəlbiri göydə yellənən xəstə qadınların, qoca kişilərin çığırtıları 
başına götürmüşdü, yazıqlar yalvarır, ölüm ayağında olduqlarını deyirdilər, amma 
onları eşidən yox idi.  
 
Dağ kəndlərinin birində kolxoz sədri öz anasını üzüm tarlasında işlədirdi, 
digərlərindən fərqli olaraq bu qadın iş, zəhmət adamıydı, dinməzcə işləyir, işinin 
öhdəsindən gəlir, hamıdan çox üzüm yığırdı.  
 
Bu isə kolxoz sədrini sevindirmək əvəzinə, qanını qaraldırdı.  
 
«Gör ölür, indi neyneyim, özüm vurum öldürüm? Camaatın anasının əli pambıq 
koluna dəyməmiş, canı çıxır. Mənimki gündə bir ton üzüm yığır, vecinə də deyil!»  
 
Onda bu sözləri eşidəndə dəhşətə gəlmişdi. Evlada bax, oğula bax, buna bir sağ ol 
desinlər, iclaslarda tərifləsinlər deyə, illərlə əzab-əziyyətini çəkən doğmaca anasının 
ölümünü istəyirdi.  
 


Heç vaxt təsəvvür eləməzdi ki, günlərin birində öz evində, öz oğlündan buna bənzər 
sözlər eşidəcək.  
 
Doğmaca oğlu puldan, şöhrətdən ötrü, onun ölümünü istəyəcək.  
 
Burda nəsə var idi, qoca düşünür, fikirlər labirintində özünü itirir, həmən nəsəni 
tapmaq istəyir, tapa bilmədikcə də həyəcanlanır, hirslənirdi. Oğlu gedəndən sonra 
arvadını çağırdı, qarı gec gəldi, deyinirdi, son vaxtlar buna söz deməli deyildi. 
 
- Qarı, - dedi, - ciddi söhbət eləməliyik.  
 
- Ciddi? – qarı inamsızlıqla səsləndi. 
 
- Hə. 
 
- Haçan mənimlə ciddi söhbət eləyibsən? 
 
- Eləməmişəm! – hövsələsiz halda səsləndi. – İndisə eləmək istəyirəm! 
 
- Nəyə görə belə şərəfə layiq görüldüm? 
 
Oxudu, təhsil aldı, həyatın hər üzünü gördü, vəzifələrdə işlədi, yüzlərlə adamın 
taleyini dəyişdi, öz istədiyi istiqamətə yönəltdi, minlərlə adamlarla görüşdü, di gəl öz 
sonunu görə bilmədi. Bir vaxtlar yanında cıqqırını çıxartmağa cürət eləməyən qızın 
nə vaxtsa belə dil-dil ötəcəyini təsəvvür elərdimi?  
 
- Qarı, düzünü de, bu mənim oğlumdur? 
 
- Yox, - qarı fikirləşmədən dedi. 
 
- Necə yəni?! – başında tükləri vız durdu. 
 
- Necəsiz! Sən onun-bunun arxasınca qaçanda sürücün də mənə dadanmışdı. 
Neynim, cavandım, gözəldim… 
 
- Gözəldin? İtə oxşayırdın! – qoca qışqırdı, ancaq səsi ümidsiz çıxırdı. 
 
- Sənin gözlərin tutulmuşdu. Sürücün deyirdi ki, həyatımda sənin kimi qadın 
görməmişəm. Gözəl günlər keçirdim onunla! Gecələr yatmırdıq, səhəri diri gözlü 
açırdıq. Səlimə ondan hamilə qaldım. 
 
Qocanın matı-qutu qurumuşdu, eşitdiklərinə inana bilmirdi. Qarı onu qaynar qazanın 


içinə atdı, qoca sümükləri qazanda əriyir, od tutub yanırdı.  
 
Odsuz-ocaqsız, tüstüsüz yanır, qovrulurdu. İlahi, nələr eşidirdi bu gün?! Təkcə o kef 
çəkmirmiş, arvadı da bekar dayanmayıbmış.  
 
Gör özü də kimlə, sürücüylə! Bir anlığa qarabuğdayı, qayışbaldır sürücüsünü 
xatırladı, od-alov kimi oğlandı, qaynayırdı.  
 
Yenidən başında tükləri qalxmağa başladı, yalnız indi, böyük oğlunun sürücüsünə 
oxşadığını hiss elədi. Neçə illəri bu oxşarlığı niyə duymamış, görməmişdi?  
 
Niyə ayıq olmamış, azacıq da şübhələnməmişdi? İndiyə kimi gözləri kor, qulaqları kar 
necə yaşamışdı? Özündən aşağıdakıları adam hesab eləmir, onları ciddiyə almırdı.  
 
Elə zənn eləyirdi, ancaq özü bu işlərlə məşğul ola bilər, daha başqaları yox. Gündə 
yüz yol başına qışqırdığı, döydüyü, söydüyü sürücüsü isə onun arvadı ilə kef 
çəkirmiş.  
 
Sözünə bax, həyatımda sənin kimi qadın görməmişəm!  
 
Ay oğraş, sən harda qadın görmüşdün ki, ondan yaxşısını ya da pisini görəsən?  
 
Sən mənim xidmətimdə durmuşdun, mənimçün qızları, qadınları gətirir, aparırdın.  
 
Arvadın itə oxşayırdı, amma desəydim onu da gətir, cıqqırını belə çıxarmadan 
gətirəcəkdin. İndiyə kimi qulluğunda duranları adamcığaz adlandırırdı, arvadı ikicə 
dəqiqənin içində onu da göydən yerə endirib adamcığazların arasına saldı, məlum 
oldu ki, əsl adamcığaz o özü imiş, sadəcə olaraq, xəbəri yoxmuş.  
 
- Uşaqlardan hansı mənimdi? - özünü ələ alıb xırıltılı səslə soruşdu.  
 
- Heç biri! 
 
- Necə yəni?! – bu dəfə başının tükləri biz-biz elə durdu ki, qocanın başı eynən 
kirpini xatırlatdı. 
 
- Necəsiz! Sən mənimlə yalnız evliliyimizin ilk ayında yaşadın, onda da uşağa 
qalmadım.  
Sonralar üzünü gördüm ki, səndən uşaq da doğam. 
 
- Qarı, deyirsən mənim oğlum, qızım yoxdu? 
 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə