Elyazma org elektron kitabxanası



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix08.07.2018
ölçüsü0,75 Mb.
#54000
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

- Ölürəm. 
 
- İnsanlar gəlib mənim balalarımı aparacaqlar. 
 
- Uçun gedin insanların quşlara toxunmadığı ölkələrə. 
 
- Balalarım uça bilmirlər. 
 
- Uça bilməyənlər…- sözünü sona qədər deyə bilmədi. 
 
Adam sonuncu dəfə çobanyastığı çiçəklərini qoxulayıb öldü.  
 
Çöldən qarğalar uçub gəldilər, yırtıcı quşlar qan qoxusunu hiss eləmişdilər. Amma 
qarğa sülaləsinə xəbərdarlıq elədi: 
 
- Onun gözlərini oya bilməzsiz! 
 
- Niyə? – qarğalar soruşdular. 
 
- Mən ona söz vermişəm. 
 
- Bəs onda bu necə olacaq?- qarğalar narazı halda qarıldadılar.  
 
- Adamlar gəlib onu qəbirstanlığa aparacaqlar. Mən də qəbrinə baş çəkəcəyəm. 
Dostlarının onu unutmadıqlarına əmin olsun deyə. 
 
Adam düşüb qalmışdı çobanyastığı çiçəklərinin, yaz otlarının arasında, şüşə kimi 
tutqunlaşan göz bəbəklərində bir parça buludlu səma, əncir ağacının quru budağı 
əks olunmuşdu. 
 
 
 
Ciddi söhbət 
 


 
Z
əri atmaq istəyəndə əli havada donub qaldı.  
 
Yenidən kimsəsiz kənd qəbirstanlığı canlanırdı gözləri önündə. Anasının qəbri od 
tutub göyümtül alovla yanırdı.  
 
Özünü ələ almağa çalışır, qarabasmanın tezliklə keçib gedəcəyini zənn eləyirdi, 
amma qəbirstanlıq gözləri önündən çəkilmirdi, göyümtül alovla yanan qəbri aydınca 
görür, alovun həniri onu vururdu. 
 
Dostuna daha oynamayacağını deyib, ayağa qalxdı, kəndə getməli, anasının qəbrinin 
üstünə su səpməliydi. 
 
Neçə illər sonra bu qarabasmanın yenidən təkrarlanması onu qorxuya salmışdı, yaxşı 
əlamət deyildi.  
 
Yaxınlıqda oturub çay içən cavan oğlan onun ayağa qalxdığını görən kimi yanına 
qaçdı. Dayı, evə gedirsənsə, aparım.  
 
İlk dəfəydi bu oğlanı görürdü, oğlansa onu tanımışdı. Oğlu şəhərin icra başçısıydı, 
özü də uzun illər bu şəhərdə polis rəisi olmuşdu.  
 
Xoşbəxt adamdı, bütün istək və arzularına çatmış, ürəyi istəyən kimi yaşamışdı.  
 
İndi də balaları qayğısına qalır, vaxtı-vaxtında müalicə elətdirir, sanatoriyalara 
göndərirdilər.  
Maşından düşəndə oğlana sağ ol deməyi özünə sığışdırmadı.  
 
Bu adamlar onlara xidmət eləməkdən ötrü dünyaya gəlmişdilər.  
 
Qoca çöl qapısından içəri keçəndə bu cür düşünürdü və belə düşündükcə də 
qəlbində razılıq hissi baş qaldırır, qocaya aşkarca ləzzət eləyirdi.  
 
Zaman keçir, heç nə dəyişmirdi, adamlar onların qulluğunda durmuşdular. Heyf 
qarabasma ondan əl çəkmirdi, niyə məhz bu gün qəbirstanlığı görürdü?  
 
Qarısı onu təəccüblə qarşıladı. 


 
- Nə tez qayıtdın? 
 
- Darıxdım, - başdansovdu cavab verdi. 
 
- Sən darıxa da bilirsən? 
 
- Bilmərəm? 
 
- Bilməzsən! – qarı qətiyyətlə dedi. 
 
- Niyə, adam deyiləm? 
 
- Deyilsən! – qarı çəkinmədən dedi. 
 
Hirslənsə də, qarını belə cavabdan ötrü cəzalandıra bilmədi, artıq qollarında güc, 
təpər yox idi. Güclə oturub dururdu, qarı da bunu hiss eləyəndən dil-dil ötürdü.  
 
Olurdu əvvəlki vaxtlar, sən də bu dilləri oxuyurdun.  
 
Dilini çəkib yerindən qoparardım, dişlərini də dilin qarışıq!  
 
Qoca belə düşünsə də, əlindən acizliyini, daha cəza vermək qabiliyyətində olmadığını 
etiraf eləməkdən başqa bir iş gəlmirdi.  
 
Damarları çıxmış arıq, uzun əlinə kədərlə baxırdı.  
 
Düşmüşdü, zarafat deyildi, səksən beş yaşı vardı. Arvadı ilə aralarında yaş fərqi on-
on iki ildi, amma itin qızı cavan qalmışdı, tanımayan qızı olduğunu zənn elərdi.  
 
Sifətində bircə dənə də qırışı yoxdu, gözləri cavanlıq ehtirası ilə parlayırdı.  
 
Cavanlığında gözəl idi, qəribə gülüşü var idi, ağappaq dişlərini göstərib güləndə, 
adamın bədəninə od salırdı.  
 
Onda komsomolun birinci katibi idi, bu da məktəbdə müəllimə idi. Tanışlıqlarının 
bircə həftəsi tamam olmamış, qızı ələ aldı.  
 
Hansısa qızı aldadıb yoldan çıxartdığı birinci dəfə deyildi, aldadır, üç-beş ay vaxtını 
keçirir, sonra uzaqlaşırdı, bu dəfə də belə olacağını düşünürdü.  
 
Amma qızdan uzaqlaşmağa cəhd eləcək, iş yoldaşlarından tutmuş, birinci katibəcən 


işə qarışdılar, qızın atası prokuror imiş.  
 
Evlənməkdən başqa çarə qalmadı, qaynatası da ona yüksəlməkdə xeyli kömək elədi. 
Amma evlənən kimi də arvadını unutdu, gözü onun-bunun arxasınca idi.  
 
Xoşu gələn qız, qadın gördümü, başını itirirdi, hansı vasitəylə olursa olsun, xoşladığı 
qadına sahib olmalıydı.  
 
Pulla, qorxuyla, şantajla, yaxınlarını həbs elətdirməklə, bu yolda heç nədən 
çəkinmirdi, təki məqsədinə çatsın.  
 
Əvvəllər, qaynatası vəzifədə olanda bir qədər çəkinir, ehtiyat eləyirdi, qaynatası 
işdən çıxandan sonra xoşladığı qadınları evə gətirirdi.  
 
Arvadına da deyirdi, xoşun gəlmir, çıx get, arvadı isə çıxıb getmədi, ən qəribəsi, belə 
işlərini onun üzünə də vurmadı. Arvadı evdəydi, həmişə əl çatardı.  
 
Bu təlatümlü, baş gicəlləndirən yaşayaşından onda ayıldı ki, artıq evdəkinə əl çatmır, 
bədəninin heyi-təpəri yox idi, heç arvadı da onu yaxın buraxmırdı.  
 
Bununla belə keçirdiyi hissləri arvadıyla bölməyə ehtiyac duydu. 
 
- Qarı, - dedi, - anamın qəbri od tutub yanır. 
 
- Əlbəttə yanar! – arvadı əminliklə dedi. 
 
- Niyə yanmalıdı? 
 
- Sənin kimi oğlu olduğu üçün! 
 
- Mənim nəyimdi? 
 
- Onu özün yaxşı bilirsən, - qarı dedi və ayağa qalxıb otaqdan çıxdı. 
 
Qoca heyrət içindəydi, əvvəlcə qarabasma, sonra da arvadının özünü belə aparması 
onu tamam çaşdırmışdı.  
 
Bu gün nələr baş verirdi, nə olmuşdu, bilmirdi, ancaq gözlənilməyən hadisələrin 
həyəcanlı havası uzaqdan da olsa onu vururdu və çox illik həyat təcrübəsi ona bütün 
bunların səbəbsiz olmadığını diqtə eləyirdi.  
 
***  


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə