“Əmrahbank” SƏhmdar banki açIQ



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix02.04.2018
ölçüsü0,98 Mb.
#35808
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

18 



 

 

Kreditlərin dəyərsizləşmə ehtiyatı 

Bank dəyərsizləşməni qiymətləndirmək üçün kreditləri mütəmadi olaraq nəzərdən keçirir. Yaranmış 

dəyərsizləşmə zərərlərinin Bankın kredit portfelində tanınması üçün Bank kreditin dəyərsizləşməsi 

ehtiyatlarını yaratmışdır. Bank kreditlərin dəyərsizləşmə ehtiyatları ilə bağlı mühasibat proqnozlarını 

aşağıdakı  səbəblərdən  qeyri-müəyyənliyin  əsas  mənbəyi  hesab  edir:  (i)  onlar  dövrdən-dövrə 

dəyişməyə çox həssasdırlar belə ki, dəyərsizləşən kreditlərlə bağlı gələcək kredit riskinin dərəcələri 

və  potensial  zərərlərin  qiymətləndirilməsi  haqqında  fərziyyələr  onun  son  dövr  üzrə  fəaliyyət 

təcrübəsinə  əsaslanır,  və  (ii)  Bankın  hesablanmış  zərərləri  ilə  faktiki  zərərləri  arasında  hər  hansı 

mühüm fərq əhəmiyyətli olarsa, Bankın gələcək dövrlər üzrə maliyyə hesabatlarına mühüm təsir edə 

biləcək ehtiyatlar yaratmağı tələb edə bilər. 

 

Borcalan maliyyə çətinlikləri keçirdiyi halda və oxşar borcalanlarla bağlı bir neçə məlumat mənbəyi 



olduqda  Bank  hər  hansı  dəyərsizləşmə  zərərinin  məbləğini  qiymətləndirmək  üçün  rəhbərliyin 

mühakimələrindən  istifadə  edir.  Eynilə,  Bank  keçmiş  fəaliyyətinə,  keçmiş  müştəri bazasına, qrupa 

daxil  olan  borcalanların  ödəniş  statusunda  mənfi  dəyişiklikləri  əks  etdirən  məlumata  və  qrup 

daxilindəki  aktivlər  üzrə  əlaqələri  nəzərə  almaqla  milli  və  ya  yerli  iqtisadi  şəraitə  əsaslanan   

dəyişiklikləri  qiymətləndirir.  Rəhbərlik  kredit  riski  xüsusiyyətlərinə  malik  olan  aktivlərlə  bağlı 

təcrübəsinə və kreditlər qrupuna daxil olan aktivlər üzrə aşkar dəyərsizləşmə sübutuna əsaslanmaqla 

qiymətləndirmələrdən  istifadə  edir.  Bank  məlumatda  öz  əksini  tapmayan  hazırkı  şəraitin  daxil 

edilməsi  üçün  bir  qrup  kreditlər  üçün  məlumatın  təkmilləşdirilməsi  zamanı  rəhbərliyin 

mühakimələrindən istifadə edir. 

 

Maliyyə aktivlərinin dəyərsizləşmə ehtiyatları mövcud iqtisadi və siyasi şəraitlər əsasında müəyyən 



edilmişdir.  Bank  bu  şəraitdə  Azərbaycan  Respublikasında  hansı  dəyişikliklərin  baş  verəcəyini  və 

belə dəyişikliklərin gələcək dövrlərdə maliyyə aktivlərinin dəyərsizləşmə ehtiyatlarına edəcəyi təsiri 

əvvəlcədən proqnozlaşdırmaq iqtidarında deyil. 

 

31 dekabr 2008 və 2007-ci il tarixlərinə müştərilərə verilmiş kreditlərin dəyərsizləşməsi üzrə ehtimal 



olunan ehtiyatın balans dəyəri müvafiq olaraq 1,128,358 manat və 6,612,226 manat olmuşdur.  

 

Maliyyə alətlərinin qiymətləndirilməsi 

Satıla  bilən  kimi  təsnifləşdirilən  maliyyə  alətləri  ədalətli  dəyərlə  göstərilir.  Bu  cür  maliyyə 

alətlərinin ədalətli dəyəri alətin məcburi və ya likvidasiya satışından başqa, könüllü tərəflər arasında 

aparılan  cari  əməliyyat  nəticəsində  mübadilə  edildiyi  məbləğdir.  Əgər  alətin  bazar  dəyəri 

açıqlanmışdırsa,  onun  ədalətli  dəyəri  bazar  qiymətinə  əsaslanmaqla  hesablanır.  Bazarda 

qiymətləndirmə  parametrlərini  müşahidə  etmək  mümkün  olmadıqda  və  ya  müşahidə  edilən  bazar 

qiymətlərinə istinad etmək mümkün olmadıqda, ədalətli dəyər hər bir məhsul üçün uyğun olan digər 

bazar məlumatını və qəbul edilmiş maliyyə nəzəriyyələrindən əsaslandığımız riyazi metodologiyanı 

istifadə  edən  qiymətləndirmə  modelini  təhlil  etməklə  əldə  olunur.  Qiymətləndirmə  modelləri 

qiymətli kağızların müqavilə şərtlərini, habelə bazara əsaslanan qiymətləndirmə parametrlərini (məs, 

faiz  dərəcələri,  dəyişkənlik,  mübadilə  məzənnələri  və  partnyorların  kredit  reytinqi)  nəzərə  alır.  

Bazara  əsaslanan  qiymətləndirmə  parametrlərini  birbaşa  müşahidə  etmək  mümkün  olmadıqda, 

rəhbərlik həmin parametrin ən yaxşı qiymətləndirmə metodu ilə bağlı qərar qəbul edəcək ki, alətin 

bazarda qiymətləndirilməsini düzgün əks etdirə bilsin. Bu mühakimələri yerinə yetirərkən, müxtəlif 

vasitələrdən  o  cümlədən,  müşahidə  edilən  məlumatın  etibarlılığından,  tarixi  məlumatdan  və 

ekstrapolyasiya  vasitələrindən  istifadə  olunur.  Alət  bazarda  müşahidə  olunan  məlumatla  müqayisə 

edilməklə  təsdiq  olunmadıqda  ilkin  tanınma  zamanı  maliyyə  alətinin  əməliyyat  qiyməti  ədalətli 

dəyərin qiymətləndirməsi üçün ən yaxşı sübutdur.  



“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

19 



 

 

Qiymətləndirmə  mexanizminə  əsaslanmaqla  əməliyyat  qiyməti  ilə  dəyər  arasındakı  hər  hansı  fərq 



maliyyə vəziyyəti haqqında hesabata ilkin tanınma üzrə daxil edilmir. Sonrakı gəlirlər və ya zərərlər 

bazar iştirakçılarını qiymət təyin edərkən nəzərdən keçirə biləcəyi faktordakı dəyişikliklərin nəticəsi 

həcmdə tanınır. 

Bank  elan  olunmuş  bazar  qiymətləri  olmayan  maliyyə  alətlərinin  qiymətləndirilməsi  ilə  bağlı 

mühasibat proqnozunu aşağıdakı səbəblərdən qeyri-müəyyənliyin əsas mənbəyi hesab edir: (i) onlar 

dövrdən-dövrə  dəyişməyə  çox  həssasdırlar  belə  ki,  bu  rəhbərliyin  faiz  dərəcələri,  dəyişiklik, 

mübadilə  məzənnələri,  kredit  reytinqləri,  qiymətləndirmə  düzəlişləri  və  əməliyyatın  spesifik 

xüsusiyyəti ilə bağlı fərziyyələr irəli sürməsini tələb edir və (ii) qiymətləndirmələrdəki dəyişikliyin 

tanınmasından  irəli  gələn  təsirin  Bankın  balans  hesabatında,  eləcə  də  mənfəət/(zərər)  hesabında 

açıqlanan aktivlərinə əhəmiyyətli təsir olması ehtimal edilir.   

 

Rəhbərlik  faiz  dərəcələri,  dəyişkənlik,  mübadilə  məzənnələri,  kredit  reytinqləri,  qiymətləndirmə 



düzəlişləri  ilə  bağlı  müxtəlif  fərziyyələrdən  istifadə  edərsə,  elan  edilmiş  bazar  qiyməti  olmayan 

maliyyə alətlərinin qiymətləndirilməsində kiçik və ya böyük dəyişiklik Bankın hesabat olunan xalis 

gəlirinə əhəmiyyətli təsir ilə nəticələnə bilər. 

  

Ədalətli dəyərlə ifadə olunan maliyyə alətlərinin balans dəyəri 31 dekabr 2008 və 2007-ci tarixlərinə 



aşağıdakı kimi olmuşdur: 

 

 



31 dekabr 2008-ci il 

 

31 dekabr 2007-ci il 

 

Satıla bilən investisiyalar 



 

5,762,993 

 

 

200,000 



 

 

Yeni və düzəliĢ edilmiĢ beynəlxalq maliyyə hesabatı standartlarının qəbul edilməsi 

 

Cari hesabat ili ərzində Bank öz əməliyyatlarına aid olan və 31 dekabr 2008-ci il tarixinədək hesabat 



dövrləri üçün qüvvədə olan Beynəlxalq Mühasibat Standartları Şurası (“MBSŞ”) və bu BMSŞ-nın 

Beynəlxalq Maliyyə Hesabatlarının Şərhləri Komitəsi (“BMHŞK”) tərəfindən buraxılmış bütün yeni 

və  düzəliş  edilmiş  standart  və  şərhləri  tətbiq  etmişdir.  Yeni  və  düzəliş  edilmiş  standartların  və 

şərhlərin  qəbul  edilməsi  Bankın  mühasibat  uçotu  siyasətlərində  mühüm  dəyişikliklərə  səbəb 

olmadığından bu il və keçən illərdə hesabat olunan məbləğlərə təsir etməmişdir. 

 

“Kapital açıqlamaları” haqqında MUBS 1-ə (“MUBS 1”) düzəlişlər – 18 avqust 2005-ci il tarixdə 



MUBS  şurası  MUBS  1-ə  düzəliş  hazırlamışdır.  Düzəlişə  əsasən  kapitalın  idarə  edilməsi  ilə  bağlı 

müəssisənin məqsədləri, siyasətləri və prosesləri haqqında açıqlamanın daxil edilməsi tələb olunur. 

Əlavə məlumat düzəliş edilmiş MUBS 1-də tələb olunduğu kimi cari və müqayisəli hesabat dövrləri 

üçün açıqlanmışdır. 

 

“Maliyyə Alətləri: Tanınma və Ölçülmə” haqqında MUBS 39-a və “Maliyyə Alətləri: Açıqlamalar” 



haqqında  MHBS  7-yə  “Maliyyə  Alətlərinin  yenidən  təsnifləşdirməsi”  adı  altında  düzəlişlər    –  13 

oktyabr 2008-ci il tarixdə MUBSŞ MUBS 39 və MHBS 7-yə düzəlişləri açıqlamışdır. Bu düzəlişlərə 

əsasən mənfəət və zərər hesabında ədalətli dəyərlə qiymətləndirilən qeyri-derivativ maliyyə aktivləri 

(ilkin tanınma zamanı mənfəət və zərər hesabında ədalətli dəyərlə göstərilən maliyyə aktivi kimi əks 

etdirilənlərdən  başqa)  üzrə  müəyyən  yenidən  təsnifləşdirmələrin  aparılmasına,  eləcə  də  maliyyə 

aktivlərinin  xüsusi  hallarda  satış  üçün  saxlanılan  kateqoriyadan  kreditlər  və  debitor  borclar 

kateqoriyasına yenidən təsnifləşdirilməsinə  icazə verilir.  



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə