Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   2   3   4   5   6   7   8   9   ...   47

 
13 
kimi  parazitlərlə  yoluxması  50-60%  təşkil  edir.  Tədqiqat  işlərinin 
nəticələrinə  görə  müəllif  zərərvericilərin  sayının  tənzimində  üstün  rol 
oynayan 5 növ (Bracon hebetor Say., Nytobia armillata Grav., Scanbus sp., 
Ageniaspis  fuscicollis  Dalm.,  Paralitomastix  varicornis  Nees)  parazitin 
böyük  təsərrüfat  əhəmiyyətini  xüsusi  olaraq  göstərmiş,  onlardan  bağlarda 
zərərvericilərə  qarşı  bioloji  mübarizədə  istifadə  edilməsinin  mümkün 
olduğunu təklif etmişdir [57,93,94, s. 130-161].  
Gürcüstan şəraitində meyvə güvəsinin təbii düşmənlərindən olan və 
güvənin  45-65%-ni  məhv  edən  aşağıdakı  parazitlər:  Paralitomastix  vari-
cornis  Nees,  Apaneles  xantastigma  Grav.,  Habrobracon  variogator  Spin. 
aşkar edilmişdir. Qonşu ölkənin bağlarında meyvə güvəsinin 17 növ paraziti 
müəyyən edilmiş, onlardan Ageniaspis fuscicollisNythobia armillata Grav. 
və  s.  daha  faydalı  olduğu  qeyd  edilmişdir.  Ölkə  mütəxəssisləri  tərəfindən 
meyvə  bitkilərinin  başlıca  zərərvericilərindən  41  növ  entomofaq  əldə 
edilmişdir.  Şərqi  Gürcüstanda  isə  meyvə  bitkilərinin  fəal  zərərvericilərinin 
sayının xeyli azaldılmasında üstün rol oynayan əsas parazit növləri müəyyən 
edilmişdir.  Göstərilir  ki,  tək  ipəksarıyanın  müəyyən  edilmiş  8  növ  para-
zitindən Apanteles lacteicolorRatz. bağ zərərvericilərinə qarşı bioloji müba-
rizədə də müvəffəqiyyətlə istifadə edilə bilər [122, s. 130-190].  
Qazaxıstanın Alma-Ata meyvəçilik zonası üçün meyvə güvəsi çəyir-
dəkli meyvə bitkilərinin əsas zərərvericisidir. Çoxillik tədqiqatlara istinadən 
müəyyən  edilmişdir  ki,  Qazaxıstanda  meyvə  güvəsinin  kütləvi  çoxalması 
zamanı  Pseudosarcofaga  mamillata  Pand.  milçəyi  xeyli  miqdarda  meyvə 
güvəsini məhv edir [119].  
Qazaxıstanın  Alma-Ata  vilayətində  Ascogaster  quadridentatus 
Wesm. növünün biologiyası və onun morfoloji xüsusiyyətləri öyrənilmişdir. 
Müəllif göstərir ki, bu parazit gavalı meyvəyeyəninin ilkin parazitidir. Onun 
sahibi  yoluxdurma  dərəcəsi  36-88%-dir.  Qazaxıstanın  meyvə  bağlarında 
meyvə  qurdlarının  Ephialtes  cinsinə  mənsub  minicilərlə  yoluxma  dərəcəsi 
25%-ə,  gavalı  meyvə  qurdunun  isə  Microdus  rufipes  Nees  paraziti  ilə 
yoluxma dərəcəsi 14-60%-ə çatır [129].  
Qırğızıstanın meyvə bağları üçün bağ zərərvericilərin sayının tənzi-
mində  rol  oynayan  68  növ  entomofaq  göstərilir.  Bununla  əlaqədar,  Aman-
kuton meşə yaylası şəraitində meyvə güvəsinin təbii tənzimləyicisi kimi 15 
növ parazit və  yırtıcı  göstərilir. Müəllifə görə tırtıl  və pupların  ümumi  yo-
luxması 3-4%-i keçmir. Bununla belə, bəzi yırtıcılar üçün effektlivlik dərə-
cəsi ayrı-ayrı illərdə 28%-ə çatır. Müəllif yerli entomofaunada effektli age-
niaspis  parazitinin  olmadığını  göstərir.  O,  buraya  sonradan  gətirilmiş  age-
niaspis  parazitinin  meyvə  güvəsinin  sayının  aşağı  (88%)  salınmasında 
əhəmiyyətli rol oynadığını qeyd edir. Həmin mənbədə Moldova bağlarında 
aşkar edilmiş 255 növ parazit və yırtıcı həşəratın siyahısı verilmişdir [115].  


 
14 
Tacikistanın bağ və meşələrində  yayılmış zərərli pulcuqqanadlıların 
biologiyası  haqqında  bəzi  məlumatlar  verilir,  meyvə  bağlarının  zərər-
vericilərini  müxtəlif  inkişaf  mərhələlərində  yoluxduran  20  növdən  artıq 
ixnevmonid, brakonid, xalsid və taxin milçəkləri göstərilir [123].  
Türkmənistan bağlarında çəyirdəkli meyvə bitkiləri zərərvericilərinin 
(9  fəsiləyə  mənsub  55  növ  pulcuqqanadlının)  parazitləri,  minicilərin-bra-
konidlərin  və  ixnevmonidlərin  üstünlüyü  (cəmi  36  növ)  ilə  tumlu  meyvə 
bitkilərin zərərvericilərinin 94 növ entomofaqı müəyyən edilmişdir [80].  
Türkiyə  Cumhuriyyətində  Chrysomelidae  fəsiləsinə  mənsub  olan 
Smaragdina cyanea F.,  S.limbata Stev. meyvə zərərvericilərinin bioloji xü-
susiyyətləri, zərərvermə  dərəcəsi  ətraflı  tədqiq  olunmuş, həmin zərərverici-
lərin  parazitlərinin  sahibi  yoluxdurma  dərəcəsinə  (70-75%)  aid  məlumatlar 
əldə edilmişdir. Türkiyə entomoloqları tərəfindən həmçinin ixnevnomidlərin 
erkək  fərdlərinin  sahibi  yüksək  dərəcədə  yoluxdurması  faktı  qeyd  edilmiş-
dir. Aparılmış hesablamalara görə fəal minicilərin ümumi sayının təxminən 
80%-ini erkəklər təşkil edir. Meyvə güvəsinin tırtıl və puplarının parazitlərlə 
yoluxması 66,6% təşkil etmişdir. Cumhuriyyətin əsasən şərq vilayətlərində 
aparılmış  entomoloji  tədqiqat  işləri  nəticəsində  meyvə  zərərvericiləri  və 
onların parazitlərinin zəngin kolleksiyaları yaradılmışdır [123,136,158].  
Keçmiş SSRİ ərazisində meyvə bitkilərinin zərərvericiləri və onların 
parazitlərinin  öyrənilməsinə  115  il  bundan  əvvəl  başlanılmasına  baxma-
yaraq,  ətraflı  tədqiqat  işləri  son  illərdə  həyata  keçirilmişdir.  Hələ  1886-cı 
ildə  parazitlərin  meyvə  bitkilərinin  zərərvericilərinin  sayının  tənzimində 
yüksək roluna diqqət yetirilmişdir. Belə ki, Krımda meyvə zərərvericilərinin 
sayının  aşağı  salınmasında  xüsusi  rol  oynayan  6  növ  parazit  aşkar  edil-
mişdir. Angitia armillata Erich. paraziti meyvə və yarpaq güvəsinin əsas pa-
raziti  kimi  qeyd  olunmuşdur.  Leninqrad  vilayəti  şəraiti  üçün  meyvə 
güvəsinin 22 növ paraziti aşkar edilmişdir [86].  
Rusiya  Federasiyasının  Uzaq  Şərq  bölgəsində  bağ  zərərvericilə-
rindən  13  növ  parazit  alınaraq  aşkar  edilmişdir.  Onlardan  3  növü-alma,  7 
növü-gavalı və 3 növü-şaftalı meyvə qurdunun parazitləridir. Meyvə bitki-
ləri  zərərvericiləri  və  onlarının  parazitləri  haqqında  məlumatlara  əsasən 
Baykal gölü ətrafında meyvə bitkilərinə zərərverən 11 növ yarpaqbükəndən 
17 növ parazit aşkar edilmişdir [76,77,120,155,156].  
Rusiya Federasiyasının Tver vilayətində çəyirdəkli meyvə bitkilərinə 
zərərverən  güvələrin  20  növ  paraziti  müəyyən  edilmiş,  Angitia  armillata 
Erich. və Ageniaspis fusicollis Dalm. növlərinin biotənzimləyici kimi böyük 
əhəmiyyəti  qeyd  olunmuşdur.  Bəzi  illərdə  parazit  kompleksi  tərəfindən 
zərərvericilərin 60-68%-i məhv edilir. Müəllif gavalı meyvəyeyəninin ento-
mofaqlarını  öyrənərək  aşağıdakı  effektli  parazitləri  qeyd  edir:  Ascogaster 
rufipes  Lat.,  Baeognatha  armeniaca  Tel.,  Tetrastichus.,  Pristomerus 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə