Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
15 
vulnerator  Nees,  Trichogramma evanescens  Westw. M.N.Berim  tərəfindən 
isə  Rusiyanın  şimal-qərb  hissəsinin  bərabərqanadlıları  geniş  şəkildə  öyrə-
nilmişdir [83,121].  
Ukraynanın Kiyev ətrafında meyvə güvəsi tırtıllarının Agria mamil-
lata  Pand.  paraziti  ilə  yoluxması,  bütün  tırtılların  ümumi  sayının  15,9%-ni 
təşkil  etməsi  müəyyən  edilmişdir.  İ.A.Rubsovun  siyahısına  görə  alma  və 
gavalı  qurdunun  bütün  inkişaf  mərhələlərində  120  növ  parazit  iştirak  edir 
[114].  
M.B.Sevryukova zolaqlı meyvə güvəsinin biologiyasını öyrənmiş və 
müəyyən  etmişdir  ki,  onun  sayı  xeyli  dərəcədə  Paralitomastix  varicornis 
Nees,  Baeognatha  armeniaca  Tel.,  Nemorilla  floralis  Fall.  parazitləri  ilə 
aşağı salınır [117].  
Ukrayna  şəraitində  tək  ipəksarıyanın  tırtıllarından  7  növ  minici 
alınmışdır.  Onlardan  4  növü  (Apanteles  ocneriae  İvanov,  A.luparidis  L., 
Meteorus  cyrator  Mil.,  M.versicolor  Wesm.)  tək  ipəksarıyanın  parazitləri 
kimi  Ukrayna  üçün  ilk  dəfə  göstərilmişdir.  Əldə  edilmiş  parazitlərin 
təyinedici cədvəli verilmiş, onların biologiyası haqqında bəzi məlumatlar və 
onlara hiperparazitlərin güclü təsiri qeyd edilmişdir [90].  
A.İ.Moisenko  Belarus  bağlarında  Tmetocera  ocellona  Great., 
Cacoecia rosama L., Pandemis ribiena F. zərərvericilərindən çıxarılıb əldə 
edilmiş  5  fəsiləyə  mənsub  32  növ  parazitin  siyahısını  verir.  Onlardan 
yoluxdurma dərəcəsinə görə ən əhəmiyyətli olanları (tırtılları 20,3% pupları 
isə  21,1%  olan)  brakonidlər-Microdus  dimidiator  Nees,  Meteorus  istericus 
Nees və Itoplectis cinsinə mənsub ixnevmonidlərdir [98].  
V.İ.Tobiasın  məlumatlarına  görə,  Litvada  14  növ  çəyirdəkli  meyvə 
zərərvericiləri  üzərində  parazitlik  edən  20  növ  brakonid  göstərilir  ki, 
onlardan  başlıca  təsərrüfat  əhəmiyyəti  kəsb  edənləri  aşağıdakılardır:  On-
cophanes  lanceolator  Nees.,  Macrocentrus  linaris  Nees.,  Microdus  dimi-
dator  Nees,  Ascogaster  guadridetata  Wesm.,  A.rufipens  Wesm.,  Meteorus 
ictericus Nees, Aponteles ater Ratz., A .lomeratus L., A. juniperatae Bche., 
A. xantostigma Hal. [125,126].  
Çəyirdəkli  meyvə  zərərvericiləri  və  onların  parazitlərinin  öyrənil-
məsi haqqında ilk məlumatlar E.Neesin Almaniyada dərc olunmuş əsərində 
öz əksini tapmışdır. O, zolaqlı meyvə güvəsinin tırtıllarından parazit almış, 
onun  yeni  növ  kimi  təsvirini  verərək  Paralitomastix  (Encyrtris)  varicornis 
Nees  adını  vermişdir.  Onun  tərəfindən  İtaliyada  və  başqa  ölkələrdə  belə 
tədqiqat işləri aparılmışdır [149].  
Almaniya şəraitində Hamburq əyalətində 1953-1955-ci illərdə gavalı 
meyvəyeyənindən  bir  neçə  parazit-Tachinidae  fəsiləsindən  Arhinonniya 
tragicaIchneumonidae fəsiləsindən Trichomma enecator Ros., Pristomerus 
vulnerator  Grav.,  Braconidae  fəsiləsindən  Ascogaster  guadridentatus 


 
16 
Wesm.  və  Chalcidoidae  fəsiləsindən  Perilampus  tristis  Ros.  növləri 
alınmışdır [162].  
Avropa  ölkələrində  meyvə  zərərvericilərinin  tırtıllarından  müxtəlif 
fəsilələrə aid parazitlər alınmış, onların biologiyası, sahibi yoluxdurma dərə-
cəsi  öyrənilmişdir.  Aparılan  tədqiqat  işlərinin  nəticələrinə  əsasən  perspek-
tivli  parazit  növlərinin  süni  şəraitdə  çoxaldılıb  bioloji  mübarizədə  tətbiqi 
məsələləri araşdırılmışdır [151,152,153,154,160,161].  
Keçmiş  Yuqoslaviya  bağlarında  Paralitomastix  varicornis  Nees 
zolaqlı  meyvə  güvəsinin sayını xeyli dərəcədə (90%-dək) tənzimləyə bilir. 
Müəyyən edilmişdir ki, parazit il müddətində 2-3 nəsil verir. Paralitomastix 
varicornis  Nees,  Anarsia  lineatella  Z.  zərərvericisinin  ixtisaslaşmış  para-
zitidir.  Zolaqlı  meyvə  güvəsinin  qışlamış  tırtıllarının  parazitlərlə  yoluxma 
dərəcəsi  1968-1970-ci  illərdə  42,2-57,1%  olmuşdur.  Paralitomastix  vari-
cornis  Nees  növünün  biologiyası  və  onun  zərərverici  ilə  qarşılıqlı  münasi-
bətləri  ətraflı  öyrənilmişdir.  Aparılmış  müşahidələrə  görə,  parazitin  nəsil-
lərinin  sayı  və  uçuş  müddətləri  sahibinki  ilə  üst-üstə  düşür,  lakin  parazitin 
yaşama müddəti sahibindəkindən qısadır [159].  
İsraildə  Anarsia  linatella  Z.  tırtıllarından  yüksək  effektli  parazit-
Bracon  hebetor  Say.  əldə  edilmişdir.  Bu  parazit  zolaqlı  meyvə  güvəsinə 
qarşı mübarizə məqsədilə ABŞ-ın Kaliforniya ştatına introduksiya edilmiş-
dir. Müəlliflər parazitin, o cümlədən bəzi zərərverici sərtqanadlı növlərinin 
biologiyasını öyrənmişlər [140,141].  
ABŞ-da  Brachumeria  intermedia  Nees  tək  ipəksarıyanın  əsas  para-
ziti hesab olunur. Məlumatlara görə, bağlarda bu parazit meyvə güvəsini də 
yüksək dərəcədə məhv edir [147].  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
17 
I
I
I
I
I
I
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
MATERİALIN TOPLANILMASI VƏ 
İŞİN METODİKASI  
 
Naxçıvan  Muxtar  Respublikası  ərazisində  çəyirdəkli  meyvə 
zərərvericilərinin 
və 
onların  entomofaqlarının  öyrənilməsinə  dair 
materialların toplanılması və işlənilməsi 2004-cü ildən başlayaraq Ordubad, 
Culfa,  Şahbuz,  Şərur,  Babək,  Kəngərli  və  Sədərək  rayonlarında  çöl  və 
laboratoriya  şəraitində  aparılmışdır.  Stasionar  məntəqələr  kimi  Ordubad, 
Şahbuz, Şərur və Babək rayonları seçilmişdir (Xəritə-sxem 3.1) 
 
Xəritə sxem 3.1  
Zərərvericilərin,  entomofaqların  növ  tərkibini  və  onların  Naxçıvan 
Muxtar 
Respublikasının 
bütün 
ərazisi 
boyunca 
yayılması 
qanunauyğunluqların  aydınlaşdırmaq  məqsədilə  bölgənin  bütün  zonalarına 
ekspedisiyalar  edilmiş,  material  toplanılmış  və  müşahidələr  aparılmışdır. 
Tədqiqat işləri 7 rayonun 22 yaşayış məntəqəsini və 276 bağ sahəsini əhatə 
etmişdir.  Daha  ətraflı  tədqiqat  işləri  isə  2  məntəqədə  (Ordubad,  Şahbuz) 
aparılmışdır. Aşağıda onların hər birinin xarakteristikasını veririk:  
 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə