Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə168/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   164   165   166   167   168   169   170   171   172

www.vivo-book.com 

 

961 



qatlarına,  biləyindəki  üç  kiçik  siferblatlı  ―Omeqa‖  saatına 

baxıram. Onun gözəl profilinə tamaĢa edirəm, o isə danıĢır: 

–  Xanım  Ros  heç  vaxt  Maunt-Sent-Helens  dağını 

görməyib və geri dönərkən biz dağın ətrafında dövrə vurmaq 

qərarına  gəldik.  Bilirdim  ki,  orada  bu  yaxınlarda  uçuĢ 

qadağası  ləğv  edilib.  Ona  görə  də  imkanı  əldən  vermədik. 

AĢağıdan  uçurduq,  təxminən  yerdən  iki  yüz  fut 

hündürlükdə,  bu  vaxt  cihaz  panelinin  iĢığı  göz  vurdu. 

Quyruq  hissəsində  yanğın  baĢladı  və  mənim  bütün 

elektronik 

cihazlarını 

söndürmək 

və 

helikopteri 



endirməkdən  baĢqa  çarəm  qalmadı.  Silver-Leyk  gölünün 

yanında  helikopteri  endirdim,  Rosu  düĢürtdüm  və  alovu 

söndürdüm. 

– Yanğın? Hər iki mühərrik? – Karrik dəhĢətə gəlir. 

– Ihı. 

– Lənət Ģeytana! Mənsə fikirləĢirdim ki… 



–  Bilirəm,  –  Kristian  onun  sözünü  kəsir.  –  Sadəcə, 

bəxtimiz onda gətirdi ki, aĢağıdan uçurduq, – mızıldanır. 

Diksinirəm. O, əlimi buraxıb çiyinlərimi qucaqlayır. 

– Donmusan? – soruĢur. BaĢımı yelləyirəm. 




www.vivo-book.com 

 

962 



–  Bəs  yanğını  necə  söndürdün?  –  Keyt  soruĢur:  onda 

Karl  BernĢteylə,  tanınmıĢ  reportyorla  rəqabət  hissi  oyanıb. 

Ġlahi, hərdən o qədər zəhlətökən olur ki! 

–  Yanğınsöndsürücü  ilə.  Qanuna  görə,  o,  helikopterin 

göyərtəsində  olmalıdır,  –  Kristian  da  eyni  səs  ahəngiylə 

cavab verir. 

YaddaĢımda  onun  köhnə  sözləri  canlanır.  ―Mən  hər 

gün  bu  ilahi  möcüzəyə  minnətdarlıq  edirəm  ki,  məndən 

müsahibə almağa Ketrin Kavana yox, sən gəldin‖. 

–  Bəs  niyə  radio  vasitəsiylə  xilasedicilərlə  əlaqə 

qurmadın? – Qreys soruĢur. 

Kristian baĢını yelləyir. 

–  Elektronikanın  söndürülməsi  ilə  radio  əlaqəmiz  itdi. 

Yanğına  görə  onu  yandırmağa  risk  etmədim.  ―Blekberi‖də 

GPS  iĢləyirdi  və  mən  yaxınlıqdakı  yola  çıxa  bildim.  Ora 

dörd  saat  yol  getdik.  Rosun  ayağında  da  dikdaban  vardı.  – 

Kristian  narazı  halda  dodaqlarını  sıxır,  –  mobil  rabitə 

itmiĢdi.  Giffordda  örtük  yoxdur.  Əvvəlcə  Rosun,  sonra  da 

yolda mənim  telefonumun batareyası söndü. 



www.vivo-book.com 

 

963 



ĠĢə  bir  bax!  Narazılıqdan  yerimdə  qurcalanıram  və 

Kristian məni dizləri üstə oturdur. 

–  Sietlə  necə  qayıtdınız?  –  Qreys  gözlərini  döyərək 

soruĢur. Mən allanıram. 

– Biz yola çıxıb imkanları götür-qoy etdik. Ġkimizin altı 

yüz  dollar  pulu  vardı  və  bu  vaxt  yanımızdan  ötən  yük 

maĢınını saxlatdırıb onu bizi evə aparmasına razı sala bildik. 

O,  puldan  imtina  elədi  və  yeməyini  də  bizimlə  bölüĢdü.  – 

Bunu xatırlayarkən Kristian həyəcanla baĢını yellədi, – uzun 

bir  yol  getdik.  Onun  ümumiyyətlə  mobil  telefonu  yox  idi, 

qəribə  olsa da, bu  faktdı.  Ümumən  heç bilmirdim  ki…  –  О 

susaraq doğma adamlarına baxır. 

–  Narahatıq?  –  Qreys  hiddətlənir.  –  Ax,  Kristian!  Az 

qala burda dəli olacaqdıq! 

– Sənin haqında xəbərlərdə danıĢdılar, qardaĢ. 

Kristian gözlərini süzdürür. 

– Ihı. Mən bura çatanda bunu baĢa düĢdüm, giriĢdə bir 

yığın  fotoqraf  vardı.  BağıĢla,  ana,  sürücüdən  xahiĢ 

eləməliydim  ki,  sənə  zəng  eləsin.  O,  qayıtmağa  tələsirdi,  – 

Kristian Xoseyə baxır. 




www.vivo-book.com 

 

964 



Xose  burda  gecələyəcəyinə  görə…  bunu  düĢünərkən 

üzümü turĢuduram. Ġlahi… 

Qreys baĢını yelləyir. 

– Oğlum, Ģadam ki, sağ-salamat qayıtmısan. 

Mən tədricən sakitləĢib baĢımı onun sinəsinə qoyuram. 

Ondan küçə iyi gəlir, bir azca duĢ gelinin, bir sözlə, Kristian 

qoxusu,  dünyada  ən  çox  arzulanan  qoxu.  Üzümdən  yenə 

yaĢlar axır – sevinc yaĢları. 

–  Yəni  hər  iki  mühərrik?  –  Karrik  yenə  soruĢur  və 

inamsızcasına üzünü qırıĢdırır. 

–  Nə  bilim,  –  Kristian  çiyinlərini  çəkir  və  ovcunu 

kürəyimdə gəzdirir. 

– Ey, – pıçıldayır. Sonra barmaqlarıyla çənəmdən tutur 

və baĢımı geri çəkir, – bəsdi ağladın. 

Mən burnumu əlimlə çox ədəbsiz Ģəkildə silirəm. 

– Sən də bəsdi yoxa çıxdın. 

 

Burnumu çəkirəm, onu dodaqları təbəssümlə dartınır. 



–  Elektrik  hissəsində  qüsurlar,  təəccüblüdü,  düzdü?  – 

Karrik yenidən yanğın mövzusuna qayıdır. 




www.vivo-book.com 

 

965 



–  Hə,  mənim  də  ağlıma  gəldi  bu,  ata.  Amma  indi 

yatmaq istəyirəm. Sabah hər Ģeyi fikirləĢərəm. 

– Deməli, KĠV-lər bilirlər ki, Kristian Qrey sağ-salamat 

tapılıb? – Keyt deyir. 

– Hə. Andrea və ―piar‖çılarım bu iĢin öhdəsindən gələr. 

Ros ona zəng edib evə çatan kimi. 

–  Hə,  Andrea  mənə  zəng  eləmiĢdi,  dedi  ki,  sağ-

salamatsan. – Karrik gülümsəyir. 

– Hə, o qadının maaĢını artırmaq lazımdı. Bu gün artıq 

gecdi, – Kristian deyir. 

– Ledi və centlmenlər, məncə, bu eyham o deməkdir ki, 

əziz  qardaĢımın  yuxusu  gəlir,  –  Eliot  riĢxəndlə  deyir. 

Kristian üzünü qırıĢdırır. 

–  Kari,  oğlum  təhlükəsizlikdədi.  Ġndi  məni  evə  apara 

bilərsən. 

Kari? Qreys nəvaziĢlə ərinə baxır. 

 

Hə.  Məncə,  bizim  də  yuxuya  ehtiyacımız  var,  – 



Karrik təbəssümlə cavab verir. 

– Dayanın, – Kristian onlara təklif edir. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə