Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə8/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   4   5   6   7   8   9   10   11   ...   172

www.vivo-book.com 

 

43 



– Аnа, gəliĢinə o qədər sevindim ki, – Xose qulağıma 

pıçıldadı.  Sonra  qəfildən  geri  çəkildi  və  çiyinlərimdən 

tutaraq məni nəzərdən keçirdi. 

– Nədi? 


–  Ey,  nəsə  olub?  Hərgah  çox  yaxĢı  görünürsən.  Dios 

mio, arıqlamısan? 

 Bacardığım  qədər  göz  yaĢlarımı  qovmağa  çalıĢıram: 

bunun ona da dəxli yox idi. 

– Хose hər Ģey yaxĢıdı. Səninçün çox sevindim! Sərgi 

münasibətilə təbrik edirəm. 

 

 Səsim titrəyirdi, onun mənə yaxĢı tanıĢ olan simasında 



qayğı  sezilirdi,  amma  nəyin  bahasına  olursa-olsun  özümü 

Ģax tutmalıydım. 

– Rahat gəldin? – o soruĢdu. 

–  Məni  Kristian  gətirdi,  –  qəfildən  həyəcanlanaraq 

cavab verdim. 

– А-а, – Xose simasını turĢutdu və əllərimi geniĢ açdı. 

– O hardadı? 

– Bax orda, Ģərab gətirməyə gedib. 




www.vivo-book.com 

 

44 



 

BaĢımı  Kristiana  sarı  çevirdim  və  onun  kimləsə 

dilxoĢluq elədiyini gördüm. Kristian çevrildi və baxıĢlarımız 

toqquĢdu.  Və  qısa  bir  anda  iflic  etdi:  dayanmıĢdım  və 

gözəlliyi tərifə sığmayan kiĢiyə baxırdım, o da ün yetməz bir 

duyğuyla  mənə  sarı  boylanırdı.  Onun  baxıĢı  məni  odlayıb 

yandırırdı  və  budur,  biz  artıq  ətrafda  baĢ  verən  hər  Ģeyi 

unutmuĢduq və yalnız bir-birimizi görürdük. 

Lənət  Ģeytana…  Bu  yaraĢıqlı  kiĢi  mənim  qayıtmağımı 

istəyirdi. Ürəyimin dərinliyində iĢıqlı sevinc asta-asta bütün 

bədənimə axıb yayılırdı, sanki Ģəfəq kimi. 

–  Аnа!  –  Хоse  məni  səslədi  və  mən  istəksiz  də  olsa, 

gerçəkliyə qayıtdım. – Sənin gəliĢinə o qədər sevinirəm ki! 

Qulaq as, səni xəbərdar eləməliyəm… 

 Qəfildən  miss  Qısa  Saç-Qırmızı  Pomada  yanımızda 

peyda oldu. 

–  Xose,  ―Portlend  Prins‖dən  olan  jurnalist  səninlə 

danıĢmaq istəyir. Gedək. – Qadın mənə nəzakətli təbəssüm 

bəxĢ etdi 



www.vivo-book.com 

 

45 



– Populyarlıq bax budur. Necədi? – Хоse gülümsədi və 

mən də ixtiyarsız olaraq gülümsədim: axı o, çox xoĢbəxt idi. 

– Səni axtarıb tapacam, Аnа. 

 

Dostum  yanağımdan  öpdü  və  ucaboy  olmayan, 



yöndəmsiz  fotoqrafla  yanaĢı  dayanmıĢ  o  biri  fotoqrafa  sarı 

tələsdi. 

Xosenin  fotoları  bütün  zal  boyu  sərgilənirdi,  bəzi 

fotolar çox böyüdülmüĢdü və iri çərçivələrə salınmıĢdı. Ağ-

qara  və  rəngli  fotolar.  Peyzajların  əksəri  füsunkar  gözəlliyi 

ilə  seçilirdi.  Məsələn,  Vankuver  gölü:  alatoran  öncəsi,  al-

qırmızıya  çalan  buludlar  suda  əksini  tapmıĢdı.  Və  mən 

yenidən  bir  anlıq  hər  Ģeyi  unudub  təbiətin  hüzuruna  baĢ 

vururdum. Ecazkar idi! 

Kristian  mənə  yaxınlaĢdı  və  ağ  Ģərabla  dolu  qədəhi 

mənə uzatdı. 

– Nədi, bitir? – Səsi demək olar ki, normal idi. 

О qaĢlarını qaldıraraq sanki sual iĢarəsi verirdi. 

– Mən Ģərabdan danıĢıram. 




www.vivo-book.com 

 

46 



–  Yox.  Bu  cür  tədbirlərdə  belə  Ģey  nadir  hallarda  baĢ 

verir.  Bu  dostunsa,  doğrudan  da  istedadlıdır,  –  Kristian 

gölün fotolarını seyr edərək dedi. 

–  Necə  fikirləĢirsən,  niyə  mən  ondan  xahiĢ  elədim  ki, 

sənin  portretini  çəksin?  –  Səsimdə  açıq-aĢkar  qürur 

duyulurdu. О, baxıĢını göldən mənə doğru çevirdi. 

–  Kristian  Qrey?  –  ―Portlend  Prins‖dən  olan  fotoqraf 

ona yaxınlaĢdı. – Fotonuzu çəkmək olarmı, ser? 

– Əlbəttə. 

 

Kristian  üzündəki  qüssəni  qovdu.  Kənara  çəkildim, 



amma  o,  əlimdən  yapıĢıb  özünə  doğru  çəkdi.  Fotoqraf  hər 

ikimizə baxırdı və heyrətini gizlədə bilmirdi. 

–  Minnətdaram,  mister  Qrey,  –  o,  bir  neçə  dəfə 

fotoaparatın  çaxmağını  Ģaqqıldatdı.  –  Miss?..  –  deyə 

soruĢdu. 

– Аnа Stil, – cavab verdim. 

– Minnətdaram, miss Stil, – fotoqraf tələsik uzaqlaĢdı. 



www.vivo-book.com 

 

47 



–  Ġnternetdə  sənin  qızlarla  fotolarını  axtarmıĢam. 

Bircəsini  də  tapmadım.  Məhz  buna  görə  Keyt  sənin  gey 

olduğunu düĢünüb. 

Kristianın dodaqları təbəssümdən əyildi. 

– Ġndi sənin səfeh sualın mənə aydındır. Yox, mən heç 

kimə  görüĢ  təyin  eləmirəm,  АnasteyĢa,  sən  istisna  olmaqla. 

Amma  özün  də  bunu  bilirsən,  –  onun  səsi  sakit  və  səmimi 

çıxırdı. 

–  Deməli  belə,  heç  yerdə  özünün....  peyda 

olmamısan…  –  mən  əsəbi  Ģəkildə  ətrafa  boylandım,  əmin 

olmaq istəyirdim ki, bizi kimsə eĢitmir, – …kölələrinlə? 

–  Bəzən  peyda  olmuĢam.  Amma  görüĢ  təyin 

eləməmiĢəm.  Bu  Ģopinqdir,  baĢa  düĢürsən?  –  О,  baxıĢlarını 

məndən ayırmadan çiyinlərini çəkdi. 

Оо, deməli belə, hə, hər Ģey oyun otağında baĢ verib – 

mənzilindəki Qırmızı ağrı otağında. Düzü, bilmirdim heç nə 

fikirləĢim. 

– Yalnız səninlə, АnasteyĢa, – pıçıldadı. 

Üzüm  pörtdü  və  mən  baxıĢlarımı  endirdim. 

Özünəməxsus tərzdə o, doğrudan da mənə bağlı idi. 




www.vivo-book.com 

 

48 



–  Dostun,  deyəsən,  daha  çox  portret  deyil,  peyzaj 

çəkməyi  xoĢlayır.  Gəl  onun iĢlərinə  baxaq,  –  o,  əlini  mənə 

uzatdı. 

Biz  tələsmədən  Xosenin  fotolarına  baxırdıq  və  mən 

sezirdim  ki,  hansısa  cütlük  məni  baĢının  hərəkətilə 

salamlayır,  gülümsəyir,  sanki  tanıĢdılar.  Ola  bilsin  ki, 

Kristianla birgə olduğuma görə. Amma hansısa sarıĢın oğlan 

açıq-aĢkar gözünü məndən çəkmirdi. Qəribə idi… 

Bizi  tinə  döndük  və  bu  an  qəribə  baxıĢları  anladım. 

Uzaq  divarda  yeddi  iri  portret  sərgilənirdi  və  onların 

hamısında mən əks olunmuĢdum. 

Mən  portretlərdən  zala  baxırdım.  Burda  dodağımı 

ĢiĢirmiĢdim, o biri fotoda gülürdüm, digərində qüssəliydim, 

heyrətlənirdim…  Hər  Ģey  müəyyən  məsafədən  çəkilmiĢdi, 

bütün fotolar da ağ-qara idi. 

Əclafa bax da! Xosenin qarĢımda fotoaparatla necə var-

gəl elədiyini xatırlayıram, evdə olduqda və onu həm sürücü, 

həm  də  köməkçi  kimi  özümlə  apardıqda.  Mənsə 

fikirləĢirdim  ki,  o,  sadəcə,  dəcəllik  eləyir.  Heç  ağlıma  da 

gəlməzdi ki, o, fotolarımı çəkir. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə