Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə52/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   106

Boz   meşə   torpaqlarının   yayılması   kontinental

şəraitilə   məhdudlaşır.   Rusiya   ərazisindən   Avropa

istiqamətində bu torpaqların sahəsi sürətlə azalır; Uzaq

Şərqdə   isə   bu   torpaqlar   yoxdur.  Şimali  Amerikada   boz

meşə torpaqları kontinental ərazidən kənara çıxmır.

Boz   meşə   torpaqları   çimli-podzol   torpaqlara

nisbətən xeyli münbitdirlər.

Kənd təsərrüfat strukturasına görə bu torpaqların

11,8%-i   əkin,   5,2%-i   biçənək,   0,6%   örüş   və   otlaq   kimi

istifadə olunur.

Əsas etibarı ilə dənli bitkilər, çovdar, buğda (qənd

çuğunduru   ,qarğıdalı,   kartof)   bağ-bostan   bitkilərin

becərilməsi   üçün   əlverişlidir.   Avropa   hissəsində   bu

torpaqlar bağçılıqda geniş istifadə edilir.

Bu   torpaqların   əsas   çatışmamazlığı–onların

çoxəsrlik   istifadəsi   nəticəsində   münbitliyinin   xeyli

azalması   və   yüksək   dərəcədə   eroziyaya   uğramasıdır.

Münbitliyin   yüksəlməsi   üçün   gübrələrin–üzvi   və   mineral

gübrələrin     tətbiq   edilməsi   vacibdir.   Turş   açıq-boz

torpaqları istifadə üçün əhəngləyirlər. Bu torpaqların fiziki

xassələrini   yaxşılaşdırmaq   üçün   oraya     peyin   gübrəsi

vermək, sistematik tərzdə əhəngləmə, tədriclə əkin qatını

dərinləşdirmək,   mikrobioloji   fəaliyyəti   gücləndirmək,

torpaqda   rütubət   ehtiyatı   toplamaq,   eroziyaya   qarşı

mübarizə,   növbəli   əkin   zolaqları   salmaq   və   aqrotexniki

tədbirlərə ciddi riayət etmək lazımdır.



14.5. Qonur meşə torpaqları

60



Bu   torpaqlar   tipi   də,boz   meşə   torpaqları   kimi

enliyarpaqlı   meşələr   altında,   lakin   rütubətli   və   mülayim

okean   iqlimi   olan   şəraitdə   əmələ   gəlir.   Buna   görə

Avrasiyanın mərkəzi vilayətlərində qonur meşə torpaqları

yoxdur, lakin onlar Qərbi Avropada geniş yayılmışdır. Bu

torpaqlar   ilk   dəfə   1905-ci   ildə   məşhur   alman   alimi

E.Ramanna   tərəfindən   öyrənilmiş   və   “burozem”

(braunerde) adlandırılmışdır. 

Lakin   torpaqşünasların   2-ci   Beynəlxalq   konqresində

(1930-cu   il)   həmin  “burozem”   terminini   “бурые   лесные

почвы”, yəni qonur meşə torpaqları termini ilə dəyişmək

üçün qərar qəbul edilmişdir. Keçmiş SSRİ-də qonur meşə

torpaqları   Xabarovski   ölkəsinin   cənubunda,   Amur

vilayətində,   Belarusiya   və   Litvanın   qərb   rayonlarında,

Karpatlarda,   Dağlıq   Krımda,   Qafqazda   və   Primorski

ölkəsinin isti və rütubətli rayonlarında inkişaf etmişdir.



Şəkil 14.2. Qonur meşə torpaqlarının coğrafiyayılma arealı

61



Şimali   Amerikada   enliyarpaqlı   meşələrin   qonur

torpaqları   kontinentin   atlantida   sahilləri   boyunda

yayılmışdır.   Onlar   şimalda   çimli-podzol   torpaqlarla   və

cənubda   qırmızı-qonur   və   qırmızı   subtropik   torpaqlar

arasında keçid vəziyyətini tuturlar.

14.6. Qonur meşə torpaqlarının genetik və morfoloji

xüsusiyyətləri

İllik   atmosfer   yağıntılarının   xeyli   olmasına   (600-

650mm) baxmayaraq, bu torpaqların profili zəif yuyulur,

belə ki, yağıntıların böyük hissəsi yayda düşür və yuma

rejimi   çox   qısa   müddət   ərzində   təsir   göstərir.   Fəal

temperatur   cəmi   2000-3000°C-dir.   Bununla   yanaşı

yumşaq   iqlim   şəraiti   və   yüksək   atmosfer   rütubəti   üzvi

maddələrin dəyişilmə proseslərini gücləndirir. Uzaq şərq

rayonlarında   iqlim   musson   xarakterlidir.   Qonur   meşə

torpaqlarının səthinə daxil olan töküntülərin xeyli kütləsini

çoxlu   miqdarda   olan   onurğasızlar   yüksək   enerji   ilə

parçalayıb   qarışdıraraq,   mull  formalı   humus   qatı   əmələ

gətirir.   Humuslaşmanın   sonrakı   prosesləri,   dəmirlə

kompleks şəkildə birləşmiş fulvoturşuların humin turşuları

birləşmələrinin əmələ gəlməsinə səbəb olur.

Bu   birləşmələr   zəif   polimerləşməyə   çevrilir   və

narındispersli   gilli   maddə   ilə   laxta   və   pərdə   əmələ

gətirərək çökür. Nəticədə zəif qozvari struktura yaranır.

Əgər   hər   hansı   bir   səbəbdən   qatılaşmış   humus

maddəsinin dağılması baş verərsə, onda gilli hissəciklər,

ayrı-ayrı   nümunələr   şəklində,   toplanma   qatına   (illüvial

62



qata)   tərəf   yavaş-yavaş   hərəkətə   başlayır.   Lessivaj

olunmuş qonur torpaqlar belə meydana gəlir.

Qonur   meşə   torpaqlarının   profili   orta   və   zəif

differensiasiya   olunması   və   o   qədər   də   tünd   olmayan

nazik   humus   qatı   ilə   səciyyələnir.   Profilin   quruluşu

aşağıdakı kimidir:



Humus qatı - qonur və boz-qonur rəngdədir, rəng

aşağı   getdikcə   açıqlaşır,   strukturu   topavaridir.   Qalınlığı

20-25sm-dir.

Yuyulub   toplama   qatı  üstdə   aydın   qəhvəyi-

qonurdur, gillidir, quruyan zaman topavari-qozvari struktur

əmələ gətirir. Alt hissədə struktur daha da iriləşir, qəhvəyi

rəng   azalaraq   ilk   süxurun   rənginə   yaxınlaşır.   Qatın

qalınlığı 50-60sm-dir.

Torpaqəmələgətirən   süxur   -  açıq   küləşi   rəngdə

lösəbənzər   gillicədir,   bəzən   karbonatlı   yenitörəmələrə

malikdir.

Qafqazın   qonur-meşə   torpaqlarının   ifadə

dərəcəsinə görə yaxşı defferensiasiyalıdır (cədvəl 14.1).

Qonur meşə torpaqlarında humusun miqdarı xeyli

yüksəkdir:   4-8%   və   daha   artıqdır.   Xəzəl   qatı   nisbətən

qalın   olub   yaxşı   ifadə   olunmuşdur.   Bununla   belə

fulvoturşuların miqdarı bu torpaqlarda humin turşularına

nisbətən bir qədər üstündür. Belə hal humus qatının aşağı

hissəsində xüsusilə nəzərə çarpır. Su çəkimi zəif turş və

neytral reaksiyaya malikdir, pH-ın ən aşağı qiyməti, boz

meşə  torpaqlarında  olduğu  kimi,  humus  qatından  keçid

qata   keçdiyi   yerdə   müşahidə   edilir.   Çox   güman   ki,   bu

profilin   həmin   sahəsində   fulvoturşuların   hərəkəti   ilə

əlaqədardır.

63



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə