Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə55/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   106

gələn qara yellər - quru və isti küləklərdir ki, bu zaman

havanın   nisbi   rütubəti   15-20%     aşağı   düşür.   Relyefin

müsbət elementindəki torpaqlar, qurumaya xüsusilə daha

çox   məruz   qalırlar,   belə   ki,   qışda   nazik   qar   təbəqəsi

hündür   yerlərdən   xeyli   dərəcədə   sovrulur,   yayda   isə

küləklərin qurutma təsiri bu yerlərdə özünü daha kəskin

biruzə verir.

Torpaq   səthindən   illik   buxarlanmanın   miqdarı   illik

yağıntıların   miqdarına   bərabər   və   ya   ondan   azdır.

Yağıntıların mühüm hissəsi torpağa hopmadan səthi axın

şəklində axıb getdiyindən, qara torpaqlar üçün yumayan

su   rejimi   səciyyəvidir.   Şimal   meşə-bozqır   rayonları

müstəsnalıq   təşkil   edir   ki,   burada   torpaqlar   vaxtaşırı

yuyulur.


Qaratorpaqlar  ot   bitkiləri  altında   əmələ   gəlir,

onların   arasında   çoxillik   taxıllar   üstünlük   təşkil   edir.

Hazırda   qaratorpaqların   böyük   hissəsi   şumlanmışdır   və

təbii otlar məhv edilmişdir. Şimaldan cənuba tərəf   təbii

otların tərkibində müxtəlif ot növləri azalır, yaz efemer və

efemeroidlərin miqdarı çoxalır.

E.M.Lavrenko   qaratorpaq   bozqırlarının   bitki

örtüyünü   aşağıdakı   yarımzonalara   (şimaldan   cənuba

doğru)   bölür:   meşə-bozqır   zonasına   daxil   olan

bozqırlaşmış çəmənliklər və çəmən bozqırları və xüsusi

bozqır zonasına daxil olan müxtəlifotlu – çobantopuzlu –

şiyavlı və çobantopuzlu – şiyavlı bozqırlar.

Bu   bozqırların   şimal   hissəsində   sıx   və   müxtəlif

bitkilərin   60-65%-i   taxıllardan   və   cillərdən,   30-35%-i

müxtəlif   otlardan   və   5-10%-i   paxlalılardan   ibarətdir.

Burada   torpağın   bitki   ilə   örtülmə   dərəcəsi   80-90%-dir.

72



Cənuba tərəf bitki   örtüyü müxtəlifotlu – çobantopuzlu –

şiyavlı   tərkibdə   olmaqla,   60-90%   şiyavdan   ibarətdir.

Torpağın   bitki   ilə   örtülmə   dərəcəsi   70%-ə   qədər   aşağı

düşür.   Daha   cənubda   çobantopuzlu   –   şiyav   bozqırı

yerləşir, burada bitki örtüyü 60-40%-ə qədər azalır.

Qaratorpaqların

 

yayıldığı



 

ərazidə


torpaqəmələgətirən   süxur 

əsasən   lösşəkilli

çöküntülərədən   ibarətdir.   Löslərin   yayıldığı   vilayətlərdə

qara   torpaqların   coğrafi   əlaqəsi   o   qədər   sıxdır   ki,   bəzi

geoloqlar qara torpağa çürüntü ilə zənginləşmiş lös kimi

baxırdılar. Lakin V.V.Dokuçayev Asiyada aparılan coğrafi

ekspedisiyasının   məlumatlarına   istinad   edərək,   göstərir

ki,   Orta   Asiya   və   Çinin   geniş   lös   massivləri   qara

torpaqlarla   müşayiət   edilmir.   Beləliklə,   lös   və   lösşəkilli

çöküntülər   qara   torpaqların   əmələgəlməsində   çox

əhəmiyyətli   amil   olmasına   baxmayaraq,   bununla   belə

yalnız   lösün   mövcud   olması   qara   torpaqların   əmələ

gəlməsinə səbəb ola bilməz. Bunun üçün müəyyən iqlim,

bitki   və   başqa   landşaft   şəraitləri   tələb   olunur.   Bununla

yanaşı V.V.Dokuçayev qeyd edirdi ki, “dağ   süxurlarının

əlverişli tərkibi çox vacib şəraitlərdən biri kimi bizim qara

torpaqların   əmələ   gəlməsinə   xidmət   etməlidir”

7

.   Buna



görə qara torpağın  (həm də hər  hansı başqa torpağın)

istənilən   dağ   süxuru   üzərində   əmələ   gələ   bilməsi

haqqındakı   fikir   düz   deyildir   və   ana   süxur   kimi   vacib

torpaqəmələgətirən   amili   qiymətləndirməsinə   əsaslanır.

Hələ   F.Ruprext   qeyd   etmişdir   ki,   qara   torpaqlar   qumlar

üzərində   əmələ   gəlmir.   V.V.Dokuçayev   göstərmişdir   ki,

В.В.Докучаев. Русский чернозем. Изб.соч.,Т.I, М.Госсельхозиздат, 

1948, стр.382

73



cənub-rus   bozqırlarının   qranit   çıxıntıları   üzərində   elə

torpaqlar əmələ gəlir ki, onlar “həm öz qalınlığına, həm də

rənginə görə tipik qara torpaqlardan çox aşağıdır”.

8

Mərkəzi-qaratorpaq



 

vilayətlərində

 

təbaşir


süxurlarının   üzə   çıxdığı   sahələrdə   qara   torpaqlar   deyil,

onlardan kəskin fərqlənən nazik, pis ifadə edilmiş profilə

malik “popeluxlar” əmələ gəlir. Beləliklə, meşə şəraitində

olduğu   kimi   bozqır   landşaftları   şəraitində   də

torpaqəmələgətirən   süxurlar   torpaqəmələgəlmədə

mühüm rol oynayırlar.

Qara torpaqların tipik nümayəndələrinin görünüşü

və xassələri xeyli dərəcədə torpaqəmələgətirən süxurların

-   çaylararası   əraziləri   örtən   pleystosen   çöküntülərinin

tərkibi   və   quruluşu   ilə   müəyyən   edilir.   Ukraynanın

ərazisində   bu   çöküntülər   arasında   tozlu-gillicə   tərkibli

löslər yayılmışdır.  Orta rus  təpəliklərində  də lösəbənzər

çöküntülər üstünlük təşkil edir, yalnız ayrı-ayrı sahələrdə

qara   torpaqlar   qırmızı-qonur   qumlu-gilli   pliosen

çöküntüləri üzərində əmələ gəlmişdir. Paleogen (qumlar,

qumsallar, gillər) və tabaşir dövrünün (tabaşir və tabaşirə

oxşar   mergellər)   çöküntü   süxurları   qara   torpağın

əmələgəlməsinə   səbəb   olmurlar.   Lösşəkilli   gillicələr

Tombov   düzənliyi   daxilində   Orta   Rus   təpəliklərindən   və

parçalanmış     Volqaboyu   düzənliklərindən   şərqə   tərəf

yayılır ki, orada yamaclar üzərində bu süxurlar çöküntü

süxurlarının (paleogen dövrünün qumsalları) çınqılları ilə

zənginləşir.   Yergeni   təpəliklərində   torpaqəmələgəlmə

qırmızı-qonur pliosen gillicələrini əhatə edir. 

В.В.Докучаев. Русский чернозем. Изб.соч.,Т.I, М.Госсельхозиздат, 

1948, стр.239

74



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə