Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə57/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   106

Şəkil 15.3. Qaratorpaqların bəzi yarımtiplərinin quruluş profilləri:

a-yuyulmuş qaratorpaq; b-qalın qaratorpaq; c-adi qaratorpaq; d-

cənub qaratorpağı; e-mitselli cənub(Ön Qafqaz) qaratorpağı; f-

dərin   donan   yuyulmuş   qaratorpaq.   Yenitörəmələr:     1   –

karbonatlı; 2 - gipsli

Tipik   qara   torpaqlardan   cənuba   doğru  adi   və



cənub   qara   torpaqları  yayılmışdır.   Adi   qara   torpaqlar

üçün   humus   qatının   az   qalınlığı   (40   sm-ə   yaxın)

səciyyəvidir, keçid qatının qalınlığı da təxminən belədir.

Karbonat   60   sm   dərinlikdə   yerləşir.   Cənub   qara

79



torpaqlarda humus qatının qalınlığı 25 sm-ə qədər azalır,

B   qatı   isə   karbonatlarla   zəngindir.   B   qatının   aşağı

sərhəddində çox vaxt xırda gips yenitörəmələri olur.Daha

isti və rütubətli iqlimə malik Moldaviya və Ön Qafqazda

qaratorpaqlar daha qalın humus qatına malikdir. Karbonat

yenitörəmələri arasında yalançı – mitsellər üstünlük təşkil

edir,   bununla   belə   karbonatların   yuxarı   sərhəddi   səthə

yaxın   yerləşir.   Gipsli   yenitörəmələr   yoxdur.   Bu

qaratorpaqları mitselli-karbonatlı adlandırırlar.

Qərbi   və   Orta   Sibir   qaratorpaqları   üçün   humus

qatının   az   qalınlığı   və   humusun   dərinə   axıntısı   (dilləri)

səciyyəvidir.   Bu   vəziyyəti   qış   donuşluğu   nəticəsində

torpağın   çatlaması   ilə   əlaqələndirirlər.   Buna   görə   Sibir

qaratorpaqlarını   dərin   donan   qaratorpaqlar   adlandırırlar.

Baykalarxası     qaratorpaqlar   kiçik   qalınlığa   və   zəif

karbonat birləşmələrinə malikdir.



15.4. Qaratorpaqların genetik xüsusiyyətləri və

təsnifatı

Tipik   qaratorpaqların   genetik   qatlarının   kimyəvi

analiz nəticələrini nəzərdən keçirsək, görərik ki, müxtəlif

genetik   qatlarda   müxtəlif   komponentlərin   miqdarı   sabit

qalmayaraq, torpağın profili boyu dəyişilir.

Çoxlu miqdarda humus toplanması qaratorpaqların

səciyyəvi   xüsusiyyətidir.   Bu,   mühüm   dərəcədə   bozqır

landşaftlarına   bioloji   dövranın   xüsusiyyəti   ilə   müəyyən

edilir.

L.E.Rodin və N.İ.Bezileviçin məlumatlarına əsasən



(1965)  bozqır   bitki  qruplarında  biokütlənin  miqdarı  100-

80



300   s/h   bərabərdir;   bunun   da   70-80%-i   bitkilərin   kök

hissələrinin   payına   düşür.   Təxminən,   biokütlənin   yarısı

hər   il   parçalanır   və   məhv   olur.  Nəticədə,   subboreal   və

boreal meşələrdə, bozqırlara nisbətən biokütlənin miqdarı

10 dəfə və daha artıq olmasına baxmayaraq, qaratorpaq

zonasında,   mülayim   qurşağın   meşə   zonasına   nisbətən,

hər   il   torpağa   xeyli   çox   üzvi   maddələr   daxil   olur.   Bitki

qalıqlarının   bir   hissəsi   bozqır   keçəsi   şəklində   torpağın

səthində   (60-120kq)   qalır.   Bu,   qış   donuşluğu   və   yay

quraqlığı dövrlərində mikrobioloji fəaliyyətin zəifləməsi ilə

əlaqədardır.   Ot   bitkiləri   tərkibində   azotun   və   kül

elementlərinin,   xüsusilə   kalsium   və   silisiumun   yüksək

miqdarı   ilə   səciyyələnirlər.   Torpaqəmələgətirən

süxurlarda kalsiumun miqdarı çoxdur, bu elementin bozqır

bitkiləri tərkibində yüksək miqdarı, ola bilsin ki, təkamül

prosesində həmin bitkilərin qazandığı xassədir.

Meşə   torpaqlarına   nisbətən,   bozqır   torpaqlarında

mikroorqanizmlərin   miqdarı   çoxdur.   Qaratorpaqların   bir

qramında onların miqdarı 3-4 mlrd-dır, bəzi rayonlarda isə

xeyli   çoxdur.   Mikrofloranın   tərkibində   bakterlər   və

aktinomitsetlər üstünlük  təşkil edir,  göbələklər isə  meşə

torpaqlarına nisbətən xeyli azdır.

Belə   şəraitdə   üzvi   maddələrin   parçalanması,

kalsiumla   möhkəm   birləşmiş   yüksəkmolekullu   humin

turşularının   əmələgəlməsinə   səbəb   olur.   Humus

birləşmələri,   torpaq   hissəciklərinin   möhkəm

aqreqatlaşmasına  səbəb  olan  hellər  (gellər)  şəklindədir.

Qaratorpaqlarda   sərbəst   halda   kəskin   təsiredici

fulvoturşular yoxdur. Hər il xeyli miqdarda daxil olan bitki

qalıqları və humus birləşmələrinin xarakteri qaratorpaqda

81



olduqca   çoxlu   miqdarda   humusun   toplanmasını   təmin

edir. Qaratorpaqlarda humusun miqdarı 3-4-dən 14-16%-

ə   qədər   və   daha   çoxdur.  Torpaq   profili   boyu   humusun

ehtiyatı çox böyükdür, 300-400-dən 600-700 t/h qədərdir.

Yağıntıların   nisbətən   az   olması   və   humus

birləşmələrinin   nisbətən   zəif   mütəhərrikliyi   profil   boyu

humusun   çox   yavaş   azalmasına   səbəb   olur.   Bu,   qara

torpaqların gözəl xüsusiyyətidir və humusun miqdarından

asılı olamayaraq bütün   yarımtiplərdə özünü göstərir (3-

cü cədvəl).

Qaratorpaqların   yumayan   su   rejimi   və   bioloji

rejimin   xüsusiyyəti   torpaq   profili   boyu   bəzi   kimyəvi

birləşmələrin   paylanmasına   təsir   göstərir.   Bu,   birinci

növbədə karbonatlara aiddir, qaratorpaqların profili boyu

onların   paylanması   gözlə   görünür   və   onu   morfoloji

əlamətlərin təsiri zamanı müşahidə etmək olur.

Qaratorpaqların   profili   boyu   karbonatların

paylanmasını aşağıdakı kimi aydınlaşdırmaq olar. Bozqır

zonasında   karbonatların   həll   olması   torpaq   havasında

karbon   qazının   miqdarı   və   suyun   mövcud   olması   ilə

müəyyən   edilir.   Qışda   bioloji   proseslərin   zəifləməsi

üzündən     karbon   qazının   miqdarı   çox   aşağı   düşür.

Deməli, torpağın maksimum rütubətləndiyi dövrdə (erkən

yazda)   aşağı   enən   su   axını   karbonatların   yalnız   bir

hissəsini yuyur. 

Cədvəl 15.1. Qaratorpaqların profili boyu humusun paylanması

(Torpağın quru çəkisinə görə %-lə)

Tipik qara torpaq (Tambov

vilayəti)

Cənub qara torpaq (Pavlodar

vilayəti)

Torpagın genetik

Humusun

Torpagın genetik



Humusun

82



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə