Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə60/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   106

    

Quru   və   səhra   bozqırlarının  iqlimi  kəskin

kontinentaldır.   Avrasiyada   şərqə   getdikcə   kontinentallıq

artır. Zonanın Avropa hissəsində orta illik temperatur 5-

9ºC-dir,   Asiyada   3-4ºC-dir.   Qərbdə   orta   aylıq

temperaturun amplitudası 32-36ºC-yə yaxın, şərqdə 35-

40ºC-dir. Şimaldan cənuba doğru illik yağıntıların miqdarı

300-350-dən  200mm-ə qədər azalır.

Quru səhra bozqırlarının iqlimi üçün yağıntıların il

müddətində   bərabər   paylanması   səciyyəvidir.

Müşahidələr   göstərir   ki,   həm   Volqaboyunda,   həm   də

Şərqi   Qazaxıstanda   aylar   üzrə   yağıntıların

paylanmasında   aydın   ifadə   olunan   maksimum   yoxdur.

Bununla da şabalıdı torpaqlar yağıntılarının xeyli hissəsi

isti vaxtlara təsadüf edilən qaratorpaqlardan fərqlənirlər.

Məsələn,   Şimali   Qazaxıstanda   qaratorpaqlarda   qışda



Şəkil 16.1.Bozqır zonası torpaqlarının coğrafi yayılma arealları: 1 – 

qara torpaq; 2 – şabalıdı torpaq; 3 – dağlıq ərazi bozqırlarının 

qaramtıl və şabalıdı torpaqları

91



10%-ə qədər, yazda və payızda 20%, yayda 50% yağıntı

əmələ gəlir. Mərkəzi Qazaxıstanda quru bozqır şəraitində

qışda və yazda 20%-ə qədər, yayda və payızda isə 30%

yağıntı düşür.

Quru və səhra bozqır landşaftlarında buxarlanma

atmosfer   yağıntıları   miqdarından   çoxdur,   rütubətlənmə

əmsalı 0,33-0,50-yə yaxındır. Güclü küləklər torpağı çox

qurudur və eroziyanın şiddətlənməsinə səbəb olur.

Şabalıdı   və   qonur   torpaqlar   vilayətlərində  bitki

örtüyünün  tərkibində   yabanı   taxıl   otları   və   yovşanlar

üstünlük təşkil edir ki, onların miqdarı şimaldan cənuba

doğru artır.

L.E.Rodinin   və   N.İ.Bazileviçin   (1965)

məlumatlarına   əsasən   quru   bozqır   bitkilərinin   biokütləsi

1000   s/h-a   yaxındır,  həm   də   biokütlənin   əsas   80%   və

daha   çox   hissəsi   bitkilərin   yeraltı   orqanlarının   payına

düşür.


Bitki   örtüyü  olduqca   müxtəlifdir.   Şoranlaşmış

sahələrdə   bitki   örtüyü   seyrəkdir,   onun   tərkibində   kollar

üstündür. Nisbətən yaxşı rütubətlənən sahələrdə taxıllar

əsas yer tuturlar. Şoran torpaqlarda şoran bitkiləri qrupu

inkişaf etmişdir.

Torpaqəmələgətirən   süxurlar  dördüncü   dövr

Xəzər transqressiyası çöküntülərindən başlayaraq aşağı

paleozoy   metomorfik   və   Qazaxıstanın   püskürmə

süxurlarına   qədər   müxtəlif   yaşlı,   tərkibli   və   mənşəli

süxurlar   üzərində   yerləşən   lös   şəkilli   gillicələrdir.  Lös

şəkilli çöküntülərin qalınlığı olduqca dəyişkəndir. Qərbdə

olan   qalın   çöküntülər   Qazaxıstanda   nazik   (   1-1,5m   )

örtüklə   əvəz   edilir.   Kip   yerli   süxurların   səthə   yaxın

92



yerləşdiyi   sahələrdə   lösşəkilli   örtük   süxurları   kobud

qırıntılarla   zənginləşmişdir.   Torpaq   səthində   qırıntılı

hissəciklərin eol (külək fəaliyyəti) differensiasiyası nəticəsi

olaraq çox vaxt daşlı-çınqıllı məhsullar toplanır.

Ayrı-ayrı   rayonlarda   qumlu   massivlər   küləklərin

əmələ gətirdiyi qədim delta süxurları yayılmışdır. Astraxan

və   Tersk-Kumsk   qumları,   Böyük   və   Kiçik   Barsuklar,

Aralyanı Qaraqumlar və başqaları belələlərindəndir.

Bəzi   yerlərdə   torpaqəmələgətirən   süxurlar

şorlaşmışdır.

Quru   çöllər   şəraitində   torpaqların   əmələ

gəlməsində   mezo   və   mikrorelyef   formaları,   düzənlik   və

dağları, təpəli vilayətlərdə çökəklər və xırda hündürlüklər,

Mərkəzi   Qazaxıstan   ərazisində   xırda   palçıq   vulkan

formaları, İrtışın sağ sahillərində yal relyef formaları çox

böyük rol oynayırlar.



16.2. Quru, bozqır və səhra bozqır torpaqlarının

morfoloji xüsusiyyətləri

Şabalıdı   torpaqların   morfoloji   profili   aşağıdakı

quruluşa malikdir:

A   qatı  bozumtul-qəhvəyi   rəngli   olmaqla   yanaşı,

bitki   kökləri   ilə   zəngindir.   Yuxarı   hissədə   təbəqəlilik

müşahidə edilir. Bəzən isə ən üst qatda nazik yarpaqvari

qaysaq nəzərə çarpır. Strukturu topavaridir. Qalınlığı 15-

25 sm-dir (şəkil 16.2).

B   qatı  keçid   qatıdır,   qırmızı-qonur   rəngdədir,

kipləşmiş,   strukturu   üstə   iri   topavari,   aşağı   hissədə

qısaprizma   şəkillidir.   Qalınlığı   20-30   sm-dir.   Dərində

93



bəzən   ağgözlüklər   şəklində   karbonat   yenitörəmələrinə

rast gəlinir.



C   qatı  sarımtıl   qonur,   lösşəkilli,   çox   vaxt   üst

hissədə karbonat yenitörəmələri olan çınqıllı gillicələrdən

ibarətdir.   1-dən   1,5   m-ə   qədər   dərinlikdə   adətən

unabənzər gips tenitörəmələri yerləşir.

Şabalıdı   torpaqlar   üç   yarımtipə   ayrılır:   25   sm-ə

yaxın və daha çox qalınlıqda humus qatına malik,  tünd-



şabalıdı, 20 sm-ə yaxın A qatı olan şabalıdı və 15 sm-ə

yaxın humus qatı və səthində aydın ifadə olunan nazik

qaysaqlı   qabığın   olması   ilə   fərqlənən  açıq-şabalıdı

torpaqlar. Tünd-şabalıdı torpaqlarda A+B qatının qalınlığı

60 sm-ə, şabalıdı torpaqlarda 50 sm-ə və açıq-şabalıdı

torpaqlarda 40 sm-ə yaxındır.

Qonur   səhra-bozqır   torpaqları   öz   qurluşuna   görə

açıq-şabalıdı torpaqlarda yaxın xüsusiyyətlərə malikdirlər.



A   qatı  qonur   rəngdə,   10-15   sm-ə   yaxın

qalınlıqdadır.   Səthdə   qaysaqlı   təbəqə   aydın   seçilir.

Strukturu   topavaridir,   lakin   möhkəm   deyil   və   dərinliyə

doğru qat daha çox yumşalır.



B  qatı  qəhvəyiyə   çalan  qonur  rəngdədir,  bərkdir,

strukturu   topavari-qısaprizmavaridir,   aşağı   hissəsində

ağgözcüklər   şəklində   karbonat   yenitörəmələri   var.

Qalınlığı 20 sm-ə yaxındır.



C   qatı  qonur-küləşi   çox   vaxt   prizmavari   stuktura

malikdir. Yuxarı hissədə B qatı sərhəddində ağgözcüklər,

alt 50 sm dərinlikdə isə gips yenitörəmələrinə rast gəlinir.

94



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə