ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə31/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   27   28   29   30   31   32   33   34   ...   132

C
əsur qardaşlar 
88 
 
fikirləşmə” – deyərək körpənin qəlbini ovudurdu. On üç yaşlı bacısı Fatimə həm 
Həyatın  həm  də  Hümbətin  əllərindən  tutub  yanında  gəzdirib,  gül-çiçək  toplayıb 
onların  xatirinə  oynayırdı.  Artıq  bu  obada  hamı  bu  uşaqların  nazı  ilə  oynayır, 
kimin əlinə nə düşürdüsə Həyat ilə Hümbətə verirdi. Hamı kimi bunlar da körpə 
tələffüzü  ilə:  “Qaqam  nə  vaxt  gələcək”  –deyirdilər.  On  üç  yaşlı  Fatimə  də:  “Hə 
qaqaş,  sən  yekələcəksən,  bax  onda  Nəsib  qaqam  gələcək”.  Bu  an  üzünü  onlar 
görməsin  deyə,  yana  çevirib  göz  yaşları  tökürdü.  Demə,  mənim  anam  hələ  çox 
gənc  ikən,  on  üç  yaşlarından  ağlayırmış  və  bununla  da  ürəyini  sakitləşdirirmiş. 
Deyirlər insan ağlayanda onun daxili bir qədər sakitləşir. Ancaq zəmanənin sərt, 
amansız  qalmaqalı  məcbur  etdi  ki,  gizli  yox,  artıq  ellərə  obalara  fəryadını 
çatdırmaq üçün gənc yaşlarında böyük qadınlar kimi ağılar deyib, göz yaşı töksün, 
ürəyi sakitləşsin. On üç yaşında ata nəvazişini itirmiş, o illərin sevimlisi olan gözəl 
Gülzarı  itirmiş,  gecə-gündüz  qardaşı  Nəsibin  qartal  tək  qayalarda  yatmasını 
fikirləşdikcə göz yaşlarını tökən Anam demə hələ körpə vaxtlarından ümidini göz 
yaşlarına tikibmiş. Demə, anamın göz yaşları bütün Azəri analarının fəryadı və göz 
yaşı  imiş.  (F.Süleymanov)  İndi bunu  duymaq  və dərk etmək  lazımdır.  İnsan heç 
vaxt  ölənlə  ölmür,  lakin  gənc  yaşlarından  ürəyinə  xallar  düşür  və  kövrək  olur. 
Onun q
əlbi həssas və qayğıkeş olur. Demə, mənim anam ona görə həm qayğıkeş, 
həm də həssas imiş ki, o hadisələri gözü ilə görüb, onunla yaşayıb. Demək, bütün 
Türk  dünyasının  anaları  beləcə  həssas  və  kövrək  olurlarmış.  Nəsib  artıq 
Zəngəzurda  Dövlər  tərəfindən  ən  qorxulu  Qaçaq  adlandırılırdı,  onu  tutmaq  üçün 
hər yerdə pusquda durmuşdular. Ancaq Nəsibi tapa bilmirdilər. Harada bir erməni 
daşnakı  var  idisə,  Nəsibin  qorxusundan  çölə  çıxa  bilmirdi.  Bunun  hesabına 
Zəngəzurun  qoçaq  oğlanlarını  hər  gecə  aparıb  Gorus  qazamatxanasına  salır  və 
Nəsibin  yerini  deməyi  tələb  edirdilər.  Artıq  başqa  yerdə  olduğu  kimi,  bu 
bölgələrdə  də  Şura  höküməti  qurulurdu.  Nökərə,  çobana  –hərəyə  bir  firqə  bileti 
verib varlılara, bəylərə qarşı amansız mübarizəyə qaldırırdılar. Nəsib gecələr evə 
gəlir,  ailəni  kimlər  incidirdisə,  onlarla  haqq-hesab  çəkirdi.  (F.S.  “Anam  niyə 
ağlayır”) 
Bir  gün  gecənin  sakitliyini  atəş  səsləri  pozdu.  Təhlicə  obası,  Nəzir  obası  
mühasirədə idi. Obaların üstünə güllə yağdırırdılar. Həm Qasımgilin obasına, həm 
də  Kərbəlayi  Səkinənin  obasına  hücum  etmişdilər.  1923-cü  il  idi.  Qasımın  kiçik 


Əşir Bəşiroğlu 
 
89 
 
qardaşı Cəbi yenicə evlənmişdi. Gələnlər tələb edirdilər ki, Nəsibin yerini deyin. 
Qasım təmkinini pozmadan irəli yeriyib dedi: -Nə istəyirsiniz, oğul? Mən lazımam 
məni çağırın. Bu arvad-uşağın günahı nədir?  
-
Hə, o vaxtlar Sultan bəyin dəstəsini silahla, ərzaqla təmin edib yola salanda 
bilmirdin ki, hökümət gələcək? Hökümət əleyhinə beş il dağlarda heç kimə tabe 
olmayan  Nəsibin  bacısını  özünüzə  gəlin  gətirəndə  nə  düşünürdünüz  bəs?  İndi 
hamınızın əlini-qolunu bağlayıb o Gorus qazamatına aparıb orada güllələyəcəyik. 
Onda Nəsib gələr və sizi o türmədən qurtarar – deyb Qasımın əllərini bağladılar. 
Qasımın kiçik qardaşı Şamil də çölə çıxan  kimi onun da qollarını bağladılar. Bu 
vaxt ailənin kiçik oğlu Cəbi isə qara quzeydə Mollayı  yaylağında idi. Cəbi artıq 
onların danışıqlarını eşidir, birnəfəsə Günbəzə sarı çapırdı. Axı o bilirdi ki, Nəsib 
gecələr Çömçəli bulaqda, Qara gahada qalırdı. O kahıya  yüzlərcə adam gəlsəydi 
belə, tək hamısı ilə döyüşə bilərdi.  
Təhlicə obasında Kərbəlayi Səkinəni, qolları bağlı Həbibi Nəzir obasına sarı 
apararkən beş yaşlı Hümbət nənəsinin tumanından tutaraq – “Mən də gedirəm” –
deyə  nalə  çəkirdi.  Uşaq  heç  cürə  ayrıla  bilmirdi.  Kənarda  duran  erməni  milisi 
tüfəngin qundağı ilə uşağın başından elə vurdu ki, uşaq başı kəsilmiş toyuq kimi 
yerində  çabalamağa  başladı.  Kərbəlayi  Səkinə  uşağa  sarı  əyiləndə,  onu  yenə  də 
qundaqla vurdular, “tez, irəli” – deyərək əmr etdilər. Ancaq Kəblə Səkinə özünü 
uşağın  üstünə  sərib  başından  axan  qanı  yalayır  və  elə  bil  qan  çıxan  yerə  dilini 
sıxaraq  qan  fontanının  qabağını  alırdı.  Güclü  əllər  Kərbəlayi  Səkinədən  yapışıb 
onu atın üstünə qoyub sarıdı və tez hərəkət etməyə başladılar. Çınqıllıya çatanda 
Qasımla Şamilin əli-qolunu bağlı gördülər. Hər tərəfi əli silahlı jandarmlar əhatə 
etmişdi. Üç kişi və bir qadını Gorusa tərəf aparırdılar. Həmin gün, yəni on səkkiz 
yaşlı  anamın  yenicə  həyat  qurduğu  həmin  gecə,  (F. Süleymanov)  1923-cü ilin 
soyuqlu 
noyabr  gecəsi  o,  ayağıyalın,  başıaçıq  soyuqlu  bir  ruzigarda  atasının 
elindən  atışma  səsini  eşidərək,  Nəzir  obasına  kimi  göz  yaşları  tökə-tökə  qaçırdı. 
Bədənindəki ağrıları belə hiss etmədən tələsir. Axı oralar başdan-başa qara tikan 
kolluğu ilə doludur. Kolluq sıx meşələr kimidir. Kollar onun bədənini, ayaqlarını 
dağıdır o, hiss etmir, bədənindən qan axır, fərqinə varmır, tələsir ki, Təhlicəyə - öz 
obalarına çatsın. Bu zaman anası Tellininin naləsini eşidir. Bu səsin içərisində üç 
körpə səsini də aydınca eşidirdi. Daş kahada zəif çıraq yanır, o çırağın zəif şöləsi 


C
əsur qardaşlar 
90 
 
yerdə  uzanmış  beş  yaşlı  Hümbətin  çox  zəif  səslə:  -  “Anama  gedirəm.  Bəs 
deyirdiniz  mənim  anam  Gülzar  çox  gözəldir.  Axı  niyə  məni  ona  vermirsiniz?” 
sözləri eşidilir. Bu an mənim anam yenicə gəlin gəlmiş, əlləri hələ də hənalı idi, 
qara quzeyin daşları üstdəki mamırlardan hazırlanmış hənanın rəngi solmamış və 
iyi  çəkilməmiş  əlləri  ilə  o  gözəl  üzünü  dırnaqları  ilə  cırır,  şivən  qoparır,  qan 
üzündən süzülür, özünü Hümbətin üstünə atır. Elə bil uşaq huşa gəlir və ən çox 
sevdiyi bacısını – Fatmanı görür. – Bacı sən gəldin? Bəs mənim gözəl Gülzarım 
hanı?  Mənim  nənəmi  də  bax  mənim  kimi  vurdular,  yəqin  nənəm  öldü.  Bax, 
gəlinbacı, mən ölürəm, özü də indi, bilirəm ki, gedirəm gözəl Gülzarın yanına. Gəl 
səni öpüm, gəlinbacım – deyə rəngi solmuş, bənizi, üzü qanlı, anama sarı əyildi. 
Ancaq taqəti çatmadı, əlini anamın əlinə qoyan zaman artıq əli buz tək soyuq idi. 
Son sözünü deyən beş yaşlı körpə bir çigin idi. Kişi kimi can verirdi: 
-
Bax,  mən  ölməsəm,  yekələndə  bu  intiqamı  yerdə  qoymaram  –  deyən 
Hümbətin  gözləri  bərələ  qalıb  həyatla  vidalaşdı.  Dörd  bacı,  bir  ana  körpəni  duz 
kimi  yalamağa  başladılar.  Telli:  -  “Nə  etmək  olar,  bizimki  də  belə  gətirdi”  – 
deyərək qara kəlağayını buza dönmüş cəsədin üstünə sərib, həzin-həzin göz yaşları 
axıdırdı.  Gecənin  sakitliyini  Alabaş  pozurdu.  Tez  Telli  çırağı  söndürüb  it  hürən 
tərəfə çıxdı. Araz tərəfdən bir atlı gəlirdi. Tanıdı, qardaşı Əli idi.   
-
İlahi, sən insanları darda qoyma-deyərək o qardaşının qabağına yeridi. Axı 
insan 
dar gündə olanda həmişə özünə arxa  axtarır. Elə bil Telliyə dünyanı verdilər. 
O,  hadisəni  Əliyə  danışdı,  sonra  kahıya  keçdilər.  Əli  tez  çırağı  yandırıb,  qara 
Şamaxı  kələğayısını  qaldıranda  Hümbəti  yatmış  bilib  tez  dedi:  -  Bacı,  bu  uşaq 
ölməyib ki, tez bir şüşə qırıntısı ver. “Ay qardaş, şüşəni haradan alım” – deyəndə 
tez Fatma qoynundakı kiçik bir güzgünü çıxarıb dayısı Əliyə uzatdı. Əli güzgünü 
uşağın ağzında bir qədər saxlayıb: Hə bacı, bax tərlədi güzgü. Həzin-həzin nəfəs 
alır.  Bunu  deyəndə  elə  bil  bacılara  həyat  verdilər.  Əli  diqqətlə  uşağın  yarasına 
baxıb, yəqin buralarda haradasa qar var. Hə bacıqızı dur, atın tərkinə min gedib qar 
gətirməliyik. Bu uşağın başını qara basdırmalıyıq. Tez Əligil atlanıb, Qara Quzeyə 
qar gətirməyə getdilər.  
Cəbi xəbərə qaçır. 
Qara  Quzeydən  Nəzir  obasındakı  hadisəni  və  Təhlicədəki  atışmanı 
ermənilərin  obanı  dağıtmağını,  qardaşlarının  və  Həbibin,  Kəblə  Səkinənin 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə