ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə29/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   25   26   27   28   29   30   31   32   ...   132

C
əsur qardaşlar 
82 
 
minə  yaxın  adamın  iştirak  etdiyi  bu  döyüşdə  düşmənin  əsas  hərbi  sursatı  məhv 
edilir. 600-
dən çox adam əsir götürülür. 
Bu döyüşdə qələbənin çalınması Zəngəzur yaylaqıarındakı təhlükəli vəziyyətə 
son qoydu. 
Sultan  bəy  Araz  çayı  ətrafındakı  tərəkəmə  ellərinə  adam  göndərib, 
yaylağa arxayın köçə biləcəklərini xəbər verdi. Daşnakların Zəngəzurdan qovulub 
çıxarılmasından  sonra  müvəqqəti  olsa  da  dinclik  yarandı.  Yollar  təhlükəsizləşdi. 
Dinc əhali abadlıq işləri aparır, təsərrüfatı canlandırmağa çalışırdı. Amma bu dinc 
həyat da uzun çəkmir. Daşnakların bəziləri xaricə qaça bilməmişdi. Onlar Gorusda 
inqilabçıların  sıralarında  yenə  fəallıq  göstərirdi.  Bu  da  Zəngəzurda  çox  təhlükəli 
vəziyyət yaradırdı. A.Mikoyan, S.Şaumyan Zəngəzur siyasətini həyata keçirməyə 
başlayır.  Bu  siyasət  Zəngəzurda  azərbaycanlıları  məhv  etməkdən  ibarət  idi. 
Minlərlə adam yenidən Gorus türmələrinə salınır. Onlara əzablar verildikdən sonra 
“inqilab”,  “yeni  cəmiyyət  düşmənləri”,  varlılar,  qolçomaqlar  və  s.  adlar  qoyaraq 
özlərinə  qəbir  qazdırıb  saxta  hökmlər  oxuduqdan  sonra  güllələyirdilər.  Bəzən 
onlarla  adam  güllələyib  bir  xəndəyə  tökürdülər.  Öldürülənlərin,  sürgünə 
göndərilənlərin  sayı-hesabı  bilinmirdi.  Erməni  agentləri  rus  əsgərlərlə  gəlib 
kəndlərdən mal-qaranı, istədikləri hər şeyi aparırdılar.  
Sultan bəydən intiqam almaq istəyən ermənilərin hiyləgərliyi ilə ona dəfələrlə 
sui-
qəsdlər  hazırlanır.  Qəsdlərin  birində  atılan  güllə  çənəsindən  dəyərək  onu 
yaralayır.  Sultan  bəy  gələcəkdə  vətəni  düşmənlərdən  xilas  etmək  üçün  xaricə 
mühacirətə getmək qərarına gəlir. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən 
Sultan  bəy  Azərbaycan  inqilab  komitəsinə  müraciət  edir.  Bundan  müsbət  cavab 
almayan 
Sultan bəy İran şahına üz tutur. Şah İranda Rusiyanın erməni agentlərinin 
çox olduğunu bildirir. Bundan sonra o, Türkiyə dövlətinə müraciət edir. Türkiyə 
dövləti  həm  Sultan  bəyi,  həm  də  Azərbaycan  Xalq  Cumhuriyyətinin 
yaradıcılarından  biri  olan  Xosrov  bəyi  rəsmi  keçidlə  qarşılayır.  Onlara  Ərzurum 
vilayətində  mülk  verərək  təhlükəsiz  həyat  şəraiti  ilə  təmin  edir.  Sultan  bəyin 
mühac
irətindən  sonra  Laçında  qalan  ailəsinə  burada  yaşamağa  imkan  vermirlər. 
Bir  qədər  Qarabağda  qohumlarının  himayəsində  yaşayan  ailə  sonradan  Bakıya 
köçür. 
Sultan  bəyin  xanımı  ziyalı  qadın  idi.  O,  Qarabağ  xanlarının  nəslindəndir. 
Şair Natəvan nəslinin ziyalı qızlarından biri idi. Bakıya gəldikdən sonra o bir sıra 
məsul vəzifələrdə çalışır. Bir müddət Bakı Şəhər Sovetinin deputatı olur.   


Əşir Bəşiroğlu 
 
83 
 
30-
cu  illərin  sarsıntılı  günləri  bu  ailənin  də  faciəsinə  gətirib  çıxarır.  Sultan 
bəyin  qızı  Bəyim  xanım  xatirələrində  həmin  vaxtı  belə  yada  salır.  “Bir  gecə 
qapımız döyüldü. Anam qapını açdı. İcazəsiz evə daxil olan hərbi formalı adamlar 
evi axtarmağa başladılar. Bir azdan məlum oldu ki, bunlar NKV-də işləyənlərdir. 
Daşnak agentlər çoxdan bəri evimizi güdürmüşlər. Uzun axtarışdan sonra atamın 
şəkili,  “Quran”ı,  lazımı  sənədləri,  qiymətli  əşyalar  saxlanan  boxçanı  yükün 
arasından  tapdılar.  Gələnlərdən  biri  erməni  idi.  O,  atamın  şəkilini  görən  kimi 
həyəcanla  qışqırdı:  “Vot,  vot  Sultan  bek”.  Bir  neçə  dəqiqədən  sonra  bizə  həbs 
olunduğumuzu  bildirdilər.  Əynimizə  paltar  belə  götürmədən  Bayıl  türməsinə 
aparıldıq.  Burada  öyrəndik  ki,  M.Ə.  Rəsulzadənin  ailəsi  də  bu  türmədədir.  Bizə 
dedilər  ki,  700  azərbaycanlı  qadını  bu  gecə  sürgün  edəcəklər.  Səhərə  yaxın  bizi 
yük  vaqon
larına  doldurub  Bakıdan  çıxartdılar.  Bir  aya  yaxın  yollarda  qaldıq. 
Aclığa,  susuzluğa  tab  gətirməyib  ölənləri  qatar  gedə-gedə  hara  gəldi  atırdılar. 
Körpələrin vəziyyəti daha ağır idi. Silahlılar azərbaycanlı uşaqlara düşmən uşağı 
kimi ba
xırdılar.  Azərbaycanlıların  məzarları  üstündə  kimlik  yazmağa  belə  icazə 
vermirdilər”.  
Beləcə, yollarda məhv olanlar harda gəldi dəfn olunurdu. Bu hərəkətin altında 
da  gizli  bir  siyasət  yatırdı.  Onlar  gələcəkdə  iz  qalmamasından  ötrü  qəbiristanlıq 
yaratmağa da qoymurdular.  
Həbs düşərgələrində azərbaycanlılara olmazın zülm verirdilər. Çünki əsirlərin 
ixtiyarı ermənilərin  əlində idi.  Onlar  qadınların üstlərində təsadüfən  qalan ziynət 
əşyalarını  açır,  qızıl  dişlərini  isə  kəlbətinlə  sındırıb  çıxarırdılar.  Qazaxıstanın 
bərbad  vəziyyətdə  olan  vilayətləri  milyonlarla  soydaşımızın  zəhməti  hesabına 
abadlaşdırıldı.  
Sürgündə  olan  ziyalılar  uşaqlara  savad  öyrətmək  məqsədi  ilə  dərnək  təşkil 
edirlər. Sultan bəyin həyat yoldaşı da burada müəllim kimi fəaliyyət göstərir.  
O, 1948-
ci ildə icazə alıb Bakıya gəlir ki, M.Bağırovla görüşsün. Görüş baş 
tutur.  Qadının  məqsədi  ailənin  Bakıya  qayıtması  idi.  Bu  fikri  eşidən  Bağırov 
bildirir ki, 
Sultan bəy nəslinin ayağı bir daha Azərbaycan torpağına dəyməyəcək. 
Qadın qəbulda olanların yanında Bağırova cəsarətlə bu sözləri deyir: “Sultan bəy 
xalqının  qəhrəman  oğludur.  O,  Zəngəzur  xalqını  daşnaklardan  xilas  edib.  Tarix 


C
əsur qardaşlar 
84 
 
bunu heç vaxt unutmayacaq. Amma sən, bu gün Azərbaycan xalqını sürgünlərdə 
məhv edən xalq cəlladı kimi xalq qarşısında cavab verməli olacaqsan”.  
Cəsarətli  qadın  yenidən  Qazaxıstana  qayıdır.  Ailə  1955-ci  ilə  qədər  burada 
sürgündə  qalır.  Onlar  Azərbaycana  qayıdan  zaman  M.Bağırovun  məhkəməsi 
gedirdi. Vaxtilə öz etiraz səsini ucaldan qadın da bu məhkəməyə dəvət alır. Lakin 
o, 
məhkəməyə nədənsə getmir.  
Xalqın yaddaşında elinin mərd oğlu, daşnaklara qarşı amansız mübariz kimi 
qalan 
Sultan bəy həm də gözəl insan idi. O, xidmətçilərinə tapşırırmış ki, yanına 
gələnləri yedirtməyincə evdə olub-olmadığını deməsinlər. “Uzaqdan gələnlər bilsə 
ki, evdə yoxam, ac qayıdıb gedərlər”. 
Ağanus ətrafında gedən döyüşdə 400 erməni qadını əsir alınır. Sultan bəydən 
onlarl
a  necə  davranmağı  soruşduqda  deyir:  “Buraxın  getsinlər.  Biz  də  qadın 
öldürsək, onda ermənilərdən nə fərqimiz?”.  
Millətinə xas olan qorxaqlığı özündə təcəssüm etdirən Andranik Sultan bəyin 
göndərdiyi  elçiləri  pərdə  dalından  danışdırarmış  ki,  onu  tanımasınlar.  Amma 
Andranikin göndərdiyi erməniləri Sultan bəy özü mərdi-mərdanə qəbul edərmiş.  
Deyilənlərə  görə  Sultan  bəy  vətəndən  gedərkən  Kürdhacı  kəndi 
yaxınlığındakı dağa çıxıb, Zəngəzur dağlarına nigaran-nigaran baxaraq bu bayatını 
deyib:  
Mən aşiq dolan gözüm 
Dol gözüm, dolan gözüm. 
Gedərsən, qayıtmazsan 
Vətəni dolan gözüm. 
Bütün  bu  hadisələrin  üstündən  illər  keçib.  Yenə  də  həmin  torpaqlarımız 
erməni  əlindədir.  Dağ  adamları  həsrətlə  yenə  də  dərdini  bayatılarda  dilə  gətirir. 
Ermənilərin  törətdiyi  vəhşiliklər  nə  XX  əsrin  əvvəllərindən,  nə  də  sonralarından 
başlayıb.  Bu  uzun  əsrlərdən    bəri  belə  olub.  Bütün  yaşananlar  Qarabağ 
müharibəsində də yenidən təkrarlandı.  
Bunu  yenə  də  eynilə  təkrarlayan  ermənilər  Xocalıda  azərbaycanlılara 
dözülməz  işgəncə  verərək  öldürülənləri  xəndəkdə  basdırırdılar.  Tarixi 
abidələrimizi məhv etməyə çalışan düşmən indi də bunu davam etdirir. Tarix boyu 
ruslarl
a  müttəfiq  olan  ermənilərin  törətdiyi  dəhşətləri  saymaqla  qurtaran  deyil. 
Bütün  bu  həqiqətləri  bilə-bilə  biz  yenə  də  ermənilərlə  torpaqlarımızı  bölüşüb 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə