ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə26/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   22   23   24   25   26   27   28   29   ...   132

Əşir Bəşiroğlu 
 
73 
 
gücləndirir, çar ordusundan qalmış silah və sursatı mənimsəyirlər. Bu zaman başsız 
qalmış  Rusiyanın  Qafqaz  ordusunun  komandanlığı  Andranikə  general-mayor 
rütbəsi  verir,  lakin  qeyd  etmək  lazımdır  ki,  yaranmış  vəziyyətdə  komandanlığın 
verdiyi  rütbələr  daha  çox  rəmzi  əhəmiyyət  kəsb  edirdi.  Andranik 1918-ci 
ildə Ermənistanla Türkiyə arasında imzalanmış müqaviləni tanımaqdan imtina edir. 
Bu  dəfə  Andranik  bolşeviklərlə  əməkdaşlıq  etməyə  başlayır,  o  1918-ci ilin 
iyulunda 
Stepan  Şaumyana teleqram  qöndərir.  Teleqramda Andranik bildirir ki, 
"Naxçıvan  qəzası  özünü  Sovet  Rusiyasının  bir  hissəsi  sayır  və  o  öz  dəstəsi  ilə 
birlikdə bolşeviklərin tabeliyinə keçməyə hazırdır". Lakin iyulun 19-u türk ordusu 
Naxçıvanı  və  Culfanı  tutur,  Andranik  Zəngəzura qaçır.  Zəngəzurda  Andranikin 
rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıtmaqla maşğul idilər. Bu 
kəndlərin əhalisi kütləvi şəkildə öldürülür, diri-diri yandırılır, qılıncdan keçirilirdi. 
Andranikin quldurlarının vəhşiliyi barədə erməni tarixçisi A. Lalayan bunları 
yazır.:  "Andranikin  başçılıq  etdiyi  daşnak  dəstələri,  türk  kəndlərində  uşaqların, 
qadınların və qocaların qətli zamanı "böyük sücaət" göstərirdilər. Daşnak dəstələri 
tərəfindən  tutulmuş  müsəlman  kəndlərində,  sağ  adamlar  qalmırdı,  onlar  insan 
qalıqları ilə dolu, xarabalığa çevrilirdi". 
Andranikin  silahlı  dəstələri  1918-ci ildə Naxçıvan  qəzasının Yaycı kəndinə 
hücum edərək 2500 nəfəri qətlə yetirir, meyitlərini isə Araz çayına atır. 1918-ci ilin 
sonlarında Andranikin dəstələri Qarabağda bir çox Azərbaycan kəndlərinə hücum 
edərək  kütləvi  qətllər  törədir,  kəndləri  talan  edir.  Rəsmi  məlumatlara  görə  bu 
dövrdə 115 Azərbaycan kəndi dağıdılmış, əhalisi qətlə yetirilmiş, əmlakları talan 
edilmişdir.  
1919-
cu ilin aprelində Andranik Eçmiadzinə gəlir, burada o dəstəsinin böyük 
hissəsini sərbəst buraxır, bir hissəsini isə özü ilə mühacirətə aparır. Birinci dünya 
müharibəsindən  sonra  Türkiyə hökuməti  Andraniki  hərbi  cinayətkar  kimi 
beynəlxalq  axtarışa  verir.  Andranik  muhacirətdə Fransada,  sonra  isə  ABŞ-da 
yaşayır. ABŞ-da Kaliforniya ştatının Fresno şəhərində vəfat edir. 
28 may 2011-
ci  ildə Rusiyanın Soçi şəhərinin  yaxınlığındakı  Volkonka 
qəsəbəsində  Andranik  Ozonyananın  abidəsi  açılmalı  idi.  Tədbirdə  Krasnodar 
diyarından 5-6 minə qədər erməninin gələcəyi gözlənilirdi. Ancaq yerli hakimiyyət 


C
əsur qardaşlar 
74 
 
orqanları tədbirə etiraz etdilər. Bildirildi ki, ermənilər abidəni sökməlidirlər, yoxsa 
yerli hakimiyyət onu dağıtmalı olacaqdır. 
Erməni  milli  qəhrəmanı,  Bolqarıstan  milli  qəhrəmanı  hərbi  cinayətkar  olan 
Adranik Ozanyan 31 avqust 1927- 
ci ildə Amerikada ölüb. Onun cəsədi 1928-ci 
ildə Fransaya, 2000-ci ildə isə Yerevana gətirilib.  
Musa Urud yazır: “Andranik və yerli erməni quldurlarının başçısı Şahnəzərov 
Zabux-Qalad
ərəsi istiqamətində  hücum etsələr  də,  Şuşaya  daxil  ola  bilmədilər. 
Laçınlı Sultan bəyin başçılıq etdiyi, əsasən Haçışamlı əhalisindən təşkil olunmuş 
az
ərbaycanlılar Andronikin dəstəsinə sarsıdıcı zərbə vuraraq onu yenidən geriyə – 
Gorusa qayıtmağa məcbur etmişdir.  
Bu fikir “Az
ərbaycan” qəzetinin 28 oktyabr, 1918-ci il tarixli  sayında  və 
“Müxt
əsər Xronoloji Ensiklopediya”da da, öz əksini  tapmışdır.  Ensiklopediyada 
göst
ərilir: “14 dekabr 1918-ci il Zəngəzur.  Azərbaycan. Gəncə  qubernatorunun 
1918-
ci il 14 dekabr tarixli 70 saylı teleqramında deyilir ki, cəllad Andranik başda 
olmaqla erm
əni quldurlar “Kalandərəsi yaxınlığındakı müsəlman kəndlərinə basqın 
etmiş,  müsəlmanları  qırmışlar  və  vəhşiliklər törətmişlər”. Tədqiqatçılar  da 
t
əsdiqləyərlər: “A.Mikoyanın təhriki ilə məhz tayqulaq Andranikin və Hamazaspin 
daşnak  quldur  dəstələri Maku və  Xoydan  başlayaraq, Zəngəzurdan keçib
Qarabağa quldurcasına basqın etmiş, dinc azərbaycanlı əhalini qırmışlar.”  
Bu dövrd
ə  Zəngəzurda vəziyyət o yerə  çatmışdır  ki,  Andronik  Ozanyan 
Gorusda möhk
əmləndikdən sonra burada “Zəngəzur qubernatorluğu”  yaratdığını, 
Gorusu qubernato
rluğun paytaxtı, özünü isə qubernator elan etmişdir. 
Az
ərbaycanın  vəziyyəti  çox  ağır  idi.  Azərbaycanda da sovetləşmə  işləri 
gedirdi. Lakin, Sovet Rusiyasının Xarici İşlər Komissarının Sovet Azərbaycanının 
Erm
ənistandakı fövqəlada nümayəndəsi isə erməni Dövlətov idi. 
Z
əngəzurda möhkəmlənən və  vaxtaşırı  öz  təxribatçı  fəaliyyətini  davam 
etdir
ən, Azərbaycan kəndlərinə  basqınlar  edən, Gorusda  və  Qubadlıda  yerləşən 
q
əza şuralarını təhlükədə saxlayan daşnaq Njdenin silahlı qüvvələri, onun Tevan və 
Tarxan kimi 
əlaltıları  İrəvandan hərbi  yardım,  maddı  və  siyası  təminat  aldıqları 
halda,  Az
ərbaycan hökuməti Zəngəzuru erməni basqınlarından qoruyub saxlayan, 
insanlar  arasında  böyük  güc  və  nüfuz sahibi olan Sultanov  qardaşlarının 


Əşir Bəşiroğlu 
 
75 
 
imkanlarından istifadə etmədi. Yurdunu və xalqını sevən Sultanov qardaşlarına bir 
inamsızlıq nümayiş etdirdilər. 
1918-
ci il sentyabrın 4-dən başlayaraq Andranik Amerika, Fransa, İngiltərə, 
Yunanıstan və Rusiyanın çox böyük səxavətlə silahlandırdığı ciddi hərbi intizama 
malik qoşunları ilə Zəngəzurda 115-dən çox türk-kürd kəndlərini dağıtmış, Sisyan 
v
ə  Gorusun 70 kəndində  hər 5 nəfərdən birini qətlə  yetirmişdi.  Gorusu mərkəz 
seç
ərək özünü “Zəngəzur qubernatoru” elan etmişdir.  
El
ə  həmin günlərdə  Zəngəzurun  yuxarı  hissəsində  azı  80  min  insanı  yer-
yurdundan qovub k
əndləri  talan  etmişdi.  5 mindən çox əhalini  qırmışdı.  Şuşaya 
keçm
ək üçün Zabuğa üç dəfə hücum etsə də Sultan bəy imkan verməmişdi. Sultan 
b
əy Zabux dərəsində Andranikin 30  minlik qoşununu qırmışdı. O,  misgin, yazıq 
görk
əmdə Tiflisə, oradan da Avropa və Amerikaya qaçmışdı. (25 mart 1919) 
Qafan, Gorus, Mergi h
ərbi qüvvələrinin ümumi komandanı Njdenin başçılığı 
il
ə 1919-cu il dekabrın biri uç istiqamətdə başlayan hücumda ermənilər insanları 
güll
əyə qənaət etmək üçün xəncərlə doğrayıb, gürzlərlə başlarını əzmişlər. 400-dən 
çox  qadın  və  uşağı  məscidə  doldurub içəri  qumbara  atıb  sonra  yandırmışlar.  Bu 
k
əndin 1400 sakinindən yalnız 10-12 nəfər sağ qalıb. Sabadindən 8 kişi 7 qadın sağ 
çıxıb. Atqız kəndinin 4 min sakinindən 167-si mühasirədən çıxa bilib, onlardan da 
çoxu  yolda  donub  ölüb.  Çaylıda  900  müsəlman öldürülüb. Mühasirəyə  alınmış 
M
ədən,  Şəhərcik,  Buğacıq,  Mollalı,  Həkəri, Zəngəzur qəzasının  3-cü sahəsinin 
(Qubadlı  rayonu)  Xocalıdan  Qaladərəsinə  qədər  ərazisindəki 48 kəndin  əhalisi 
amansızlıqla öldürülüb, var-yoxları talan edilib.  
Halbuki  Njdenin  bu  qırğınından  bir  həftə  əvvəl 23 noyabrda  Tiflisdə 
Erm
ənistan və  Azərbaycan  baş  nazirləri A.Xatisovla N.Usubəyov  arasında 
Ame
rika ordusunun baş qərargah polkovnikinin, Gürcüstan Xarici İşlər Nazirinin 
iştirakı  ilə  saziş  imzalanmışdı  və  dekabrın  sonuna  qədər  ABŞ,  Böyük  Britaniya, 
Fransa,  İtaliya  hökümətlərinin  Qafqazdakı  missiya  başçılarının  iştirakı  ilə  birgə 
sülh konfransının keçirilməsi haqda razılıq əldə olunmuşdu. 
Budur  erm
əni məkri, hiyləsi və  müsəlman-türk sadəlövhlüyü,  unutqanlığı. 
1918-ci ild
ə  Andranik 50 türk-müsəlman kəndini  dağıtmış,  o  kəndlərdən 60 
mind
ən çox dinc əhalini  qırmış,  sağ  qalanları  isə  yurd-yuvasından  didərgin 
salmışdır. Njde və Dro Andranikin davamçılarıdır.  


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə