ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə23/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   19   20   21   22   23   24   25   26   ...   132

C
əsur qardaşlar 
64 
 
gizlənərmiş.  Bir  gün  onunla  qarşılaşarkən  onu  tanımayan  və  sonradan  tanıyıb 
üzürxahlıq edən həmkəndlisinə aşağıdakı bayatını söyləyir: 
Mən aşiqəm yarqana, 
Yar sözünü yar qana. 
Dünyaya sığmaz başım, 
Sığınıbdır yarğana. 
Ermənilərin  hiylələri  ilə  qırmızı  Ruslar  Sultan  bəyə  yeni  sui-qəsd 
hazırlayırdılar.  Yaranmış  vəziyyətin  mürəkkəbliyini  dərk  edən  Sultan  bəy 
Azərbaycan  İnqilab  Komitəsinə  müraciət  edir.  Buradan  ümidverici  cavab 
almadığına  görə  Sultan  bəy İran şahına  üz  tutur.  Şah  İranda Rusiyanın  erməni 
cəsuslarının çox və qüvvətli olmasına baxmayaraq Sultan bəyin müraciətini qəbul 
edir. 
Sultan bəy qardaşları Xosrov bəy və İskəndər bəy ilə düşmənlərdən qoruduğu 
vətəndən xaricə mühacirət etməli olur. 
Sultan 
bəy  vətəndən,  doğma  yurddan,   Qasımuşağı   obasından         
ayrılarkən Kürdhacı kəndinin ərazisində ən uca zirvə, "Qarapalçıq" adlanan dağın 
zirvəsinə qalxır. Oradan Qırxqız yaylaqlarını, dağları son dəfə seyr edir və bir neçə 
bayatı çağırır: 
Mən aşiq qəm qalağı, 
Dağların qəm qalağı. 
Dağlardan uca könlüm, 
Olubdur qəm qalağı. 
 
Mən aşiq, dolan gözüm, 
Dol gözüm, dolan gözüm. 
Gedərsən, qayıtmazsan, 
Vətəni dolan, gözüm. 
Sovet  imperyasının  göndərdiyi  xüsusi  cəsuslar  İranda  at  oynadıb  meydan 
sulayır,  tez-tez  qətllər  törədirdilər.  Göndərilmiş  xüsusi  cəsuslar  Sultan  bəyin 
qardaşı İskəndər bəyi öldürdükdən sonra vəziyyətin pis olduğunu görən İran Şahı 
təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə 
müraciət  etməyi  məsləhət  görür.  Sultan  bəy  Türkiyə  dövlətinə  müraciət  etdikdə 
Türk  dövləti 1923-cü  ildə  hər  iki  qardaşı  –  Sultan  bəy  ilə  Xosrov  bəyi  rəsmi 
keçidlə  qarşılayıb  Qars  vilayətinin  Köçqoy  kəndində  mülk  və  malikənə  verərək 
təhlükəsiz həyat şəraiti ilə təmin edir. 


Əşir Bəşiroğlu 
 
65 
 
Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada 
dəfn olunmuşdur. 
Bəhs etdiyimiz kimi, Sultan bəyin milli qəhrəman kimi ad qazanması 1905-
1906-
cı  illər  erməni-müsəlman  hadisələrindən  başlayır.  Azərbaycan  türklərinə 
qarşı qırğınlar törədən ermənilərə qarşı mübarizə aparan dəstələrdən birinə Sultan 
bəyin  atası  Əlipaşa  bəy  başçılıq  etdiyi  zamanda,  Sultan  bəy  düşmənin  geri 
oturdulmasında  xüsusi  rol  oynayıb.  1919-cu  ilin  fevral  ayında  Sultan  bəyin 
rəhbərlik  etdiyi  silahlı  dəstələr  Laçının  Zabux  dərəsində  erməni  generalı, 
müsəlmanların  qatı  düşməni  Andronikin  daşnak  ordusunu  darmaağın  edib. 
Bununla  da  Andronikin  Qarabağı,  sonra  isə  Gəncəni  tutaraq,  Stepan  Şaumyanın 
bolşevik-daşnak  hərbi  hissələri  ilə  birləşərək  Şimali  Azərbaycanda  erməni 
hakimiyyəti qurmaq planını alt-üst edib.  
Onun  rəhbərliyi  ilə  Qaragöl  ətrafında  toplanan  çoxsaylı  erməni  silahlıları 
məğlub  edilib  və  onlardan  600  nəfəri  əsir  alınıb,  İrana  keçmək  istəyən  yüzlərlə 
erməni  silahlısı  Araz  çayı  yaxınlığında  məhv  edilib,  Zəngəzur  onlarla  erməni 
quldur dəstələrindən təmizlənib.   
TÜRKİYƏYƏ SON YOLÇULUQ. 
Sultan  bəy  və  onun  qardaşı  –  Azərbaycan  Demokratik  Respublikasının  ilk 
hərbi naziri,  ikinci  hökümətdə  əkinçilik  naziri  və  Qarabağın  general-qubernatoru 
olmuş  Xosrov  bəy  Sultanovun  yalnız  Zəngəzur və  Qarabağ deyil,  Basarkeçər və 
digər  ərazilərimizin  də  erməni  quldurlarından  qorunmasında  əvəzsiz  xidmətləri 
olub. 
Sultan  bəy  sovet  hakimiyyəti  qurulduqdan  sonra  mühacir  həyatı  yaşayıb. 
Əvvəlcə  İranda olub, 1923-cü  ildə  Türkiyəyə  gedib.  1955-ci  il  Türkiyədə  Qars 
vilayətinin  Köçqoy  kəndində  dünyasını  dəyişib.  Sultan  bəy  mühacirətdə  olarkən 
ailəsi  müsibətlərlə  qarşılaşıb,  1937-ci  ildə  həyat  yoldaşı,  üç  oğlu  və  bir  qızı 
Qazaxıstana sürgün edilib. Onlar 1956-cı ilədək sürgün həyatı yaşayıblar. Nəvəsi 
Elbrus Muradov:  - 
“Babamın qəbrini axtarmaq üçün uzun illər çalışdım. Dost və 
qardaş  Türkyəyə  gedən  hər  tanışımdan  soraqlamağı  xahiş  etdim.  Gələnlərdən 
soruşdum. Gördüm deyən olmadı. Nəhayət İnternet vasitəsi ilə axtarışlarımı davam 
etdirdim.  Qars  vilayətinin  Köçqoy  kəndində  hələ  XIX  yüzildən  laçınlıların 
məskunlaşdığını öyrəndim.  Adil  Laçın  adlı  bir nəfərlə  yazışıb,  telefon nömrəsini 
öyrəndim.  Zəngləşib  vədələşdik  ki,  15  may  2006-cı  ildə  Türkiyəyə  uçdum.  Adil 


C
əsur qardaşlar 
66 
 
bəy  məni  Esenboya  hava  limanında  qarşıladı.  Səhər  saat  6-da  Qarsa  tərəf  yola 
çıxdıq.  Maşınla  bir  neçə  saat  yol  qət  etdik.  Yolboyu  həyəcanlıydım.  Görəsən, 
doğrudanmı  babamın  qəbri  ordadır,  yoxsa  başqa  variantlar  kimi  bu  da  özünü 
doğrultamayacaq?!  Sultan  bəyin  Ərzurumda,  Konyada  dəfn  olunması  haqda 
versiyalar  mövcuddur.  Nəhayət,  Köçqoy  kəndinə  yetişdik.  Molla  çağırıldı.  Kənd 
əhalisinin  seçmə  ağsaqqalları  ilə  qəbiristanlığa  getdik.  Qəbiristanlıqda  sadə  bir 
qəbri göstərib “Sultan bəyin məzarıdır” söylədilər. Tutuldum. İnanmamağa əsasım 
yox  idi.  Amma  qəlbimdə  şübhələr  vardı. Ağsaqqallar babamı  olduğu kimi  təsvir 
edib şübhəmi dağıtdılar. Qəribədir ki, Köçqoy kəndində yaşayan adamların çoxu 
bizim  soyun  insanlarına  bənzəyirdilər.  Mən  hətta  öz  oxşarımı  da  orda  tapdım. 
Bakıya qayıdandan sonra məndə olan nəsil şəcərəmizi yoxladıb öyrəndim ki, Adil 
bəyin ulu babası ilə mənim ulu babam doğmaca qardaşdırlar”.  
 
ƏLİPAŞA BƏYİN HƏYATI 
Əlipaşa  bəyin  doğulduğu Kürdhacı kəndi  XVIII  yüzildə  boş  sahə  olub. 
Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən gəlmiş 
Hacısamlı camaatının Qasımuşağı tayfasına verib. Həmin tayfa orda binə bağlayıb. 
Nəbi bəyin Xıdır bəy adlı oğlu, Xıdır bəyin Xanmurad bəy adlı oğlu vardı. Əlipaşa 
bəy də Xanmurad bəyin oğludur. 
Xalq arasında Paşa bəy adı ilə şöhrət tapan bu şəxs sənədlərdə Əlipaşa bəy 
kimi qeyd olunmuşdur. Əlipaşa Xanmurad oğlu bəy rütbəsi almaq üçün Sultanov 
familiyasını  qəbul  edir.  Əlipaşa  bəy  Xanmurad  oğlu  Sultanovun  bəylik  alması 
barədə tarixi sənəd Azərbaycan Dövlət Arxivində saxlanılır. Həmin sənəddə qeyd 
edilir  ki,  Şuşa  bəy  komissiyasının 21 dekabr  1872-ci  il  374  saylı  protokoluna 
əsasən Əlipaşa bəy Xanmurad oğlu Sultanovun bəy nəslinə mənsub olması təsdiq 
edilir.  Şuşa  bəy  komissiyasının  çıxardığı  bu  qərar 1877-ci  ildə  Qafqaz  canişini 
M.Vorontsov tərəfindən  təsdiq  edilir  və Əlipaşa  bəy  Xanmurad  oğlu  Sultanovun 
adı Yelizavetpol quberniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edilir. 
Beləliklə  Əlipaşa  bəy  Sultanov Hacısamlı  nahiyəsinin bəyi  təyin  edilir.  Əlipaşa 
bəyə verilən sənəddən məlum olur ki, 1872-ci ildə onun 35 yaşı var imiş. 
 
 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə