ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə19/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   15   16   17   18   19   20   21   22   ...   132

C
əsur qardaşlar 
52 
 
z
əngin rayonlarındandır. Laçın rayonunda 54 dünya və yerli əhəmiyyətli tarixi və 
m
ədəniyyət abidələri qaldı.  
Öt
ən  əsrin 1905-1907, 1915-1918-ci illərində  də  ermənilər  Laçına  hücum 
etmiş,  oranı  ələ  keçirməyə  çalışmışlar.  Lakin  həmişə  daşnaqların  qarşısı  Laçın 
dağlarında, gədiklərində alınmış, onlar öz istəklərinə çata bilməmişdi. Xüsusilə də 
xalq q
əhrəmanı  Sultan bəy  Muradovun igidliyi nəticəsində  ermənilər  ağır  itki 
vermişlər. Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzur iki yerə  parçalandı. 
Böyük bir hiss
əsi (Qarakilsə, Gorus, Mehri, Qafan) qondarma Ermənistan 
dövl
ətinə verildi. Zəngilan, Qubadlı, Laçın Azərbaycanın tərkibində qaldı. Bununla 
da h
əm böyük bir mahalın – Zəngəzurun sinəsinə çalın-çarpaz dağ çəkildi, həm də 
q
ədim Naxçıvan öz doğma anasından – böyük Azərbaycandan aralı düşdü. Əslində 
Sovet hakimiyy
əti ermənilərin arzularının böyük bir qismini gerçəkləşdirmiş oldu. 
Az
ərbaycan torpaqları üzərində hayların ilk dəfə rəsmi olaraq Ermənistan adlanan 
dövl
əti  yaradıldı.  Amma  torpaq  iddiasında  olan  namərd ermənilər “Böyük 
Erm
ənistan” xülyasını həyata keçirmək üçün hər an fürsət gözləyirdilər.  
İndi isə Sultan bəy haqqında. 
B
əzi müəlliflər  Sultan bəyi  Kürdhacı  kəndi ilə  bağlayırlar.  Kürdhacı  kəndi 
XVII yüzild
ə  boş  sahə  olub.  Qarabağ  xanı  Pənahəli  xan  Sarıcalı-Cavanşir  bu 
sah
əni Xorasan əyalətindən gəlmiş  Hacısamlı  camaatının  Qasımuşağı  tayfasına 
verib. H
əmin tayfa orda binə  bağlayıb.  Xan  onları  Həmzə  Sultan Qaraçolunun 
döndüncü oğlu Nəbi bəyə rəiyyət kimi bağışlayıb. Nəbi bəyin Xıdır bəy adlı oğlu, 
Xıdır bəyin Xanmurad adlı oğlu, Xanmurad bəyin Əlipaşa bəy adlı oğlu var idi.  
Sultan b
əy  də  məhz  Əlipaşa  bəyin  oğlu  olub  və  1871-ci ildə  Zəngəzur 
q
əzasının  Hacısamlı  nahiyəsinin  Qasımuşağı  obasında  doğulub.  Molla  yanında 
oxuyub, m
ədrəsə təsil alıb. Böyük mülkədar olub.  
Sultan b
əyin  yaşam  yolu  haqqında  özəl  araşdırmamız  var.  Həmin 
araşdırmadan. 
1871-ci ild
ə  Zəngəzur qəzasının  Qasımuşağı  obasında  (Hazırkı  Laçın 
bölg
əsinin  Kürdhacı  kəndində),  Əlipaşa  bəyin  ocağında  bir  oğlan  üşağı  dünyaya 
göz  açdı.  Qohum-qəbilə,  tanış-biliş,  yaxın-simsar  yığılıb  gözaydınlığına  gəldilər. 
Adqoydu m
ərasimində hərə bir isim təklif etdi. Ağsaqqallar bildirdilər ki, ata ad 
qoysa  xeyirdir.  Əlipaşa  bəy  uşağa  özünün  ana  babası  Əsəd  Sultanın  adını  verdi. 


Əşir Bəşiroğlu 
 
53 
 
Yer-yerd
ən “mübarəkdi”, “Allah xeyir versin”, “Adı ilə böyüsün” nidaları eşidildi. 
Toplananlar bişirilənlərdən yeyib-içib dağıldılar.  
Get-ged
ə  uşağın  adındakı  Əsəd unudulub,  Sultan  qaldı.  Obada  hamı  onu 
Sultan b
əy  çağırırdı.  Sultan  böyüyüb  anası  Bəyim  xanıma  oxumaq  istədiyini 
bildirdi. B
əyim  xanım  oğlunun  istəyini  atasına  çatdırdı.  Əlipaşa  bəy  obalarının 
savadlı  adamı  Molla  Xudaverdi  Tanrıverdi  oğlunu  çağırıb,  balaca  Sultanı 
öyr
ətməsini tapşırdı. Sultan bəy beləcə bir neçə il Molla Xudaverdidən “əlif-bey”i 
öyr
əndi. Sonra atası onu Şuşa şəhərinə, qəza məktəbinə göndərdi. Sultan bəy öncə 
q
əza məktəbində, sonra Gəncə  şəhərində  gimnaziyada oxudu. Orta təhsilini 
tamamlayıb, Sank-Peterburq şəhərinə yollandı. O dövrün ən ünlü hərbi məktəbinə, 
Sank-Peterburq H
ərbi Akademiyasına daxil oldu. O, bu təhsil ocağını tamamlaya 
bilm
ədi. Bu natəmamlığın bir neçə səbəsi var idi. Kimi deyir ki, Sultan bəy qiymət 
üstünd
ə müəllimlə mübahisə edib. Akademiyanın müəllimləri yüksək çinli zabitlər, 
müdaviml
əri isə  əsgər  sayılırdılar.  Əsgərin zabit üzünə  qayıtması  böyük  suç 
sayılırdı. Kimi isə bildirir ki, atası Əlipaşa bəy Xanmurad bəy oğlunun xahişi ilə 
Akademiyanı yarımçıq buraxıb geri, doğma vətənə dönmüşdü.  
Sultan b
əy  doğma  yurda,  Qasımuşağı  obasına  qayıdıb  əmək fəaliyyətinə 
başlayır.  Öncə  maldarlıqla  məşğul  olur.  Yerli  və  xarici cinsdən çoxlu inək  alıb 
dağlar  qoynunda,  çəmənlərdə  bəsləyir.  Bu  qarışıq  cins  sonralar  “Hacısamlı” 
adlanır. Dədə-baba peşələri olan qoyunçuluğu daha da inkişaf etdirən Sultan bəy 
Yağ-pendir zavodu tikdirir. Sultan bəy maldarlıqla yanaşı, meşəçiliklə də məşğul 
olmağa  başlayır.  Hacısamlı  nahiyəsinin  ərazisində  olan  meşələrdən taxta istehsal 
edib xarici bazarlarda satır. Ünlü Sovet Dövlət xadimi Nəzər Heydərov “Zəngəzur 
dağları”  adlı  xatirəsində  yazır.  “Sultanovlar  qiymətli  Hacısamlı  meşələrini 
muzdurlara qırdırıb xaricə, Fransaya göndərirdilər” 
Sultan b
əyin milli qəhrəmana çevrilməsi 1905-ci il hadisələri, erməni olayları 
il
ə  bağlıdır.  Müsəlmanlara, türklərə  potensial  nifrət edən ermənilər çar 
m
əmurlarının  dəstəyi ilə  qanlı  qırğınlara  başlayırlar.  Qoca,  qarı,  xəstə,  uşaq 
dem
ədən, yalnız türk olduqlarına görə əllərinə keçəni şişə taxan ermənilərə qarşı 
mübariz
əyə başlayan Sultanovlara Əlipaşa bəy başçılıq edirdi. Əlipaşa bəy nəinki 
Z
əngəzur qəzasının, hətta Şuşa şəhərinin də müdafiəsinə qalxmışdı. Bu haqq işdə 
onun 
ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi.  


C
əsur qardaşlar 
54 
 
TARİXÇİ MİR MÖVSÜM NƏVVABIN YAZDIQLARI. 
Səsli tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab «1905-1906-cı illərdə еrməni-
müsəlman davası» adlı əsərində Əlipaşa bəy Xanmurad bəy oğlunun və dəstəsinin 
еrməni quldurlarına qarşı apardıqları mübarizədən gеniş bəhs еdib. Həmin əsərdən 
qеydləri ixtisarla yazımıza köçürürük. Müəllif yazır: «Piçənis müsəlman kəndindən 
və  başqa  müsəlman  kəndlərindən  300  nəfərə  qədər  igidlər  və  qеyrətli  cavanlar 
toplaşaraq Paşa bəy Murad bəy oğlunun sərkərdəliyi ilə atlanıb, Minkəndin üzərinə 
yеridilər. 160 еvdən ibarət olan bu kəndin yarısı müsəlman idi. Paşa bəyin dəstəsi 
еrmənilərin  bir  qismini  öldürdülər  və  yaraladılar,  bir  qismi  isə  qaçıb,  dağıldılar. 
Piçənisli müsəlmanlar bu kənddən qənimət kimi 190 baş qoyun, 70 baş at və qatır 
apardılar.  Bundan  sonra  onlar  200  еvdən  ibarət  olan  Xoznavar  kəndinə  hücum 
еtdilər. Paşa bəyin dəstəsi bu kəndə də böyük zərbə vurub, qənimət kimi özləri ilə 
1010 
baş qoyun və 8 at apardılar.  
Bir-
iki  gün  kеçdikdən  sonra  həmin  dəstə  üç  yüz  еrməni  еvi  olan  Əliqulu 
kəndinə hücum еtdilər Onlar həmin kəndin bir tərəfindən daxil olaraq onu yarıya 
qədər dağıtdıqdan sonra əldə еtdikləri qənimətlərlə gеri döndülər.  
Paşa  bəyin  dəstəsi  bir  gеcə  dincəldikdən  sonra  sabahısı  günü  Qaladərəsi 
kəndinə  tərəf  üz  qoydular.  Qaladərəsində  yaşayan  еrmənilər  qabaqcadan  yaxşı 
silahlanmış  və  hər  tərəfdə  səngər  qurmuşdular.  Onlar  Paşa  bəyin  dəstəsini 
səngərlərdə  silahlanmış,  hazır  vəziyyətdə  qarşıladılar.  Bir  qədər  atışmadan  sonra 
Paşa  bəyin  dəstəsinin  bir  hissəsi  kəndin  kənarında  yеrləşən  23  еvi  ələ  kеçirərək 
oradan  450  qoyun,  60  qaramal  və  dörd  quyu  buğda  əldə  еtdilər.  Buğdanı  atlara 
yükləyərək  mal-qoyunla  birlikdə  yola  düşdülər.  Onlar  Qaladərəsi  kəndindən 
uzaqlaşanadək Paşa bəyin dəstəsinin o biri hissəsi еrməniləri məşğul еtdilər. 
 
Paşa  bəyin  dəstəsi  bir  nеçə  gün  istirahət  еtdikdən  sonra  atlanıb,  Cavanşir 
tərəfə  hücum  еtdilər.  Əvvəlcə  150  еvdən  ibarət  olan  Külədik  kəndinin  üstünə 
gəldilər.  Еrmənilər  əllərində  silah  onların  qarşısına  çıxdılar.  Müsəlmanlar  «Ya 
Allah» dеyib еrmənilərin üstünə töküldülər və bir nеçə saat ərzində onlardan yüz 
nəfərin  qətlə  yеtirdilər.  Bununla  bərabər,  nеçə-nеçə  yaralananları  da  var  idi. 
Bundan  sonra  onlar  250  baş  hеyvan  da  qənimət  götürüb  еvlərinə  qayıtdılar. 
Müsəlman kəndləri həmin gеcə istirahət еtdikdən sonra səhərisi yеnə də atlandılar. 
Bu  dəfə  onlar  60  еrməni  еvi  olan  Damğalı  kəndinə  üz  qoydular.  Onların  az 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə