ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə16/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   12   13   14   15   16   17   18   19   ...   132

Əşir Bəşiroğlu 
 
43 
 
s
ən hələ bizə burada lazım olacaqsan. Sən qal burada, biz çox çətin və ölümlü bir 
işə gedirik. Bir neçə gündən sonra mən özüm gəlib səni aparacağam. Qorxma.  
Siranuş  məzlum-məzlum Kərbəlayi Səkinənin üzünə  baxıb  göz  yaşı  tökdü. 
Düzü bu s
əhnəni görən Kərbəlayi Səkinənin ürəyindən qanlar axdı və nəvəsinin bu 
q
ədər boylu-buxunlu gözəl  bir  oğlan  olması  ilə  fəxr  etdi.  Amma  bu  qızın 
v
əziyyətinə acıdı. Ancaq nə etmək olar? Bunu Allah təala bizə köməyə göndərib – 
dey
ə  fikirləşdi.  Artıq  qaranlıq  düşür,  hələ  Anik  gəlib  çıxmır.  Hər dəfə  nəvəsi 
N
əsibi gördükcə  Kərbəlayi Səkinənin ürəyindən  qara  qanlar  axır.  Axı  bir  neçə 
saatdan sonra ölüm-dirim müharib
əsinə getməliyik. Kərbəlayi Səkinə  hiss edirdi 
ki,  artıq    ürəyi dözmür, az qala yerindən  çıxırdı.  Birdən  Anik  içəri girdi. Evdə 
dünyalar q
ədər  sevdiyi  Siranuşu  sağ  görəndə  elə  bil  dünyanı  ona  bağışladılar. 
Ancaq  Siranuşu  heç  vaxt  bu  qədər gözəl görməmişdi.  Axı  o,  həm gözəl 
geyinmişdi, həm də üzü lalətək qızarmışdı. Gözləri də o qədər böyümüşdü ki, elə 
bil dağlar  maralı  idi.  Siranuş da hiss  etdi  ki,  Anik şübhələnir,  tez  Siranuş  Kəblə 
S
əkinənin  verdiyi  ikinci  torba  qızılını  çıxarıb  göstərdi. Bax, Anik.  Bu  qızılları 
verdil
ər ki, bu əməliyyatı bu gecə yerinə yetirək. Özü də biz də buradan bu gecə 
çıxmalıyıq.  Anik  gah pula, gah da gözəl-göyçək  arvadına  baxır  və  bunun nə 
d
ərəcədə  təhlükəli  olmasını  anlayan  Siranuşun  bir  gündə  necə  dəyişməsini, necə 
göz
əl olmasının səbəbini aydınlaşdırmaq istəyirdi. Tez Nəsib: - Hə, Anik, nə oldu, 
dill
ən. Sən  tapşırığı  yerinə  yetirdinmi? Yoxsa, bu saat səni və  gözəl-göyçək 
arvadınla birlikdə öz əllərimlə boğacağam. Anik tez: - Ara, ay dəli musurman, hər 
şey hazırdır. Məzhəb haqqı elə etmişəm ki, hamı öz adamlarımızdır. Ancaq hələlik 
köp
ək deyir ki, mən bu gecə  burda qalacağam.  Məlumat var ki, bəlkə  bu gecə 
Qarabağın  qubernatoru  Xosrov  adam  göndərib  qazamata  basqın  etdi,  dustaqları 
apardı. Gərək aman verməyək. Artıq hər şey məlum idi. Nəsib bir qədər fikirləşdi 
v
ə Kərbəlayi Səkinəyə üzünü tutub dedi: - Kərbəlayi bu silahlar yaxşı qənimətdir, 
s
ən onları yüklə Siranuş ilə çıxın yola, bizi Diş ağacının yanında gözləyin. Biz də 
dan yeri sökül
əndə  məhbusları  çıxarıb  orada  olacağıq.  Kərbəlayi bir qədər 
fikirl
əşib: Yox, oğul oralar qorxuludur. Biz dəlik daşdan keçib Laləzar körpüsündə 
sizi gözl
əyərik. Onda gəlin sizi Qurandan keçirim. Sonra siz gedəndən sonra biz də 
g
ələrik.  Qoynundan  Quranı  çıxarıb  Qoqo  Səmədi və  Nəsibi  Quranın  altından 
keçirtdi. – Di siz gedin, Allah t
əala amanınızda olsun. 


C
əsur qardaşlar 
44 
 
Anik 
əlindəki bağlamanı Nəsibə uzadıb: Alın, bu jandarm paltarını geyinin və 
h
ərəniz də  bir  mauzer  götürün.  İndi  biz  getməliyik türməyə  ki,  güya  Siz  İrəvan 
uezdind
ən gəlmisiniz. Hər üçü türməyə  tərəf getdilər. Kəblə  Səkinə  ilə  Siranuş 
atları yükləyib Dəlik daşa doğru yollandılar.  
 
ÜÇ NƏFƏR TÜRMƏYƏ TƏRƏF GEDİR. 
Gec
ə  saat on ikidir. Gorusun küçələri ilə  üç nəfər hərbi geyimli adam 
ir
əliləyirdi. Bunlardan iki nəfəri ölümü, özü də mənalı ölümü gözünün altına alıb. 
Axı dünyada hər adamın axırı ölümdür, çünki daimi heç bir şey  yoxdur. Mənalı 
ölüm! 
Xalqın,  millətin  uğrunda  ölmək mənalı  ölümdür!  Vətən  toprağı  uğrunda 
öl
ən insan heç vaxt ölmür. Xalqın malını yığıb xarici banklarda saxlayan, gələcək 
n
əslinə  var-dövlət  yığan  adam  elə  diri ikən ölüdür. Bu gün bizim cəmiyyətdə 
dil
ənçi kökünə  düşmüş  millətin  var-dövlətini xarici banklarda saxlayan adamlar 
gör
əsən niyə fikirləşmir ki, onların da bu fani dünyadan apardığı iki metr torpaq və 
on metr bez olacaq. O da qism
ət olsa. (F.S. “Anam niyə ağlayırmış”). 
Üç  n
əfər türməyə tərəf addımlayır, türməyə yaxınlaşan zaman Nəsib Anikin 
yaxasından  tutub:  -  Anik, bax ha, sənin  dağlar  maralı  olan  Siranuşun  da  mənim 
n
ənəmin  yanında  əsirdir.  Bizim  başımıza  bir  iş gəlsə, özün bil, ömürlük o gözəl 
çiç
əkdən  ayrılacaqsan,  yox  əgər  əməliyyat  baş  tutsa,  demək sənin  qucağındadır. 
Bundan da yaxşı xoşbəxtlik nə olar? Özün bil! 
Ara, ay N
əsib, sən nə  danışırsan.  Vallah  mən də  bu  donuzların  əlindən 
bezmişəm. Axı biz gor qonşusuyuq. Biz həmişə sizinlə dolanmışıq. İndi hər gün 
tanımadığımız, bilmədiyimiz adamlar gəlir, bizi də sizinlə düşmən edirlər.  
Artıq  türməyə  çatmışdılar.  Aniki görən türmə  qaravulçuları  ona  təzim edir, 
hamı  farağat  vəziyyətdə  dayanırdılar.  Anik  tez:  -  Hamınız  hazırlaşın,  yuxarıdan 
yoxlama g
əlib. İndi məhbusları yoxlayırlar. Sonra sizinlə söhbətlər aparacaqlar.  
H
ər qapı açıldıqca qapının səsi qaranlıqda vahimə qoparırdı. Nəhayət axırıncı 
qapı açılanda iyirmiyə yaxın Zəngəzur qartalının oturduğu göründü. Hamısının əli 
qandallı  idi.  Cəbrayıl  və  İbadullah  Nəsibi görəndə, ermənilərin  onun  qabağında 
nec
ə  əmrə  tabe  olduğunun  şahidi  olduqda  gözlərinə  inanmadılar,  elə  bildilər ki, 
yuxu görurl
ər. Ancaq Qoqo Səməd işarə verdi ki, bunların qollarını açsınlar. Onsuz 
da bunların ömrünə az qalıb. O saat dəmir zəncirlərin səsi otağa yayıldı. Anik əmr 


Əşir Bəşiroğlu 
 
45 
 
verdi ki, bu m
əhbusları  ayırıb  hərəsini  başqa-başqa  kameraya  salsınlar,  o  biri 
kamerada  yatanları  bura  yığsınlar.  Anik  nə  deyirdisə,  hamısına  əməl edirdilər. 
Artıq  gecə  saat üç idi. Gecikmək  olmazdı.  Nəsib  Anikə  dedi:  -“Yola  düşmək 
vaxtıdır”  Artıq  Nəsib iki  mauzeri  İbadullaya  və  Cəbrayıla  vermişdi.  Dörd  nəfər 
artıq  silahlı  idi.  Ancaq  elə  etməli idilər ki, burada olan türmə  işçiləri  bunları 
bilm
əsinlər. Bunun üçün Anik  əmr verdi ki, bütüb silahlar növbətçinin  otağına 
yığılsın  və  işçilər  hamısı  yığışıb  bir  otaqda  dursunlar.  Yuxarıdan  gələn adamlar 
onlarla söhb
ət  aparsınlar.  Əsirlərin  hansı  minvalla  güllələnməsini öyrədəcəklər. 
N
əsib Anikə dedi: Yox, bu qatilləri elə indi aparıb Dəlik dağın yanında güllələmək 
lazımdır. Hamı yığışdı. Yenə iyirmi nəfərin əli bağlı yola düşdülər. Onlar Gorusun 
yanından keçib çayın axını istiqaməti ilə Dəlik dağa doğru irəliləyirdilər. On beş 
n
əfər həbsxana işçıləri, qalanları isə məhbuslar idi. Artıq şəhərin qutaracağındakı 
araba  yoluna  çıxmışdılar.  Anik  isə  türmədə  qalan növbətçiyə  demişdi  ki,  Şosu 
d
ərəsində güllələyəcəklər. Anik onu da bilirdi ki, hər gün səhərə yaxın türmənin 
r
əisi daşnaq Vartan gəlib yoxlayır. Lakin bu gün, yəqin ki, türməyə tez gələcək. 
Onun üçün t
ələsirdilər. Artıq Dəlik dağa az qalmışdı. Nəsib, Cəbrayıl, İbadullah, 
Qoqo S
əməd və Anik silahları hazır tutub qəfildən Eyvazlıya az qalmış qaranlıq 
qobuda  atışmağa  başladılar.  Ancaq  nəzarətçilər bilmirdilər ki, əllərindəki  silahın 
hamısının  çaxmağı  çıxarılmışdır.  Qəflətən  Anik  əmr  verdi  “Dayanın!”  Bütün 
h
əbsdə  olan adamları  sıraya  yığıb  erməni  jandarmlarına  bir  daha  əmr verdi: - 
“Silahları tuşlayın, bunları burada gəbərdəcəyik”. Bu an daşnaq jandarmlar çoxdan 
bel
ə  fürsət gözləyirmiş  kimi,  tüfəngi məhbuslara  qarşı  tuşladılar.  Boş  çaxmağın 
s
əsi eşidildi. Ancaq bir anın içərisində Cəbrayıl, İbadullah, Nəsib, Qoqo Səməd və 
Anikin güll
ələri daşnaqları yerə sərdi. İzi itirmək üçün sürətlə axan Gorus çayına 
onların  meyitini  atdılar.  İyirmi  iki  nəfər türk və  bir erməni Dəlik  dağdan  keçib 
Eyvazlı  kəndinin üst tərəfindəki qəbristanlığın  yanında  Bərgüşad  çayının  axını 
istiqam
ətində hərəkət etdilər. Davudlu kəndinə  çatanda artıq  gecə  yarı  idi.  Hamı 
acmışdı. Birdən Cəbrayıl dedi: - Davudlu İbrahim bəyin evinə getmək lazımdır.  
Gec
ə  yarı  İbrahimin  qapısını  döyəndə  İbrahim  kişi  yoğun  səslə: Kimsən?-
dedi. C
əbrayıl:  -  Ə,  aç  qapını,  Cəbrayıldı.  İbrahim  təəccüb etdi. Düzü səs 
C
əbrayılın səsi idi. Axı bəylərin bir neçə nəfəri Gorus uezdinin yanında olmuş və 
bu m
əhbusları güllələməməyi xahiş etmişdilər. Hətta hər bir məhbusu xilas etmək 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə