ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə12/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   8   9   10   11   12   13   14   15   ...   132

Əşir Bəşiroğlu 
 
33 
 
müharib
əsinin sonu demək idi. Bu qarma-qarışıqlıqdan istifadə edən ermənilər hər 
yerd
ə baş qaldırıb yenə də türklərin qanını tökürdü. İranda olan ermənilər kütləvi 
sur
ətdə  ermənistana köçürülürdü, özü də  nədənsə  hamısı  İrəvan tərəfdə 
yerl
əşdirilirdilər. Belə söz-söhbət gəzirdi ki, ermənilər Sarıqamışdan keçib yenə də 
türkl
ərin qanını tökəcəklər. Maldarlıqla məşğul olan Sultan bəy hər yerdə erməni 
v
əhşilərinin  qabağını  alır,  onların  dinc  əhalini  qırmasına  imkan  vermirdi.  O,  öz 
sürüsünd
ən minlərlə  erkəkləri  seçdirib  Naxçıvan  bazarında  satdırıb  həmin pulla 
silah  alıb  camaatı,  əsasən  cavanları  silahlandırırdı.  (F.Süleymanov  “Qu  quşunun 
n
əğməsi”). 
Sarıqamış, İlqar, Ağrı, Ərzrum qan içində idi. Bir tərəfdən Andranikin qoşunu 
obaları  yandıra-yandıra  gəlib Karsa, Subasar gölünə  çıxmışdı.  Andranik  fürsət 
gözl
əyirdi ki, yerli ermənilər  aranı  qarışdırsınlar  o,  da  bundan  istifadə  edib 
Z
əngəzura  hücum  etsin.    Cavanlar  döyüşə  hazır  vəziyyətdə  idilər.  Sultan bəyin 
adamları  kəndləri gəzir,  cavanları  döyüşə  hazır  vəziyyətə  gətirirdilər. Cavanlar 
yaraqlanıb  bəzən  başqa  kəndlərə  də  gedirdilər.  Daşnaq  yuvası  olan  Gorus, 
Xinzir
ək,  Dığ  erməniləri yaman fəallaşmışdılar.  Türkiyədən və  İrandan  gələn 
erm
ənilər hər gün Azərbaycan kəndlərinə  silahlı hücumlar  edirdilər. Kəndin qız-
g
əlinini,  qocalarını  bir  sözlə  əllərinə  keçənləri ermənilər  aparıb  Gorus  türməsinə 
salırdılar.  Bir  dəstə  qız-gəlini qol-qola  bağlayıb  aparanda  kişi  qeyrətli, igid, 
qorxmaz, c
əsur Kəblə Səkinə el gözəli Gülzarı vurdu ki, erməni əlinə düşməsin. 
K
əblə Səkinə deyərdi: - “Oğul öləndə el yasa batmaz, namusumuz əldən gedəndə 
el yasa batar”. Bir gün N
əsib və Avbalanlı Qoqo Səməd Kəblə Səkinəgilə gəldi. 
S
əməd də, Nəsib də  çox qoçaq adamlar idi. Onlar çay-çörəkdən sonra Kəblə 
S
əkinə  xanıma  dedilər:  -  Ermənilər Cəbrayılı,  İbadullahı  və  ovçu  Balakişini, 
onlarla birlikd
ə on nəfəri çay qırağı kəndlərdən tutub aparıblar. Əgər sabah axşama 
kimi  onları  türmədən  qaçırmasaq birisi  gün hamısını  güllələyəcəklər.  Əgər onlar 
güll
ələnsələr ermənilər daha da fəallaşacaqlar.  Bax  o  namərdlər gör kimləri 
tutublar:  - 
Əlyanlı  Qabili,  Bocəhi Kili və  başqa  adlı-sanlı  igidlərimizi.  İndi  biz 
gedirik gör
ək nə edə bilirik. Onlar Səkinə xanıma - Kəlbalayı sən niyə bikefsən? 
Qorxma h
ər şey yaxşı olacaq. Kəblə Səkinə Həbibə müraciətlə: - Atı tövlədən çək 
m
ən də gələcəyəm. Həbib Qəmər madyanı gətirib cilovundan tutub Kəblə Səkinəni 
gözl
əyirdi. Kəblə  Səkinə  dağ  vüqarlı  bir  igid  kimi geyinib gəldi. Kəblə  Səkinə 


C
əsur qardaşlar 
34 
 
ged
əndə Həbibə dedi: - Sən burda qal, uşaqlardan muğayat ol. Özü də silahsız heç 
yana getm
ə. Biz sabah sübh tezdən evdə  olacağıq.  Dünya  yaman  qarışıqdır. 
Erm
ənilər yaman fəallaşıblar.  Çünki  Türkiyədən ruslar çəkilib, indi Zəngəzurda 
erm
ənilərdən çox ruslar qorxuludur. Onların öldürdüyünə sorğu yoxdur.  
Onların hər üçü Kəblə Səkinə, Nəsib və Qoqo Səməd atlanıb yola düşdülər. 
Atlılar  Gorusa  tərəf irəliləyirdilər.  Axı  cəmi bir sutkadan sonra azərbaycanlıları 
güll
ələyəcəkdilər. Nəyin bahasına olursa olsun gərək həbsxananın bir işçisini ələ 
alaq. Qoqo S
əməd üç ay Gorus türməsində yatıb. Türmənin baş nəzarətçisi Aniklə 
dostdur. Qoqo S
əməd həmişə motaldan, cəmdəkdən onun evinə aparardı. Yenə bir 
heyvan, bir q
ədər pul aparıb açarları ala bilsəydi nə yaxşı olardı. Bu cür fikirlərlə 
payızın  sərt soyuq gecəsində  Gorusa  sarı  üç  atlı  gedirdi.  Xınzirək kəndinin 
aşağısındakı  yoxuşu  atlar  aram-aram  çıxırdı.  Əgər  atlılar  bir  qədər səhv etsələr, 
onda  çox  qorxunc  bir  uçuruma  yuvarlanardılar.  Bunun üçün Nəsib  atını  qabağa 
salıb çox ehtiyatla yol seçirdi. Əgər nabələd adam olsa elə hiss edər ki, buralarda 
adam  yaşamır.  Ancaq  bu  təpənin  arxasında  ermənilər, yəni  Xınzirək kəndinin 
əhalisi var idi, onu yad adamlar seçə bilməzdi. Nəsib atının cilovunu çəkib Qoqo 
S
əmədə dedi: “Hə, Qoqo indi biz bir-birimizdən aralı getməliyik. Çünki üçümüzü 
d
ə bir güllə ilə vura bilər. Mən qabaqca gedirəm, siz də bir-birinizdən aralı gəlin. 
Bu zaman K
əblə Səkinə atını qabağa sürüb dedi: -“Yox, mən qabaqda getməliyəm, 
sonra siz g
əlin”.  Artıq    gecikmək  olmazdı,  çünki  dan  yeri  sökülürdü.  Bir  azdan 
şeytan yuvasından gavurlar baş qaldıracaqdılar. Çünki heç vaxt yarasa gündüzlər 
çöl
ə çıxmır, ona görə ki, onun gözləri gündüzlər görmür. Bir-birindən xeyli aralı üç 
atlı gəlirdi. Sübhün açılmasına az qalmış bu üç atlı Gorusun başında dayanıb hansı 
yolla getm
əyi müzakirə edirdilər. Onlar fikirləşib qərara gəldlilər ki, yol qısa olsun 
dey
ə  Nəbi səngərindən  aşağı  düşüb  düz  Anikin evinə  gedək.  “Artıq  tələsmək 
lazımdır”.  –deyərək hər üçü atdan  düşüb  tələsə-tələsə  enişə  enməyə  başladılar. 
Atlar çayın qırağına tələsirdilər ki, sudan içib sakitləşsinlər. Onlar su içib otlamağa 
başladılar.  
Sübh tezd
ən Anikin qapısı döyüldü. Anik tələsik qapını açanda Səmədi görüb 
heyr
ətlə:  -  Ara , ay dəli musurman, sən bilirsən ki, belə  vaxt gəlmək olmaz. 
Bils
ələr ki, burda bir türk var, dərisinə saman təpərlər. Məzhəb haqqı, axı qanı niyə 
m
ənim evimə tökürsən. Qoqo təmkinini pozmadan: - Ə, gavur, sabah-sabah insan 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə