ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə13/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   9   10   11   12   13   14   15   16   ...   132

Əşir Bəşiroğlu 
 
35 
 
ruzisini geri qaytarmaz. Anik
in  arvadı  qorxu,  həyəcan içində  titrəyir,  yadından 
çıxıb ki, yad kişilərin yanındadır. Ağ çitdən olan gecə paltarında döş-başı açıq idi. 
Bird
ən Kəblə Səkinə bu hala dözməyib – “Ay qız, get əyninə paltar geyin, gavur 
olanda n
ə olar” (F.Süleymanov “Qu quşunun nəğməsi”). 
Anik
in arvadı cəld yataq otağına keçib əynini dəyişdi. Yenə də ərinin yanına 
g
əldi. Səbirsizliklə bu hadisənin nə ilə qurtaracağını gözlədi. Birdən Kəblə Səkinə 
əlini atıb qoynundan kiçik bir torbanı çıxartdı. Anikə uzatdı və dedi: - “Uzunçuluq 
el
əmə, al bu qızılları götür, qoy uşaqlar üçün çörək pulu olsun. Bizə heç bir şey 
lazım deyil, bizi türmədə olanlarla görüşdür. Sonra biz çıxıb gedəcəyik, bunu heç 
k
əs bilməyəcək.  
Torbanı görən Anikin arvadı Siranuşa sanki dünyanı bağışladılar. Tez torbanı 
əlinə alıb əri Anikə dedi: -“Ara, ay dəli, ömrün boyu bu qızılı qazanmayacaqsan. 
Get bunlara türm
əni göstər gəl. Elə bu pullarla çıxaq bir yerə gedək. Onsuzda bu 
erm
əni-musurman davasının axırı yoxdur. Ara yerdə kasıblar ölür. Di tez tərpən. 
Bir azdan o itl
ər gələcək. Bax, sən səhv etsən  bu  qızılları  o  zatı  bilinməyən 
daşnaqlar  alıb  gedəcəklər”.  Anik  isə  gah  torbadakı  qızıllara  baxırdı,  gah  da 
arvadına.  Nə  isə  xəyala  dalırdı.  Pəncərədə  sənət  əsəri kimi hörülmüş  qayalara 
tamaşa  edirdi.  Bu  an  Kəblə  Səkinə  torbanın  ağzını  açıb  qızılları  stolun  üstünə 
tökdü.  Qızıl  onluqlar  mizin  üstünə  töküldükcə  musiqi səsinə  bənzər səslər 
çıxarırdı.  Siranuş  acgözlüklə  qızılları  ovcunda  sıxaraq  əri  Anikə  dedi:  -  “İnsan 
g
ərək  öz qismətindən keçməsin.  Ruzi  öz  ayağı  ilə  gəlib. Ay dəli gəl bundan 
keçm
ə”.  
Artıq  hava  aydınlaşırdı.  Küçələrdə  fayton təkərlərinin səsi  aydın  eşidilirdi. 
Atların ayaqları buzun üstündə möhkəm səs çıxarırdı. Anik bir qədər fikirə gedir 
v
ə birdən üzünü Qoqoya tutaraq: - “ Ə, Səməd, məzhəb haqqı indi getsək sizi də, 
m
əni də oradaca güllələyəcəklər. Gəlsənə belə edək. Siz qalın burada, sizə Siranuş 
yaxşı qulluq etsin, mən də kameraların açarlarını özüm götürüm və növbətçiləri də 
öz adamlarımdan qoyum. Sizi sərbəst buraxım onlarla danışın, çünki sabah günorta 
onların hamısını güllələyəcəklər. Kəblə Səkinə dedi: -“ Anik, əgər sən hər hansı bir 
x
əyanətə  əl atsan, özünü, ailəni  ölmüş  bil.  Biz  silahlıyıq,  ölümümüzdən də 
qorxmuruq. S
ənin  iki  balanı  və  bu  dağlar  çiçəyi  olan  arvadını  öldürəcəyik.  İndi 
işinə bax”. Siranuş artıq qızılların xəyalı ilə yaşayırdı. Elə bil dünya onun idi. Öz-


C
əsur qardaşlar 
36 
 
özün
ə deyidi: - “Bax bu qızılları götürüb xaricə gedərik. Orada gözəl həyat sürərik. 
Özümüz
ə gün-güzaran düzəldərik. Onsuzda bunların axırı yoxdur”.  
K
ərbalayı  Səkinə  bu  oyunun  axırının  pis  qurtaracağını  nəzərə  alaraq  Anikə 
dedi:  -  “  Anik, s
ən nəzərə  al  ki,  arvadın  və  iki  uşağın  burada  girovdu.  Əgər bir 
hiyl
ə işlətsən bu mauzerlə uşaqlarını və arvadını mən özüm qətlə yetirəcəyəm. O, 
əlini qoynuna aparıb mauzeri çıxarıb Anikə göstərdi. Anik dedi: 
-A S
əkinə  bacı,  məzhəb  haqqı,  biz  özümüz  də  bezmişik,  bu  köpəklərin 
əlindən axı. Allah təala bizə çörək gətirib, nə üçün qaçaq. Siz arxayın yeyin-için, 
istirah
ət edin. Yuxusuzsunuz yatın dincəlin. Mən də görüm nə edə bilirəm.  
Siranuş  tez  süfrə  düzəldib çörək gətirmək istəyəndə  Kəblə  Səkinə  dedi:  - 
Qızım,  sən  əziyyət çəkmə  bizdə  hər  şey  var.  Atın  tərkində  olan  əllə  toxunma 
xurcundan çör
ək,  qovurma,  yağ,  pendir  gətirib süfrəyə  qoydu və  dedi:  -  Siz 
çör
əyinizi  yeyib bir qədər dincəlin, yuxusuzsunuz yatıb yuxunuzu alın. Mən isə 
Siranuşla danışmalıyam. Bəlkə ağlına bir şey gələr. Kəblə Səkinə Siranuşu gözdən 
qoymurdu. Oturub onunla söhb
ət edirdi və deyirdi: - “Bu pullarla bütün qohum-
əqrəbanızı  dolandıra  bilərsiniz.  Axşam  yoldaşın  evə  gələndə  de ki, gecə  ikən 
türm
ədəki  adamları  götürüb  sizinlə  birlikdə  hamısını  xilas  edək. Onsuz da 
Rusiyada Şura höküməti qurulub. Qızım, o pulların da üstünə bir qədər pul verək. 
Tez 
əlin  qoynuna  atıb:  -  Bax,  bu  torbadakı  pulları  da  sizə  verəcəyik. Sizinlə 
birlikd
ə dustaqları da aparaq, oradan sizi İrana ötürərik. Sonra da haranı istəsəniz 
oraya da ged
ərsiniz.  Qızım,  bu  xoşbəxtliyi  əlinizdən  çıxarmayın.  Axı  pulu  olan 
insan n
ə  istəsə  onu edə  bilər. Pulsuz pəhləvan da özünü gücsüz bir insan hesab 
edir.  Qızım,  yaxşı-yaxşı  fikirləşin  və  ərinə  bir  ağıl  ver.  Görürəm sən  çox  ağıllı 
qızsan”. 
Siranuşla Kəblə Səkinə danışdıqca elə bil gözlərində bir ümüd çırağı yanırdı. 
Axı onun da qohumlarının çoxu bu erməni-müsəlman davasında buraları tərk edib 
İrana getmişdilər. Onsuzda qohumları təkid edirdilər ki, Siranuşgil də köçüb onlar 
olan yer
ə, yəni İrana gəlsinlər. Bu qədər pulu, qızılı isə sanki Allah özü göydən 
onlara gönd
ərmişdi. Siranuş artıq özünü başqa məmləkətdə görür və bu qızılların 
r
ənginə baxdıqca özünü dünyanın ən xoşbəxt insanlarından biri sanırdı. O, Nəsibə 
baxdıqca daxildən qovrulur, öz-özünə fikirləşirdi: - “Kaş bircə dəfə onun ağuşuna 
atılıb  sinəsinə  sıxılaydım.  Hətta  gedib  yatdığı  yerdə  üzündən öpsəydim özümü 


Əşir Bəşiroğlu 
 
37 
 
dünyanın  xoşbəxt adamı sanardım”. İndi Siranuş iki odun arasında qalmışdı, həm 
qızılın dərdini çəkir, həm də bir neçə saat bundan əvvəl gördüyü o türk kişisinin. 
Siranuş  artıq  özünü  ələ  ala bilmir, tez-tez Nəsibin  yatdığı  otağa  girir,  üstlərini 
örtm
ək bəhanəsi ilə  gözünü Nəsibə  dikir, özünü saxlaya bilmir, gözlərindən  yaş 
tökürdü. Öz-özlüyünd
ə  Kəblə  Səkinəyə  nifrət edirdi ki, nə  üçün  o  buradadır  və 
imkan vermir ki, heç olmasa yatmış kişinin üzündən öpəm. Səkinə artıq Siranuşun 
bu h
ərəkətlərinin mənasını  duyurdu.  Ona  görə  də  bir qədər ürəyində  rahatlıq 
tapırdı. Amma ona sanki hər dəqiqə bir il kimi görünürdü, bu saat evin muhasirəyə 
alınmasından qorxurdu. Ancaq o söz vermişdi ki, əgər elə olarsa, Anikin ailəsini 
qıracaqdı. Ancaq nədənsə bu hiss ürəyində azalırdı, çünki dünyada canından əziz 
tutduğu  bu  Nəsibi erməni  qızı  Siranuş  dəlicəsinə  sevirdi. Bax bu sevgi naminə 
öldürm
ək istəmirdi.  Siranuş  artıq  mətbəxdə  yemək  hazırlayırdı.  O,  istəyirdi ki, 
evind
ə nə varsa hamısını bişirsin Nəsib yesin. Yedikcə də ona ləzzət versin. “Bax 
bu  yatmış  gözəl  oğlan  desə  ki, ürəyini  çıxart  ver  mənə  yeyim, onu da edərəm”. 
Ancaq n
ə olsun hiss edirəm ki, bu ona qismət olmayacaq. Bir azdan Nəsib və Qoqo 
S
əməd yuxudan durdular. Elə  bu  an  Siranuş  isti  su  götürərək Nəsibin qənşərinə 
g
əldi və təmiz azəri ləhcəsində dedi: - “Gəlin əlinizə su töküm”. Ey mənə Allah 
T
əala tərəfindən göndərilmiş pay. Nəsib diqqətlə Siranuşun üzünə baxdı, Duyğulu 
oğlan  idi,  gözəlliyi qiymətləndirməyi  bacarırdı.  Ona  görə  də  qəribə  bir hisslə 
qadına  baxdı.  Baxışları  ilə  incə  belini,  geniş  sinəsini,  şəhvət  duyğusu  ilə  yanan 
dodaqlarını  və  can alan gözlərini süzdü. Ancaq ermənilərə intiqam hissi o qədər 
güclü idi ki, özü-özünü 
danladı. Axı atası Məmmədrəhim də bu Gorusda diri-diri 
basdırılmışdı. Bir xeyli fikrə daldı. Atasının yarıya qədər torpağa basdırılmasında 
daşnaqlara  dediyi  sözləri:  -  “Siz məni diri-diri  basdırırsınız,  bunu  bütün türk 
dünyası yadından çıxartsa belə, mənim qeyrətli Zəngəzur mahalımın övladları heç 
vaxt  yaddan  çıxartmaz.  Onlar  bu  cür  dəhşətli ölümləri  bütün  türk  dünyasına 
çatdıracaqlar.  Sonra  siz,  sizin  kimi  daşnaqlar  həmişə  olduğu  kimi  yenə  şeytan 
libasını geyib göz yaşlarınızı tökəcəksiniz. Onda hamı göz yaşına inansa da mənim 
iki  oğlum  buna  inanmayıb,  sizdən mənim  qisasımı  alacaqdır.  Cünki  günahsız 
adamları  məhv etmək,  insanı  xüsusiyyətlərə  layıq  deyil.  Axı  insanların  hamısını 
Allah  yaradıb.  Deyin  görək Zəngəzurda bir o qədər kəndlər  yandırıb  insanlar 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə