ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə15/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   11   12   13   14   15   16   17   18   ...   132

C
əsur qardaşlar 
40 
 
günd
ən sənin qatillərinə  aman verməyəcək.  Axı  ana  üçün  ən dəhşətli mənzərə 
oğlunun  buza  dönmüş  cəsədinə  baxmaqdır.  Oğul,  axı  mən səni qodduz ay 
b
ətnimdə  saxlayıb  dünyaya  gətimişdim  ki,  sən məni cənazəyə  salıb  məzara 
yollayasan. İndi sən xoşbəxtsən. Ona görə ki, sənin qatillərin sənin buza dönmüş 
c
ənazən qarşısında baş əyəcəklər. Oğul, indi səni mən özüm torpağa basdıracağam. 
S
ənin gözünə torpaq tökəcəyəm, çünki sən torpaqda üç gün yaşamısan. Artıq sənin 
övladların  indi  cəmiyyət içərisində  başlarını  dik  tutub  gəzə  bilərlər.  Oğul,  əgər 
s
ənin  iki  oğlun  sənin cəsədini  gavur  torpağında  qoyub,  el-oba  arasında 
görüns
əydilər onda hamı onları danlayar, onlara nifrət edərdilər”. Artıq gecikmək 
olmazdı.  Hər üçünə  əmr edir ki, diz çöksünlər. Hər üçü diz çöküb istədilər ki
əllərini və başlarını meyitə tərəf yaxınlaşdırsınlar. O tez: “Toxunmayın meyitə, o, 
müq
əddəsdir, siz isə haram – deyə Kəblə Səkinə qışqırdı. Hə, indi meyiti götürün 
ata yükl
əyin.  Sonra  onlar  Arana  doğru  hərəkət etdilər.  Bu  an  üç  qığılcım  ay 
işığında parladı. Bunu Kəblə Səkinə görəndə elə bil ürəyində bir rahatçılıq duydu. 
Axı oğul qatili yerdə qan içində əziyyətlə öləndə ana bir qədər rahat olur. Artıq elə 
bil  oğul  ölmüş  ana  deyildi  Kəblə  Səkinə.  Artıq  atları  məhmizləyir, buradan 
uzaqlaşmağa  çalışırdılar.  Gərək Xinzirəkdən  xoruz  banı  keçək, gecikmək olmaz. 
Artıq dan yeri sökülürdü. Bir azdan günəş Tumac dağından boylanacaqdı. İki oğul, 
bir ana h
ər atın üstündəki cansız meyitə baxanda hər üçünün qəlbindən qara qanlar 
keçirdi. Lakin heç biri ağlamırdı. Elə bilirdilər ki, gözlərindəki yaşı görsələr, onlara 
irad  tutarlar,  qınayarlar.  Axı  günəş  şüası  insan  üzünə  düşəndə  ilk dəfə  nəmli 
gözl
ərin parıltısı sezilir və gecə qaranlığındakı gözdən süzülən yaşlar da parıldayır. 
Bunun üçün d
ə hər üçü bir-birindən gizli gözlərini və üzlərindəki o göz yaşlarını 
t
əmizləmək istəyirdilər və bunu elə etmək istəyirdilər ki, o biriləri hiss etməsinlər. 
El
ə  ki, Xinzirək kəndini  keçib  Diş  ağacına  çatdılar,  Kərbəlayi Səkinə  günəşin 
yenic
ə  öz  şüasını  Yazı  düzünə  səpələdiyi bir vaxtda üzünü Allah təalaya tutub: 
Allah, s
ənə  şükür  ki,  sağ-salamat  oğlumun  meyitini  öz  torpağımıza  gətirdik, 
düşmən  ayağı  altında  qoymadıq  –  dedi. Oba əhli  yığışıb  Məmmədrəhimi dəfn 
etdil
ər. Bax, onda Nəsib  bu  torpağa,  bu  qəbrə  and içdi ki, “ömrüm boyu 
düşmənlərdən intiqam alacağam”. Elə həmin gündən Nəsibin yasdığı daş, yorğanı 
buludlar  oldu.  Adı  isə  Qaçaq Nəsib.  Bütün  ömrünü  dağlarda,  qayalarda  keçirdi.  
İndi  yenə  şeytan  yuvasındadır.  Yenə  nənəsi Kəblə  Səkinə  ilə, Qoqo Səmədlə 


Əşir Bəşiroğlu 
 
41 
 
şeytan ovlağına hücum çəkirlər. Qəfəsə salınmış quş kimi narahatdırlar. Ürəkləri 
çırpınır. Anikin arvadı bir an da olsun gözünü Nəsibdən çəkmir. Elə bil o gözlər 
N
əsibi ovsunlamaq istəyir. Nəsib də bunu başa düşüb, ona görə Siranuşa baxmır. 
Bunun üçün d
ə  Siranuşun  gözləri böyüyür, rəngi  qıpqırmızı,  lalətək  qızarır. 
Bunların  hamısını  Kəblə  Səkinə  görür və  dərk  edirdi.  Siranuş  artıq  dözmür, 
m
ətbəxə  keçib, öz içərisində  həyəcanını  boşaltmaq  üçün  ağlamağa  başlayır, 
hıçqırtısı otağı başına götürür. Kərbəlayi Səkinə tez mətbəxə keçib: -Hə, nə olub, 
özünd
ən asılı olmayaraq – qızım, -dedi.  
Bundan ür
əklənən  Siranuş  Kərbəlayi Səkinənin hər iki əlini tutub: “Məni 
bağışla ana, mən dözə bilmirəm. Bax, onu, onu sevirəm. Mən onsuz bir dəqiqə belə 
yaşamaq istəmirəm. Bax, o iki körpəni öldür, o donuza oxşayan Aniki öldür, təki 
m
ən Nəsibin olum. Qabağınızda kəniz olaram. Bu nə bəla idi düşdüm. İlahi, mənə 
ölüm ver. M
ən heç vaxt bu ayrılığa dözə bilmərəm”. (F.Süleymanov) 
K
ərbəlayi Səkinə  Siranuşu sakitləşdirib: Bir əncam çəkərəm,  qızım – dedi. 
Onda g
ərək sən bizə  yardımçı  olasan.  Siranuş  sevincək: “Hə, lap mən də  kişi 
paltarı geyinib türməyə gedərəm. Lap o köpək Aniki öldürüb açarları mən özüm 
götürüb sizinl
ə gedərəm. Təki razılıq verin. Elə bax o uşaqları da qoyaram burda”. 
K
əblə Səkinə təmkinini pozmadan: Yox, uşaqların günahı nədi, onları da götürüb 
aparıb  böyüdərik. Bu sözləri  eşidən  Siranuş  Kəblə  Səkinənin  ayaqlarını 
qucaqlayıb, duz kimi yalamağa başladı.  
H
ə, indi sən bir az özünü ələ al. İndi mən uşaqlarla danışaram, hər şeyi həll 
ed
ərik, heç narahat olma.  
K
əblə Səkinə əllərini Siranuşun başına çəkib otaqdan çıxdı. Nəsib və Qoqo 
S
əməd narahat idilər. Kəblə Səkinə içəri girən kimi hər ikisi ayağa durdu. Kiçik 
döşəkçədə  Kəblə  Səkinə  oturub aramla sözə  başladı:  -  Hə.  Övladlarım.  Hər bir 
düyümün  açarı  çox  vaxt  qadınlarda  olur.  Hər faciəni də  qadınlar  törədir. Böyük 
s
ərkərdələrə  də  qadın  xəyanət edir. Bu gün də  elə  bil  o  günahsız  qanlarımızın 
hesabına bu qadını Allah təala bizə göndərib. Bax, oğul Nəsib, bu erməni gəlini 
s
ənə elə vurulub ki, hətta o iki körpəsini də sənə qurban vermək istəyir. Gərək biz 
ondan m
əharətlə istifadə edək. Əgər biz ondan məharətlə istifadə etməsək, bəlkə də 
ist
ədiyimizə  nail ola bilməyəcəyik. Nəsib elə  bil Kərbəlayi Səkinənin sözlərini 
eşitmir  və  gözlərini bir nöqtəyə  dikib hey fikirləşirdi  və  gözünün  qabağına  hələ 


C
əsur qardaşlar 
42 
 
uşaq vaxtı sevib seçdiyi qız gəlirdi. Axı o qızla əhdi-peyman bağlayıblar. Bir də 
atasının  qatilini,  gözəl  anası  Gülzarın  qatilini  sevmək, onu sevindirmək nə 
dem
əkdir. Axı hər gecə evə gedəndə kiçik Həyat və Hümmət: - Qaqaş, bəs Gülzarı 
niy
ə  gətirmədin? –deyib Nəsibin  boynunu  qucaqlayıb  ağlayırdılar.  Körpənin göz 
yaşları Nəsibin üzünü isladırdı. İndi gəliblər qisas almağa, ancaq Əsli-Kərəm eşqi-
m
əhəbbəti  meydana  çıxır.  Nəsib isə  axşamkı  döyüşü  qəlbindən  keçirir.  Axı  on 
s
əkkiz nəfər, Zəngəzurun  qartallarını  sabah  bu  vaxtı  Gorusun  bazar  meydanında 
güll
ələyəcəklər. Demək, Zəngəzurun düşünən beynini, vuran qolunu məhv etmək 
ist
əyirlər. Əgər bunları xilas etsək, Sarıqamışdan gələn o şeytanları məhv edərik ki, 
bu yazıq el-obanı qıra-qıra Qarabağa keçib, Azərbaycanı məhv etməsinlər. Axı bir 
neç
ə  gün bundan öncə  o,  Kürdhacılıda  olanda  Sultan bəyin o məğrur,  qartaltək 
baxışları ilə rastlaşmışdı. Onun gözlərində nədənsə bir narahatçılıq var idi. O, əlilə 
əlimi bərk-bərk  sıxaraq,  bir  əlini çiynimə  qoyub:  -  Hə,  qardaşoğlu,  düşmən çox 
m
əkrlidir. Bizimkiləri isə  birləşdirmək olmur. Hərəmiz  özümüzü  bir  ağa sayırıq. 
Gedin  obaların  yaxşı,  qeyrətli  oğlanlarını  yığın,  düşmənə  qarşı  ölüm-dirim 
müharib
əsi aparmalıyıq. Demək, mən bu gecə on səkkiz nəfər igidi qurtara bilsəm, 
Sultan b
əyin ətrafında birləşib, onunla birlikdə düşməni məhv edə bilərik. Birdən 
Siranuş içəri girib: - Hə, niyə durmusunuz, bizim padvalda çoxlu silah-sursat var
hamısını yükləyin atlara, gecə məhbusları aparanda onları da özümüzlə apararıq. 
Bu an N
əsib diksindı: - Sən hara gedirsən?  
M
ən də sizinlə. Mən bir an sizdən ayrı dura bilmərəm – deyib hönkürtü ilə 
ağladı. Kərbəlayi Səkinə əlini dodaqlarına aparıb sakitlik işarəsi verdi, sakit olmağı 
tapşırdı. Bundan istifadə edən Siranuş artıq sözləri hıçqırtı ilə deyirdi: Məni özünə 
k
əniz apar, ömrüm boyu sənə qul olacağam, ancaq özünlə apar. Sakitcə Kərbəlayi 
S
əkinə  Siranuşun  qolundan  tutub:  -  Qızım,  dur  ayağa,  sən də  hazırlaş,  səni də 
özüml
ə aparacağam – dedi. Nə etmək olar. Yəqin ki, taleh belə imiş. Axı sevənin 
n
ə dini, nə də imanı olar. Bütün insanlar millətindən asılı olmayaraq sevib-sevilə 
bil
ər. Siranuş tez bunları evin zirzəmisinə apardı. Orada həddindən çox silah-sursat 
var idi. Siranuş artıq kişi paltarı geyinib çox böyük həvəslə silahları bir yerə yığıb 
üç at yükü hazır etdi ki, mən də sizinlə getməliyəm. Mən bundan sonra Anik kimi 
bir donuzla bir yastığa baş qoya bilmərəm. Kərbəlayi Səkinə təmkinlə: Yox, qızım 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə