ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə17/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   13   14   15   16   17   18   19   20   ...   132

C
əsur qardaşlar 
46 
 
üçün 
bir çanaq qızıl da boyun olmuşdular, lakin uezdin rəisi razılaşmamışdı. Bəs 
nec
ə olmuşdu  ki,  bunlar  sağ  qalmışdır?  Bir  qədərdən  sonra  İbrahim  bəy geyinib 
mauzerini  çiynin
ə  saldı  və  çölə  çıxdı.  Çoxlu  adamların  olduğunu  görüb  yenə 
soruşdu: - Ə, kimsiniz?  
C
əbrayıl  yenə  dedi:  -  Qorxma, bizik, özümüzünkülərdir  –deyib  İbrahimlə 
qucaqlaşdılar. İbrahim tez nökərini çağırıb gecə ikən erkək kəsdirdi, qovurtdurub 
qonaqların  hamısını  yedizdirdi.  Bir  qədər  rahatlanın,  sonra  gedərsiniz deyəndə 
N
əsib dilləndi: - Yox, bizi Laləzar körpüsündə gözləyəcəklər, xoruz banında orada 
olmalıyıq. Süfrə yığışdı, hamı bir nəfər kimi ayağa durub Laləzar körpüsünə tərəf 
getdi.  Xoruz  banı  Laləzar körpüsündə  Kərbəlayi Səkinə  və  Anikin  yoldaşı 
Siranuşla  görüşdülər. Kərbəlayi Səkinə  hamısını  bağrına  basıb  öpdü  və  dedi:  - 
Artıq  burada  qalmaq  qorxuludur.  Təcili  buradan  aşmaq  Güləbirdə  və  bu  silahı 
Sultan b
əyə  aparmaq.  Oradan  da  daşnaqların  qarşısını  kəsməlisiniz. Laləzar 
körpüsünü keçib Əliquluuşağı kəndindən Yazı düzünə çıxan dəstə iki yerə ayrıldı. 
K
ərbəlayi Səkinə  ,  Anik  və  Siranuş  Təhlicəyə, Nəsib  başda  olmaqla  silah  yüklü 
atlılar  Çoban  kolundan  enib  Məzməzək kəndinə  çatdılar.  Məzməzək kəndində 
Abdulla oğlu  Hüseynin  evində dayanıb dincəldilər.  Sonra  Kürd  Hacılı odasına – 
Soltanb
əyin iqamətgahına  çatdılar.  Sultan bəy  çox  narahat  idi.  Axı  ona  xəbər 
g
əlmişdi ki, artıq İbadullah və Cəbrayılı Gorus türməsində dünən güllələmişdilər, 
ancaq d
əqiq xəbər tutmamışdı. Subh açılanda nökər Sultan bəyə xəbər gətirdi ki, 
b
əy, Araz tərəfdən bir dəstə  atlı  gəlir.  Sultan bəy  isə  çapar göndərdi ki, görsün 
bunlar  kimdir.  Çapar  atı  dörd  nala  çapıb  öyrəndi ki, bunlar Cəbrayıl,  İbadullah, 
Qoqo v
ə Nəsibdir. Əmr etdi ki, hər birinin ayağı altında bir qoç qurban kəsilsin. 
Bax, h
əmin gün iyirmi qurban kəsildi. Sonra Zəngəzur qartalları birləşib Vətəni – 
Az
ərbaycanı, Qarabağı qorudular. (“Qana boyanmış Quran” kitabı F.S.)  
 
XALQ QƏHRƏMANI SULTAN BƏY 
Xalq q
əhrəmanı  Zəngəzur  mahalının  igid  oğlu  Sultan bəyin soy-kökü 
Z
əngəzur qəzasının Qurdqajı (Kürdhacı) kəndi ilə bağlıdır. Pənahəli xanın XVIII 
əsrin  ortalarında  yaratdığı  Qarabağ  xanlığında  24  mahaldan  biri  Qaraçorlu 
adlanırdı. Pənahəli xan Sarıcalı Cavanşir boş bir sahə olan Qurdqajını Hacışamlı 
camaatının  Qasımuşağı  tayfasına  verib.  Xan  onları  Həmzə  Sultan Qaraçorlunun 


Əşir Bəşiroğlu 
 
47 
 
dördüncü  oğlu  Nəbi bəyə  bağışlayıb.  Qaraçorlu  mahalının  naibi  vəzifəsinə  isə 
Hacısamlı  icmasından  olan  Həmzə  Sultanı  təyin edib. O, bir müddət mahala 
başçılıq  edib.  Vəfat etdikdən  sonra  oğlanları  mahal  başçıları  olublar.  Həmzə 
Sultanın  dörd  oğlu  var  idi.  Fətəlixan, Fərzəli  Sultan,  Əsəd Sultan və  Nəbi bəy. 
H
əmzə  Sultanın  kiçik  oğlu  Nəbi bəy  Qasımuşağı  obasının  rəhbəri  idi.  Oğlu 
Xanmurad b
əy Qasımuşağı obasında doğulmuşdu. Yetkinlik yaşına çatanda görüb 
ki
,  Qarabağın  azadlığı  əldən gedir. Pənahəli  xanın  yurdu  ruslar  tərəfindn talan 
edilib, erm
ənilər fəallıq edirlər. Məcbur olub dağlara çəkilir.  
Xanmurad b
əyin  Mehralı  bəy,  Şahmurad  bəy,  Əlipaşa  bəy  adlı  oğulları  və 
Mehribani  xanım  adlı  qızı  vardı.  Əlipaşa  bəy 1837-ci ildə  Qasımuşağı  obasında 
dünyaya  göz  açmışdı.  Mədrəsə  təhsili  alıb  maldarlıqla  məşğul  olmuşdu.  Zərif, 
zarafatcıl  kişi  imiş.  Ən  yaxın  dostu  Bicənişli  Aşıq  Abbas  imiş.  Əlipaşa  bəy 
Qarabağın Pərioğlular bəyliyindən Bəyim xanımla evlənmişdi. Sultan bəy, Rüstəm 
b
əy, Xosrov bəy İsgəndər bəy adlı dörd oğlu və Atlas xanım adlı bir qızı olmuşdur.  
Z
əngəzurda vətənpərvərliyi, səxavəti və  mərdanəliyi ilə  hörmət və  şöhrət 
sahibi  olmuş  Sultan bəy  Əlipaşa  bəy  oğlu  1871-ci ildə  Zəngəzur qəzasının 
Qasımuşağı obasında (Kürdhacılı kəndində) anadan olmuşdur. Əlipaşa bəy uşağa 
özünün ana babasının Əsəd Sultanın adını qoyub. Get-gedə uşağın adındakı Əsəd 
unudulub  Sultan  qalıb.  Hamı  onu  Sultan bəy  çağırırmış.  O,  böyüyəndə  anasına 
oxumaq ist
ədiyini bildirir. Bəyim xanım oğlunun istəyini atasına çatdırıb. Əlipaşa 
b
əy  obalarının  savadlı  adamı  olan  Molla  Xudaverdi  Tanrıverdi  oğluna  balaca 
Sultana d
ərs verməyi tapşırıb. Bir neçə ildən sonra Əlipaşa bəy oğlunu Şuşa qəza 
m
əktəbinə  göndərib. Sonra o, Gəncə  şəhərində  gimnaziyada  təhsilini davam 
etdirib.  Oranı  bitirəndən sonra isə  Sank-Peterburq  şəhərinə  gedib. Orada Hərbi 
Akademiyaya q
əbul olub. Lakin o, təhsilini yarımçıq qoyub doğma Laçına qayıdıb. 
Sultan b
əy böyük mülk sahibi Teymur bəyin qızı Dilruba xanımla ailə qurub. Onun 
Ənvər bəy, Çingiz bəy, Yusif-Kamal bəy adlı oğlanları və Bəyimxanım adlı qızı 
olub.  Sultan b
əy  öz  obasında  əvvəlcə  maldarlıqla  məşğul  olub.  Yerli  və  xarici 
cinsd
ən olan çoxlu inək  alıb,  dağlarda  bəsləyib. Ata-baba  peşələri olan 
qoyunçuluğu  daha  da  inkişaf  etdirən  Sultan bəy  yağ-pendir zavodu tikdirib. O, 
maldarlıqla  yanaşı  meşəçiliklə  də  məşğul  olub.  Hacısamlı  meşələrində  taxta 
istehsal  edib,  xarici  bazarlarda  satıb.  Sovet  dövlət xadimi Nəzər Heydərov 


C
əsur qardaşlar 
48 
 
“Z
əngəzur  dağlarında”  əsərində  Sultan bəyin  meşəçiliklə  bağlı  fəaliyyətindən də 
b
əhs edir.  
Onun t
əsərrüfatla məşğul  olduğu  vaxtlardan  –  1905-ci ildən erməni 
v
əhşilikləri  başlamışdır.  Türklərə  potensial  düşmən olan ermənilər çar 
m
əmurlarının  dəstəyi ilə  qanlı  qırğınlar  törətmişdilər.  Qoca  qarı,  xəstə  və  uşaq 
ol
masının fərqinə varmadan, yalnız türk olduqlarına görə əllərinə keçənə işgəncə 
ver
ən ermənilərə  qarşı  mübarizəyə  başlayan  Sultanovlara  Əlipaşa  bəy  başçılıq 
etmişdir.  Əlipaşa  bəy nəinki Zəngəzur qəzasının,  hətta  Qarabağın  və  Şuşa 
şəhərinin də  müdafiəsinə  qalxmışdı.  Onun  ən  yaxın  köməkçisi isə  böyük  oğlu 
Sultan  olmuşdu.  1905-1907-ci illərdə  erməni vəhşiliyinə  qarşı  apardığı  qorxmaz 
mübariz
ə  onu el qəhrəmanına  çevirmişdi.  Əlipaşa  bəyin  ikinci  oğlu  Rüstəm bəy 
neft s
ənayesində çalışırdı. Əlipaşa bəyin üçüncü oğlu Xosrov bəy ali-təhsilli həkim 
idi. AXC dövründ
ə Azərbaycanın ilk hərbi naziri, sonra ikinci hökümətdə əkinçilik 
naziri v
ə  1919-cu  ilin  15  yanvarından  isə  Qarabağın  general-qubernatoru 
olmuşdur.  Əlipaşa  bəyin  dördüncü  oğlu  İsgəndər bəy  öz  obasında  yaşamış, 
maldarlıqla məşğul olmuşdur.  
Mir Mövsüm N
əvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı 
əsərində  Əlipaşa  bəy  Xanmurad bəy  oğlunun  və  dəstəsinin erməni  quldurlarına 
qarşı  apardıqları  mübarizədən  geniş  bəhs edilib. Erməni  hücumlarının  qarşısını 
almaq üçün Bic
ənis müsəlman kəndindən və  başqa kəndlərdən 300 nəfərə qədər 
igid v
ə qeyrətli cavan toplayan Əlipaşa bəy o vaxt erməniləri yerində oturtmuşdu.  
1914-cu ild
ə başlayan I dünya müharibəsi və 1917-ci il inqilabları ermənilərin 
“Böyük Erm
ənistan” yaratmaq iddiaları üçün əlverişli şərait yaratmış oldu. 1918-ci 
ilin  martında  erməni  quldurları  Bakıda  misilsiz  soyqırım  törətdi. Aprel-may 
aylarında  erməni-bolşevik  quldurları  qəzalara hücum edirlər.  Onlar  Şamaxıda, 
Qubada, L
ənkəranda və  başqa  bölgələrdə  daha kütləvi  qırğınlar  törətdilər. Bu 
zaman  Sultan b
əy  yenidən Zəngəzur bölgəsində  azğınlaşmış  erməni  quldurlarına 
qarşı mübarizə meydanına atıldı. Sultan bəyin torpaqlarımızın qorunması uğrunda 
göst
ərdiyi qəhrəmanlığın  növbəti hissəsi 1918-ci il hadisələri ilə  bağlıdır.  Ulu 
önd
ər Heydər Əliyev 1996-cı il martın 6-da Laçın və Şuşa ictimaiyyəti ilə görüşü 
zamanı demişdi: - “Burda Sultan bəyin adı çəkildi. O, cəsur bir qəhrəman olub”.  


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə