ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə25/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   21   22   23   24   25   26   27   28   ...   132

C
əsur qardaşlar 
70 
 
törədilərdisə  Hüseyn  o  saat  deyərdi  ki,  onu  mən  etmişəm.  Ancaq  hansı  kəndə 
qonaq gedərdisə onu süfrənin yaxşı yerində əyləşdirirdilər. 
Günlərin  bir  günü  axşamçağı  Hüseyn  yaxınlıqdakı Bülövlük kəndinə  qonaq 
gedir. Axşam olur, camaat öz evlərinə çəkilir. Ancaq Hüseynin bəzi xasiyyətlərinə 
görə heç kəs onu qonaq aparmır. Gecəni kənddə bir təhər sərgərdan dolanıb səhər 
dan  yeri  söküləndə  Ərikliyə  qayıtmaq  üçün  yola  çıxır. Hacısamlı kəndindən 
keçərkən  Paşa  bəylə  rastlaşır.  Paşa  bəy  onu  evə  dəvət  edir.  Hal-əhval  tutduqdan 
sonra  ondan  haradan  təşrif  buyurduğunu  soruşur.  Hüseyn  bu  gecəni  Bülövlük 
kəndində olduğunu bildiirir. Paşa bəy "Filan" bəy necədir? - soruşduqda Hüseyn 
çox təmkinlə dillənir. 

Bir xeyli olar rəhmətə gedib. 
Paşa bəy bu xəbərdən çox mütəəssir olur. Tez mirzə Bəhməni çağırtdırıb bir 
"baş sağlığı məktubu" yazdırtdırır. Məktubu çapar ilə Bülövlük kəndinə göndərir. 
Bir  neçə  saatdan  sonra  çapar  bir  məktubla  geri  qayıdır  və  bu  xəbərin  yalan 
olduğunu bildirir. Bu xəbərdən Paşa bəy təəccüblənir. Hüseyndən soruşur: 

Hüseyn  bu  nə  işdir,  bəs  deyirdin  "Filan"  bəy  rəhmətə  gedib.  İndi  bu  saat 
mənə məktub yazıb bildirirlər ki, bu yalan xəbərdir. Bu xəbəri sizə kim söyləyib? 
Hüseyn tərəddüd etmədən cavab verir: 

Bəy  sağ  olsun,  əgər  o,  sağ  olsaydı  onda  mən  nə  üçün  bu  gecə  kəndin 
ortasında naəlac qalmazdım. 
Paşa bəy işin nə yerdə olduğunu anlayır. 
Sənin dərdinə dərman yoxdur 
Bir gün Ərikli kəndindən olan Məşədi Şükür bərk xəstələnir. O, həmkəndlisi 
Hüseyni  çağırıb  deyir:  -  Get  Paşa  bəyə  de  ki,  Məşədi  Şükür  bərk  soyuqlayıb, 
sətəlcəm olub. Ona dərman lazımdır. Paşa bəydən dərmanı al mənə gətir. Hüseyn 
razılaşıb  yola  düşdü.  Gəlib Hacısamlı kəndinə  yetişdi.  Paşa  bəyin  evinin  yüz 
metrliyində atını saxlayıb Paşa bəyi səsləyir. Nökərlərdən biri cavab verir. Hüseyn 
deyir:  - 
Paşa  bəyə  deyin  bir  mənə  tərəf  gəlsin,  deyiləsi  sözüm  var.  Bu  xəbəri 
nökərlər  yatağında  uzanan  Paşa  bəyə  çatdırır  və  deyirlər:  -Bəy,  icazə  ver,  o, 
kimdirsə, döyüb yola salaq. 
Paşa  bəy  razılaşmır  və  deyir:  -  O,  hər  kimdirsə,  onun  qabına  qoyulan  o 
qədərdir.  İşiniz  olmasın,  görək  nə  istəyir.  Yerindən  qalxır,  çəliyi  əlinə  alır  və 


Əşir Bəşiroğlu 
 
71 
 
yavaş-yavaş atlıya yaxınlaşır. Hüseyn tanışlıq verib Məşədi Şükür üçün dərmana 
gəldiyini söyləyir. Paşa bəy atlının Hüseyn olduğunu bildikdən sonra deyir: - Ay 
Hüseyn,  Məşədi  Şükürün  dərdinə  dərman  olacaq,  amma  sənin  dərdinə  dərman 
yoxdur. Gözl
ə dərman göndərim - deyib çəliyinə söykənə-söykənə geri qayıdır. Bu 
sözlər  sonralar  xalq  arasında  "Sənin  dərdinə  dərman  yoxdur"  kəlamı  kimi 
işlənmişdir. 
Xurma, yoxsa qırma?! 
Paşa bəyin mirzəsi Bəhmən adlı bir kişi idi. Bəhmən bir az ağır eşitdiyindən 
el 
arasında ona Kar Bəhmən deyərlərmiş. Bir gün Paşa bəyin könlünə xurma düşür. 
Bəhməni  çağırıb  deyir:  -  Bəhmən  İrandakı  dostlara  yaz,  bizə  bir  az  xurma 
göndərsinlər. 
Bəhmən  məktubu  yazıb  yola  salır.  Bir  müddət  sonra  İrandan  Paşa  bəyə  bir 
neçə at yükü qırma göndərirlər. Qırma yüklü atları görən Paşa bəy çaşıb qalır. Bir 
az  düşündükdən  sonra  işin  nə  yerdə  olduğunu  anlayır.  Deməli,  Bəhmən  xurma 
sözünü  qırma  eşidərək  məktubda  xurma  əvəzinə  qırma  yazıb.  Odur  ki,  Bəhməni 
çağırır,  qırma  yükünü  göstərib  deyir:  -  Bəhmən,  xurma,  yoxsa  qırma?!  Bəhmən, 
yazdın qırma gəldi, indi də yaz top-tüfəng göndərsinlər. 
Mənə canının qədrini bilən insan lazımdır 
Bir  gün  Paşa  bəy  çobanlari  sınağa  çəkir  ki,  görüm  bunlar  insan  kimi  öz 
canlarının qədrini bilirlər, yoxsa yox?! 
Axşam mal-qoyun örüşdən qayıtdıqdan sonra çobanlar şam xörəklərini yeyib 
öz adətləri üzrə yataqlarına uzandılar. Paşa bəy əmr edir ki, çobanların hər birinin 
çarığına bir az qum atsınlar. Əmr yerinə yetirilir. 
Ertəsi gün səhər erkən hamıdan tez yataqdan qalxan Paşa bəy bir az aralıdan 
oturub çobanların öz çarıqlarını necə geyinmələrini müşahidə edir və görür ki, bir 
neçəsi  çarıqlarını  təmizləyib  geyindi,  bir  neçəsi  isə  çarıqları  təmizləməyib  necə 
var, eləcə də geyinib örüşə yollandı. Axşam düşdü. Sürü örüşdən geri qayıtdı. Şam 
yeməyindən  sonra  Paşa  bəy  çobanları  yanına  çağırtdırıb  əhvalatı  onlara  danışdı. 
Çarıqlarını təmizləməyib geyinən çobanların adlarını söylədi və dedi: - Siz günü 
sabahdan özünüzə başqa iş axtarın. Çünki öz canının qədrini bilməyən kəs, mənim 
malımın qədrini heç bilməz. Mənə canının qədrini bilən insan lazımdır. 


C
əsur qardaşlar 
72 
 
V  
FƏSİL 
ANDRANİK OZANYAN 
Andranik Ozanyan 1865-
ci ilin 25 fevralında Osmanlı imperiyasında anadan 
olub.  Bir  müddət   "Qnçak"   partiyasının  sonra  isə "Daşnaksütunun" üzvü 
olub. 1880-
ci  illərdə  Andranik  Osmanlı  dövlətinə  xəyanət  etdiyi  üçün  cəza  kimi 
onun  qulağını  kəsirlər,  bundan  sonra  ona  xalq  arasında  "birqulaqlı  Andranik" 
deyirlər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah 
qaçaqmalçılığı  ilə  məşğul  olur. 1890-cı  illərdə  Türk  ordusuna  qarşı  döyüşlərdə 
iştrak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik 
Türkiyədən qaçır. Bir müddət Qafqazda olur sonra isə Avropaya yollanır. 1907 ci 
ildə Bolqarıstanda,  Daşnaktütunun  IV  qurultayında  iştrak  edir.  (Məlumat 
internetdən götürülüb) 
Balkan müharibəsi 
1912-
ci  ildə  müharibə  başlayanda, Qareqin Njde ilə  birlikdə  ermənilərdən 
ibarət  könüllü  dəstə  yaradır.  Burada  erməni  silahlı  dəstələri  yerli  türk  əhalisinə 
qarşı  kütləvi  qırğınlar  törədməklə  məşğul  idi.  Bu  döyüşlərdə  iştrakına  görə 
Andranik  Ozanyan  Bolqarıstanın  ali  dövlət  təltifi  olan,  "İgidliyə  qörə  qızıl  xaç" 
ordeni  ilə  təltif  olunur.  Bundan  əlavə  onu  digər  mukafatlarla  da  təltif  edirlər, 
həmçinin Andranik Bolqarıstan vətəndaşlığına qəbul olunur. 
Birinci dünya müharibəsi 
1914-cü ilin avqustunda Andranik 
Rusiyanın Qafqaz ordusunun  komandanı 
general Aleksandr Malışayevski ilə görüşür və rus ordusuna öz xidmətlərini təklif 
edir. Rus ordusu Andranikə erməni hərbi dəstələrini formalaşdırmağı tapşırır. Türk 
ordusuna  qarşı  hərbi  əməliyyatlarda  iştrakına  görə  rus  və  fransız  ordusunun 
komandanlığı tərəfindən bir sıra orden və medallarla təltif edilir. 
1916-
cı  ildə  çar  ordusunun  komandanlığı  ilə  yaranan  problemlərə  görə 
cəbhəni tərk edir. Andranikin Türkiyənin şərqində olduğu bütün müddət ərzində, 
onun başçılıq etdiyi silahlı erməni dəstələri buradakı türk və kürd əhalisinin kütləvi 
qətilləri ilə məşğul olurdular. 
1917-
ci ildən sonra 
1917-
ci il fevral inqlabından sonra Qafqazdakı rus ordusu tədricən dağılmağa 
başlayır.  Yaranmış  vəziyyətdən  istifadə  edən  ermənilər,  öz  silahlı  dəstələrini 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə