ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə22/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   18   19   20   21   22   23   24   25   ...   132

Əşir Bəşiroğlu 
 
61 
 
Ona  qucaq  açıb  nazını  çəkmişdilər.  Oranı  özünə  ikinci  vətən  bilmişdi. 
Doğmalarının arasında dəfn olunub. Ruhunu incitməyək BÖYÜK BƏYIN! 
 
SULTAN BƏY SULTANOV (1871-1955) 
Azərbaycan  xalqının  igid  oğullarından  biri,  erməni  zülmünə  qarşı  mübarizə 
aparmış  xalq  qəhrəmanıdır.  Hər  bir  azərbaycanlı,  belə  cahangir  oğullar  haqda 
məlumata sahib olmalı, onları özünə nümunə bilməlidir. 
Sultan  bəy  1871-ci  ildə  Zəngəzur  mahalının  Hacısamlı  nahiyəsinin 
Qasımuşağı obasında (indiki Laçın rayonunun Kürdhacı kəndi) anadan olub. Atası 
Əlipaşa  bəydir.  Bir  müddət  Muradov  soyadını  daşıyan  Sultan  bəyin  familiyası 
babası Xanmurad bəyin adından götürülüb. (Məlumat internetdəndir) 
Əsl adı Əsəd Sultan olan, sonralar isə Sultan bəy kimi çağrılan bu Azərbaycan 
övladı  mədrəsədə  oxuma-yazmanı  öyrəndikdən  sonra  təhsilini  davam  etdirmək 
üçün Şuşa qəzasına orta məktəbə göndərilir. Bir müddət Şuşada təhsil alan Sultan 
bəy  bir  neçə  il  sonra  Gəncə  şəhər  gimnaziyasında  orta  təhsilini  başa  vurur.  Ali 
təhsilə yiyələnmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yollanan Sultan bəy 
burada  dövrün  ən  tanınmış  hərbi  məktəbi  sayılan  Sankt-Peterburq  Hərbi 
Akademiyasına  daxil  olur.  Lakin  bir  sıra  səbəblər  ucbatından  Sultan  bəy 
akademiyadakı təhsilini tamamlaya bilməyərək, Azərbaycana qayıdır. 
Sultan  bəy  doğma  yurdu  Qasımuşağı  obasına  qayıtdıqdan  sonra  əmək 
fəaliyyəti  ilə  məşğul  olmağa  başlayır.  O,  əvvəlcə  maldarlıq,  daha  sonra  isə 
qoyunç
uluqla  məşğul  olur.  Bu  illərdə  maldarlıqla  yanaşı,  meşəçiliklə  də  məşğul 
olan 
Sultan bəy Laçın kəndlilərinin həyat şəraitinin yaxşılaşdırması ilə tanınır. 
Qafan  mis  mədənləri,  Bərgüşad  çayının  axarı  boyu  inkişaf  etmiş  kənd 
təsərrüfatı,  Çalbayır  maldarlıq  mülkləri  Sultan  bəyin  ailəsinin  müklü  idi.  Dinc 
əməklə məşğul olan Sultan bəyin ailəsinin var-dövlətinin mühafizə etmək üçün çox 
da böyük olmayan süvari dəstəsi var idi. 
Sultan bəyin tarixi şəxsiyyətə çevrilməsi 1905-ci il və daha sonra baş verən 
hadisələrlə  bağlıdır.  Belə  ki,  o,  1905-ci  ildən  etibarən  uzun  müddət  Zəngəzur 
mahalında,  eləcə  də  Qarabağın  bir  sıra  rayonlarında  azərbaycanlıları  yurd-
yuvalarından didərgin salmağa çalışan erməni qəsbkarlarına qarşı silahlı mübarizə 
aparır.  Mənbələrdə  qeyd  olunduğuna  görə,  dəfələrlə  daşnak  yaraqlılarının 


C
əsur qardaşlar 
62 
 
Azərbaycan kəndlərini işğal etməsinin qarşısını alan Sultan bəy Zabux dərəsində 
erməni gədəsi Andraniki ağır məğlubiyyətə uğradır. 
1918-
ci ildə Sultan bəyin başçılıq etdiyi silahlı dəstələrin bölgədəki müsəlman 
kəndlərinin mühafizə olunmasında mütəsna xidmətləri olmuşdur. Belə ki, Qaragöl 
ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər 
əsir alınmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında 
“Sahil”  əməliyyatı  ilə  məhv  edilmiş,  habelə,  Zəngəzurda  onlarla  kənd  erməni 
silahlılarından təmizlənmişdir. 
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Sultan bəy 1923-cü ildə 
qardaşı Xosrov bəy Sultanov ilə Türkiyəyə pənah apararaq, Ərzurum vilayətində 
yaşayır və 1955-ci ildə Qars vilayətinin Köçkoy kəndində vəfat edir. 
Sultan bəy Teymur bəy Həsənbəyovun qızı Dilruba xanımla ailə həyatı qurub, 
cütlüyün 3 oğlu və bir qızı dünyaya gəlib. Sultan bəyin həyat yoldaşı, üç oğlu və 
bir qız övladı  Sovet hökuməti  tərəfindən Qazaxıstan  çöllərinə sürgün  edilmişdir. 
Ailə  1956-cı  ilə  qədər  sürgündə  qaldıqdan  sonra  bəraət  olaraq  yenidən 
Azərbaycana gəlmişdir. 
ERMƏNİLƏRİN AMANSIZ QƏNİMİ. 
Xalq  arasında  Sultan  bəy  kimi  tanınan  Sultan  bəy  Sultanov  Azərbaycan 
xalqının qəhrəman oğullarından biri, erməni zülmünə qarşı mübarizə aparmış xalq 
qəhrəmanıdır.  
Sultan  bəy  Sultanov 1871-ci  ildə  Zəngəzur  qəzasının  Qasımuşağı  obasında 
(Laçın rayonunun Kürdhacı kəndində) anadan olub.  
İbtidai təhsil aldıqdan sonra Gəncə gimnaziyasında orta təhsilini tamamlayıb, 
Sank-
Peterburq  hərbi Akademiyasına daxil olub. Ancaq naməlum səbəblərə görə 
məktəbi  bitirməyib  və  doğma  kəndinə  qayıdıb.  Sultan  bəy  doğma  yurdunda 
heyvandarlıqla və meşəçiliklə məşğul olub, yağ-pendir zavodu tikdirib.  
Su
tan  bəyin  milli  qəhrəmana  çevrilməsi  1905-ci  il  erməni-müsəlman 
hadisələri  ilə  bağlıdır.  Müsəlman  dəstələrindən  birinə  Sultan  bəyin  atası  Əlipaşa 
bəy başçılıq edirdi, onun isə ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi.  
Sultan 
bəyin  sonrakı  qəhrəmanlıqları  1918-ci  il  hadisələrinə  təsadüf  edir. 
1918-
ci  ildən  başlayan  erməni-müsəlman  müharibəsində  Sultan  bəyin  başçılıq 
etdiyi  silahlı  dəstələrin  bölgədəki  müsəlman  kəndlərinin  mühafizə  olunmasında 


Əşir Bəşiroğlu 
 
63 
 
müstəsna  xidmətləri  olmuş,  Zabux  dərəsində  mühasirəyə  alınan  Andiranikin 
dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni 
silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, İrana keçmək istəyən 
yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, 
Zəngəzurda  onlarla  kənd  erməni  silahlılarından  təmizlənmişdir.  Yazıçı-publisist 
Ənvər  Çingizoğlu  yazır:  “Sultan  bəyin  qəhrəmanlığının  ikinci  hissəsi  1918-ci il 
olayları  ilə  bağlıdır.  Zəngəzur  ərazilərində  məskunlaşdırılmış  ermənilər 
azərbaycanlılara qarşı qırğınlar törətməyə, qəzada say baxımından üstün olmağa, 
beləliklə də bu torpaqlara yiyələnməyə çox ciddi şəkildə cəhd göstəriblər.  
Şimali  Azərbaycanda  1918-ci  ildə  Azərbaycan  Xalq  Cumhuriyyəti 
yaradıldıqdan sonra ermənilərin düşmənçilik siyasəti daha da gücləndi. Qarabağı 
və  Zəngəzuru  mənimsəmək  üçün  ərazi  iddiaları  onların  törətdikləri  kütləvi 
qırğınlarla  müşahidə  olunmağa  başladı.  Bu  qırğınlar  Laçın  bölgəsinin  bütün 
ərazilərində daim müşahidə olunurdu. Erməni ordusunun komandanı Andranik nə 
yolla  olursa  olsun  öz  silahlı  qüvvələri  ilə  bərabər  Gorus,  Laçın,  Şuşa 
istiqamətindən Qarabağa girərək oranın erməni əhalisini Azərbaycan hökümətinə 
qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu 
məqsədlə  Andranik  bir  neçə  minlik  ordu  ilə  Zabux  kəndinə  keçərək  Laçın 
istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin 
nüfuz  sahiblərindən  biri,  Qarabağın  general-qubernatoru  Xosrov  bəy  Sultanovun 
qardaşı Sultan bəy, öz partizan dəstəsi ilə Laçın Zabux yolundakı bir dərədə pusqu 
quraraq Andranikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük qanlı 
döyüşlər getdi. Bu döyüşlər zamanı Andranik, demək olar, bütün qüvvəsini itirərək 
bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra “Qanlı dərə” 
adlandırıldı.  
Dağlardan uca könlüm, olubdur qəm qalası.  
1920-
ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini qurdu. 
Bu  vaxtdan  etibarən  Azərbaycan  bəyləri  öz  vətənlərində  qaçaq  vəziyyətində 
yaşamağa başladılar. Onlar elə arxalanır, onları el saxlayırdı. 
Sultan  bəy  Sovet  Hakimiyyətindən  qaçaq  vəziyyətdə  Kürdhacı  kəndində 
"Gorgahat"ın (çox sıx  meşəlik) meşəsində, bir yarğana pənah gətirmiş,  yarğanda 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə