ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə30/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   ...   26   27   28   29   30   31   32   33   ...   132

Əşir Bəşiroğlu 
 
85 
 
dostluq, qohumluq əlaqələri qurmuşuq. Görəsən bu nədən irəli gəlib? Xalqımızın 
sadəlövlüyündən, yoxsa unutqanlığındanmı?  
Amma biz olub-
bitənləri  xatırlayıb  bir  şeyi  unutmamalıyıq:  “Erməni  elə 
ermənidir.  Qundaqda  olan  körpələrinin  qulağına  “Türk  bizim  düşmənimizdir” 
sözləri pıçıldayan erməni”.  
VI  FƏSİL 
ANİKİN VƏ SİRANUŞUN YOLA SALINMASI. 
Kərbəlayi Səkinə yaman narahat idi. Axı Əbdürrəhim bəy bu axşam gəlməli 
idi,  çünki  jandarımlar  bilirdi  ki,  Anik  və  onun  həyat  yoldaşı  buradadır.  Onda 
vəziyyət pis olar. Gorus türməsindən qaçan adamları hər yerdə axtarırlar, həm də 
qonaqlar getsə idi özü də Sultan bəyin yanına gedib vəziyyətlə tanış olardı. Artıq 
gün  batır,  o,  Həbibi  çağırıb  atı  yəhərləməyi  tapşırdı  ki,  getsin  Nəzir  obasına 
Qasımla  görüşüb  bu  vəziyyətin  necə  olmasından  və  nə  tədbir  görülməsindən  bir 
xəbər tutsun. Axı bilirdi ki, Sultan bəyin çaparları tez-tez Qasımgilə gəlib müəyyən 
xəbərlər verirlər. Axı həmin illər kimin nəyi var idisə satıb silah alır, Sultan bəyin 
dəstəsinə göndərir, kimi qış üçün saxladığı cöngədən və qoçdan sürülər düzəldib 
Sultan bəyin dəstələrinə göndərirdilər. Çay qırağı kəndlərdə bu işlə Qasım məşğul 
olurdu.  İlk  çəltik  elə  xırmandan  yüklənib  Sultan  bəyə  göndərilirdi  ki,  vətəni 
qoruyan  övladlarımız  yesin.  Bax  elə  o  vaxtlar  ən  yaxşı  qoyun  növləri  Sərxanlı 
totalar sortlarını yaxşı qaragüllü erkəklər, sürülər yığılardı Nəzir obasına, Qasım da 
göndərirdi  Sultan  bəyə.  Bəli,  o  vaxtlar  belə  idi.  İndi  isə  hamı  pullarını  xarici 
banklarda  gizlədir,  Vətən  uğrunda  xərcləmir.  Vətən  isə  ağır  gündədir.  Kərbəlayi 
Səkinə mauzerini çiyninə salıb Təhlicədən yoxuşu çıxır, at isə elə bil hiss edir ki, 
buralar  uçurumdur,  o  da  ehtiyatla  gedir.  O  Humay  düzünə  çatanda  ay  təzəcə 
çıxmışdı.  Bu  işıq  bu  düzlərə,  bu  dağlara  elə  gözəllik  verirdi  ki!  Onun  şüaları 
Humay  qayasından  Ağ  oyuğun  yalına  düşdükcə  daşların  üzərində  olan  əlvan 
metallar  işığı  əks  etdirirdi.  Hamısının  səbəbi  o  Allah  təalanın  bu  torpağa,  bu 
məmləkətə  verdiyi  gözəllikdir.  Necə  ki,  bu  kainat  var,  demək  bu  torpaqdan  heç 
vaxt müharibələr əksik olmayacaq. Atın cilovunu vurub – Allah Kərimdir – dedi. 
At  qara  quzeydən  enib  Nəzir  bulağına  tərəf  endi.  Bulaqdan  bir  qədər  su  içib 
yenidən Nəzir obasına tərəf getdi. Qasım çöldə qonaq gözləyirmiş kimi gəzişirdi. 


C
əsur qardaşlar 
86 
 
Axı o bilirdi ki, obaya yad adamlar gəlib-gedir. Hələ Səkinə Nəzir bulaqdan atını 
ala  baş  bulağa  sarı  sürümüşdü.  Onun  üçün  Qasım  itlərin  qabağına  çıxıb  itləri 
sakitləşdirdi. Kərbəlayi Səkinə atdan düşüb Qasımla hal-əhval tutdu. – Hə, Qasım, 
yaman narahatsan. Uşaqlar necədir? Gəldim  görüm nə xəbər var. Sultan bəyə nə 
kimi köməklik etmək lazımdır. Qasım təmkinlə onu dinləyib: Kərbəlayi, hər şeyi 
var, görək bu dığaların ağıllarını başlarına qoya biləcəyikmi? Axı od qonşusuyuq. 
Niyə onlar belə edirlər? – Eyib etməz. Hə, qardaş oğlu, artıq gecdir, gedim görüm 
Əbdürrəhim bəy kəntdədirmi? Qasım çox təkid etdi ki, qal bir qədər söhbət edək. 
Kəblə Səkinə: yox, qardaş oğlu, gedim. (F.S. “Anam niyə ağlayırmış”) 
Qasımın  anası  Xanpəri  də  çox  minnət  etdi  ki,  Kəblə  Səkinə  qalsın.  Amma 
olmadı:  -Yox,  Xanpəri,  uşaqlar  evdə  təkdir.  Vallah  sizinlə oturub söhbət  edəndə 
elə bil ziyarətə gəlirəm. Allah qoysa gələrəm. Di sağ olun. Qasım qardaşı Şamili 
çağırıb: Kərbəlayinı apar qoy Təhlicə obasına, - dedi. Kərbəlayi nə qədər təkid etsə 
də,  Qasım  razılaşmayıb  onu  Şamil  ilə  yola  saldı.  Humay  düzündə  Kərbəlayi 
Səkinə: Oğul, qayıt, bax mən enişi enirəm, ora bizim obadır.  
-
Nə danışırsan, axı Qasım qağam (biz tərəflərdə böyük qardaşa Qağa deyirlər) 
mənə  tapşırıq  verib  ki,  gərək  aparam  obaya  qoyam,  sonra  qayıdam.  Kərbəlayi 
Səkinə qabaqda, arxada isə Şamil Təhlicəyə enirlər. Artıq obanın itlərinin hürüşmə 
səsləri  eşidilirdi.  Bozlar  qara  nəfəs  Kəblə  Səkinənin  atlarının  az  qala  ayaqlarını 
yalayır, atılıb  düşür elə bil nə isə xəbər vermək istəyir. Kəblə atın cilovunu çəkib: 
Qardaş oğlu, bax görürsən mənim vəfalı itim  mənim  yanımdadır. İndi sən qayıt. 
Naəlac  qalan  Şamil  atın  başını  döndərib  geriyə  qayıtdı.  Kərbəlayi  Səkinə  evə 
çatanda görd
ü  ki,  Əbdürrəhim  bəy  kahanın  qabağında  onu  gözləyir.  Onlar 
salamlaşdılar.  
Hə,  bibi,  mən  gəlmişəm.  Səni  evdə  görməyəndə  yaman  narahat  oldum. 
İstədim  sənin  arxanca  gəlim,  ancaq  Telli  getməyimə  razı  olmadı.  –  Mən  səndən 
yaman narahat idim. 
Sultan bəydən nə xəbər var? Allaha çox şükür olsun ki, sağ-
salamat gəlmisən. Bir qədər söhbətdən sonra:  - Kəblə Səkinə mən gərək gedəm. 
Sultan bəyin bir qədər tapşırığı var, gərək çatdıram Süleyman bəyə, Şamil bəyə, 
çünki  ay  Kərbəlayi  Vətən  dardadır.  Biz  bir  iş  görməsək,  millət  ayaq  altında 
tapdalanar.  İndi  ver  əmanəti  aparıb  yerinə  çatdıraram.  Kərbəlayi  Səkinə:  -  Hə, 
Həbib, get o gavurlara denən hazırlaşsınlar, yola salaq getsinlər. Həbib tez gedib 


Əşir Bəşiroğlu 
 
87 
 
Anik
lə  Siranuşun  atlarını  hazırlayıb  hər  ikisinə  xəbər  verdi.  Anik  və  Siranuş 
Kərbəlayi Səkinənin qarşısında durub: Bəlkə biz getməyək – deyə Anik dilləndi. 
-
Yox,  nə  danışırsınız,  axı  sizə  mən  cavabdehəm.  Siz  burada  qalsanız,  iy 
bilmişlər  gəlib  burada  sizi  görərlər  və  burada  sizi  asarlar.  Siranuş  Kərbəlayi 
Səkinənin ayaqlarını qucaqlayıb: Yox, mən getmirəm! Ölsəm də burada öləcəyəm. 
Sakit ol qızım, hər şey yaxşı olacaq. Narahat olma- deyib Siranuşu sakitləşdirdi. 
Artıq Əbdürrəhim bəy Siranuşu sakitləşdirib: - Arxayın ol qızım, sizi və bax bu iki 
torba  qızılı  hara  desəniz  ora  aparıb  sağ-salamat  çatdıracağam,  çünki  siz  mənim 
qeyrətli bibimin əmanətlərisiniz  – deyib atını Araza sarı sürdü. Bunlar gedəndən 
sonra Kərbəlayi Səkinə bir qədər sakitləşdi. Ancaq ürəyi Nəsibin yanında idi. Axı 
o  bilirdi  ki,  Vətənin,  elin-obanın  qeyrətli  oğlanları  hamısı  yığışıb  Sultan  bəyin 
ətrafına,  indi  ölüm-dirib  savaşı  olmalıdır.  Bax  bunun  üçün  darıxırdı.  Öz-özünə 
fikirləşir ki, bəlkə sübh açılanda yola düşüm, gedim Sultan bəyin görüşünə, ancaq 
hər gecə-gündüz jandarmlar gəlib Nəsibi axtarır. Birdən Həbibi apararlar, tufağım 
dağılar. Bəlkə bir qədər gözləyim belə fikirlərlə Kəblə Səkinənin nə gecəsi, nə də 
gündüzü  var  idi.  Ancaq  obalara  artıq  səs  düşmüşdü  ki,  Zabux  dərəsində  qanlı 
döyüşlər  gedir,  bir  də  Çayqırağında  Həkəri  çayının  ətrafında  hər  gün  erməni 
me
yitlərini yığıb basdırırlar. (“Qana boyanmış Quran, səh. 17) artıq savaş qurtarıb, 
Sultan bəyin qoşunları bütün Zəngəzurdan Andranikin dəstəsini qovub, Sarıqamışa 
qədər  onlara  qan  utdurub.  Sonra  isə  Çayqırağına  yığışan  qaçqınlar  öz  obalarına 
gedib bir 
qədər  rahat  nəfəs  aldılar.  Kərbəlayi  Səkinə  hər  gecə  nəvələrini  başına 
yığıb:  -  Qaqam  nə  vaxt  gələcək?  –  sualını  eşidəndə  elə  bil  arvadın  boğazına 
qızdırılmış şiş soxurdular. O, hətta udquna da bilmirdi. Kiçik, dörd yaşlı Həyatı bir 
qoltuğuna, iki yaşlı Hümməti isə bir qoltuğuna alıb başlarını sığallayırdı. Elə bil bu 
uşaqların  yanında  o  günahkar  idi.  Axı  o,  iyirmi  üç  baharını  yaşamış  dağların 
Ceyranını özü öz əliyilə vurmuşdu, belə gözəlin namusu gavurların əlinə düşməsin 
deyə. ( F.S.“Qana boyanmış Quran”, səh. 15) hər dəfə o hadisəni yadına salanda bu 
uşaqların  üzünə  baxa  bilmir,  tez  Tellini  çağırıb:  “Qızım,  bunların  anasının  qatili 
mənəm. Səni and verirəm Allaha bu uşaqlara elə bax ki, qoy anasızlıqlarını hiss 
etməsinlər”.  Anasına  bənzər  dörd  yaşlı  Həyat  hər  gün  nənəsinin  qucağına  girib: 
Nənə bəs dədəm Məmmədrəhim və Gülzar nə vaxt gələcəklər? – sualını verəndə 
yenə  Kərbəlayinin  daxilində  elə  bil  vulkan  püskürür  və:  “Hə,  qızım,  gələcək, 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə